Məhkəmə qərarları › İş №2-1(102)-315/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-315/2019

08.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2019 08.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Bədəlov Kəmaləddin Nurədin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2496/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 28.06.2018-ci il tarixli, 09/1656 nömrəli məktubda pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.15-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavə olaraq prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınm aqla müəyyən edilir. Ərizədə qeyd olunan əlavələrin ödənilməsi qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qeyd olunan arayış şöbəyə təqdim edilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanmasında nəzərə alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğdə verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, pensiya məbləğinin pensiyaya çıxdığı 2008-ci ildən yenidən hesab lanaraq ödənilməmiş fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən pensiya hesablanarkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, “Prokurorluq orqanlarında qulluq keçmə haqqına” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. İddiaçının pensiyası düzgün hesablanmamış, məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatı, pensiyaya çıxdığı vaxtdan müalicə almağı ilə bağlı ildə birdəfəlik 2 aylıq əmək haqqı məbləğində müavinətləri, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməsi hesablanmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2018-ci il tar ixli, 2-1(81)3465/2018 saylı qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilərək, prokurorluq işçilərinəhər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla İddiaçı pensiyasının məbləğinin 2008-ci il tarixdən yenidən hesablanaraq ödənilməmiş fərqin ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2496/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və S.F.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4-cü və həmin Qanunun 20.8-ci maddələrinə əsasən, prokurorluq orqanlarında işlədiyi dövrdə aldığı əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq əm ək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1 -ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Lakin iddiaçı tərəfindən məhkəməyə və pensiya təyin edən orqana məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinət və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım pulunun alınması barədə arayış təqdim edilməməsinə baxmayaraq iddiaçının pensiyasının yenidən hesablanması öhdəl iyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmə tərəfindən maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,iddiaçının pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir, “Əmək pensiyaları haqqında” Qanunun cavabdehə müvafiq səlahiyyət verən maddələrinin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayə tdir ki, cavabdeh də bu halı mübahisə etmir. Lakin, 20 oktyabr 2009-cu il tarixdən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına edilmiş dəyişikliyə görə ona təyin olunmuş pensiya məbləğinin prokurorluq işçisinə il ərzində məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi ilə bağlı iddiaçının müraciəti isə cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən dəlillərə əsasən təmin edilməmişdir. Halbuki, 20 oktyabr 2009-cu ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-1-ci və 20.8.3-cü maddələrinə edilmiş dəyişiklik və əlavəyə görə qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələrin ödəniləcəyi müəyyən edilmişdir. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə – orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi mi qdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi mübahisə üzrə müəyyən olunmuş hallara yuxarıda sadalanan normaları düzgün olaraq tətbiq etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. İddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqlatəyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını vəödənilməmiş fərqin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2496/2018 saylı iş üzrə 18 oktyabr 2018

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar