Məhkəmə qərarları › İş №2-1(102)-3152/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3152/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3152/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının nümayəndəsi x2 iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evə və torpağa mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla çıxarı şın verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-1(103)-1337/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı yenidən ərizə ilə cavabdehə müraciət edərək mübahisələndirilən fərdi yaşayış evinə dair məlumatın və ilkin texniki pasportun surətinin verilməsini xahiş etmişdir. Cavabdeh məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. İddiaçı 2018-ci il 17 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən evin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə və torpağa mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla dövlət reye strindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 1989-cu ildə iddiaçı ailəsi ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakıda məskunlaşmışdır. 1989-cu il 29 aprel tarixdə onunla x3 arasında razılaşma imzalanmışdır. Həmin sənədə əsasən yeddi nəfər şahidin imzası ilə x3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən üç otaq, mətbəx, dəmir şkaf, vanna otağı, balaca kirayə otağı olan evi 19.000 manata ona satmışdır. Həmin vaxtdan o, və ailəsi orada yaşayırlar, bütün kommunal ödənişlərini ödəyirlər. Həmin evə dair texniki pasport da ondadır. Evin onun istifadəsində olmasına baxmayaraq mülkiyyət hüququna dair çıxarışın olmaması səbəbindən mülkiyyətlə bağlı bəzi hüq uqlarını həyata keçirə bilmir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 139.1, 139.3, 139-1.1.5, 139-1.1.8-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mübahisələndirilən fərdi yaşayış evində texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 mart tarixli 2-1(81)-761/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının adına ünvan 1 ünvanda yerləşən evin və t orpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakı qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-1(103)-1337/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən ləğv edilmiş, iddia tələbi “iddiaçının ünvan 1 ünvanda yerləşən torpaq sa həsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” hissəsində rədd olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinə münasibətdə hesab etmişdir ki, həmin yaşayış evi 1989-cu ildən iddiaçının istifadəsində və sahibliyində olduğundan, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbinin qanuni əsası yoxdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 4 avqust tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 2 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın qismən – iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmasını, həmin hissədə iddianın təmin edilməsini və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılmasını tələb edir. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinə yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsinin iki ay müddətində təmin edilməsi tapşırılmışdır. Göstərilən Fərmanın qeyd edilən bəndləri 2006-cı il 25 may tarixli, 412 nömrəli Fərman ə sasında qüvvədən düşmüşdür. «“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanının 1ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magist ral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş «“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın 11.11ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin invent arizasiya və qiymətləndirilməsinə aid pasportlar qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 6 noyabr tarixli Qərarının icrası qaydasında Nəsimi rayon Xalq Deputatları Sovetinin 1989-cu il 9 iyul tarixli, 95 saylı Qərarı ilə iddiaçının (özü və 6 nəfər ailə üzvləri ilə birlikdə) ünvan 1 ünvana qeydiyyata alınması rayon Dİİ pasport şöbəsinə və 14 nömrəli MİS-ə tapşırılması qərara alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosunun tərtib etdiyi “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən ünvan 1 x3 məxsus olmuşdur. Tikililərin sahəsi 93,9 kv.m, cəmi meydançanın sahəsi 157,0 kv.m təşkil edir. MM-in 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşın maz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. MM-in 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edən keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağları n altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, məhkəmə tərəfindən torpaq sahəsi üzərində istifadə hüququnun yaranma əsasları mübahisənin xarakteri və mahiyyəti, tərəflərin hüquq və vəzifələri düzgün müəyyənedilməmiş, nəticədə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı məcburi olduğu halda, iddianın qismən rədd edilməsinə dair əsassız nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadıqlarından çıxışlarda iştirak etmədilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Bel ə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlə ri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka dair Ş.A.Avanesyanın adına 1971-ci ilin sentyabrında “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir. Həmin pasportda mülkün Ş.A.Avanesyana məxsus olduğu qeyd edilmişdir. Texniki pasportda, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü (157,0 kv.m) göstərilmişdir. İddiaçı öz ailə üzvləri ilə Bakı ş əhərinə köçmüş, Nəsimi rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 9 iyul tarixli, 95 saylı Qərarına əsasən, ünvan 1 ünvanına daimi qeydiyyata alınmışlar. Beləliklə, iddiaçı həmin daşınmaz əmlaka dair əvvəlki sahibin adına verilmiş sənədlərdən irəli gələn əldə etmə və tələb hüquqlarını hüquq varisliyi (razılaşma) yolu ilə əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı evin yerləşdiyi torpaq sahəsinə münasibətdə rədd edərkən, gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmin maddədə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarə çiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, həmin qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırkı halda iddiaçının yaşadığı ev özbaşına tikili olduğundan onun yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrılmadığı, evin əvvəlki sahibi tərəfindən zəbt edildiyi müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, özbaşına tikilınin yerləşdiyi torpaq sahəsinin altında və üzərində onun xüsusi mülkiyyətə verilməsini istisna edən qaz, su, elektrik xətlərinin keçib-keçmədiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən araşdırılaraq torpaq sahə sinin ölçüləri və sərhədləri müəyyənləşdirildikdən sonra iddiaçının adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməli, bundan sonra həmin sahə üzərində mülkiyyət hüququ qeydə alınmalıdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi evə münasibətdə iddianın əsaslılığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərkən Azərbaycan Respublikası Ali Sovetinin hazırda qüvvədə olan 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına istinadla qeyd etmişdir ki, “Ermənistanda qoyub gəldikləri evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notarius qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evlərdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi, Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzillərinin Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilməsi Bakı Şəhər Xalq Deputatları Sovetinə tapşırılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli Fərmanı qəbul edilənədək ünvan 1 ünvanda yerləşən yaşayış evində məskunlaşmış və 1989-cu ildən qanuni əsasla həmin ünvana qeydiyyata düşmüşdür. Həmin fərdi yaşayış evi iddiaçının mənzili hesab edildiyindən qanuni əsaslar olmadan dövlət tərəfindən alına və başqa şəxsə verilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən dövlət tərəfindən iddiaçıya Respublikanı tərk etmiş milliyyətcə erməni olan şəxsin boşalmış evi üzərində mülkiyyət hüququ verilmişdir.”. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi nəzərə alınmalı idi ki, yaşayış evinə mülkiyyət hüququnun verilməsi evin yerləşdiyi və həmin evə xidmət edən torpaq sahəsi üzərində evin mülkiyyətçisinin ən azından istifadə hüququ, buradan, evin mülkiyyətçisinə münasibətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tətbiqi üçün əsas yaranmış olur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddə sinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə, iddiaçının “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsindən və İPMin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-1(103)-1337/2019 nömrəli qərarı iddia tələbinin “iddiaçının ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alı nması və çıxarışın verilməsi” hissəsinin rədd edilməsi hissəsində ləğv edilir. Cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən evlə birlikdə evin yerləşdiyi və həmin evə xidmət edən 157.0 kv.m. torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar