Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3150/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Elm və Təhsil “Təfəkkür” Universiteti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlüyü, iddiaçının müvafiq tələblə əvvəlcə inzibati orqana müraciət etməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Elm və Təhsil “Təfəkkür” Un iversitetinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə (hüquqi varisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1746/2019 saylı iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Üniversiteti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Üniversiteti tərəfindən 01 yanvar 2012-ci ildən 01 oktyabr 2018-ci ilədək, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-584/19 saylı, 02 may 2019-cu il tarixli qərardadı (hakim - M.T.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin sığortaedənlərdən hesabatları, o cümlədən dəqiqləşdirilmiş hesabatları qəbul etmək səlahiyyəti yoxdur. Həmin səlahiyyət artıq Vergilər Nazirliyinə aiddir. Bundan başqa, iddiaçının qaldırdığı iddia subsidiar xarakter daşıdığı üçün müstəqil olaraq verilə bilməz. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1746/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığorta edənlərlə İş İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1746/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iddianın başqa əsasla mümkün hesab edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana müraciət etdiyini sübut edə bilmədiyi üçün iddianın mümkünlük şərti ödənilmir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki,apellyasiya instansiyası məhkəməsi özünün qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müracitinə və iddianın predmetini təşkil edən dəqiqləşdirilmiş hesabatları həmin orqana təqdim etməsinə dair 3/11 saylı, 19.11.2018-ci il tarixli məktub əlavə edilmişdir. Lakin iş materiallarına həmin məktubun ünvan sahibinə çatması barədə hər hansı s übut əlavə olunmamışdır. Məhkəmənin mövqeyi tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinin qoşmasından da görünür ki, 3/11 saylı, 19 noyabr 2018-ci il tarixli məktubun əsli və məktubun çatdırılmasına dair poçt qəbzi iddia ərizəsinə əlavə olunmuşdur. Poçt qəbzindən də görünür ki, sözügedən hesabatlar 20.11.2018-ci il tarixdə cavabdeh AR ƏƏSMN vanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanı əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. Lakin məhkəmə həmin sübutu görməzdən gələrək iddiaçını inzibati orqana məhkəməyədək müraciət etməməkdə günahlandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin digər əsası ondan ibarətdir olmuşdur ki, AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin hazırda “Sos ial sığorta haqqında” AR Qanununa və “Sosial sığorta haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmanına edilmiş əsaslı dəyişikliklər nəticəsində sığortaedənlərdən hesabatları, o cümlədən dəqiqləşdirilmiş hesabatları qəbul etmək səlahiyyəti yoxdur. Bundan əlavə, iddiaçının qaldırdığı iddia subsidiar xarakter daşıdığı üçün müstəqil olaraq verilə bilməz. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən 3/11 nömrəli, 19.01.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3cü rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatlar AR ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respu blikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bu Qanun 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minir.Göründüyü kimi, Qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minsə də, iddia çı tərəfindən cavabdeh AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə müraciət məktubu qanunun qüvvəyə minməsindən xeyli əvvəl, yəni 19.11.2018-ci il tarixdə göndərilmişdir. Bununlada, hazırki iddia üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər tətbiq edilməməli olduğu halda, məhkəmələr yanlış olaraq həmin dəyişiklikləri tətbiq etmişdir. Göründüyü kimi iddianın mümkün sayılmamasına əsas olacaq heç bir hal mövcud deyildir. Ona görə də, mübahisələndirilən qərardad ləğv edilməli, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün M PM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutul mamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndurmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırkı iddiasında onun tərəfindən 01 yanvar 2012-ci i ldən 01 oktyabr 2018-ci ilədək, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin sığortaedənlərdən hesabatları, o cümlədən dəqiqləşdirilmiş hesabatları qəbul etmək səlahiyyəti yoxdur. Həmin səlahiyyət artıq Vergilər Nazirliyinə aiddir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi qanunvericilikdə baş vermiş dəyişiklikləri nəzərə almaqla haqlı olaraq qəbul etdiyi 18 iyun 201 9-cu il tarixli qərardadla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz etmişdir. İddia tələbində qaldırılmış məsələlərə baxılması artıq Vergilər Nazirliyinə verilmiş səlahiyyət olduğundan dövlət idarəçiliyində ardıcıllığın və fasiləsizliyin təmin edilməsinə nail olmaq üçün həmin Nazirlik özünün hüquqi sələfinə edilmiş müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək vəzifəsi daşıyır. Ona görə də, qanunvericilikdə baş vermiş dəyişikliklər nəticəsində iddia tələbinə cavab verməli olan dövlət orqanı dəyişdiyi əsasında çıxış etməklə iddianı mümkün saymamaq olmaz. Apellyasiya məhkəməsi bu əsasl a razılaşmamaqda haqlı olmuşdur. Lakin apellyasiya məhkəməsi iddianı başqa əsasla mümkün saymamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən, məhkəməyədək inzibati orqana müraciətə dair mümkünlük şərtinə əməl olmadığı üçün iddia mümkünsüzdür. Apellyasiya məhkəməsi buna dair mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabeh orqana müraciətinə və iddianın predmetini təşkil edən dəqiqləşdirilmiş hesbatları həmin orqana təqdim etməsinə dair 3/11 saylı, 19.11.2018-ci il tarixli məktub əlavə edilmişdir. Lakin işin materiallarına həmin məktubun ünvan sahibinə çatması barədə hər hansı sübut əlavə olunmamışdır. Belə olan halda, həmin məktub iddiaçının iddia qaldırılmazdan əvvəl inzibati orqana müraciətini və cavabdeh orqanın hərəkətsizlik göstərməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçının mövqeyi isə ondan ibarətdir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinin qoşmasından da görünür ki, 3/11 saylı, 19 noyabr 2018-ci il tarixli məktubun əsli və məktubun çatdırılmasına dair poçt qəbzi iddia ərizəsinə əlavə olunmuşdur. Poçt qəbzindən də görünür ki, sözügedən hesabatlar 20.11.2018-ci il tarixdə cavabdeh AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanı əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. Lakin məhkəmə həmin sübutu görməzdən gələrək iddiaçını inzibati orqana məhkəməyədək müraciət etməməkdə günahlandırmışdır. Bununla bağlı olaraq iş materiallarının 61-ci vərəqəsində olan poçt qəbzindən mü əyyən olunur ki, iddiaçının müraciəti cavabdehə göndərilmişdir. Həmin poçt qəbzindəki qeyddən görünür ki, AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi həmin poçt göndərişini qəbul etməkdən imtina etmişdir. Beləliklə, apellyasiya məhkəməsinin iddiaçının iddia qaldırmazdan əvvəl inzibati orqana müraciət etmədiyinə dair gəldiyi nəticə əsassız olmuşdur. Bundan başqa, iş materiallarında olan (i.v 83-85) AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının dəyişməsi ilə bağlı məlumat olmadığından hesabatın qəbul edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdeh onlara təqdim edilmiş hesabatları qəbul etmədiklərini bildirmişdir. Kollegiya qeyd edir ki, inzibati orqanın hər bir halda iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabatları qəbul edərək onlara baxmaq vəzifəsi vardır. Təqdim edilmiş hesabatların qəbul edilməməsindən ümumiyyətlə imtina oluna bilməz. İnzibati orqan hesabatları qəbul etməli, onlardan irəli gələn zəruri inzibati icraat üzrə araşdırmanı aparmalı və nəticədə müvafiq əsaslandırılmış qərar qəbul etməlidir. Hazırkı halda isə iddiaçı tərəfindən təqdim edilmiş hesabatlara ümumiyyətlə rəsmi qaydada baxılmamış və müvafiq rəsmi qərar qəbul edilməmişdir. Belə olan halda isə iddiaçının inzibati orqanın həmin hərəkətsizliyini mübahisələndirmək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1746/2019 saylı iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadı ləğv edilsin. İşə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3150/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3150/2019
19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver