Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-315/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiya icraatının mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (X3 üçüncü şəxs olmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli, 04 ok tyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı "xxxx" ASC Cavabdehnə və üçüncü şəxs X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binada 25.4 kv.m. ümumi, 14.0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X2 Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməs inin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakim:Ş.A.Həsənova) iddia təmin edilmiş, İddiaçı ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binada 24.4 kv.m. ümumi, 14.0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X2 Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardım) İddiaçı ("xxxx" İKB) ASCyə ödənilməsi qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmişdir. Belə olan halda həmin mənzilə görə Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış müvafiq kompensasiya məbləği iddiaç ıya ödənilməlidir.
4. Cavabdeh Bakı şəhəri Cavabdeh həmin qərardan apelyasiya şikayəti verməmişdir.
5. Üçüncü şəxs M.Dibirova apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh Bakı şəhəri Cavabdeh apelyasiy a instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 9.Üçüncü şəxs M.Dibirova həmin qərardan kassasiya şikayəti verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 75.4 Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan ol unduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Bu Qərardadın 10-cu bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, şikayət verilmədiyi hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
12. İşin halla rından görünür ki, birinci instansiya məhkəməsinin qərarı 24 may 2021cu il tarixdə poçt qəbzinə imza edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə təqdim edilmiş (səh. 246), qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində cavabdeh həmin qərarı mübahisələndirməmiş, qərardan apelyasiya şikayəti verməmiş, beləliklə də, barəsində şikayət verilən qərar ona münasibətdə qüvvəyə minmişdir. Apelyasiya instansiyası məhkəməsi isə üçüncü şəxsin şikayətinə əsasən birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamış, beləliklə də birinci instansiya məhkəməsindən fərqli qərar qəbul etməmişdir. Yəni, apelyasiya instansiyası məhkəməsinin hazırda barəsində şikayət verilən qərarı ilə cavabdehin üzərinə birinci instansiya məhkəməsinin qərarı ilə qət ediləndən fərqli öhdəlik qoyulmamışdır.
13. Məhkəmə tərkibi hesab edir ki, belə olan halda, cavabdehin apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququ istisna edilir. Odur ki, onun hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
14. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1891/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.