Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət aktının qismən, torpaq sahəsinin üst-üstə düşənhissəsində ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X15, X4) “X16 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-630/2019 saylı, 5 noyabr 2019-cu il tarixli qərardadından İddiaçı1 verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 18.01.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Katex kəndində İddiaçı1 xüsusi mülkiyyətində 0,12 hektar həyətyanı torpaq sahəsi, ümumi sahəsi 87,60 kv.m daşınmaz əmlakı dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən çıxarışda göstərilən fərdi yaşayış evinin 15.01.2019-cu il tarixli texniki pasportundan müəyyən edilir ki, İddiaçı1 0,042 ha artıq torpaq sahəsi var, həmin sahə üzərində darvaza, 5,5 kv.m tikinti altı sahə olan talvar, 1,7 kv.m hovuz, 90 kv.m tövlə tikintisi yerləşir. Fərdi yaşayış evində 2,4 kv.m sanitar qovşağı və 2,2 kv.m xidməti sahə icazəsiz artırılıb. Balakən Rayon Məhkəməsinin qanuni qüvvədə olan 11.01.2018-ci il tarixli 2(019)98/2018 nömrəli qətnaməsi ilə iddiaçı X6 və ailə üzvlərinin mülkiyyə tində olan, Balakən rayonu Katex kəndində yerləşən 1,85 ha torpaq sahəsinin (1409/0,17 ha nömrəli planşet hissəsindən) zəbt olunmuş 0,03 ha hissəsindən cavabdeh X3 çıxarılması, iddiaçı X6 və ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 1,85 ha torpaq sahəsinin 0,03 ha hissəsində cavabdeh X9 tərəfindən inşa olunmuş su anbarı, toyuq hini və altıaçığın torpaq sahəsindəki hissəsinin cavabdehin öz hesabına sökülməsi, cavabdeh X5 mal-qarasını iddiaçı X6 və ailə üzvlərinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə salmasının qadağan olunması qət edilmişdir. İddiaçılar 4 mart 2019-cu il tarixdə cavabdehə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “X15 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövl ət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçıya və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayon AİK-nın qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsində ev inşa etmişdir. Evə və həyətyanı torpaq sahəsinə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinə isə reyestr nömrəsi **********0-103a olan texniki pasport almışdır. X15 isə iddia edir ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 hissəsi onun və ailə üzvlərinin adına tərtib edilm iş dövlət aktının 1409 nömrəli planşetdə qeyd olunan 0,17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Orada olan çörək kürəsi, su hovuzu, toyuq hini və digər tikililərin dağıdılmasını tələb edir. Cavabdeh etirazında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı ilə iş üzrə üçüncü şəxs X10 və onun ailə üzvlərinə 1,85 ha k/t torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1409 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(84)-626/2019 saylı iş) 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdam məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni zamanda, İPM qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələ ndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8məruzəçi, X12 və X13, 2-1(107)-630/2019 saylı iş) 5 noyabr 2019-cu il tarixli qərardadla İddiaçı1 apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı1 22 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sının 5 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadan, iş üzrə məhkəmə mühəndis torpaqşünaslıq ekspertizası təyin etmədən, iddiaçıların çıxarışında qeyd olunan RX seriyalı ******* nömrəli planşeti ilə üst-üstə düşübdüşməməsini aydınlaşdırmadan, işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli olduğu halda, tələsik iddianın mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Məhkəmələr bu nəticəyə gəlmişlər ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Katex Bələdiyyəsi nə qarşı iddiaçıya məxsus torpaq sahəsində tikilən yarımtikili altıaçığın cavabdehin öz hesabına sökülməsi, hasarın sənəddə göstərilən və bələdiyyənin ölçdüyü yerdən çəkilməsi, mal-qaranın və digər heyvanların əmlakına girməməsi və 10 manat dövlət rüsumunun və digər xərclərin cavabdehdən alınıb iddiaçıya ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə iddiaçı X6 başqa predmetlə, başqa əsasla məhkəməyə müraciət etməsini, RX seriyalı çıxarışa əsasən iddiaçı X16 və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin üst-üstə düşdüyünü, həmin qətnamədə qeyd olunan tikililərin çıxarışda iddiaçı X6 həyətyanı torpaq sahəsinin içərisində yerləşdiyini nəzərə almamışdır. Ona görə də, İddiaçı1 Hüşənov Nadir və qeyrilərinə məxsus Dövlət aktının həmin hissədə 0,003 ha hissəsində ləğv edilməsi tələbi ilə məhkəməyə müra ciət etmişdir. Şikayətin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına istinad edilmişdir. əsaslandırma hissəsi: İddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı üçüncü şəxslərin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçı və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsini xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaq ədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Şəki Apelyasiya Məhkəməsinin 6 aprel 2018-ci il qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli 2(019)-98/2018 nömrəli qətnaməsi ilə iddiаçı X6 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin (1409/0.17 ha nömrəli planşet hissəsindən) zəbt olunmuş 0,03 ha hissəsindən cavabdeh X3 (hazırkı işdə iddiaçıdır) çıxarılması, iddiаçı X6 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin 0.03 ha hissəsində cavabdeh X9 tərəfindən inşa olunmuş su anbarı, toyuq hini və altıaçığın torpaq sahəsindəki hissəsinin cavabdehin öz hesabına sökülməsi, cavabdeh X5 mal-qarasını iddiaçı X6 və ailə üzvlərinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə salmasının qadağan olunması qət edilmişdir. Həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin 6 aprel 2018-ci il qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını belə əsaslandırmışdır ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdam məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən mə hkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni zamanda, İPM qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və iddia müddəti ötmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıl aşaraq həm də qeyd etmişdir ki, iddiaçıların hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozuntusu ilə bağlı halları müəyyən etməmiş, bu səbəbdən iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə edilməsi ilə bağlı cavabdeh orqanın qanuna zidd hərəkət və ya hərəkətsizliyinin mövcud olmadığı qənaətindədir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmamışdır. Bununla belə mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, üçüncü şəxslərə 1,85 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qəra rı əsasında verilmişdir. Dövlət aktının verilməsinə əsas olan AİK-in qərarı hazırkı işdə mübahisə predmeti olmamışdır. Dövlət aktının verilməsinə əsas olan inzibati akt qüvvədə olduğundan Dövlət aktının qismən ləğvinə dair iddia mübahisənin predmeti ola bilməz. O da vurğulanmalıdır ki, Dövlət aktında istinad edilən AİK-in qərarı məhkəmə tərəfindən əldə edilməmiş, həmin qərarda iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılmasının müzakirə edilməsi araşdırılmamışdır. Mübahisə olunan qərar işdə olmadığından həmin qərarla üçüncü şəxsə torpaq sahəsi ayrılması, iddiaçının hüququnun pozulması müəyyən deyildir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, inzibat i məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd).Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndi rmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd).Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına səbəb olan hallar iddiaçının diqqətinə çatdırılmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, torpağa mülkiyyət hüququna dair Dövlət aktında istinad edilən qərarda iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılmasının mövcudluğu öyrənilməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüq uqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: zəruri sənədləri (arayışları, məlumatları) toplamaq (49.1.3-cü maddə). Apellyasiya instansiyası məhkəməsi işə baxan zaman mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən Dövlət aktının verilməsinə əsas olan qərarın əldə edilməsi üçün cavabdehə, dövlət arxivinə və daşınmaz əmlakın dövlət reyestrinə sorğular etməmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktında istinad edilən AİK-in qərarının iddiaçı və üçüncü şəxslərə hər hansı hüquqi bağlılığı müəyyən edilmədən mübahisə üzrə düzgün qərar qəbul edilməsi istisna edilir. Apellyasiya instansiyası məhkəm əsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-630/2019 saylı, 5 noyabr 2019-cu il tarixli qərardadıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-315/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-315/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver