Məhkəmə qərarları › İş №2-1(102)-3154/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3154/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2-1(102)-3154/2025 19.03.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Vəkilov İsa Teymur oğlunun cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin NurəddinǝoğluǝvəǝVəliyevǝSərvərǝYaqub oğlundanǝibarətǝtərkibdə, İddiaçı Vəkilov İsa Teymur oğlunun cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı “tikilinin cavabdeh tərəfindən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrəǝ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılıǝməhkəməǝicraatıǝqaydasındaǝbaxaraq aşağıdakıǝqərarıǝqəbulǝetdi. İŞİN HALLARI

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli ##.##.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702.0 kvadrat metr olan qeyri-yaşayış binası üzərində iddiaçı Vəkilov İsa Teymur oğlunun xüsusi mülkiyyət hüququ, 0.0651 ha torpaq sahəsi üzərində isə istifadə hüququǝqeydiyyata alınmışdır, torpaq sahəsiǝdövlətǝmülkiyyətindədir.

2. İddiaçı tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərindəǝçardaqǝ(mansard) inşaǝedilmişdir.

3. İddiaçı sökülmüş çardağa (mansarda) görə dəymiş 235000 manat maddi ziyanın ödənilməsi və ya sökülmüş çardağın (mansardın) cavabdehin vəsaiti hesabına bərpa olunması barədə ərizələr ilə Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş,ǝlakin onun müraciətininǝcavablandırılmasıǝzamanıǝhərəkətsizlikǝgöstərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyri-yaşayış sahəsinin üzərində tərəfindən əvvəllər inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki (sökülmədən əvvəl mövcud olan) vəziyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasınıǝxahişǝetmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən, ümumi sahəsi 702 kvadrat metr olan qeyriyaşayış sahəsi ********** qeydiyyat nömrəli, ##.##.2015-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçıya məxsusdur. Bir müddət əvvəl tərəfindən mülkiyyətində olan həmin qeyriyaşayış sahəsinin üzərində şəxsi vəsaiti hesabına çardaq (mansard) inşa edilmişdir. Həmin çardaq sahəsi bütün tikinti-texniki normalara riayət edilməklə tam qanuni şəkildə inşa edilmişdir. Eyni zamanda, sözügedən qeyri-yaşayış sahəsinin digər şəxslərə heç bir maneçiliyi olmamış, çardaq sahəsinin heç bir hissəsi həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin sahəsindən kənara çıxmamışdır. Lakin ##.##.2024-cü il tarixdə Bakı Şəhər Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gələrək, heç bir əsas olmadan həmin qeyri-yaşayış sahəsinin üzərində inşa edilmiş çardaq sahəsinin qanunsuz tikili olduğunu bildirərək qanunsuz olaraq çardaq sahəsini sökməyə başlamışlar. Onlara sözügedən çardaq sahəsini sökmələrinin qanunsuz olduğunu bildirilsə də, heç bir məhəl qoyulmamışdır. Hazırkı iddia ərizəsinin əsaslı və təmin edilməli olduğu üçün iki nüansa diqqət yetirilməsi vacibdir. Birinci nüans ondan ibarətdir ki, inzibati orqan Səbail rayon İcra Hakimiyyətinin hərəkətlərinin “İnzibati icraat haqqında” Qanun və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun olmasının müəyyən edilməsi və ikinci nüans isə ümumiyyətlə həmin çardağın sökülməsinin qanunun tələbindən irəli gəlməsinin müəyyən edilməsidir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95 1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti (AR Fövqəladə Hallar Nazirliyi) orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, həmin çardaq sahəsinin sökülməsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən yox, müvafiq məhkəmə qərarı əsasında yalnız AR Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində aydın müəyyən edilib ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hüquq normalarının məzmunlarından da görünür ki, cavabdeh inzibati orqanın söküntü ilə bağlı hərəkətlərinin qanuni və əsaslı olmasını müəyyən edilməsindən əlavə, həmin orqanın başa çatmış tikilini sökməklə bağlı heç bir səlahiyyəti olmamışdır. Həmçinin cavabdeh inzibati orqan işin bütün hallarını obyektiv araşdırmadan şifahi göstərişlə ona məxsus və gələcəkdə gözlənilən mülkiyyət hüququ olan əmlakını sökmüşdür. Bununla da cavabdeh həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini də pozaraq hərəkət etmişdir. Belə ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibatı icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həmin çardaq sahəsinin sökülməsi ilə bağlı əvvəlcədən iddiaçıya heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən həmin çardaq sahəsinin hansı əsaslarla sökülməsi, buna icazələrinin olub-olmaması ilə bağlı hər hansı bir təsdiqedici sənəd də təqdim olunmamışdır. Belə ki, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tam mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış sahəsinin üzərində inşa etdiyi çardaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq özbaşına sökülməsi onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Həmçinin, sözügedən çardağın istismara qəbul sənədlərinin alınması və bundan sonra yeni tikilmiş çardağa dair çıxarışın əldə edilməsi üçün müvafiq qurumlara müraciət etmək üçün sənədləri tərtib edən zaman cavabdeh inzibatı orqan çardağı özbaşına sökməyə başlamışdır. Halbuki inzibati icraatın vəzifələrini yerinə yetirərək əvvəl iddiaçının həmin çardağa hüquqlarının olmasını və ya normativ hüquqi aktlarla onun həmin çardağa hüquqlarının qeydiyyata alınması üçün müddət müəyyən edilib-edilməməsini araşdırmalı idi. İnzibati orqan isə belə normativ hüquqi aktın olmasını araşdırmadan və ya görməzdən gələrək “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cu il tarixli Fərmanının olmasını nəzərə almamışdır. Belə ki, həmin Fərmanda ## #### 2023-cü il tarixədək tikintisi başa çatmış qeyri-yaşayış obyektlərinin istismara qəbulunun qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasınaǝəlverişliǝşəraitǝyaratmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** nömrəli qərarıǝilə (hakim C.Quliyev) iddia rəddǝedilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmiş, nümayəndəsi iddia ərizəsinə əlavə edilmiş fotoşəkildəki tikinti sahəsində olan şəxslərin cavabdehin əməkdaşları olmasını bildirmişdir. Cavabdeh də iddiaya münasibət bildirməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının bərpasını tələb etdiyi çardaq (mansard) onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində tikilsə də, sökülən çardaq (mansard) mərtəbəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmamış, tikintiyə icazə verilməmiş, inşa edilmiş tikili tikintiquraşdırma işləri başa çatmış tikili olmamış (fotoşəkillərdən görünür), qeyri-yaşayış sahəsiǝdövlətǝmülkiyyətindəǝolan torpaq sahəsindəǝyerləşir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbinin əsası kimi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixliǝ**** nömrəli Fərmanınaǝistinad etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Fərmandan göründüyü kimi həmin Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilmiş; Fərmanda ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsindən; 2023-cü il ####un #-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsindən; dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; bəhs edilir. Bir sözlə iddiaçının iddiaya etdiyi kimi qanunvericiliyin heç bir tələbinə əməl edilmədən tikintiyə başla sonra Fərmanaǝəsasənǝtikilinin istismara qəbulǝedilməsindənǝsöhbətǝgetmir.

8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminǝolunmasını xahişǝetmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədənǝsaxlanılmışdır. 10.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının bərpasını tələb etdiyi çardaq (mansard) mərtəbəsinə dair hər hansı hüquq müəyyənedici sənədi olmamış, ona bununla bağlı tikintiyə icazə verilməmiş və fotoşəkillərdən görünür ki, inşa edilmiş tikili (çardaq) ümumiyyətlə tikinti-quraşdırma işləri tam başa çatmış tikili olmamışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının vəsatətinə əsasən məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Səbail rayon İcra Hakimiyyətinin * saylı sahə inzibati ərazi dairəsinin nümayəndəliyinin rəhbəri X3 və ** saylı mənzil istismar sahəsinin rəisi X1 ifadələrində tutduqları vəzifəyə görə söküntü işlərinin aparılmasına nəzarət etmək üçün mübahisəli yerə gəldiklərini, FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin söküntü işlərinin aparılmasında iştirak etdiklərini, onlar tərəfindən iddiaçıya məxsus obyektin üzərində inşa edilən çardağın söküntüsü ilə bağlı hər hansı işin aparılmadığını, çünki onlara belə səlahiyyətin verilmədiyini, çardağın tikintisindənǝtəxminənǝ20 nəfərəǝyaxınǝqonşununǝşikayətçiǝolduğunuǝbildirmişlər. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh qurumun iddiaçının ona məxsus obyekt üzərində qeyri-qanuni inşa edilən çardağın söküntüsü ilə bağlı müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Səbail rayon Polis İdarəsinə, Bakı şəhər İcra HakimiyyətininǝBaşçısınaǝmüraciətləriǝolmuşdur. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya məxsus obyektin üzərində inşa edilmiş çardağın söküntüsünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmiş, həmçinin iddiaçıya məxsus olmuş tikilinin söküntüsü ilə bağlı cavabdeh qurumun hər hansı nə şifahi göstərişi olmuş, nə də bu barədə inzibati aktı mövcud olmuşdur. Bununla da iddiaçı istinad etdiyi tikilinin sökülməsi məsələsinin cavabdehə aidiyyətini (səbəb əlaqəsinin mövcudluğunu) sübuta yetirə bilmədiyindən həmin tikilinin məhz cavabdeh qurum tərəfindən sonuncunun vəsaiti hesabına bərpa olunmasıǝtələbiǝdəǝəsassızdırǝvəǝtələbǝedəǝbilməz. 11.İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasınıǝxahişǝetmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri 12.İddiaçı kassasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etmədiyini bildirsə də, apellyasiya məhkəməsində dindirilmiş şahid ifadələrindən və məhkəməyə sübut kimi təqdim edilən fotoşəkillərdən göründüyü üzrə həmin şəxslər cavabdeh orqanınǝəməkdaşlarıdır. Nəzərinizə alınmalıdır, iddiaçının tələb etməsinə baxmayaraq çardaq sahəsinin sökülməsi barədə cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən ona hər hansı bir rəsmi sənəd, məhkəmə qərarı və s. təqdim edilməmişdir. Belə ki, iddiaçı söküntü işlərinin dayandırılması tələbi ilə əlaqədar ##.##.2024-cü il tarixində Səbail rayon İcra Hakimiyyətinəǝpoçtǝvasitəsiǝiləǝərizəǝgöndərmişdir. Məhkəmənin mövqeyinə əsasən, iddiaçının bərpasını tələb etdiyi çardağın (mansardın) cavabdehin əməkdaşları və ya səlahiyyətli şəxsinin göstərişi əsasında digər şəxslər tərəfindən sökülməsi ilə bağlı birbaşa sübut təqdim etməmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə söküntüyə başladıqları zaman həmin şəxslər iddiaçıya hər hansı rəsmi sənəd və ya qərar təqdim etməsələr də, onlar cavabdeh inzibati orqanın əməkdaşları olduqlarını bildirdilər, hansı ki apellyasiya instansiyasında verilmiş şahid ifadələri bunu sübut edir. Bununla yanaşı, iddiaçı həmin şəxslərin Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri olduğunu bildiyindən və qanunsuz söküntü işlərinin dayandırılması məqsədilə ilə həmin tarixdə Səbail rayon İcra Hakimiyyətinə ərizə ilə müraciətǝetmişdir. ... məhkəmə qərarında göstərilir ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh qurumun iddiaçının ona məxsus obyekt üzərində qeyri-qanuni inşa edilən çardağın söküntüsü ilə bağlı müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Səbail rayon Polis İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına müraciətləri olmuşdur. Lakin məhkəmə tərəfindən müəyyən edilməmişdir ki, cavabdehin müraciətinə AR FHN Tikintidə X4 Agentliyi və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin qanunsuz tikinti olub-olmaması barədə hər hansı cavab verilmişdirmi, əgər cavab məktubu verilmişdirsə, həmin məktubun məzmunu tam olaraq nədən ibarətdir? Bununla əlaqədar olaraq apellyasiya baxışı zamanı AR FHN Tikintidə X4 Agentliyi və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin qanunsuz tikinti olub-olmaması barədə hər hansı bir qərarının mövcud olub-olmaması araşdırılmalı idi. Bununla yanaşı, məhkəmənin qərarında göstərilir ki, həmin söküntü işləri FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmışdır, lakin məhkəmə tərəfindən həmin orqanlara söküntü işlərinin onlar tərəfindən aparılıbaparılmaması, həmin orqanların tikilinin qanunsuz tikili hesab edildiyindən tikilinin sökülməsi barədə hər hansı sərəncam və ya qərar qəbul edib-etməməsi barədə hər hansı sorğu verilməmişdir. Burdan da aydın göründüyü üzrə məhkəmə işə səthi yanaşmış iş üzrə bütün halları tam, hərtərəfli və aydın araşdırmamışdır, amma məhkəmə bu qurumlara sorğu verərək bu faktları araşdırdıqdan sonra qərar versəydi, o zaman həqiqətǝortaya çıxardı. Həmçinin şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, məhkəməyə iddiaçının təqdim etdiyi fotoşəkildə olan şəxs odur. Ərazi nümayəndəsi olduğuna görə, söküntü işlərinin aparılmasına nəzarət etmək üçün mübahisəli yerə gəlmişdir. FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri söküntü işlərinin aparılmasında iştirak edirdilər. Onun tərəfindən iddiaçıya məxsus obyektin üzərində inşa edilən çardağın söküntüsü ilə bağlı hər hansı iş aparılmamış, çünki ona belə səlahiyyət verilməmişdir. Lakin maraqlısı odur ki, əgər həmin şəxs orada tikilinin sökülməsi məqsədi ilə deyil, sökülməsinə nəzarət etməklə əlaqədar getmişdirsə, şəxsin tikilinin sökülməsi barədə mǝlumatı hansı orqandan, hansı mənbədən əldə etmişdir? Qeyd edilməlidir ki, FHN-nin tikilinin sökülməsi barədə hər hansı tapşırığı və ya sərəncamı yoxdur. Bu halda həmin şəxslər aydındır ki, Səbail RİH göstərişi ilə tikilinin sökülməsi məqsədi ilə həmin obyektə gəlmiş və söküntü işlərinin aparılmasında iştirak etmişdirlər. Belə ki, digər şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, qeyd olunan ünvanda iddiaçıya məxsus obyektin üzərində inşa edilmiş çardağın söküntüsü COP29 ilə əlaqədar təmizlik işləri həyata keçirilərkən aparılmışdı. Bu zaman ona da həmin ərazidə söküntü işlərinin aparılması ilə bağlı məlumat verilmiş, o da sahə rəisi olduğuna görə ərazidə söküntü işlərinin aparılması ilə bağlı çıxan materialların ərazidən təmizlənməsi və daşınmasını icra etmək üçün ərazidə olmuşdur. Tərəfindən həmin vaxt ərazidə yalnız təmizləmə işləri aparılmış, bu təmizlik işlərinin aparılmasına rəhbərlik də etmişdir. O ki qaldı söküntü işlərinin kim tərəfindən aparılmasına, bu barədə məlumatı yoxdur. Söküntü işləri aparmaq onun səlahiyyətlərinə aid deyil. Belə ki, şahid qismində ifadə vermiş şəxs həmin obyektdə ərazidə söküntü işlərinin aparılması ilə bağlı çıxan materialların ərazidən təmizlənməsi və daşınmasını icra etmək üçün ərazidə olduğunu bildirsə də, Məmməd Əliyev həmin tarixdə ərazinin ətrafında deyil, tam obyekt ərazisinə daxil olmuşdur, o COP29 ilə əlaqədar təmizlik işlərini sökülməkdə olan obyektin içərisindəǝhəyataǝkeçirirdi? Bununla yanaşı şahid Məmməd Əliyev ona da həmin ərazidə söküntü işlərinin aparılması ilə bağlı məlumat verildiyini bildirir, lakin məlumatın hansı orqan tərəfindən göndərildiyini açıqlamır. Məhkəmə tərəfindən bu hal da araşdırılmır ki, şahid hansı orqandan - mənbədən məlumat əldə edərək həmin ərazidə olmuşdur. Əgər məlumat Səbail RİH tərəfindən verilmişdirsə, AR FHN tikilinin sökülməsi barədə hər hansı göstərişi,ǝsərəncamıǝyoxdursa cavabdeh bu məlumatıǝhansıǝmənbədənǝəldəǝetmişdir? Bütün bu qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəfindən heç bir orqana müraciətǝedilmədən,ǝbuna səlahiyyətiǝolmadan tikili qanunsuz olaraq sökülmüşdür. Həmçinin iddiaçı Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküntü işləri başlayan kimi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və hakim Ceyhun Quliyevin özünün bununla əlaqədar Qərardadı mövcuddur. Bu da birinci instansiya məhkəməsinin iş üzrə səthi bir araşdırma apardığını göstərmiş olur. İddiaçı bu halı apellyasiya məhkəməsində bildirsə də, apellyasiya məhkəməsi də işə səthi yanaşaraq bu hala hər hansı münasibət bildirilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinəǝgörəǝaraşdırmağaǝborcludur. Lakin işin hallarından aydın göründüyü üzrə məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar toplamadan, yalnız cavabdehin mövqeyinə üstünlükǝverilərəkǝonun tərəfindənǝməhkəməyəǝtəqdimǝedilmişǝsübutlarǝaraşdırılmışdır. Həmçinin yuxarıda da qeyd edildiyi üzrə məhkəmənin qərarında göstərilir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus obyektin üzərində inşası aparılan çardağın söküntüsü ilə bağlı İcra Hakimiyyəti Başçısının hər hansı şifahi və ya yazılı göstərişi olmamışdır. Həmin söküntü işləri FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış, İcra Hakimiyyətinin həmin çardağın qanunsuz inşa edildiyi üçün onun sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, o cümlədən aidiyyəti qurumlara müraciətləri olmuşdur. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianıǝrəddǝetmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, məhkəmənin qərarından belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən iddia ona qarşı cavab verməli olmayan şəxsə - yəni Səbail rayon İcra Hakimiyyətinə qarşı qaldırılmışdır, halbuki mübahisələndirilən söküntü əməliyyatları Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmişdir. İddianın əsaslı olması və təmin edilməsi üçün iddia mübahisələndirilən söküntü əməliyyatları aparan orqana - FövqəladəǝHallar Nazirliyinəǝqarşıǝirəliǝsürülməliǝidi. Belə ki, əgər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarından irəli gələn nəticə ilə irəliləsək bu vəziyyətdə isə iş üzrə cavabdeh kimi iddiaya cavab verməli olan aidiyyəti inzibati orqanın (Fövqəladə Hallar Nazirliyi) işə cəlb olunmasında iddiaçıya yardım etmək məhkəmənin vəzifəsi idi. Lakin məhkəmə yalnız öz qərarında qeyd etmişdir ki, iddiaçı iddiaya əsas kimi göstərdiyi tikilinin sökülməsi hallarının cavabdeh quruma aid olduğunu sübuta yetirə bilmədiyindən, həmin tikilinin məhz cavabdeh qurum tərəfindən və onun vəsaiti hesabına bərpa olunması tələbi əsassızǝhesab edilir. Beləliklə, məhkəmə tərəfindən işə formal yanaşıldığı, məsələnin mahiyyətinə lazımi diqqət yetirilmədiyi və qərəzlilik əlamətlərinin müşahidə olunduğu açıq şəkildə görünür. Nəticə etibarı ilə, məhkəmə İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olaraq, işinǝtam, hərtərəfliǝvəǝobyektiv araşdırılmasıǝprinsipinəǝriayətǝetməmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqǝedilməsiniǝyoxlayır. Maddəǝ94. Kassasiya şikayətininǝverilməsinəǝdair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiqǝapellyasiya instansiyasıǝməhkəməsiǝvasitəsiǝiləǝverilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlarǝgöstərilməliǝvəǝşikayətǝəsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddəǝ96. Ali Məhkəmədəǝicraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardadǝqəbulǝedir. Bu barədəǝproses iştirakçılarınaǝməlumatǝverilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyəǝhaqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasıǝtələbǝolunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həminǝqəraraǝqarşıǝverilmişǝşikayətləǝtələbǝedilənǝhəddəǝ(həcmdə)ǝdəyişdiriləǝbilər. Maddəǝ98. Ali Məhkəməninǝinzibati mübahisələrəǝdair işǝüzrəǝqərarı 98.1. Ali Məhkəməninǝinzibati mübahisələrəǝdair işǝüzrəǝqərarıǝqətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkünǝhesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsiǝüçünǝəsasǝmüəyyənǝedilməmişdir.

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsininǝaraşdırmalarıǝyetərliǝhesab olunur.

19. Qanunvericiliyin normaları baxımından iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin üzərində tərəfindən əvvəllər inşa edilmiş çardaq (mansard) sahəsinin cavabdehin vəsaiti hesabına əvvəlki (sökülmədən əvvəl mövcud olan) vəziyyətinin bərpa edilməsindən imtina olunması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarındaǝətraflıǝşərhǝolunmuşǝhəminǝməsələləriǝtəkrarlamağaǝlüzumǝqalmır.

20. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsiǝiləǝdəǝrazılaşır.

21. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edərək bildirir ki, aşağı instansiya məhkəmələrinin əsaslı mövqeyinə uyğun olaraq, hazırkı iş materialları ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində çardaq inşası üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq icazənin alındığı təsdiq olunmur. Halbuki sözügedən tikili yalnız müvafiq icazələr alındıqdan sonra inşa edilə bilərdi. İddiaçı həmin çardağın cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən söküldüyünü iddia edərək onun əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə çıxış etsə də, aşağı instansiya məhkəmələri tərəfindən iş üzrə toplanmış və araşdırılmış sübutlara hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, qeyd olunan çardağın məhz cavabdeh inzibati orqanın tapşırığı, sərəncamı və ya əməkdaşlarının bilavasitə iştirakı ilə sökülməsi faktını təsdiq edən birbaşa mötəbər sübut mövcud deyildir. Eyni zamanda, söküntü işlərinin aparılmasında cavabdeh qurumun hüquqazidd və təqsirli hərəkətlərə yol verməsi və ya həmin hərəkətlərin məhz bu orqan tərəfindən həyata keçirilməsi də iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, iddiaçının tələbinin əsasını təşkil edən halların sübuta yetirilməməsi, həmçinin cavabdeh inzibati orqanın hərəkətləri ilə iddia olunan nəticə arasında səbəbli əlaqənin müəyyən olunmaması iddianın təmin edilməsi üçün hüquqi əsasların mövcud olmadığınıǝgöstərir.

22. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıdaǝgöstərilənlərəǝəsasənǝməhkəməǝkollegiyası

QƏRARA ALDI: İddiaçı Vəkilov İsa Teymur oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/****ǝnömrəli qərarıǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar