Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2017 24.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (üçüncü şəxs Nərimanov RPİ) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-315/2017) Bakı şəhəri 24 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X10, X5 ibarət tərkibdə, Üçüncü şəxs Nərimanov RPİ-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs Nərimanov RPİ-bundan sonra 3-cü şəxs) “qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə təmin edilmə üçün üçüncü şəxsə göstəriş verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2232/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.xxxx-cu il tarixdə İran İslam Respublikasında anadan olmuş, xxxx-cı ildə ailə üzvləriylə birlikdə Azərbaycan Respublikasına gəlmiş və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X15 ilə nikaha daxil olmuş, həmin nikahdan onların Azərbaycan Respublikasının ərazisində bir qızları, İddiaçı doğulub və Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. İddiaçı Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə aidiyyəti şəxslərə göstəriş verilməsi məqsədilə 23 fevral 2016-cı il tarixdə cavabdehə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq verilmiş 17.03.2016-cı il tarixli məktubda müraciətin aidiyyəti üzrə baxılması üçün üçüncü şəxsə göndərildiyi qeyd edilmişdir. Üçüncü şəxs tərəfindən ona heç bir rəsmi məlumat verilmədiyi üçün yenidən 10 may 2016-cı il tarixdə cavabdehə müraciət edərək müraciətinin təmin edilməsi üçün üçüncü şəxsə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 28.05.2016-cı il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin tələbinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxsin olduğu yer onun yaşayış yeri sayılır. Bu səbəbdən də, Qanuni nümayəndə əcnəbi vətəndaş olduğu nəzərə alınaraq azyaşlı qızının atasının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan üzrə sənədləşdirilməsi mümkündür, bunun üçün keçmiş həyat yoldaşı S.Əliyev müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə müraciət etməlidir. İddiaçı 05 iyul 2016-cı il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Nərimanov RPİ-nin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün üçüncü şəxsə göstəriş verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qızı İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün 26 dekabr 2015-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X12 müraciət etmiş, o, İran İslam Respublikasının vətəndaşı olduğu üçün Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X1 Bərfinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu göndərmiş, Dövlət Miqrasiya Xidm əti sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X8 sorğusuna cavab gəldikdən sonra, 12.02.2016-cı il tarixdə iddiaçı Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X12 dəvət edilmiş, lakin bildirmişlər ki, qızı yalnız atasının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilər. 25 dekabr 2012-ci il tarixdə X15 ilə aralarında bağlanmış nikah Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş qızlarının iddiaçının yanında qalması qət edilmişdir. İddiaçı atası onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün aidiyyəti orqana müraciət etməkdən imtina edir, anası qaçqın olduğu üçün BMT QAK-ı n himayəsindədir və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə uyğun olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən Himayə sənədində göstərilən müddətə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Şəxsin olduğu yer onun yaşayış yeri sayılmadığından iddiaçı qızı İddiaçı Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsini xahiş etmiş, Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X2 Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə təmin edilməsindən imtina etmişdir. İddianın maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 2 və 6-cı, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarına, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81) -3379/2016 saylı iş) 23 avqust 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, qanuni nümayəndə X17 iddiaçının Nərimanov RPİ-yə qeydiyyata alınaraq həmin ünvan üzrə şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə dair müraciət etmiş olsa da, bu tələbin hüquqi əsası olmadığından, tərəflər arasına inzibati hüquq münasibətləri üzrə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə başqa şəxslərdən, konkret halda cavabdeh Nərimanov RPİ-dən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə, işin bu cür halında iddia mümkün sayıla bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyası (hakimlər X13məruzəçi X18 və X11, 2-1(103)-2232/2016 saylıiş) 30 sentyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçının nümayəndəsi 28 oktyabr 2016-cı il tarixdə qərardadın surətini almış, iddiaçı 04 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinə cavab verməli inzibati orqan DİN-in ərazi orqanı, yəni üçüncü şəxs olduğu halda, iddiaçı yanlışlıqla ərizəsində cavabdeh kimi həmin inzibati orqana münasibətdə subordinasiya baxımından yuxarı inz ibati orqan qismində çıxış edən Nazirliyin pasport, qeydiyyat və miqrasiya sahəsində idarəetmə funksiyalarını həyata keçirən idarəsini göstərmişdir ki, sonuncu da ərazi polis orqanına şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi barədə icrası məcburi olan göstəriş vermək səlahiyyətinə malik deyil. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi DİN-in digər səlahiyyətlərlə birgə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməsini həyata keçirən baş idarəsidir. Baş idarə olduğu üçün həmin idarə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələləri ilə bağlı ərazi polis idarələrinə münasibətdə subordinasiya baxımından şikayət instansiyasıdır. Məhz bu səlahiyyətlər baxımından həmin idarənin strukturuna digər qurumlarla yanaşı “Qeydiyyat və X16” də daxildir. Buna görə də İdarənin Qeydiyyat və şəxsiyyət vəsiqələri ilə əlaqədar məsələlərdə ərazi polis orqanlarının tərkibində fəaliyyət göstərən “Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri”nin fəaliyyəti ilə bağlı müstəqil qərar (göstəriş) vermək səlahiyyəti vardır. Məhz bu səlahiyyətinə görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1222/2014 saylı iş üzrə 29 may 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə ilə ərazi polis idarəsinə göstəriş verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərarı icra edərək vətəndaşı şəxsiyyət vəsiqəsi ilə təmin etmişdir. Bundan başqa, əgər cavabdehin belə bir səlahiyyəti olmasa idi, onlar iddiaçının mürac iətinə cavabında belə bir səlahiyyətlərinin olmadığını qeyd edib, üçüncü şəxsə və ya məhkəməyə müraciət etməsini tövsiyə edərdilər. Amma göründüyü kimi, həmin orqan iddiaçının müraciətinə mahiyyəti üzrə baxaraq cavablandırmış, bununla da, Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi məsələsində ərazi polis orqanına göstəriş verilməsi səlahiyyətinə malik olmasını təsdiq etmişdir. Bundan əlavə, məhkəmə öz qərardadında işin halları ilə bağlı heç bir əhəmiyyət kəsb etməyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”nın müvafiq bəndlərinə, habelə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54cü maddəsinə istinad etmişdir. Belə ki, Məhkəmə Mü lki Məcəllənin adı çəkilən maddəsinə istinad etməklə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hüquqi şəxsdir, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Nərimanov rayon Polis İdarəsi isə həmin hüquqi şəxs tərəfindən yaradılmış idarədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 3.1.10-cu bəndinə görə, Nazirlik vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Bu vəzifələrin həyata keçirilməsi üçün isə Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yaradılmışdır. Həmin idarə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməsini həyata keçirən baş idarəsidir. Baş idarə olduğu üçün həmin idarə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələləri ilə bağlı ərazi polis idarələrinə göstəriş vermək səlahiyyətinə malikdir. Eyni zamanda, məhkəmənin istinad etdiyi normada cavabdeh orqanın ərazi polis idarələrinə Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi ilə bağlı göstəriş vermək səlahiyyətinin olmaması görünmür. tərəflərin izahatları: Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar mə hkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin 14-cü bəndinə görə Azərbaycan Respublikasının qanunvericliyi ilə nəzərdə tutulmuş icazə-q eydiyyat işlərini aparmaq polisin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra - vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Prezidentinin 30.06.2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikas ının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyində olan orqanlar vasitəsi ilə həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Əsasnamənin 3.1.10-cu bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin hə llində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Bəhs edilən qanunvericilik aktlarına görə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən həyata keçirilir və hazırkı işdə cavabdeh olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsi şəxsiyyət vəsiqəsini verən yerli orqan olmadığından iddia ona qarşı yönələ bilməzdi. İddiaçı özü də iddia ərizəsində İddiaçı şəxsiyyət vəsiqəsinin cavabdeh tərəfindən deyil, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən verilməsini xahiş etmişdir. L akin cavabdeh həmin xahişi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə deyil, işdə cavabdeh olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlamışdır. Məhkəmənin etdiyi yardımdan da iddiaçı imtina etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu müddəanın tələblərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin cavabdeh kimi cəlb olunması məsələsinə tətbiqi isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, həmin idarə ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmiş, həmçinin hazırkı mübahisə ilə bağlı şəxsiyyət vəsiqəsi vermək səlahiyyətində olmamışdır. İnzibati icraatda iddianın müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən, həm də müvafiq cavabdehliyi olan şəxsə yəni, qanunla üzərinə vəzifə qoyulan inzibati orqana qarşı verilməsi və bu zaman həmin orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının konkret şəkildə əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtləri dir. Cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2232/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-315/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-315/2017
24.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver