Məhkəmə qərarları › İş №2-1(102)-315/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-315/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-315/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hüquqmüəyyənedici sənədlər olmadan mülkiyyət hüququnun qeydə alınmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs olmaqla) “ünvan 2ində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(107)-237/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qax rayonu İlisu kəndinin “Bəytabun” sahəsində yerləşmiş kanaldan qərbdə, mərkəz i kənd yolundan cənubda yerləşmiş, ölçüləri 100x70 metr olmaq etibarı ilə 0,7 ha torpaq sahəsi anbar binasının tikintisindən ötrü Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncağının qərarı ilə ayrılmış, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolu ilə həmin qərar təsdiq edilmişdir.

2. Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının qərarı ilə “Kirov adına kolxoza məxsus İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon X2 xahiş edilməsi” qərara alınmışdır.

3. İddiaçının təqdim etdiyi Qax rayon X3 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protoko lundan çıxarışa əsasən müəyyən olunur ki, həmin iclasda Şura “Kirov” adına kolxoza məxsus olan, İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etmişdir.

4. Respublika Veteran Kooperativləri Birliyi, Azərbaycan “Ulduz” İstehsalat Birliyi və Qax “İmpuls” kiçik müəssisəsi üzrə birgə xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrlə İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, X1 müəssisənin direktoru təyin edilməsi, müəssisənin fəaliyyət sahəsinin təyin edilməsi, “İmpuls” müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin istifadəsiz sahəsinin İddiaçı kiçik müəssisəsinə ayrılması və müəssisənin ünvanının gələcək üçün Qax rayonunun İlisu kəndində qeydə alınması qərara alınmışdır.

5. Eyni zamanda Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmri ilə (xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əlavə) İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsi əmr olunmuşdur. 6. xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktla “İmpuls” KMnin balansında olan 610 kv.m istehsal sahəsi amortizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilmişdir. Akt Azərbaycan “Ulduz” Eİ B-nin Qax “İmpuls” KM-nin direktoru Əskər Əskərov, mühasibə Həşim Həsənov, iqtisadçı Svetlana Muradova, İddiaçı KM-nin direktoru Mikayıl Əskərov, təftiş Xalıq Murtuzayev tərəfindən tərtib edilmiş və imzalanmışdır.

7. Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 13 nömrəli, Qax rayon X3 26 aprel 1988-ci il tarixli 2 nömrəli qərarları və “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli 33 nömrəli əmrinə istinad olunaraq 7000 kv.m torpaq sahəsinin sahibkarlıq üçün İddiaçı kiçik müəssisəsinə ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 015696 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək ünvan 2ində yerləşən İddiaçı MMC-yə məxsus əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh 16 iyun 2021-ci il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, kolxozda yem binası tikintisi üçün 7000 kv.m torpaq sahəsinin ayrılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli, 3 saylı qərarı, kolxoza məxsus əmlakın Bakı “Ulduz” zavoduna satılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli, 3 saylı qərarı (təqdim edilməmişdir), Qax rayonu Aqrar X12 26 aprel 1988-ci il tarixli, 02 saylı qərarı və “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin İddiaçı KM-yə təhvil verilməsi barədə “Ulduz” Azərbaycan X14nin 25 may 1993-cü il tarixli əmri sözügedən əmlakın İddiaçı MMC-nin adına qeydiyyata alınması üçün əsas yaratmadığından, həmçinin təqdim olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyun 2021-ci il tarixli məktubu ilə təqdim olunmuş hüquqların qeydiyyatından imtina qərarının ləğv olunması və ünvan 2ində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 5 iyun 1986-cı il tarixli 3 №-li qərarı ilə anbar binasının tikintisi üçün 0,7 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar Qax rayon XDS İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli qərarı ilə təsdiq olunmuşdur. Ayrılması qərara alınmış torpaq sahəsi və anbar binası “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli 6 №-li qərarı ilə “Ulduz” zavoduna satılmış və satış barədə qərar da Qax rayon Aqrar X12 1988ci il 2 №-li Protokolu ilə Şura iclasında təsdiq olunmuşdur. Respublika Veteran kooperativləri birliyi və Azərbaycan “Ulduz” İstehsalat Birliyinin birgə verdiyi xx.xx.1991-ci il tarixli əmrlə İddiaçı kiçik müəssisəsi təsis edilmişdir. Həmin əmrin 4-c ü bəndi ilə torpaq sahəsi də İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Qeyd olunan əmrə əlavə olaraq qəbul edilmiş “Azərbaycan Elmi-İstehsalat Birliyi”nin “Ulduz” zavodunun xx.xx.1993-cü il tarixli əmrinin 2-ci bəndində göstərilmişdir ki, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexi və torpaq sahəsi qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilsin. “İmpuls” müəssisəsi “Ulduz” X7 rayon filialı idi. 26 may 1993cü il tarixli Aktdan və xx.xx.1992-ci il tarixli Bank sənədindən aydın olur ki, torpaq sahəsi və binanın dəyəri (45000 rubl) İddiaçı kiçik müəssisəsi tərəfindən tam olaraq ödənilmiş, torpaq sahəsi və bina təhvil verilmişdir. Beləliklə təqdim olunan sənədlərdən aydın olur ki, qeydiyyat üçün müraciət olunmuş torpaq sahəsinin dəyəri t am şəkildə ödənilməklə “Ulduz” zavodu (X14) tərəfindən İddiaçı kiçik müəssisinə satılmışdır. 7000 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün İddiaçı kiçik müəssisəsinə ayrılması barədə X13 xx.xx.2007ci il tarixdə 130 nömrə ilə məlumatlar işlənilmiş və Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmuşdur. Məhkəməyə təqdim olunan İddiaçı MMC-nin 09 yanvar 2009-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş Nizamnaməsinin 1.4-cü maddəsindən aydın olur ki, İddiaçı MMC Qax rayon XDS-in İcraiyyə Komitəsinin 117 saylı Qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olan və 0906-Q3-290 saylı şəhadətnamə ilə xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı hüquqi varisidir.

12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-208/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-20/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən mübahisəli 7000 kv.metr torpaq sahəsinin nə İddiaçı KM-yə, nə də İddiaçı MMC-yə ayrılmasına dair heç bir hüquqi əsas (inzibati akt, müqavilə və s.) müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı mübahisəli torpaq sahəsində yerləşən tikilinin Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsinin əmr olunmasına, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktla “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amortizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilməsinə istinad etsə də, tikilinin “İmpuls” KM-nin mülkiyyətinə verilməsi və ya onun mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır.

15. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Qax rayonu İlisu kənd Kiro v adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli müvəkkillər yığıncağının protokolunun qərarı ilə “Kirov” adına kolxoza məxsus İlisu kəndində tikilmiş və istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon X2 xahiş edilməsinin qərara alınması, Qax rayon X3 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarış əsasında Şuranın anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etdiyi və kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırıldığı müəyyən edilsə də, Ulduz zavodu ilə müvafiq sənədləşmənin aparılması və alğı-satqının baş tutmasına dair müqavilə, yaxud hüquqları n rəsmiləşdirilməsini təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsinin iddiaçının hüquqi varisi olduğu İddiaçı KM-nin təsis edilməsində iştirak etmiş müəssisələrin mülkiyyətinə verilməsinə dair əsaslar işin halları ilə öz təsdiqini tapmamışdır.

16. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(107)-237/2023 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X10 və X6) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-20/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş üzrə ye ni qərar çıxarılaraq iddia təmin edilmiş, iddiaçı ünvan 2ində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq İddiaçı mülkiyyətində olduğundan həmin torpaq sahəsi və üzərindəki tikili dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, iddia predmeti olan torpaq sahəsi İddiaçınə hələ 1993-cü ildə satılmışdır. Həmin torpaq sahəsinin Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ya İstehsal və Xidmət Müəssisələrinin İdarə Etmə Mərkəzinin balansında olması barədə cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamışdır.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

20. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur.

21. Qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi “Mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993- cü il tarixli əmrindən (xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əlavə) görünür ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsi əmr olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, göstərilən tarixdə “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amortizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilmişdir. Akt Azərbaycan “Ulduz” EİB-nin Qax “İmpuls” KM-nin direktoru Əskər Əskərov, mühasib Hə şim Həsənov, iqtisadçı Svetlana Muradova, İddiaçı KM-nin direktoru Mikayıl Əskərov, təftiş Xalıq Murtuzayev tərəfindən tərtib edilmiş və imzalanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı KM tərəfindən 45000 rubl ödəniş edilmiş və çıxarışa bu barədə “оплачено” ştampı vurulmuşdur. Göründüyü kimi, istehsal sexi barəsində Xalq deputatları Sovetləri və onların vəkil etdikləri dövlət orqanlarının bununla bağlı heç bir aktı (qərarı) olmamışdır. Buna görə də heç bir halda iddiaçının mülkiyyətinə verilə bilməzdi.

22. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, mübahisə predmeti olan ünvan 2i ünvanında yerləşən sahəsi 613.5 kv.m olan qeyri-yaşayış sahəsinin (ümumi torpaq s ahəsi 7011.9 kv.m) dövlət mülkiyyətində olmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmış, dövlət əmlakının Registrindəki qeydiyyatı qüvvədədir, həmin qeydiyyat ləğv edilməmişdir, belə olan halda isə digər şəxslərin həmin əmlak üzərində mülkiyyət və s. hüquqları istisna edilir. b. üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

23. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında” Əsasnaməyə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Qanunun 9, 10.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 155.4-cü maddələrinə istinad edərək qeyd edilərək apelyasiya instansiyası məhkəmə sinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur.

24. Qeyd edilir ki, hazırkı işə baxan Şəki Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarında istinad olunmuş sənədlərin, qeyd olunan dövrdə qüvvədə olmuş mülki qanunvericilik normalarına və həmin dövrdə qüvvədə olan dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik normalarına əsasən mübahisə predmeti olan dövlət əmlakının iddiaçının mülkiyyətinə verilməsi üçün əsas ola biləcəyini araşdırmadan, formal olaraq qeyd olunan sənədləri sadalamaqla kifayətlənmiş və həmin sənədlər əsasında iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas ola biləcək hər hansı maddi hüquq normasına əsaslanmamışdır.

25. Şəki Apellyasiya Məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmadan, xx.xx.1993-cü il tarixli ak t əsasında Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin “implus" KM-nin balansında olmaqla dövlət mülkiyyətində olan 610 kv.m istehsal sexinin həmin birliyə məxsus İddiaçı kiçik müəssisəsinin balansına verilməsinin mülkiyyət hüququnun ötürülməsi kimi qəbul edilməsi və iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul edilməsi tamamilə yanlışdır. Bundan əlavə iş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin hansı əsasla özəlləşdirilməsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığı halda, formal olaraq iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qərar qəbul etmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətlərinə etiraz edərək onların rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

152. Mülkiy yət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.4. Dövlət m ülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ix tisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşay ış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəy ə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə mün asibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, ic arə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qey diyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldır ılmadıqda. 29. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə

15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qə rar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir.

30. Azərbaycan R espublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutu lmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada ş ikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsaslıdır və təmin edilməlidir.

35. İddiaçının hazırki iş üzrə hüquqi marağı ünvan 2ində yerləşən 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir.

36. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar bu hüquqi marağa uyğun olmuş, iddia təmin edilərək mübahisəli torpaq sahəsi və üzəri ndəki tikilinin dövlət qeydiyyatına alınması cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən qeyd etmişdir ki, “mübahisə predmeti olan torpaq sahəsi fakitiki olaraq İddiaçı mülkiyyətindədir. Odur ki, həmin torpaq sahəsi və üzərindəki tikili dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən hüquq normalarının kobud pozuntusuna yol vermiş, konkret hüquq normasına və sübutlara əsaslanmadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

38. Belə ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi qərarında mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq İddiaçı mülkiyyətində olduğunu bildirib iddianın təmin olunması qənaətinə gəlmişdir (apelyasiya instansiyas ı məhkəməsinin qərarının 41-ci bəndi).

39. Bu zaman məhkəmə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncaq protokolundan çıxarışa, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışa, eləcə də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 015696 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad etmişdir.

40. Lakin istinad olunan sənədlərin heç birində 7000 kv.metr torpaq sahəsinin “Kirov” adına kolxoz tərəfindən iddiaçının istifadəsinə verilməsi və ya satılması barədə məlumat mövcud olmamışdır.

41. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətinin balansında olması barədə Qax rayon İcra Hakimiyyətinin, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin məktublarını qeyri-mötəbər hesab etmiş, gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamışdır.

42. Mübahisəli torpaq sahəsində olan tikili ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İş materiallarından görünür ki, Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncaq protokolundan çıxarışa əsasən İlisu kəndinin “Bəytabun” sahəsində yerləşmiş kanaldan qərbdə, mərkəzi kənd yolundan cənubda yerləşmiş, ölçüləri 100x70 metr olmaq etibarı ilə 0,7 ha torpaq sahəsi anbar binasının tikintisindən ötrü ayrılmış, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışa əsasən İlisu kəndində anbar binasının tikintisinə 0,7 ha torpaq sahəsinin ayrılması haqqında “Kirov” adına kolxozun xx.xx.1986-cı il tarixli, 3 nömrəli ümumi yığıncağının qərarı təsdiq edilmişdir.

44. Ayrılması qərara alınmış torpaq sahəsindəki anbar binasının “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli 6 №-li qərarı ilə “Ulduz” zavoduna satılması qərara alınmış, iddiaçının təqdim etdiyi Qax rayon Aqrar X12 1988-ci il 2 №-li Protokolu ilə Şura iclasında həmin qərar təsdiq olunmuşdur. Şura iclasında kolxozun idarə heyətinin sədri Babayevə qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasını təşkil etməsi həvalə edilmiş, lakin iş materiallarında tikilinin satılmasının reallaşdırılması ilə əlaqədar heç bir sənəd, alqı satqı müqaviləsi, ödəmə sənədi mövcud olmamışdır.

45. Apelyasiya instansiyası məhkəməsi həmin tikilinin Azərbaycan “Ulduz” Elmiİstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsinin əmr olunmasına, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktla “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amortizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilməsinə istinad etsə də, (apelyasiya instansiya sı məhkəməsinin qərarının 38-ci bəndi) tikilinin “İmpuls” KM-nin mülkiyyətinə verilməsi və ya onun mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır.

46. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 1999cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Mübahisə predmeti olan ünvan 2i ünvanında yerləşən 613.5 kv.m-lik qeyri-yaşayış sahəsinin (ümumi torpaq sahəsi 7011.9 kv.m) dövlət mülkiyyətində olmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində m üvafiq qeydiyyat aparıldığından və həmin qeydiyyat qüvvədə olduğundan, digər şəxslərin həmin əmlak üzərində mülkiyyət hüququ istisna edilir.

47. İddiaçının iddia etdiyi 7000 kv.m torpaq sahəsinə və onun üzərində olan qeyriyaşayış sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün bu qərarın 27-29-cu bəndlərində sadalanan hüquq normalarında, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda qeyd edilən əsasların hər hansı biri mövcud olmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi isə qərarının “tətbiq edilən hüquq” bölməsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin bir sıra bəndlərini sadalamış, lakin iddianın təmin olunması barədə gəldiyi nəticəni işin faktiki halları ilə əlaqələndirilmiş qaydada konkret hüquq norması, o cü mlədən “tətbiq edilən hüquq bölməsində” sadalanan normaların hər hansı biri ilə əsaslandırmamışdır.

49. Kollegiya qeyd edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanmasıyla və mübahisənin halları ilə əlaqəsi olmayan əsaslandırma aparmaqla çıxarılmış məhkəmə qərarları, başqa sözlə, işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarları əsaslandırılmış məhkəmə aktları kimi qəbul edilə bilməz.

50. Apellyasiya instansiyası məhkəməsi qərarında bir sıra normativ hüquqi aktları sadalasa da, gəldiyi nəticəni işin faktiki hallarına uyğun konkret hüquq norması ilə əsaslandırmamış, torpaq sahəsi və onun üzərində olan tikiliyə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nə zərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığı halda, qanunsuz olaraq iddianı təmin etmişdir. Bundan başqa, apellyasiya məhkəməsi torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoysa da, həmin daşınmaz əmlaklara münasibətdə məhz hansı hüququn (mülkiyyət, istifadə və s.) qeydə alınmalı olduğunu da qərarında göstərməmişdir.

51. Odur ki, kassasiya şikayətləri əsaslı olduğundan təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(107)-237/2023 nömrəli qərarı ləğv ed ilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “ünvan 2ində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar