Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3153/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: yaşa görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı ona məxsus əmək kitabçasında öz əksini tap mış bütün dövrlərin iş stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1313/2019 saylı iş üzrə 16.07.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci ildə Ermənistanın Sisiyan rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı ona məxsus əmək kitabçasında öz əksini tapmış bütün dövrlərin iş stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. 25 ildən artıq müddət ərzində müxtəlif yerlərdə işləmişdir. Bütün bunlar öz əksini ona məxsus 05.09.1975-ci ildə doldurulmuş əmək kitabçasında öz əksini tapmışdır. Bundan başqa 24.01.1981-ci il tarixdən 05.07.1995-ci il tarixə qədər, 17.02.1996-cı il tarixdən - 27.11.2003-cü il tarixə qədər iş lədiyi dövr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Bunlara görə də iddiaçı pensiya yaşına çatdığı səbəbdən yaşa görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi 21.05.2018-ci il tarixli 16/01-2869 saylı imtina məktubu ilə bildirmişdir ki, guya ki, iddiaçının tələb olunan stajı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Halbuki, ona məxsus əmək kitabçasından və verilmiş arxiv arayışından görünür ki, onun 25 ildən artıq əmək stajı mövcuddur. Əmək kitabça sındakı iş stajı imza və möhürlərlə təsdiq edilmişdir. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu üçün konstitusion hüquq və azadlıqlarını pozur. Çünki, qarşılıqlı yoxlamanın mümkün olmaması onun pensiya hüququnu həyata keçirməyinə maneçilik törətməməlidir. Birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli iş № 2-1(82)3061/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.12.2018-ci il tarixli iş № 2-1(103)-2964/2018 (hakimlər Səriyyə Seyidova sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-ci il tarixli iş № 2-1(102)-1204/19 (hakimlər Sevda Hüseynov a - sədrlik edən və məruzəçi, X1 Bədəlov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin 21.12.2018-ciil tarixli 2-1(103)-2964/2018 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 16.07.2019-cu il tarixli iş № 2-1(103)-1313/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının “yaşa görə” sözlərindən sonra “15 mart 2018-ci ildən” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının qanunla nəzərdə tutulmuş iş stajı yaranmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı qismən dəyişərək qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 16 iyul 2019 il tarixli 2-1(103)-1313/2019 saylı qərarı qanunsuz və əsassızdır, bu səbəbdən də, iş üzrə həmin qərar ləğv edilməlidir və yeni qərar qəbul olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 21(103)-1313/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 16.07.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.07.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə o nun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin 16 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbayca n Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının qanunla nəzərdə tutulmuş iş stajı yaranmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin birinci instansiya məhkəməsinin qə rarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı qismən dəyişərək qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2-1(103)1313/2019 saylı qərarı qanunsuz və əsassızdır, bu səbəbdən də, iş üzrə həmin qərar ləğv edilməlidir və yeni qərar qəbul olunmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə gö rə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyy ən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2 006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 05 sentyabr 1975-ci il tarixdən 20 iyun 1976-cı ilədək (9 ay 15 gün), 01 sentyabr 1976-cı il tarixdən 01 iyul 1977-ci ilədək (10 ay), 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1978-ci ilədək (9 ay 29 gün) Urut kəndində məktəbin nəzdində fəaliyyət göstərən məktəbdə bufetçi, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixə kimi 12 saylı texniki peşə məktəbində ayaqqabının yuxarı hissəsinin istehsalçısı ixtisası üzrə şagird işində (10 ay 19 gün), 01 avqust 1979-ci il tarixli, 106a nömrəli əmrlə Azərbaycan SSR KM 2 saylı ayaqqabı fabrikində ayaqqabının mazlanması üzrə prosesdə iştirak etmək üçün 1 dərəcəli 2 saylı sexə işə qəbul olunmuş, 04.02.1980-ci il tarixə kimi orada işləmiş (1 il 4 ay 11 gün), 04 fevral 1980-ci il tarixdən 12 yanvar 1981-ci il tarixə kimi müəssisədə uzunboğaz çəkmələrin qəliblənməsi üzrə prosesdə iştirak üçün 2 dərəcəli 5 saylı sexə keçirilmiş və 12 yanvar 1981-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı 20 yanvar 1981-ci il tarixdən 28 aprel 1982-ci il tarixə kimi 57 saylı mağazada qablaşdırıcı, 28 aprel 1982-ci il tarixdən 01 avqust 1989-cu il tarixə kimi həmin mağazanın kiçik satıcısı, 01 avqust 1989-cu il tarixdən 20 aprel 1990-cı il tarixə kimi 2-ci kateqoriyalı satıcı, 20 aprel 1990-cı il tarixdən 15 noyabr 1993-cü il tarixə kimi həmin mağazada 1-ci kateqoriyalı satıcı vəzifəsində işləmişdir. 15.11.1993-cü il tarixdə iddiaçıya 7-ci dərəcə verilmiş və 07.09.1995-ci il tarixdə həmin müəssisədə işdən azad edilmişdir. İddiaçı 11.09.1995-ci il tarixli 17 nömrəli əmrlə “Aydın” kiçik müəssisəsinə satıcı vəzifəsinə işə qəbul edilmiş və 08.07.1995-ci il tarixdə işdən azad olunub. İddiaçı 17.02.1996-cı il tarixli 38/m nömrəli əmrlə Nizami rayonu ticarət vəictimai iaşə İdarəsinin 24 saylı mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. 28.12.1999-cu il tarixdə DƏN-nin 1 saylı əmrinə əsasən DƏK-in istehsalat və təsərrüfat idarəsi ləğv edilib.DƏN-nin Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə verilib. İddiaçı 27.11.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Göründüyü kimi, əmək kitabçasında olan qeydlərə əsasən 27 noyabr 2003-cü ilədək iddiaçının şagirdlik dövrü nəzərə alınmadan 26 il 6 ay 6 gün əmək stajı mövcud olmuşdur. Cavabdehin 27 may 2019-cu il tarixli **********8 saylı məktubundan aydın olur ki, təqdim edilmiş hesabatlara əsasən 01 apre l 2014-cü il tarixdən 01 avqust 2015-ci il tarixədək 1 il 4 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01 yanvar 2018-ci il tarixədək istehlak qiymətlərinin indeksinin illik səviyyəsi nəzərə alınmaqla 948,20 manat pensiya kapitalı vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027 -ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: 01 iyul 2017-30 iyun 2018-ci ildə qanunlar üçün pensiya yaşı 60 il 6 ay müəyyən edilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 60 yaşının 15 sentyabr 2017-ci il tarixdə tamam olduğunu və sözügedən normanın tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 15 mart 2018-ci ildən yaranır (60 il 6 ay). Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 16.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəv i hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.07.2019-cu il tarixli 2-1(103)1313/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3153/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3153/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver