Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlverişsiz inzibati aktın ləğvi; inzibati aktın icrası nəticələrinin aradan qaldırılması; iddianın dəyişdirilməsi ilə bağlı prosessual normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1, İddiaçının vəkili Vəkil Murtaz oğlunun, Üçüncü şəxsin vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs “xxxx” MMC) “sərəncamın ləğvi və kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli, 2-1(103)-278/2020 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2008-ci il 31 may və 2016-cı il 10 mart tarixli texniki pasportlara əsasən, ünvan 1dəki qarajlar sırasında 9 nömrəli qaraj (sahəsi 17,9 kv.m, tikinti altı sahəsi 23 kv.m) İddiaçı2, x, x, 19 saylı binanın arxasında, 2 saylı qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) isə İddiaçı1 qanuni istifadəsində olmuşdur.
2. Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində ola n torpaqların daimi istifadəyə və icarəyə verilməsinin tapşırıldığı nəzərə alınaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələbləri rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır: - rayonun x ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilsin; - rayonun x ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilsin: "xxxx" MMC ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıqplanlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınsın; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, baş plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətləri köçürülsün; rayonun x ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsün. - Az ərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun x ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün; - sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin; - bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 3. 2018-ci ilin may ayında iddiaçıların qanuni istifadələrində olan 2 və 9 saylı qarajlar “xxxx” MMC tərəfindən iddiaçılarla razılıq əldə edilmədən sökülmüş, lakin iddiaçılara bununla bağlı hər hansı kompensasiya məbləği ödə nilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:
5. İddianın əsaslarına görə, “xxxx” MMC tərəfindən 2018-ci ilin may ayından etibarən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (qarajları n) söküntüsünə başlanılmışdır. 2018-ci il 19 may tarixdə İddiaçı1, 2018-ci il 28 may tarixdə isə İddiaçı2 məxsus qarajlar razılıq alınmadan və xəbərdarlıq olunmadan sökülmüşdür.
6. Bundan xəbər tutduqda MMC-nin işçilərindən qarajları hansı əsasla sökdüklərini öyrənməyə çalışmışlar. Bu zaman şifahi olaraq bildirilmişdir ki, söküntünün həyata keçirilməsi səlahiyyəti onlara Nərimanov Rayon İcra Başçısının sərəncamı ilə verilib və söküntü tam əsaslıdır. 7. 2018-ci il 21 may tarixdə RİH-ə sözügedən söküntü-tikinti işlərinin həyata keçirilməsinə əsas olan sərəncamın rəsmi qaydada təqdim edilməsi barədə müraciət etmiş, lakin həmin sərəncam yenə də təqdim olunmamış və yalnız məhkəməyə vermiş olduqları “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin baxışı əsnasında 2018-ci il 29 may tarixdə bəhs olunan sərəncam ilə tanış olmaq imkanları yaranmışdır.
8. Sərəncamın 2.6-cı bəndində yaşayış binalarının sakinlərinin “qarşılıqlı razılaşma əsasında” yeni mənzillərlə təmin edilməsinin qeyd olunmasına baxmayaraq, həmin sərəncamın 3-cü bəndində RİH qeyri-yaşayış sahələrinin yalnız “sökülməsi”-nə dair qeydlə kifayətlənmişdir. Halbuki, Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli Qərarının 1.2-ci bəndində aşağıdakılar göstərilmişdir: hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması”. Göründüyü kimi, yaşayış və ya qeyri-yaşayış məqsədləri daşımasından asılı olmayaraq həmin oby ektlərin əvvəlcədən dəyəri ödənilməli və ya onlar əvəzləşdirilməlidir. Sərəncam Nazirlər Kabinetinin 2016cı il 25 fevral tarixli, 86 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir.
9. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Beləliklə, mülki qanunvericilikdə bəhs olunan məqsədlər üçün “torpaq” dedikdə həmçinin tikililər, qurğular və bu kimi digər obyektlər də başa düşülür.
10. Sözügedən Sərəncam ilə yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinin nəzərdə tu tulmasına baxmayaraq, inzibati aktın qəbul edilməsindən əvvəl RİH tərəfindən maraqlı şəxslərin nəinki mülahizələri dinlənilməmiş, onlara ümumiyyətlə məlumat belə verilməmiş və bununla da maraqlı şəxsləri inzibati icraatdan qanunsuz kənarlaşdıraraq nəticədə birtərəfli qaydada inzibati orqanın maraqlarına uyğun olan Sərəncam qəbul etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli, 21(82)136/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhər Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 saylı sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı əsasında qəbul edilməklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmış, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınmaqla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş 2018-ci il 10 sentyabr tarixli, 25995 rəyə əsasən, ünvan 2 ünvanda yaşayış binaları üzrə tikinti layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Habelə, sərəncama əsasən Rayonun x ünvanında yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında ye ni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi üçüncü şəxs “xxxx” MMC-yə tapşırılmışdır. Göründüyü kimi mübahisələndirilən sərəncam iddiaçılar ilə üçüncü şəxs arasında qarışlıqlı razılaşma əsasında daşınmaz əmlakın alğı-satqı yolu ilə alınması tapşırığı olmaqla qanunvericiliyin müddəalarına uyğun olaraq iddiaçıların hüquqları qorunmaq şərti ilə qəbul edilmişdir və iddiaçıların hər hansı hüquqlarının pozulması məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir.
13. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişlər. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişlər. Ərizədə göstərilmişdir ki, kompensasiya ödənilməsi dedikdə, keçən dövr ərzində avto mobillərin saxlanılması üçün dayanacağa ödənilməli olan xərcin əvəzi nəzərdə tutulmuşdur. Odur ki, ərizədə kompensasiya kimi yuvarlaq olaraq hər bir qaraj üçün 7200 manat (12 ay x 600 manat) məbləğində kompensasiya nəzərdə tutulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 03 iyun tarixli, 2-1(103)-924/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 2019-cu il 0 1 noyabr tarixli, 21(103)-2741/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 03 iyun tarixli, 2-1(103)-924/2019 nömrəli qərarını ləğv etmiş, işi təkrar baxılması üçün həmin məhkəməyə göndərmişdir.
19. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, sərəncamın iddiaçılara aid olan hissəsi ilə bağlı 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun x ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə qərar verilmişdir. Ümumən sərəncamın müddəalarının təhlilindən müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi ilə bağlı məsələlərə münasibətdə fərqli tənzimləmələr aparılmışdır. Belə ki, sərəncamın 2.6-cı bəndində rayonun x ünvanında yerləşən yaş ayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Lakin sərəncamda qeyri-yaşayış binalarının yalnızca sökülməsi qərara alınmış, onların sahibləri ilə razılaşmanın əldə edilməli olduğu, habelə mülkiyyətçilərə əvvəlcədən hər hansı kompensasiyanın ödənilməli olduğu, eləcə də əvəzləşdirmənin aparılmalı olduğu ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarından icra hakimiyyəti orqanlarına verilmiş tapşırıq ondan ibarət olmuşdur ki, qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülk iyyətində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılması təmin edilməli idi.
20. Beləliklə, Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı qeyri-yaşayış sahələrinin onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşma əldə edilməklə və ədalətli bazar dəyəri qabaqcadan kompensasiya kimi mülkiyyətçilərə ödənilməklə sökülməli olduğuna dair müddəa nəzərdə tutmadığı üçün Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarından irəli gələn tələblərə uyğun olmamışdır. Sözügedən müddəaları nəzərdə tutmadığı üçün həmin sərəncam həm də Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin normalar ı ilə də ziddiyyət təşkil edir.
21. Bakı şəhəri Cavabdeh özünün 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıların sahib olduğu qarajların əvvəlcədən onlarla hər hansı razılaşma əldə edilmədən və kompensasiya ödənilmədən sökülməsinə qərar vermişdir. Bu halın iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə təşkil etdiyi aşkar və mübahisə olunmaz faktdır. Həmin sərəncam əsasında hərəkət edən “xxxx” MMC isə iddiaçıların qarajlarını sökmüşdür. Beləliklə, Bakı şəhəri Cavabdeh özünün 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıları əvvəlcədən dəyəri ödənilmədən mülkiyyət hüquqlarından məhrum etmiş, eləcə də daha sonra söküntü işləri aparmaq üçün “xxxx” MMC-nin qanunsuz hərəkətlərinə hüquqi əsas vermişdir. Bu vəziyyətdə həmin sərəncam şübhəsiz kimi iddiaçılara aid hissə də əlverişsiz inzibati akt olmuşdur.
22. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat.
23. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı, 2020-ci il 2 sentyabr tarixdə iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək cavabdehin sərəncamının ləğv edilməsi, həmin inzibati akt nəticəsində dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə cavabdehdən iddiaçıların hər birinə 10 000 manat olmaqla, ü mumilikdə 20 000 manat kompensasiya ödənilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Onlar, həmçinin öz tələblərinin hüquqi əsaslarına dair yazılı qeydlər təqdim etmişlər.
24. Apellyasiya instansiyası məhkəməsi 2020-ci il 3 sentyabr tarixli məhkəmə iclasında həmin ərizəni icraata qəbul etməkdən imtina etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli, 2-1(103)-278/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən sərəncama münasibətdə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilən sərəncam iddiaçılara münasibətdə əlverişsiz inzibati akt olsa da həmin aktın ləğv edilməsi z ərurəti aradan qalxmışdır. Belə ki, hazırkı iddia tələbində iddiaçılar sərəncamın ləğv edilməsini və nəticələrinin aradan qaldırılmasını tələb etsələr də iddiaçılardan birinə (İddiaçı2) münasibətdə ona qarajın verilməsi barədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Digər İddiaçı1 isə cavabdeh “xxxx” MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırda icraatı dayandırılmış iddiası var ki, həmin iddia tələbi üzrə İddiaçı1 digər tələblərlə yanaşı sökülmüş qarajın əvəzində eyni ölçüdə və keyfiyyətdə qarajın verilməsini tələb edir. Həmçinin apelyasiya baxışı zamanı məhkəmə iclasında üçüncü şəxs “xxxx” MMC İddiaçı1 qarajın verilməsi barədə öhdəlik götürmüşdür.
27. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçılar ilkin olaraq iddia tələbində sərə ncamın qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsini və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra birinci apelyasiya baxışı zamanı iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişlər ki, kompensasiya ödənilməsi dedikdə, keçən dövr ərzində avtomobillərin saxlanılması üçün dayanacağa ödənilməli olan xərcin əvəzi nəzərdə tutulmuşdur. Odur ki, ərizədə kompensasiya kimi yuvarlaq olaraq hər bir qaraj üçün 7200 manat (12 ay x 600 manat) məbləğində kompensasiya nəzərdə tutulmuşdur. Hazırkı halda, iddiaçılar inzibati orqana qarşı komp ensasiya tələbi irəli sürsələr də işə birinci instansiya qaydasında baxılarkən bu tələbi əsaslandırmamış, birinci apelyasiya baxışı zamanı iddiaya dəqiqləşmə verilməsi təklif edilsə də tələb edilən kompensasiya məbləği ilə bağlı dəqiqləşmə verilməmiş, yalnız işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə əsasında müəyyən edilmişdir ki, hər bir qaraj üçün iddiaçılar tərəfindən 7200 manat kompensasiya tələb edilir. Bu məbləğ qarajların bazar dəyəri kimi deyil, qarajdan məhrum edilmələri ilə əlaqədar ödənişli dayanacaqlardan istifadə etməli olduqlarından həmin dayanacaqlara ödəməli olduqları məbləğin, yəni vurulmuş real maddi ziyanın əvəzi olaraq tələb edilir. Qeyd edilməlidir ki, bu tələblə bağlı məhkəməyə iddiaçıların mülkiyyətində avtomobil olm ası, qanuni istifadələrində olmuş qarajlar söküldükdən sonra ödənişli dayanacaqdan istifadə etmələri və inzibati orqandan tələb edilən məbləği həmin dayanacağa ödəmələri barədə sübutlar təqdim edilməmişdir.
28. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda, dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə cavabdehdən iddiaçıların hər birinə 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat kompensasiya kimi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
30. Kassasiya şikayətində əlavə olaraq qeyd olunur ki, "Sərəncamın" ləğv olunması zərurəti heç bir halda aradan qalxmamışdır. Çünki İddiaçı2 münasibətdə hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsini nəzərdə tutan tələbin "qismən" təmin olunduğu qətnamənin mövcud olması heç də qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması zərurətini aradan qaldırmır. Belə ki, "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. 31. 3-cü şəxsin qarajın verilməsi barədə götürdüyü öhdəliyin reallıqla uzlaşıbuzlaşmaması, yəni həmin "Sərəncam" nəticəsində tikilmiş binaların plan- eskizlərində nəzərdə tutulub-tutulmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Əksinə, iddiaçı həmin təklifi qəbul etməyərək Məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, tikilməkdə olan binaların plan-eskizlərinə uyğun olaraq onların zirzəmi sahəsində qarajların deyil, dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası nəzərə almalı idi ki, "Sərəncam" nəticəsində sökülmüş qeyri-yaşayış sahələri (qarajlar) zirzəmidə deyil, torpağın üstündə yerləşən və küçəyə birbaşa çıxışı olan tikililər olmuşdur. Bu təklif isə heç bir halda zərərin naturada ödənilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənlərlə əlverişsiz inzibati aktın ləğv olunması zərurətinin aradan qalxması ilə bağlı məhkəmə kollegiyasının mövqeyinin əsassız olması sübut olunur.
32. Bakı şəhəri Cavabdehin iddiaçılar tərəfindən mübahisələndirilən 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı İl 25 fevral tarixli, 86 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Ona görə də, həmin sərəncam ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarına, eləcə də tənzimlədiyi məsələləri nizamlayan digər qanunvericilik normalarının tələblərinə uyğun olmalıdır. Ancaq Cavabdehin "Sərəncamı" nəinki özündən üstün hüquqi qüvvəyə malik normativ-hüquqi aktların, o cümlədən Konstitusiyanın tələblərinə cavab verməmişdir. İstinad edildiyi Nazirlər Kabinetinin sözügedən qərarının tələblərini belə kobud şəkildə pozmaqla qəbul edilmişdir.
33. Bundan başqa, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı Qərarının 1.3-cü bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin qərara alındığı və ikinci dəfə Apelyasiya instansiyasında işə baxılarkən həmin qərarın icrası kimi Nərimanov RİH ilə "xxxx" MMC arasında imzalanmış 2018-ci il 14 mart tarixli Müqavilədə də yaşayış sahəsi verilənədək hər bir ailəyə aylıq 300-500 manat miqdarında kompensasiyaların verilməsi məsələsinin "xxxx" MMC-yə həvalə edildiyi məlum olmuşdur.
34. Həmin kirayə haqqı kimi kompensasiyaların ödənilməsi ilə bağlı da "xxxx" MMC-yə qarşı mülki qaydada ayrıca iddiaları olduğu üçün və cavabdeh Nərimanov RİH-ə qarşı əlverişsiz inzibati akt nəticəsində dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə gələcəkdə yenidən iddia qaldırmamaq üçün, həmçinin ikinci dəfə işə baxan Apelyasiya kollegiyasının təkidi ilə iddianın kompensasiya hissəsinə yenidən dəqiqləşmə verərək, inzibati orqan tərəfindən hər bir iddiaçıya 10.000 (on min) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
35. Apellyasiya instansiyası məhkəməsində icraat ciddi prosessual pozuntularla müşayiət olunmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
36. İddiaçılar və onların vəki li kassasiya şikayətini məhkəmə iclasında müdafiə edərək təmin olunmasını xahiş etdilər.
37. Üçüncü şəxsin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
38. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 39. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İ nzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər b ir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
40. İPM: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti v ə ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və y a şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə y anaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Maddə 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçılar apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsi hissəsində və iddianın cavabdehin sərəncamının iddiaçılara münasibətdə ləğv edilməsi tələbinə aid hissə sində əsaslıdır, şikayət həmin hissələrdə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
44. Şikayətin qeyd edilən hissələrdə əsaslılığı, ilk növbədə cavabdehin sərəncamının ləğv edilməsi barədə iddianın əsaslı olmasından irəli gəlir. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçıların hüquqlarını pozur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.
45. Mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni formalhüquqi tərəfinə gəlincə, qeyd etmə k lazımdır ki, onun qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxslərin dinlənilmə hüququnu təmin etməyə borcludur (“İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2-ci maddələri). Hazırkı halda, həmin tələb cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır.
46. Beləliklə, iddiaçıların barəsində qəbul edilmiş sərəncam “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır.
47. Məhkəmə kollegiyası, həmçinin dinlənilmə hüququnun təmin edilməməsinin nəticəyə təsir etməsindən çıxış edir (İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsi). “İnzibati icraat haqqında” Qanunun inzibati orqanlara münasibətdə tətbiq olunan 67.2-ci maddəsindən fərqli olaraq, İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsi məhkəmələrin inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edilmiş inzibati aktları ləğv etməsinə yalnız o halda yol verir ki, həmin pozuntu ilə inzibati aktın qəbulu arasında səbəbli əlaqə mövcud olsun.
48. Hazırkı işdə də vəziyyət məhz belədir. İddiaçılar dinlənilmiş olacağı təqdirdə, məhkəmə icraatındakı izahatlarına uyğun olaraq, maddi hüquq baxımından mövcud olan qüsurları göstərərdilər və bu, başqa bir qərarın qəbulu ilə nəticələnə bilərdi, yaxud tərəflər, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarında icra hakimiyyəti orqanlarına verilmiş tapşırığın icrasının təmini ilə bağlı, - mülki qanunvericiliyə uyğun olaraq qeyri-yaşayış/torpaq sahələrinin əvəzləşdirilməsi ilə bağlı qarşılıqlı razılığa gələ bilər dilər (Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli qərarında da məhz torpaq sahələrinin/tikililərin onların mülkiyyətçilərinin/istifadəçilərinin razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılması təsbit olunmuşdur) və iddiaçıların əşya hüquqlarına müdaxilə edən hər hansı sərəncamın (onun hissəsinin) qəbuluna da (hər halda, mübahisələndirilən məzmunda) zərurət qalmazdı.
49. Cavabdehin inzibati aktı, həmçinin aşağıdakılara görə qanunsuz olduğundan ləğv edilməlidir.
50. İşin hallarından göründüyü kimi Bakı şəhəri Cavabdehin iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarının icras ının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Ona görə də, həmin sərəncam, ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarına, eləcə də tənzimlədiyi məsələləri nizamlayan digər qanunvericilik normalarının tələblərinə uyğun olmalı idi.
51. Sərəncamın iddiaçılara aid olan hissəsi ilə bağlı 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun x ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə qərar verilmişdir. Ümumən sərəncamın müddəalarının təhlilindən müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi ilə bağlı məsələlərə münasibətdə fərqli tənzimləmələr aparılmışdır. Belə ki, sərəncamın 2.6-cı bəndində rayonun x ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Lakin sərəncamda qeyri-yaşayış binalarının yalnız sökülməsi qərara alınmış, onların sahibləri ilə razılaşmanın əldə edilməli olduğu, habelə mülkiyyətçilərə əvvəlcədən hər hansı kompensasiyanın ödənilməli olduğu, eləcə də əvəzləşdirmənin aparılmalı olduğu ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarından icra hakimiyyəti orqanlarına verilmiş tapşırıq ondan ibarət olmuşdur ki, qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mül kiyyətində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılması təmin edilməli idi.
52. Beləliklə, cavabdehin sərəncamı qeyri-yaşayış sahələrinin onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşma əldə edilməklə və ədalətli bazar dəyəri qabaqcadan kompensasiya kimi mülkiyyətçilərə ödənilməklə sökülməli olduğuna dair müddəa nəzərdə tutmadığı üçün Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarından irəli gələn tələblərə uyğun olmamışdır.
53. Cavabdeh həmin sərəncamı ilə iddiaçıları əvvəlcədən dəyəri ödənilmədən mülkiyyət hüquqlarından məhrum etmiş, onlara məxsus tikililərin sökülməsi üçün “xxxx” MMC-yə hüquqi əsas vermişdi r. Buradan, həmin sərəncam iddiaçılara münasibətdə əlverişsiz inzibati akt olmuşdur. Qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (“İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi).
54. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən sərəncama münasibətdə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilən sərəncam iddiaçılara münasibətdə əlverişsiz inzibati akt olsa da həmin aktın ləğv edilməsi zərurəti aradan qalxmışdır. Belə ki: (1) hazırkı iddia tələbində iddiaçılar sərəncamın ləğv edilməsini və nəticələrinin ara dan qaldırılmasını tələb etsələr də iddiaçılardan birinə (İddiaçı2) münasibətdə ona qarajın verilməsi barədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur; (2) digər İddiaçı1 isə cavabdeh “xxxx” MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırda icraatı dayandırılmış iddiası var ki, həmin iddia tələbi üzrə İddiaçı1 digər tələblərlə yanaşı sökülmüş qarajın əvəzində eyni ölçüdə və keyfiyyətdə qarajın verilməsini tələb edir; (3) həmçinin apelyasiya baxışı zamanı məhkəmə iclasında 3-cü şəxs İddiaçı1 qarajın verilməsi barədə öhdəlik götürmüşdür.
55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallar qanunsuzluğu aşkar müəyyən edilmiş əlverişsiz aktın ləğvinə dair tələbin ə saslarını aradan qaldırmır. Belə ki, iddiaçılara məxsus qarajların yerləşdikləri torpaq sahələrinin üçüncü şəxsin sahibliyinə verilməsi və həmin qarajların üçüncü şəxs tərəfindən sökülməsi mübahisələndirilən sərəncamın hüquqi qüvvəsinə və etibarlılığına bağlıdır (“İnzibati icraat haqqında” Qanunun 64.1 və 64.2-ci maddələri).
56. Eyni ilə, cavabdehin özünün, yaxud onun sərəncamını bilavasitə icra edən üçüncü şəxsin hərəkətləri ilə iddiaçılar qarşısında yaranmış öhdəlikləri yerinə yetirməyə məcbur etmə haqqında qərarın qəbulu, o cümlədən inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəliyin qoyulması həmin inzibati aktın mübahisələndirmə haqqında iddiaya əsasən ləğvinə əsaslanır (İPM-in 70.3 və 71.1-ci maddələri).
57. Hətta həmin sərəncamın icrasının dönüşünün təm in olunması belə, onun qanunsuz əlverişsiz inzibati akt kimi ləğvinə dair iddiaçıların hüquqi marağını aradan qaldırmır. Belə ki, - apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırda icraatı dayandırılmış iddiası var ki, həmin iddia tələbi üzrə İddiaçı1 digər tələblərlə yanaşı sökülmüş qarajın əvəzində eyni ölçüdə və keyfiyyətdə qarajın verilməsini tələb edir.
58. Beləliklə, mübahisələndirilən inzibati aktın ləğv edilməsi zərurətinin aradan qalxdığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyil.
59. İddiaçıların onlara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərinə gəldikdə, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı 202 0-ci il 2 sentyabr tarixdə iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək cavabdehin sərəncamının ləğv edilməsi, həmin inzibati akt nəticəsində dəymiş mənəvi zərərə və hüquqi müdafiə ilə bağlı çəkilmiş xərclərə görə cavabdehdən iddiaçıların hər birinə 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat kompensasiya ödənilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Onlar, həmçinin öz tələblərinin hüquqi əsaslarına dair yazılı qeydlər təqdim etmişlər (İİ cild, iş v. 79-81, 83-88). Başqa sözlə, iddiaçılar iddia tələbində dəyişikliklər etmişlər.
60. Apellyasiya instansiyası məhkəməsi 2020-ci il 3 sentyabr tarixli məhkəmə iclasında həmin ərizəni icraata qəbul etməkdən imtina etmiş, lakin bunun əsaslarını göstərməmişdir. Halbuki, bundan əvvəlki - 2020-c i il 27 avqust tarixli məhkəmə iclası, məhz apellyasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə və “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim olunması məqsədi ilə” təxirə salınmışdır.
61. İddiaçılar da şikayətlərində iddianın yenidən dəqiqləşdirilməsi barədə ərizənin apellyasiya instansiyası məhkəməsinin təşəbbüsü ilə verildiyini bildirirlər.
62. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil qaydada şikayət verilməsinə yol verilməsə də (İPM-in 54.3-cü maddəsi), həmin qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər (İPM-in 83.4cü maddəsi). İddiaçılar etirazlarını apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarından verdikləri kassas iya şikayətində bəyan etmiş, apellyasiya instansiyası məhkəməsinin ilkin tələb üzrə qəbul etdiyi qərarının ləğvini, dəyişdirilmiş məzmunda iddianın təmin olunmasını tələb etmişlər.
63. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi iddianın dəyişdirilməsi barədə ərizəni icraata qəbul etməkdən imtina etsə də, bunun əsaslarını göstərməmişdir. Başqa sözlə, iddianın dəyişdirilməsi ilə bağlı ərizənin icraata qəbul edilməsini mümkünsüz edən halların İPM-in 54-cü maddəsinin, habelə iddianın mümkünlüyünə dair şərtlərin yoxlanılmasının “iddianın dəyişdirilməsi”nə də aid olduğu nəzərə alınmaqla İPM-in 35.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olubolmadığı yoxlanılmamış və qiymətləndirilməmişdir. Bu səbəblərdən də, dəyişdirilmiş iddia ərizəsinin qəbulundan məhkəmənin imtina etm əsinin əsaslarını hazırkı halda müəyyən etmək mümkün deyil.
64. Apellyasiya instansiyası məhkəməsinin qərarı “zərərin ödənilməsi” tələbinə aid hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
65. Apellyasiya instansiyası məhkəməsinin qərarı “zərərin əvəzinin ödənilməsi” tələbinə aid hissədə İPM-in 54-cü və 35.1-ci maddələrinin tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli olduğundan, həmçinin şikayətdə irəli sürülən “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən şikayət həmin tələbə aid hissədə təmin oluna bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən, məhk əmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli, 2-1(103)-278/2020 nömrəli qərarı ləğv edilir. Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin (qarajların) sökülməsinə aid hissədə ləğv edilir. İş Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamının icrası nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov