Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3155/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3155/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: cavabdeh daşınmaz əmlakının dəyərinin ödənilmədiyini bildirdiyi hissəyə dair onun mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili İddiaçı2, Cavabdeh oğlunun, vəkili Vəkil iştir akları, N.Əhmədovun katibliyi ilə, iddiaçı Bakı şəhəri İddiaçı1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarından Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqanın mü əyyən edildiyini, qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi İddiaçı1 müəyyən edildiyini, qərarın icrası məqsədi ilə İcra Hakimiyyəti «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etdiyini və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndiricini cəlb etdiyini, cavabdehin ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olduğunu, həmin mənzilin (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarının təsirinə düşdüyünü, cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildirişin göndərildiyini, İcra Hakimiyyəti «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, cavabdehə yaşadıqları daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici «xxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 75.223 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirsə də, cavabdehin təklif olunan kompensasiyan ı almaqdan imtina etdiyini bildirərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 75.223 manat məbləğində kompensasiya ödənilərək yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1599/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 75.223 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır (hakim - Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1656/19 saylı qərarı ilə (S.Seyidova sədrlik edən-məruzəçi, hakimlər V.Məmmədov və İ.Əhmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin ye ni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş xxxx 2006-cı il tarixli, ******* saylı reyesrtindən çıxarışa görə 1900-cı ilin tikilisi olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, dalan 1,2 saylı 0,01725 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 51,1 kv.m yaşayış, 34 kv.m sahədən ibarət 2 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X7 1/2 hissəsindən (1 otaq (8,2 kv.m), 1/2 hissəsi 2008-ci ildə vəfat etmiş həyat yoldaşı X5 və 1/2 hissədən qalan hissəni n X3 məxsusdur, mübahisə edilən evin naturada bölünməsi ilə bağlı paylı mülkiyyətçilər arasında məhkəmə mübahisələri olmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xxxx 2007-ci il tarixli, 2-353/2007 saylı qətnaməsi ilə mübahisə edilən evin tikililəri paylı mülkiyyətçilər arasında naturada bölünmüş, evin texniki pasportunda əks edilmiş 1 saylı tikili (8,2 kv.m) X6, evin 2 və 3 saylı tikililər arasındakı keçid qapısı bağlanılmaqla 2 və 5 saylı tikililərin bir hissəsi mərhum həyat yoldaşının, 3,4,6 saylı tikililər və 5 saylı tikilinin bir hissəsi isə X2 mülkiyyətinə verilmiş, evin bölgüsü zamanı payından artıq müəyyən edilmiş 2,3 kv.m sahənin əvəzi olaraq 1424 manat vəsaitin Gültəkin Məmmədovadan alınaraq X5 verilməsi qət edilmiş, lakin həmin qətnamənin 5 saylı tikili dən paylı mülkiyyətçi Gültəkin Məmmədovadan artıq düşən 2,3 kv.m-dən ibarət hissəsinə görə 1424 manat vəsaitin alınaraq X5 verilməsi hissəsində icra edilməmiş, 5 saylı tikili tam olaraq X1 qalmış, beləliklə, mülkiyyət hüququ verən rəsmi sənədlər və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə evin ona aid olan 2 və 5 saylı tikililərin və köməkçi sahələrin ölçüləri azaldılaraq düzgün əks etdirməmiş, bağlı keçidin sahəsi 21 kv. olduğu halda 14,14 kv.m göstərilmiş, sanitar qovşağın sahəsi 4,3 kv.m olduğu halda 1,06 kv.m göstərilmiş, 9,00 kv.m sahəli ambar və sahəsi 15 kv.m olan evin həyətində yerləşən mətbex ümümiyyətlə göstərilməmiş, eyni zamanda da qiymətləndirici 1900-cu ilin tikilisi olan evin dəyərini müəyyən edərkən ölçüləri damdandama ölçülməli olduğu halda (evin divarların qalınlığı 8 0 sm təşkil edir) içdən-içə ölçərkən hər otaqda olan divar içi şkafların sahələrini və ümumiyyətlə evin yerləşdiyi torpaq sahəsinin dəyərini nəzərə almamış, iddiaçı, ona əmlakının dəyərindən 2 dəfə aşağı məbləğdə kompensasiya təklif etmiş, bu hal əslində şəhərin mərkəzində yerləşən ümumi sahəsi 121 kv.m olan evinin dəyəri olaraq təklif etdiyi 74.223 manat vəsaitə yalnız Bakı şəhəri ətrafında yerləşən kəndlərdə iki otaqlı yaşayış sahənin alınması mümkün ola bilər, bu isə himayəsində yaşayan 3 ailənin yaşaması üçün yetərli hesab edilə bilməz. Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni a pellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsinixahiş etdilər. İddiaçının vəkili İddiaçı2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya in stansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili İddiaçı2, Cavabdeh, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarı dəyişdir ilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərar qəbul etmiş, həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və X1 küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün al an orqan İddiaçı1 müəyyən edilmiş, həmin qərarın icrası məqsədi ilə İddiaçı1 «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurları Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən, İddiaçı1 hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, dalan 1, 2 №-li ev A zərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəlb edilmiş müstəqil qiymətləndirici «xxxx» MMC tərəfindən tərtib edilmiş xxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan bazar dəyəri, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 75.223 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuş, Cavabdeh məxsus yaşayış sahəsinə görə 75.223 manat məbləğində kompensasiya təklif edilsə də, cavabdeh könüllü razılaşmadan imtina etmiş, həmçinin cavabdeh həmin ünvanda yerləşən daşınmaz əmlakının 1 hissəsinin dəyərinin ödənilmədiyini bildirsə də, həmin hissəyə dair onun mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il xxxx tarixli ***** nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xxx x 2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xxxx 2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki M əcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən «Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər». Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, hə min torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq m üddəaları tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası «xxxx» MMC-nin 06 noyabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan baza r dəyəri, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehə 75.223 manat məbləğində kompensasiyanın ödənilməli olduğunu, bununla əlaqədar Cavabdeh məxsus yaşayış sahəsinə görə 75.223 manat məbləğində kompensasiya təklif edilsə də, cavabdehin könüllü razılaşmadan imtina etdiyini, həmçinin cavabdehin həmin ünvanda yerləşən daşınmaz əmlakının dəyərinin ödənilmədiyini bildirdiyi hissəyə dair onun mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq kassasiya şikayətinin buna dair, həmçinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3155/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3155/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver