Məhkəmə qərarları › İş №2-1(102)-315/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-315/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid oğlu kimi güzəştli mənzil növbəsində olduğu üçün ona mənzil ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarş ı “şəhid oğlu kimi güzəştli mənzil növbəsində olduğu üçün ona mənzil ayrılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2444/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İ seriyalı 097268 nömrəli xx.xx.2008-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən İddiaçı Firuz oğlu (iddiaçının atası) xx.xx.1993-cü ildə vəfat etmiş və ölüm səbəbi kimi “erməni gülləsindən vəfat etmişdir” göstərilmişdir.

2. Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 003935 nömrəli vəsiqəyə əsasən iddiaçıya şəhid ailəsi vəsiqəsi verilərək güzəşt və imtiyazlardan is tifadə etmək hüququ verilmişdir.

3. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 444 nömrəli sərəncamına əsasən Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, keçid 1, döngə 1, ev 10A-da yaşayan iddiaçı 1 (bir) nəfər ailə üzvü ilə (özü) Abşeron Rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə götürülmüşdür.

4. A № 051587 saylı bakalavr diplomuna əsasən iddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin “Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.

5. İddiaçı mənzillə təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin 15 aprel 2021-ci il tarixli, **********7 nömrəli imtina m əktubda qeyd edilmişdir ki, o, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə müəyyən olunan şəhid ailə üzvü hesab edilmədiyindən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid oğlu kimi güzəştli mənzil növbəsində olduğu üçün ona mənzil ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası İddiaçı Firuz oğlu 23 mart 1993cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı xx xxxxxx 1993-cü ildə anadan olmuş və atası şəhid olduqdan sonra ona şəhid oğlu kimi müavinət ve rilmişdir. 2008-ci ildə o, Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olmuş və oranı 2011-ci ildə bitirdikdən sonra 2011-2015-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində əyani ali hərbi təhsil almışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 444 nömrəli sərəncamına əsasən o, şəhid oğlu kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. 23 yaşı tamam olanadək, yəni 14 fevral 2016-cı ilədək şəhid oğlu kimi ona müavinət verilmişdir. İddiaçı 2014-cü ildə güzəştli mənzil növbəsində olduğundan, onun hazırda mənzil verilməsini tələb etmək hüququ mövcud olmuşdur. İddiaçı mənzilin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsas sızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

8. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-874/2022 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, iddiaçının şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı ona mənzil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhid övladının şəhid ailə üzvü hesab olunmağı üçün o, 18 yaşına çatmamış uşaq və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq, ya da ki əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil almalıdır (23 yaşa çatanadək). xx.xx.1993-cü il təvəllüdlü iddiaçı hazırda yetkinlik yaşına çatmış və onun 29 yaşı vardır. Lakin, iddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 444 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülürkən onun 21 yaşı olmuş və o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır. İddiaçı güzəştli mənzil növbəsinə götürüldüyü anda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikasının Qaydalarının 2.1.6-cı yarımbəndə nəzərdə tutulmuş şəxslərin əhatə dairəsi düşməklə şəhid ailəsi hesa b olunmuşdur. Buna baxmayaraq, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, əksinə iddiaçının şəhid ailəsi hesab olunmadığı qənaətinə gəlmiş və ona mənzil verilməsindən imtina etmişdir. Halbuki, iddiaçı mənzil növbəsinə götürüldüyü zaman şəhid ailəsi hesab olunmuş və şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur ki, hazırda cavabdeh tərəfindən iddiaçının bu hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2444/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-874/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 444 nömrəli sərəncamı hazırda qüvvədədir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2-ci bəndinə və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına istinad edərək qeyd edir ki, iddiaçı 15 sentyabr 2014-cü il tarixdə mənzil növbəsinə alınmışdır. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanv arın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər mənzil və ya fərdi evlə 2021-ci il tarixində qəbul olunmuş Sərəncam çərçivəsində təmin olunurlar. 2021-ci ildə isə iddiaçının artıq 28 yaşı var idi və istinad edilən qanunvericiliyə əsasən artıq şəhidin ailə üzvü hesab olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar i tkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994- cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir....

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslə rin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razıla şdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;...

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlar la və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəlləni n 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının şəhid ailəsi üzvü olmaması ilə bağlı əsas və təkrarlanan dəlilinə qiymət verərək aşağıdakıları qeyd edir. 28. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşaqlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək şəhid ailəsinin üzvü hesab edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.6-cı bəndində də göstərilmişdir ki, şəhidin uşaqları əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şə hid övladı olması və əyani təhsil aldığına görə 23 yaşa çatanadək, yəni 14 fevral 2016-cı ilədək şəhid ailəsi üzvü olması işin mübahisələndirilməyən hallarındandır.

31. Eyni zamanda, iddiaçının şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2014-cü il tarixli, 444 nömrəli sərəncamı hazırda qüvvədədir və bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 2014-cü il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər mənzil və ya fərdi evlə 2021-ci il tarixində qəbul olunmuş Sərəncam çərçivəsində təmin olunurlar, 2021-ci ildə isə iddiaçının 28 yaşı olmuş və o, şəhid ailəsinin üzvü hesab olun mamışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mənzillə təmin edilmə müəyyən zaman çərçivəsində baş verən prosesdir və qüvvədə olan qanunvericilik normalarına görə, şəxs əvvəlcə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, bundan sonra cavabdeh orqan tərəfindən mənzillə təmin edilməlidir. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməsi də eyni qaydalar çərçivəsində həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi kateqoriyalar üzrə (şəhidin övladı) şəhid ailəsi statusu müəyyən zaman çərçivəsində verilir və şəxs müəyyən edilən müddət başa çatdıqdan sonra şəhid ailəsi statusunu itirir. Lakin qeyd edilən hal şəxsin şəhid ailəsi statusunun mövcud olduğu zaman əldə et diyi hüquqların itirilməsinə səbəb olmamalıdır.

34. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına istinad edərək iddiaçının artıq şəhid ailəsi hesab edilmədiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, məhz həmin Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.

35. İşin hallarından da göründüyü kimi iddiaçı 15 sentyabr 2014-cü il tarixdə şəhid ailəsi statusuna sahib olan zaman mənzillə təmin edilmə ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən uçota alınmışdır. İddiaçının 23 yaşına çatmasına görə şəhid ailəsi statusunu itirməsi onun 2014-cü ildə mövc ud olan və həyata keçirilən hüququnun məhdudlaşdırılmasına əsas hesab edilə bilməz. 36. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-c i illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməlidir. 37. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidir.

38. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamında da birmənalı şəkildə 2014-cü il yanvarın 1-dən 2023cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçot a alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuş, şəhid ailəsi statusunun itirilməsi ilə bağlı hər hansı istisna qeyd edilməmişdir.

39. İddiaçı şəhid ailəsi kimi 15 sentyabr 2014-cü il tarixdə yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamında göstərilən xüsusatlar ona da aid edildiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlili əsassızdır.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının şəhid oğlu kimi güzəştli mənzil növbəsində olduğu üçün ona mənzil ayrılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı i stinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(103)-2444/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar