Məhkəmə qərarları › İş №2-1(102)-3151/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3151/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3151/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ö dənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə müavinətin əvvəlki müddət üçün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(104)-294/2024 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

2. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 5 dekabr 2023-cü il tarixli, 21(114)-4015/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə İİİ qrup əlilliyə görə sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur.

3. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən), A.V.Bayramov və A.V.İsgəndərova) 7 mart 2024-cü il tarixli, 2-1(104)294/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

5. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(104)-294/2024 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək kassasiya şikayəti verməsi üçün ona dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir.

6. Bundan sonra, iddiaçının vəkili kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

7. İddiaçının vəkili tərəfindən təqdim edilmiş ərizələrdə qeyd olunmuşdur ki, dövlət büdcəsi vəsaiti hesabına vəkil kimi təyin edildikdən sonra iddiaçı ilə dəfələrlə əlaqə saxlamağa cəhd göstərsə də bu mümkün olmamış və kassasiya şika yətinin verilmə müddəti üzrlü səbəbdən buraxılmışdır. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ:

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin müddəaları tətbiq oluna bilər. Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərp a olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

11. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(104)-294/2024 nömrəli qərardadı və kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə həmin məhkəmənin 16 aprel 2024-cü il tarixli, 2-1(104)-294/2024 nömrəli qərardadı iddiaçının nümayəndəsi X1 məhkəmə qəbzini imzalatmaqla xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bundan başqa, kassasiya şikayəti verməsi üçün iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə məhkəmənin 16 aprel 2024- cü il tarixli, 2-1(104)294/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Vəkil Bürosuna daxil olmuşdur. Həmin qərardad əsasında təyin edilmiş vəkil ilə hüquqi yardım haqqında müqavilə isə 24 aprel 2024-cü il tarixdə (vəkil orderi xx.xx.2024-cü il tarixlidir) bağlanılmışdır. İddiaçı tərəfindən kassasiya şikayətinin təqdim edilməsi üçün son tarix (müddətin axımının hüquqi yardım haqqında müqavilənin bağlanıldığı tarixdən hesablanmaqla) 3 may 2024-cü il olmasına baxmayaraq iddiaçı 25 iyul 2024-cü il tarixdə kassasiya şikayətini vermiş, yəni kassasiya şikayəti prosessual müddətə riayət edilmədən verilmişdir.

12. Bundan başqa, məhkəmə kollegiyası “səhhətində yaranmış problemlərlə bağlı müddətin üzrsüz səbəbdən ötürülməsi” dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının kassasiy a şikayəti vermək üçün müddətin axımı xx.xx.2024-cü il tarixdən başlamış, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Ərizəyə əlavə edilmiş “Həkim Psixiatr Komissiyasının” rəyi isə xx.xx.2024-cü il tarixli olmaqla rəydə iddiaçının Respublika Psixiatr Xəstəxanasının nəznində yaradılmış komissiya tərəfindən müayinə olunması qeyd edilmişdir. Beləliklə, iddiaçı tərəfindən müddətin ötürüldüyünü etiraf edilsə də, bu halın onun təqsiri olmadan buraxılmasını və buraxılmış müddətin üzrlü sayılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarıl mış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Staqno Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. 15.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürdüyündən buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

16. Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 21(104)-294/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar