Məhkəmə qərarları › İş №2-1(102)-3157/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3157/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3157/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X4 cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) X2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı X4 cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyul tarixli 2-1(103)-1691/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 11 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********621500 nömrəli 2018-ci il 14 noyabr tarixli, **********627700 nömrəli 2018-ci il 14 noyabr tarixli, **********636700 nömrəli 2018-ci il 14 noyabr tarixli, **********654700 nömrəli 2018-ci il 14 noyabr tarixli **********643300 nömrəli 2018-ci il 14 noyabr tarixli və **********648800 nömrəli 2018-ci il 14 noyabr tarixli vergilərin hesablanm ası barədə qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayətlə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 2018-ci il 13 noyabr tarixli, **********132600 nömrəli qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 2018-ci il 16 avqust tarixli inzibati şikayətinin qismən təmin edilməsi, cavabdehin “Vergilərin hesablanması barədə” 2018-ci il 17 iyul tarixli **********786600 nömrəli Qərarı dəyişdirilmədən saxlanılması, **********803600 nömrəli Qərarının ləğv edilməsi, **********787300 nömrəli Qərarının dəyişdi rilmədən saxlanılması, 3.977,85 manat verginin hesablanması hissəsində ləğv edilməsi, **********791800 nömrəli Qərarının 1.313,39 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması, 21.006,61 manat verginin hesablanması hissəsində ləğv edilməsi, **********795600 nömrəli Qərarının 11.265,71 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması, 11.054,29 manat verginin hesablanması hissəsində ləğv edilməsi, **********810200 nömrəli Qərarının 4.345,93 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması, 15.814,07 manat verginin hesablanması hissəsində ləğv edilməsi və **********813300 nömrəli Qərarının 7.920,0 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması, 14.400,0 manat verginin hesablanması hissəsində ləğv edilməsi qərara alınmış, bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin olunması cavabdehə tapşırılmışdır. Qərarda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi sahibkara məxsus “Xoşbəxtlik” şadlıq evi adlı təsərrüfat subyektində ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 2015-ci il 8 oktyabr tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” **********8677 nömrəli Qərarına əsasən 2015-ci il 9 oktyabr tarixdən 2015-ci il 11 oktyabr tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığı və nəticələrinin 2015-ci il 11 oktyabr tarixli 084522 nömrəli aktla rəsmiləşdirilməklə satış dövriyyəsi 14.160,0 manat olmaqla orta günlük dövriyyənin 4.720,0 manat (14.160,0 / 3 = 4.720,0) təşk il etdiyi müəyyən edilmişdir. Belə ki, Vergilər Nazirliyinin 2018-ci il 30 oktyabr tarixli **********039400 nömrəli xidməti məktubuna əsasən fərdi sahibkarın təsərrüfat subyektində 2015-ci ilin oktyabr, 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin yanvar, fevral və may ayları üzrə keçirilmiş toy tədbirləri barədə (aylar üzrə cəmi toy sayı, oturacaqların sayı, ay ərzində hesablanmış orta menyu qiyməti və cəmi dövriyyə) məlumatların təqdim edilməsi barədə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müvafiq göstəriş verilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2018-ci il 5 noyabr tarixli **********799700 nömrəli xidməti məktubuna əsasən fərdi sahibkarın təsərrüfat subyektində (“Xoşbəxtlik” şadlıq evi) keçirilmiş toy tədb irləri barədə məlumatına əsasən 2015-ci ilin oktyabr, 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin yanvar, fevral və may ayları üzrə 136 toy tədbirləri keçirilmiş və cəmi dövriyyənin 278.396,0 manat olduğu (2016-cı ilin sentyabr ayı üzrə 115.523,0 manat, oktyabr ayı üzrə - 8.610,0 manat, dekabr ayı üzrə - 73.853,0 manat, 2017-ci ilin yanvar ayı üzrə - 0,0 manat, fevral ayı üzrə - 28.490,0 manat, may ayı üzrə 51.920,0 manat) müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkara məxsus “Xoşbəxtlik” şadlıq evi adlı təsərrüfat subyektində ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 2015-ci il 8 oktyabr tarixli “Xronometraj metodu ilə müşahidələrin aparılması haqqında” Qərarına əsasən 2015-ci il 9 oktyabr tarixdən 2015-ci il 11 oktyabr tarixədək xronometraj metodu ilə müşahidələrin aparıldığını nəzərə alaraq, əlavə dəyər vergisi üzrə 2015-ci ilin oktyabr ayı üçün hesablanmış 10.080,0 manat vergi məbləği qüvvədə saxlanılmalı, 2017-ci ilin yanvar ayı üçün hesablanmış 22.320,0 manat vergi məbləği ləğv edilməli və 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin fevral və may ayları üzrə 278.396,0 manat dövriyyə (ƏDV ilə birlikdə) nəzərə alınmaqla, qeyd edilən dövrlər üzrə fərdi sahibkarın vergi öhdəliyi yenidən müəyyən edilməlidir. Bununla da yenidən kameral qaydada yoxlama keçirilmiş və aşağıdakı qərarlar qəbul edilmişdir: Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********621500 nömrəli, 2018-ci il 14 noyabr tarixli vergilərin hesablanması barədə qərarı ilə 2016-cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 17.622,15 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 226.249,25 manat hesablanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********627700 nömrəli, 2018-ci il 14 noyabr tarixli vergilərin hesablanması barədə qərarı ilə 2016-cı ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 1.313,39 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 220.748,05 manat hesablanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********636700 nömrəli, 2018-ci il 14 noyabr tarixli vergi lərin hesablanması barədə qərarı ilə 2016-cı ilin dekabr ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 11.265,71 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 191.798,89 manat hesablanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********654700 nömrəli, 2018-ci il 14 noyabr tarixli vergilərin hesablanması barədə qərarı ilə 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 0,00 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 135.440,58 manat hesablanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri barədə qərarı ilə 2017-c i ilin may ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 7.920,00 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 155.096,58 manat hesablanmışdır. İddiaçı hesab edir ki, sözügedən qərarlar və həmin qərarlar əsasında hesablanmış vergi borcu tamamilə əsassızdır və ləğv edilməlidir. 2015-ci ilin oktyabr ayı, 2016-cı ilin sentyabr-oktyabr ayları və 2017-ci ilin may ayında milli və mənəvi (məhərrəmlik və may ayına məxsus səbəbdən) dəyərlərinə əsasən şadlıq evlərində toy olmadığını, 2016-cı ilin dekabr, 2017-ci ilin yanvar-fevral ayları isə şadlıq evlərində toyların ən az aylar olduğunu, həmin aylarla bağlı vergi orqanının məlumat bazasında kamera müşahidələrinin nəticələri mövcud olduğunu, toy olmayan aylar üzr ə hesablanmış vergilərin əsassız olduğunu vergi orqanı nəzərə almamış və əsassız qərarlar qəbul etmişdir. Vergi borcu ilə əlaqədar olaraq iddiaçıya Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsi tərəfindən 1720X0750 nömrəli cinayət işi açılmışdır. İddiaçı tərəfindən cinayət tərkibi yaradan borcu tam ödənilmiş və bu əsasla da cinayət işinə xitam verilmişdir. Bununla yanaşı iddiaçı 2017-ci il 27 iyul tarixdə sahibkarlıq fəaliyyətinin ləğv olunması ilə bağlı **********941400 nömrəli ərizəni vergi orqanına göndərmişdir. Həmin tarixdən bu günədək də heç bir sahibkarlıq fəaliyyəti olmamış və hal hazırda da yoxdur. Vergi orqanı tərəfindən 2018-ci ilin iyul ayında 2015-ci ildə daxil olmaqla bir neçə ay üzrə yenidən hesablama aparılmışdır. İ ddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci, 2.2-ci, 3.1-ci, 3.2-ci, 3.3-cü, 3.8-ci, 3.11-ci, 37-ci, 37.1-ci, 37.2-ci, 53.3-cü, 54.0.2-ci, 94.0.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 2.2.1-ci, 8.1.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı 2019-cu il 25 fevral tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin **********883500 nömrəli 2019-cu il 20 fevral tarixli, **********868600 nömrəli 2019-cu il 20 fevral tarixli, **********900500 nömrəli 2019cu il 20 fevral tarixli, **********895600 nömrəli 2019-cu il 20 fevral tarixli və **********891800 nömr əli 2019-cu il 20 fevral tarixli “vergilərin hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamələr təqdim edildikdən sonra 2019-cu il 18 yanvar tarixdə mübahisələndirilən qərarlar ləğv edilmiş və azalma göstərilmişdir. Bundan başqa, cavabdeh tərəfindən 2019-cu il 20 fevral tarixli **********883500 nömrəli vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2017-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 4.345,93 manat təşkil edir. Cavabdeh tərəfindən 2019-cu il 20 fevral tarixli **********868600 nömrəli vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2017-ci ilin may ayı üzrə əlavə dəyər ve rgisi üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 7.920.00 manat təşkil edir. Cavabdeh tərəfindən 2019-cu il 20 fevral tarixli **********900500 nömrəli vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2016-cı ilin dekabr ayı üzrə əlavə dəyər vergisi üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 11.265.71 manat təşkil edir. Cavabdeh tərəfindən 2019-cu il 20 fevral tarixli **********895600 nömrəli vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2016-cı ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.313,39 manat təşkil edir. Cavabdeh tərəfindən 2019-cu il 20 fevral tarixli **********891800 nömrəli vergilərin hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2016-cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 17.622,15 manat təşkil edir. İddiaçı hesab edir ki, həmin vergi borcları əsassız olaraq hesablandığından hesab vərəqəsindən silinməlidir. İddiaçı 2019-cu il 17 aprel tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin **********883500 nömrəli 2019-cu il 20 fevral tarixli, **********868600 nömrəli 2019-cu il 20 fevral tarixli, **********900500 nömrəli 2019cu il 20 fevral tarixli, **********895600 nömrəli 2019-cu il 20 fevral tarixli və **********891800 nömrəli 2019-cu il 20 fevral tarixli “vergilərin hesablanması barədə” qərarları ilə yanaşı, həmçinin **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərarının da ləğv olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı əvvəlki tələblə yanaşı cavabdehin 2018-ci il 17 iyul tarixli **********786600 nömrəli vergilərin hesablanması barədə qərarının ləğv edilməsini də tələb edir. Cavabdehin həmin qərarı ilə 2015-ci ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi 10.080,00 manat təşkil etmiş və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 33.812.11 manat hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Vergilər Nazirliyinin uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2014-cü il 17 iyun tarixdə vergi ödəyicisi kimi uçota alındığı, 2014-cü i l 1 oktyabr tarixdən 2017-ci il 6 iyul tarixədək ƏDV qeydiyyatında olduğu, ərizəsinə əsasən fəaliyyətinin “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”ndən ibarət olduğu, ünvan 1 ünvanda yerləşən əsas sahəsi 2208,3 kv.m olan “Xoşbəxtlik" şadlıq evi adlı aktiv təsərrüfat obyektinin (obyektin kodu: **********-18001) vergi orqanında 2014-cü il 18 iyun tarixdən qeydiyyatda olduğu, həmin obyektdə 1 ədəd nəzarət-kassa aparatının (“4613-XXX tipli İBM Posterminalı” markalı, zavod nömrəsi4122239 olan) 2014-cü il 20 iyun tarixdə quraşdırıldığı, 2017-ci il 9 avqust tarixdən qeydiyyatdan çıxarıldığı və 2017-ci il 3 iyul tarixli ərizəsi əsasında fəaliyyətini 2017-ci il 3 iyul tarixdən 5 (beş) il müddətinə dayandırdığı müəyyən edilmişdir. Ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin **********8677 nömrəli, 2015-ci il 8 oktyabr tarixli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarına əsasən iddiaçıya məxsus “Xoşbəxtlik” şadlıq evi adlı, **********-18001 kodlu təsərrüfat subyektində xronometraj müşahidə aparılmış və 2015-ci il 11 oktyabr tarixli OVN/084522 nömrəli akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 4.720,0 manat müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı fərdi sahibkarın vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektində keçirilmiş son xronometraj müşahidənin nəticəsinə əsasən 2015-ci ilin oktyabr ayı üzrə 66.080,0 manat, 2016-cı ilin sentyabr ayı üzrə 141.600,0 manat, oktyabr ayı üzrə 146.320,0 manat, dekabr ayı üzrə 146.320,0 manat, 2017-ci ilin yanvar ayı üzrə 146.320,0 manat, fevral ayı üzrə 132.160,0 manat, may ayı üzrə 146.320,0 manat dövriyyə məbləğinin müəyyən edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə bəyannamələrin təqdim edilməməsi vergi tutulan dövriyyənin gizlədilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilən uyğunsuzluqla əlaqədar olaraq vergi ödəyicisinə 2018-ci il 9 iyul tarixli **********312300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə ƏDV bəyannamələri üzrə analoji qaydad a 2015-ci ilin oktyabr ayı üçün 10.080,0 manat, 2016-cı ilin sentyabr ayı üçün 21.600,0 manat, oktyabr ayı üçün 22.320,0 manat, dekabr ayı üçün 22.320,0 manat, 2017-ci ilin yanvar ayı üçün 22.320,0 manat, fevral ayı üçün 20.160,0 manat, may ayı üçün 22.320,0 manat olmaqla, ümumilikdə 141.120,0 manat vergi hesablanmış və “Vergilərin hesablanması barədə” 2018-ci il 17 iyul tarixli **********786600, **********787300, **********791800, **********795600, **********803600, **********810200 və **********813300 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı vergi ödəyicisi vergi orqanına müraciət edərək, 2015-ci ilin oktyabr ayı, 2016-cı ilin sentyabr-oktyabr ayları və 2017-ci ilin may ayında milli və mənəvi (məhərrəmlik və may ayına məxsus səbəbdən) dəyərlərinə əsasən şadlıq evlərində toy olmadığını, 2016-cı ilin dekabr, 2017-ci ilin yanvar, fevral ayları isə şadlıq evlərində toyların ən az aylar olduğunu, həmin aylarla bağlı vergi orqanının məlumat bazasında kamera müşahidələrinin nəticələri mövcud olduğunu, toy olmayan aylar üzrə hesablanmış vergilərin azaldılmasını, 2016-cı ilin dekabr, 2017-ci ilin yanvar-fevral ayları üzrə kamera müşahidələrinin nəticələri əsas tutulmaqla yenidən hesablama aparılmasını xahiş etmişdir. Vergi ödəyicisinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində, iddiaçıya məxsus təsərrüfat subyektində (“Xoşbəxtlik” şadlıq evi) keçirilmiş toy tədbirləri barədə məlumatlara əsasən 2015-ci ilin oktyabr, 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin yanvar, fevral və may ayları üzrə 136 t oy tədbirləri keçirildiyi və cəmi dövriyyənin 278.396,0 manat olduğu (2016-cı ilin sentyabr ayı üzrə - 115.523,0 manat, oktyabr ayı üzrə - 8.610,0 manat, dekabr ayı üzrə 73.853,0 manat, 2017-ci ilin yanvar ayı üzrə - 0,0 manat, fevral ayı üzrə - 28.490,0 manat, may ayı üzrə - 51.920,0 manat) müəyyən edilmişdir. Beləliklə, Vergilər Nazirliyinin 2018-ci il 13 noyabr tarixli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarı ilə fərdi sahibkara məxsus “Xoşbəxtlik” şadlıq evi adlı təsərrüfat subyektində xronometraj metodu ilə müşahidələrin aparıldığını nəzərə alaraq, əlavə dəyər vergisi üzrə 2015-ci ilin oktyabr ayı üçün hesablanmış 10.080,0 manat vergi məbləği qüvvədə saxlanılmış, 2017-ci ilin yanvar ayı üçün hesablanmış 22.320,0 manat vergi məbləği ləğv edilmiş və 2016-cı ilin sent yabr, oktyabr, dekabr, 2017-ci ilin fevral və may ayları üzrə 278.396,0 manat dövriyyə (ƏDV ilə birlikdə) nəzərə alınmaqla, qeyd edilən dövrlər üzrə fərdi sahibkarın vergi öhdəliyi yenidən müəyyən edilərək, vergi ödəyicisinə 2019-cu il 20 fevral tarixli **********883500 nömrəli, **********868600 nömrəli, **********900500 nömrəli, **********895600 nömrəli, **********891800 nömrəli “Vergilərin hesablanması haqqında” qərarlar göndərilmişdir. Qeyd edilən qərarlar ilə vergi ödəyicisinə 2016-cı ilin sentyabr ayı üzrə 17.622,15 manat (115.523,0/1,18x18%), oktyabr ayı üzrə 1.313,39 manat (8610,0/1,18x18%), dekabr ayı üzrə 11.265,71 manat (73.853,0/1,18x18%), 2017-ci ilin fevral ayı üzrə 4.345,93 manat (28.490,0/1,18x18%), may ayı üzrə 7920,0 manat (51.920,0/1,18x18%) əlavə ƏDV hesablanmışdır. Verg i Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcə llənin 50-1.2-ci maddəsinə əsasən, Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqışı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alğıs ı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alğısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 may tarixli 2-1(82)-1067/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli, **********883500 nömrəli 2019-cu il 20 fevral tarixli, **********868600 nömrəli 2019-cu il 20 fevral tarixli, **********900500 nömrəli 2019-cu il 20 fevral tarixli, **********895600 nömrəli 2019-cu il 20 fevral tarixli və **********891800 nömrəli 2019-cu il 20 fevral tarixli vergilərin hesablanması barədə qərarları ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2018-ci il 17 iyul tarixli istər ilkin qərarlarla, istərsə də sonrakı hazırda mübahisələndirilən 2018-ci il 17 iyul tarixli və 2019-cu il 20 fevral tarixli sonrakı vergilərin hesablanması barədə qərarları ilə iddiaçıya əlavə dəyər vergisi hesablayarkən, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyul tarixli 2-1(103)-1691/2019 nömrəli qərar ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 14 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 10 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qərarda 2019-cu il 29 aprel tarixdə iddia ərizəsinə dəqiqləşmə təqdim edildiyi və bununla bağlı müvafiq məhkəmə qərardadı qəbul olunduğu qeyd edilsə də, iddia tələbinin dəqiqləşməsi barədə ərizə vergi orqanına təqdim edilməmiş, bununla da həmin hissədə iddia tələbinə vergi orqanının münasibət bildirməsi hüququ pozularaq yekun qərar qəbul edilmişdir. Bundan başqa, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 5 ədəd inzibati aktın mübahisələndirildiyi görünsə də, məhkəmə tərəfi ndən 6 ədəd inzibati akt ləğv edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2018-ci il 17 iyul tarixli qərarın 2018-ci il 13 noyabr tarixli qərar əsasında qəbul edilməsi absurddur, bunu sadəcə qərarların tarixinə diqqət etdikdə görmək mümkündür. Digər tərəfdən, 2018-ci il 13 noyabr tarixli **********132600 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərara diqqət olunsa idi, **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli qərarın əvvəl qəbul olunduğu və sözü gedən digər qərarla qüvvədə saxlanıldığı aydın olardı. Belə ki, qeyd edilən yekun qərar 2018-ci il 13 noyabr tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş, vergi ödəyicisi tərəfindən isə 2018-ci il 14 noyabr tarixdə oxunmaqla qəbul olunmuşdur. Belə olan halda, vergi ödəyicisinin 2018-ci il 13 noyabr tarixli **********132600 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarı ilə tanış olması 2018-ci il 17 iyul tarixli qərardan da məlumatlı olmağını bir daha təsdiq edir. Qeyd edilənlər özlüyündə məhkəmə tərəfindən işin kifayət qədər araşdırılmadığını göstərir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Mübahisələndirilən 2018-ci il 17 iyul tarixli qərarla 2015-ci ilin oktyabr ayı üzrə ƏDV hesablanmış və vergi ödəyicisi tərəfindən həmin dövr üzrə hər hansı bəyannamə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsi deyil, 85.4-cü maddəsi tətbiq edilərək vergi orqanının hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququnu gözlənilməli idi. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb e dilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yenidən hesablamaya əsas kimi xronometraj müşahidələrin və inzibati şikayətin qismən təmin olunması barədə qərarın nəticələri çıxış etmişdir. Müvafiq qərarlara əsasən 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin fevral və may ayları üzrə ƏDV hesablanmışdır. Hesablamalar isə vergi ödəyicisi tərəfindən qeyd edilən dövrlər üzrə 2019-cu il 18 yanvar tarixli bəyannamələr təqdim edildikdən sonra aparılmışdır ki, qanunvericilikdə müəyyən edilmiş 30 iş günü ötürülməmişdir. Bunlarla yanaşı, mübahisələndirilən qərarlar hər hansı bir kameral vergi yoxlamasının nəticəsində deyil, iddiaçı inzibati şikayətinin nəzərə alınması ilə əlaqədar sırf onun xeyrinə, vergi öhdəlinin azaldılması məqsədilə qəbul edilmişdir. Bun a görə həmin qərarlara münasibətdə hər hansı bir prosessual müddətin tətbiqindən söhbət gedə bilməz. Göründüyü kimi, məhkəmə tərəfindən əsassız faktlara istinad olunaraq iddia tələbi təmin olunmuş və qanunvericiliyin müvafiq normaları yanlış tətbiq edilmişdir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki məhkəmə qərarı vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi və həqiqəti əks etdirməyən mülahizələrinə əsasən qəbul olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərara münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edi lməsinə aid hissədə əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin materiallarına görə, cavabdehin **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərarı hələ 2018-ci il 13 noyabr tarixədək iddiaçıya təqdim olunmuşdur. Belə ki, iddiaçı həmin qərarı digər qərarlarla birlikdə şikayət instansiyasında mübahisələndirmiş, şikayət instansiyasının 2018-ci il 13 noyabr tarixli qərarı ilə **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2019-cu il 11 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 14 noyabr tarixli - **********621500, **********627700, **********636700, **********654700, **********643300 və ** ********648800 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçı 2019-cu il 11 yanvar tarixli ilk iddia ərizəsində **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli qərarı mübahisələndirməmişdir. Həmin qərara qarşı iddia 2019-cu il 17 aprel tarixdə irəli sürülmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli qərara münasibətdə ötürdüyündən, iddia həmin hissədə mümkünsüzdür. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ** ********786600 nömrəli 2018-ci il 17 iyul tarixli qərara münasibətdə ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalıdır. Şikayət qalan hissədə - 2019-cu il 20 fevral tarixli **********883500, **********868600, **********900500, **********895600 və **********891800 saylı “vergilərin hesablanması barədə” qərarlarına münasibətdə təmin oluna bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Şikayətin dəlilinə görə, müvafiq qərarlara əsasən 2016-cı ilin sentyabr, oktyabr, dekabr, 2017-ci ilin fevral və may ayları üzrə ƏDV hesablanmışdır. Hesablamalar isə vergi ödəyicisi tərəfindən qeyd edilən dövrlər üzrə 2019-cu il 18 yanvar tarixli bəyannamələr təqdim edildikdən sonra aparılmışdır ki, qanunvericilikdə müəyyən edilmiş 30 iş günü ötürülməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. VM-in 37.2-ci maddəsinin tələbinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətin də təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq o laraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, şikayətin yuxarıda qeyd edilən dəlilini o halda əsaslı hesab etmək olar ki, cavabdeh inzibati orqan iddiaçının VM-in 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan VM-in “Kameral vergi yoxlaması”na dair müddəalarının və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada icraat aparmış və mübahisələndirilən qərarı da məhz həmin icraatın nəticəsi (həm də həmin icraatın tərkib hissəsi) olaraq qəbul etmiş olsun. Lakin cavabdeh şikayətin digər dəlili ilə təsdiq edir ki, hazırkı işdə bu, mübahisələndirilən 2019-cu il 20 fevral tarixli **********883500, **********868600, **********900500, **********895600 və **********891800 saylı “vergilərin hesablanması bar ədə” qərarlara münasibətdə baş verməmişdir. Belə ki, şikayətin digər dəlilinə görə, mübahisələndirilən qərarlar hər hansı bir kameral vergi yoxlamasının nəticəsində qəbul edilməmişdir. Həmin qərarlar iddiaçının inzibati şikayətinin nəzərə alınması ilə əlaqədar sırf onun xeyrinə, vergi öhdəliyinin azaldılması məqsədilə qəbul edilmişdir və buna görə də həmin qərarlara münasibətdə hər hansı prosessual müddətin tətbiqindən söhbət gedə bilməz. Beləliklə, iddiaçının mübahisələndirdiyi qərarlar VM-in “Kameral vergi yoxlaması”na dair müddəalarının və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada aparılmış icraatın nəticəsində qəbul edilmədiyindən, həmin qərarlar artıq formal-hüquqi baxımdan qanunsuzdur. Hazırkı mübahisəyə VM-in 85.4-cü maddəsinin tətbiq edilməli olduğuna dair şikayə tin dəlili də vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaqda və hesablanmış məbləği yenidən hesablamaqda ifadə olunan hərəkətlər əlahiddə mövcud olmayıb, inzibati icraatın tərkibinə daxildirlər və həmin hesablama (yenidən hesablama) üzrə qərarlar da inzibati icraat qaydalarına uyğun qəbul edilməlidir. Şikayətdə həmçinin qeyd edilir ki, qərarda 2019-cu il 29 aprel tarixdə iddia ərizəsinə dəqiqləşmə təqdim edildiyi və bununla bağlı müvafiq məhkəmə qərardadı qəbul olunduğu qeyd edilsə də, iddia tələbinin dəqiqləşməsi barədə ərizə vergi orqanına təqdim edilməmiş, bununla da həmin hissədə iddia tələbinə vergi orqanının münasibət bildirməsi hüququ pozularaq yekun qərar qəbul edilmişdir. Bundan başqa, iddiaçının iddia tə ləbinin dəqiqləşdirilməsi barədə ərizədə 5 ədəd inzibati aktın mübahisələndirildiyi görünsə də, məhkəmə tərəfindən 6 ədəd inzibati akt ləğv edilmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi, iddiaçı 2019-cu il 25 fevral tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2019-cu il 20 fevral tarixli **********883500, **********868600, **********900500, **********895600 və **********891800 nömrəli “vergilərin hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmiş, cavabdeh də həmin ərizə ilə bağlı yazılı etiraz təqdim etmişdir. Bundan sonra, iddiaçı 2019-cu il 17 aprel tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2019-cu il 20 fevral tarixli **********883500, **********868600, **********900500, **********895600 və **********891800 nömrəli “vergilərin hesablanması barədə” qərarları ilə yanaşı, əlavə olaraq **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərarının da ləğv olunmasını xahiş etmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddia tələbinin dəqiqləşməsi barədə ərizə vergi orqanına təqdim edilməmiş, bununla da həmin hissədə iddia tələbinə vergi orqanının münasibət bildirməsinə prosessual imkan yaradılmamışdır. Belə ki, həmin ərizənin cavabdehə təqdim edildiyinə dair sübut yoxdur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini işin hallarına uyğun hesab etməklə yanaşı, həmçinin nəzərə alır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə iddiaçı əvvəlki (cavab dehin münasibət bildirdiyi) tələblərini təkrarlamış, yalnız bir tələb **********786600 nömrəli 2018-ci il 17 iyul tarixli “vergilərin hesablanması barədə” qərarının da ləğv olunmasını ərizəyə əlavə etmişdir (məhz bu səbəbdən ərizədə və apellyasiya instansiyası məhkəməsinin qərarında 6 qərar qeyd edilmişdir). Məhkəmə kollegiyası həmin (sonuncu əlavə edilən və cavabdehə təqdim edilməyən ərizə üzrə) tələbə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və həmin hissədə iddianın mümkünsüz hesab edilməsinə dair qənaətini yuxarıda qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni fərqli əsaslandırsa da, cavabdehin 2019-cu il 20 fevral tarixli **********883500, **********868600, **********900500, **********895600 və **********891800 saylı “vergi lərin hesablanması barədə” qərarlarına münasibətdə mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyul tarixli 2-1(103)-1691/2019 nömrəli qərarı cavabdehin 2018-ci il 17 iyul tarixli, **********786600 nömrəli qərarına aid hissədə ləğv edilir. İddia həmin hissədə mümkün sayılmır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar