Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3156/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar söz: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında qərarın ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Aysel Niftalıyevanın və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 iyulp 2019-cu il tarixli, 2-1(103)-1758/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 11.01.2019cu il tarixli, **********174026 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 02.05.2019-cu il tarixli iş № 2-1(82)-1529/2019, (sədrlik edən hakim Etibar Mustafay ev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17.07.2019-cu il tarixli iş № 2-1(103)-1758/2018 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 02.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayət i onunla əsaslandırılmışdır ki,cavabdeh vergi orqanının 28.06.2018-ci il tarixli qərarına əsasən iddiaçıya may 2015 - aprel 2018 dövlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.Göründüyü kimi, səyyar vergi yoxlamasının 2018-ci ilin iyun ayında təyin edildiyini nəzərə alsaq cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56.1-ci,83-cü və 85.4-cü maddəsində təsbit edilmiş 3 illik müddət ötürülməmişdir. Belə ki, həmin qərara əsasən cavabdehin 2015-ci ilin may ayından sonrakı dövrü (may ayı da daxil olmaqla) yoxlamaq hüququ olmuşdur. Bunlarla yanaşı Ali Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, 2015-ci ilin may, avqust və oktyabr ayları üzrə iddiaçıya cəmi, 64649,89 manat ƏDV hesablanmışdır. Lakin ümumi iddia məbləği isə 1646061,10 manat təşkil etmişdir. Məhkəm ə tərəfindən qeyd olunan dəlil iddiaçıya yalnız 2015-ci ilin may, avqust və oktyabr ayları üzrə hesablanmış vergilərlə bağlıdır. Lakin qeyd olunan dəlilə əsaslanmaqla iddiaçıya hesablanmış bütün vergilərin ləğv edilməsi məntiqə uyğun deyildir. Bildirmək istəyirik ki, həm apelyasiya instansiyası, həm də birinci instansiya məhkəməsində işə baxılan zaman vergi ödəyicisi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrindən ibarət tikilinin təməl qoyma işlərinin 2012-ci ilin 2-ci rübündə aparılması, mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş öhdəliyinin 2014-cü ilin 2-ci rübündə bitdiyindən yaranmış münasibətlərin 2016-cı ilin 1 yanvar tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əhatə dairəsinə düşməməsi və təməl qoyma işlərinin aparıldığı zaman qüvvədə olan vergi qanu nvericiliyinin tələbinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi öhdəliyi ilə yanaşı, mənzillərin təqdim edilməsi zamanı dövriyyədən ƏDV hesablama öhdəliyinin də olması nəzərə alınmamışdır. Eyni zamanda, onu da qeyd edək ki, mənzillərin təqdim edilərkən iddiaçının xüsusi mülkiyyətində olması həmin mənzillərin iddiaçı tərəfindən həyata keçirilmiş mənzil tikintisi fəaliyyəti çərçivəsində gəlir əldə etmək üçün, yəni sahibkarlıq məqsədilə tikilməsi həqiqətini dəyişdirmir. Bu faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyası tərəfindən 28 dekabr 2016-ci il tarixdə 2-1 (102)-1480/16 saylı iş üzrə qəbul edilmiş qərar birbaşa təsdiq edir. Belə ki, həmin qərara əsasən İddiaçı təqdim edilmiş mənzilləri inşa etməsi fərdi sahibkar ki mi əhalinin mənzil ehtiyaclarının ödənilməsinə və kommersiya məqsədlərinə xidmət etmişdir. Digər tərəfdən iddiaçı tərəfindən mənzillər 2016-2017-ci illərdə təqdim edilən zaman həmin dövrdə qüvvədə olmuş vergi qanunvericiliyinə əsasən sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı məhkəmənin mövqeyinə qarşı bildiririk ki, İddiaçı tərəfindən fərdi sahibkar kimi deyil, fiziki şəxs qismində alqı-satqı müqavilələrinin bağlanması həmin əməliyyatların onun tərəfindən sadəcə vergidən yayınma məqsədilə həyata keçirilərək fərdi sahibkar statusunun gizlədilməsi kimi qəbul edilməlidir. Belə olan halda isə, notarius tərəfindən mənzillərin təqdim edilməsi zamanı iddiaçının sahibkarlıq fəaliyyəti məqsədləri üçün bu əməliyyatların həyata keçirilməsinin araşdırılmaması və səhvən sadələşdirilmiş vergini tutm ası vergi orqanının məsuliyyətini və təqsirini istisna edir. Digər tərəfdən, qeyd olunmalıdır ki, vergi orqanının dəvət etdiyi ekspert və mütəxəssis tərəfindən verilmiş rəylər əsaslı hesab edilmədiyi halda məhkəmə tərəfindən yenidən ekspertiza keçirilə və ya mütəxəssis dəvət oluna bilərdi. Lakin məhkəmə şifahi mülahizələrə söykənərək əldə olunmuş rəyin sübut qismində istifadə olunmasını əsaslı hesab etməməklə işin həmin hallarını kifayət qədər araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-1(103)-1758/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavab dehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2-1(103)1758/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Niftalıyeva da, cavabdehin vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 iyul 20 19-cu il tarixli, 2-1(103)-1758/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsinni edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 17.07.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.07.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da, onun vəkili Vəkil2çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.07.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və onun vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 17 iyul 2019-cu il tarixli, 21(103)-1758/2019 saylı qərarla birinci instansiya məhkəməsinin 02.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1, 77.2, 85.4, 154.1, 155.1, 218.3, 218.4.3-cü maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 14.1, 32.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı 25.08.2005-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. Cavabdehin 28.06.2018-ci il tarixli **********154827 saylı qərarına əsasən iddiaçı barəsində n övbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair 30.11.2018-ci il tarixli **********154865 saylı akt tərtib edilmişdir. Adı çəkilən səyyar vergi yoxlaması aktına əsasən İddiaçı (VÖEN **********) fəaliyyəti üzrə 2-ci rüb 2015 - 1-ci rüb 2018 il üzrə sadələşdirilmiş vergi, May 2015 - Aprel 2018 il üzrə əlavə dəyər vergisi, May 2015 - Aprel 2018 il üzrə mədən vergisi, 2015-ci il - 2017-ci il üzrə gəlir vergisi, 2-ci rüb 2015 1-ci rüb 2018 il üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-ci il - 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, May 2015 - Aprel 2018 il üzrə aksiz vergisi, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 29.06.2018-ci il tarixdə başlanılmış və 28.11.2018-ci il tarixdə başa çatmışdır. Bundan sonra vergi orqanı tərəfindən 11.01.2019-cu il tarixli **********174025 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı vergi hesabatının və arayışın vaxtında verilməməsi üçün 2016-2018ci illər ərzində cəmi 520 manat maliyyə sanksiyası tətbiq edilmiş, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatının Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəciyicisinə ƏDV qeydiyyatı olmadan fəali yyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, 2015-2018-ci illər ərzində əlavə dəyər vergisi üzrə cəmi 1118230,75 manat vergi məbləği hesablanmış və 526790,44 manat maliyyə sanksiyası tətbiq olunmuş, Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində İddiaçı (VÖEN **********) tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən binada uçot baza məlumatlarına əsasən və vergi ödəyicisi tərəfindən elektron formada göndərilmiş satış müqavilələri (AVİS: 07.11.2017-ci il tarixli **********738900 saylı və 10.09.2018-ci il tarixli **********435400 saylı) əsasında 23 mənzilin və 2 qeyri-yaşayış obyektinin satışı müəyyən edilmişdir. 30.11.2018-ci il tarixli **********154865 saylı "Səyyar vergi yoxlaması aktının əsass ızlığı barədə vergi ödəyicisinin 19.12.2018-ci il tarixli etiraz ərizəsi yoxlama zamanı əldə edilmiş digər sənədlərlə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin etiraz ərizəsində göstərilənlər öz təsdiqini tapmamışdır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 11.01.2019-ci il tarixli, **********174026 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında Qərar”ın ləğv edilməsi” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Xətai rayonu İcraHakimiyyəti Başçısının "Xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında" 19.04.2012-ci il tarixli, 73 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamə rəhbər tutularaq, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu ilə razılaşdırılmış eskiz layihəsinə əsasən qeyd olunan şərtlər daxilində İddiaçı ünvan 2 ünvanda xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində 2 ədəd fərdi yaşayış evi tikilməsinə icazə verilməsi qərara alınmışdır. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, 03 may 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 12 noyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 02 iyun 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 02 iyun 2017- ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 30 mart 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 10 fevral 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 11 mart 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 11 mart 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 05 may 2017- ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 03 may 2017-ci il tarixli, AN-İ seriyalı,nömrəli, 20 iyun 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 11 may 2016- cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 03 may 2017-ci il tarixli, AN-İ seriyalı,nömrəli, 20 iyun 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 09 iyun 2016- cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 22 sentyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 04 oktyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 06 aprel 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 14 fevral 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 30 aprel 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 22 sentyabr 2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri təqdim edilmiş, əmlaklara görə satıcı İddiaçı sadələşdirilmiş vergi tutulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1945/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəl irlər Departamentinə və üçüncü şəxs 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin Notariat kontoruna qarşı təkrar ödənilmiş sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2-1(82)-552/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 24 aprel 2018-cı il tarixli, 2-1(82)- 552/2018 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və üçüncü şəxs 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin Notariat kontoruna qarşı 110865,56 manat sadələşdirilmiş vergi məbləğinin vergi ödəyicisi və həmin məbləğin İddia çı qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan başqa digər iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli, 2-1(102)-1480/16 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2-1 (103)-1033/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 28.06.2018-ci il tarixli **********154827 saylı qərarına əsasən iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair 30.11.2018-ci il tarixli **********154865 saylı akt, bundan sonra isə 11.01.2019-cu il tarixli **********174026 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə c əlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən 1118230,75 manat ƏDV-nin azaldılması müəyyən olunmuş və 527310,11 manat maliyyə sanksiyası tətbiq olunmuşdqr. Cavabdeh inzibati orqanın mövqeyinə görə İddiaçı tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən binada uçot baza məlumatlarına əsasən və vergi ödəyicisi tərəfindən elektron formada göndərilmiş satış müqavilələri əsasında 23 mənzilin və 2 qeyri-yaşayış obyektinin satıldığı müəyyən edildiyi, lakin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ərizə ilə müraciət etməmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müə yyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Qey edilən normadan görünür ki, yaşayış və qeyri yaşayan sahələrinin təqdim edilməsini həyata keçirən şəxsin ƏDV qeydiyyatına alınmalı olmasını şərt kimi müəyyən etməmişdir. Həmçinin, yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 219.5-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq “Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏD V-nin ödəyicisi deyil. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2016- 2018-ci illərdə satılmış mənzillərə görə ƏDV qeydiyyatı üçün ərizə vermək öhdəliyi olmadığından, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirməklə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olduğundan, iddiaçının özünün xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakların satılmasına dair bağladığı müqavilələr üzrə əldə etdiyi vəsaitə görə ƏDV-yə cəlb edilməsi və bununla bağlı vergi hesablanılması qanunvericiliyin tələblərinə ziddir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələnd irmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericiliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan isə mübahisələndirilən 11.01.2019-ci il tarixli qərarının qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablan mış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır (Maddə 83.3). Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər (Maddə 85.4). Həmin Məcəllənin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. İş materiallarına əlavə olunmuş 30.11.2018-ci il tarixli **********154865 saylı səyyar vergi yoxlaması aktından görünür ki, 2015-ci ilin may, avqust və oktyabr ayları üçün ƏDV üzrə ümumilikdə 64649,89 manat v ergi məbləği azaldıldığı müəyyən edilmiş və maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Daha sonra 11.01.2019-cu il tarixli **********174026 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilən zaman 2015-ci il üzrə 64649,89 manat ƏDV hesablanmış, lakin maliyyə sanksiyası tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, 2015-ci il üzrə 64649,89 manat ƏDV məbləği Vergi Məcəlləsinin 56.1, 83.3, 85.4-cü maddələri ilə müəyyən edilmiş və vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il müddət keçdiyi üçün vergi məbləği hesablana bilməz və hesablanmış vergi məbləği əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikasini n Qanunu ilə 2016-cı ilin 01 yanvar tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manat və ondan az olan şəxslər sadələşmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər (Maddə 218.1.1.). Bu hüquq olaraq vergi ödəyicilərinə verilmişdir. Lakin həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər (Maddə 218.4.3). Vergi Məcəlləsinin bu maddəsi isə imperativ xarakter daşıyır. Bu səbəbdən iş materiallarında olan alqı-satqı müqavilələrind ə mənzillər satılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən daşınmaz əmlakın sahəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutulmuşdur. Bundan əlavə Vergi Məcəlləsinin 154-cü maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (Maddə 154.1). Həmin Məcəllənin 155-ci maddəsi qeydiyyata dair ərizənin verilməsinin tələb edilməsi qaydalarını müəyyən edir. Həmin maddənin tələbinə görə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1- ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. (Maddə 155.1). Qanunverici “sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxslər” dedikdə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxsləri istisna edir. Başqa sözlə, ƏDV hesablanması üçün şəxsin ƏDV məqsədləri üçün qeydiyyatı şərtdir. Lakin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün ƏDV məqsədləri üçün qeydiyyat istisna təşkil edir. Bundan başqa Vergi Məcəlləsinin 219-cu maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən fiziki şəxslər gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (maddə 219.5) Kasasiya şikayətində qeyd olunan və 2016-2018-ci illərdə satılmış mənzillərə görə cavabdeh vergi orqanı tərəfindən hesablanmış 1053580,86 manat ƏDV məbləği hesablanmasının qanuni olması fikri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxs olduğu üçün ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyata dair ərizə vermək öhdəliyi yoxdur. ƏDV qeydiyyatı üçün ərizə vermək öhdəliyi olmayan şəxs isə ƏDV ödəyicisi ola bilməz. Budan əlavə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxs Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olduğu üçün həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən ƏDV ödəyicisi deyil. Eyni zamanda məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması zamanı vergi məbləği əsassız hesablandığı üçün 527.310,44 manat məbləğində tətbiq olunmuş maliyyə sanksiyası da ləğv olunmalıdır. Kasasiya şikayətində qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2015-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən 2016-cı ilin 01 yanvar tarixinə qədər tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumat ı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu qanunla müəyyən edilmiş qaydada hesablanır. Lakin iş materiallarında iddiaçının öz seçiminə uyğun vergilərin ödənilməsi üçün yazılı məlumat formasının təqdim edilməsi təsdiq edən fakt olmadığı üçün cavabdeh tərəfindən 2016-cı ildən qüvvədə olan və bina tikintisi fəaliyyətinə görə sadələşdirilmiş vergi məbləğini hesablanmalı idi. Bundan əlavə ekspertizanın keçirilməsi ilə əlaqədar məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən o halda müəyyənləşdirilir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmasın, rəsmi və açıq mənbələrdən bu malların (işləri n, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmasın. Halbuki, daşınmaz əmlakın alqı-satqı müqavilələri notariat tərəfindən qeydə alındığı üçün rəsmi mənbələrdən bazar qiymətləri haqqında məlumat toplamaq mümkündür. Həmçinin hazırki şəraitdə daşınmaz əmlakın müvafiq əmtəə bazarı da mövcuddur. Rəsmi və açıq mənbələrdən bu tip əmlakın bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olduğu üçün ekspert rəyinə əsasən bazar qiymətləri tətbiq edilməklə vergilərin hesablanması əsassızdır. Yuxarıda sadalanan normalara əsasən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kasasiya şikayəti əsassızdır və hazırkı halda iddiaçının özünün xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakların satılmasına dair bağladığı müqavilələr üzrə əldə etdiyi vəsaitə görə ƏDV-yə cəlb edilməklə onun ƏDV ödəyicisi kimi qeydiyyata alınması qanunvericiliyin tələbinə ziddir və bununla bağlı vergi ödəyicisinin üzərinə hər hansı vergi öhdəliyi qoyula bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 17.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli 21(103)-1758/2019 nömrəli qərarı dəyişdiri lmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3156/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3156/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver