Məhkəmə qərarları › İş №2-1(102)-3158/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3158/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3158/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: vergilərin hesablanması haqqında qərarın ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 17.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı vəkili X2,cavabdeh İdarənin nümayəndəsi X1 və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir)iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin 27 mart 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktının və 10 noyabr 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesabla nması barədə” inzibati aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli, iş No 2-1(82)-368/2019) iddianın təmin edilməsi; cavabdeh Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 mart 2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” 10 noyabr 2017-ci il tarixli **********515900 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixliqərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər K.Abiyeva və Ü.Maylov; iş No 2-1(103)1545/19) cavabdeh Deapartamentin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsin məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili A.Bayramov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kass asiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin nümayəndəsi Ə.Rəhimli vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı şirkətin vəkili S.Piriyev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh Departamentin 14 sentyabr 2016-ci il tarixli qərarı ilə İddiaçındə səyyar vergi yoxlaması təyin edilmiş; həmin yoxalama 15 sentyabr 2016-cı il tarixdə başlanmış və 14 mart 2017-ci il tarixdə başa çatdırılmış; y oxlama ilə əhatə olunan dövrdə iddiaçı şirkət faktiki olaraq topdansatış fəaliyyəti ilə məşğul olmuş; yoxlamanın nəticələri 17 mart 2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akta görə, iddiaçı şirkət tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmaması müəyyən edilərək, bunun nəticəsində baş vermiş 2014-cü il üzrə 10,78 manat məbləğində muzdlu işlə əlaqədar ÖMTV-nin; 2015-ci il üzrə 1.648,43 manat məbləğində mənfəət vergisinin və 31.981,36 manat məbləğində ÖMTV-nin; 2016-cı il üzrə 252 manat ÖMTV-nin büdcəyə az hesablanmasına görə 16.860,29 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi və azaldılmış vergi məbləğlərinin vergi öorcu kimi büdcəyə qaytarılması tədbirlər görəlməsi təklif olunmuşdur. Həmin akt əsasında iddiaçı şirkətin rəhbərinin iştirakı ilə Departament tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 mart 2017-ci il tarixli **********087197 nömrəli qərarla iddiaçı şirkət vergi məsuliyyətinə cəlb olunmuş, müvafiq Tələbnaməyə əsasən ondan Aktda qeyd edilən vergi borcu məbləğinin büdcəyə ödənilməsi tələb olunmuşdur. Bundan başqa, iddiaçı şirkət tərəfindən 8 sentyabr 2017-ci l tarixdə vergi orqanına təqdim olunmuş 2017-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinə əsasən ilin sonuna 972.954,27 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda vergi ödəyicisinin fəa liyyətinin dayandırılması, onun istifadəsində qalan malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidənyayınma riski yaratmışdır. Cavabdeh Departament bu haları şirkət tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17 iyul 2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərmişdir. Lakin iddiaçı şirkət həmin məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə əlaqədar əsaslandırılmış izahatı, şirkətin hesablaşma hesabında apardığı əməliyyatlar barədə mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə, ona Azərbaycan Respublikası Vergi Məcəll əsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 175.131,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 22 sentyabr 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı şirkət hər 2 vergi qərarını mübahisələndirmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, iddiaçı şirkətin mübahisələndirdiyi vergi qərarlarını, onların mahiyyəti baxımından, yəni vergi orqanı tərəfindən şirkətə hesablanmış və ödənilməsi tələb olunmuş vergi borcunun düzgün hesablanıb-hesablanmaması məsələsini araşdırmamış, yalnız vergi orqanı tərəfindən həmin qərarların qəbul edilməsinə əsas olm uş səyyar və kameral vergi yoxlamalarının keçirilməsi və bu qərarların iddiaçı şirkətə təqdim olunması ilə bağlı olan prosedur qaydalara (o, cümlədən, müddətlə bağlı qaydalara) riayət olunub-olunmaması məsələsi ilə bağlı araşdırma aparmışdır. Bu zaman apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı hər iki yoxlamanı prosedur qaydalar pozulmaqla həyata keçirmiş və onları şirkətə qanunla müəyyən edilmiş formada və müddətdə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, həm vergi qanunvericiliyi, həm də inzibati icraat haqqında qanunvericilik vergi ödəyicisi barədə vergi məsuliyyəti və öhdəliyi yaradan sənədlərin, o cümlədən əlavə vergilərin hesablanmasına dair qərarların vergi ödəyicisinə təqdim olunması faktını və müddətini sübut etmək vəzifə sini vergi orqanının üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdeh vergi orqanı mübahisələndirilən qərarlarının surətini verilmə tarixini təsdiq edən üsulla təqdim etməmişdir. Bu zaman apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.4 - 49.5; 70.1 - 70.2-ci maddələrinə və “İnzibat icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2 - 62.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, mübahisələndirilən vergi qərarları cavabdeh vergi orqanı tərəfindən iddiaçı şirkətə yazılı formada göndərilməmiş, eyni zamandə həmin orqan qərarların iddiaçıya elektron formada göndərilməsni da tədiq edə bilməmişdir. Halbuki, “İnzibat icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş üzrə müəyyən edilir ki, vergi qərarının qəbul edilməsi ilə nəticələnmiş icraatda iştirak etmək üçün dəvət olunmuş iddiaçı şirkətin rəhbəri A.Qazıyev həmin iclasda iştirak etmiş, vergi orqanın 27.03.2017-ci il tarixli **********087197 saylı qərarı və 27.03.2017-ci il tarixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə iddiaçı şirkətin rəhbəri tərəfindən imzalanaraq və şirkətin möhürü ilə təsdiq edilərək qəbul edilmi şdir. Eyni zamanda müvafiq tələbnamə elektron qaydada iddiaçı şirkətə göndərilmiş, şirkət tərəfindən həmin gün, yəni 27.03.2017-ci il tarixdə oxunmuşdur. Cavabdeh vergi orqanı bu faktı təsdiq etmək üçün müvafiq Tələbnamənin surətini və vergi ödəyicisi ilə yazışmalar barədə hesabatı işin materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Eynilklə, vergi orqanın digər mübahisələndirilən, 10.11.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarı həmin tarixdə iddiaçı şirkətə göndərilmiş, qərar 16.11.2017-ci il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir. Bu faktı təsdiq etmək üçün vergi orqanı şirkətlə yazışmalar barədə hesabat və elektron sənəd mübadiləsi haqqında müqavilənin surətini işin maetariallarına əlavə edilmək üçün təqdim etmişdir. Apellya siya instansiya məhkəməsi bu faktların qiymətləndirilməsinə səthi yanaşmış, onlara lazımi hüquqi qiymət verməmşdir, cavabdeh vergi orqanının iddiaçı şirkət tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətinin ötürülməsi barədə ərizəsini rədd etmişdir. Halbuki, iş üzrə müəyyən edilir ki, “Vergilərin hesablanması barədə” 10.11.2017-ci il tarixli Qərarın iddiaçı şirkətə təqdim edilməsindən təxminən 1 ilə yaxın müddət keçdiyindən, şirkətin direktoru 12.10.2018-ci il tarixdə cavabdeh Departamentə ərizə ilə müraciət edərək, şirkəti barəsində 10 noyabr 2017-ci il tarixli **********515900 nömrəli "Vergilərin hesablanması barədə" qərarla 31.000,0 manat məbləğində vergilərin hesablandığını, həmin hesablama qərarının təsdiq olunmuş surətinin şirkətin hüquqi ünvanına göndərilməsi ni xahiş etmişdir (ərizənin surəti əlavə edilmişdir). Vergi ödəyicisinin müraciətinə əsasən, qərarın surəti təkrarən ona göndərilmişdir. Ərizədən göründüyü kimi, şirkət mübahisəlndirdiyi qərardan məlumatlı olmuşdur. Həmçinin, iddiaçı şirkət 27.03.2017-ci il tarixli qərarın da şirkətə təqdim edilməsindən (ən azından, həmin qərarın inzibati icraatda iştirak edən şirkət rəhbəri tərəfindən alındıqdan) təxminən 1 il yarım müddət keçdiyindən, 06.09.2018-ci il tarixdə ərizə ilə cavabdeh Departamentə müraciət edərək qərarın surətinin şirkətin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir, bu ərizəyə cavab olaraq qərarın surəti iddiaçı şirkətə təkrarən təqdim edilmişdir. Təsadüfi deyil ki, iddiaçı şirkət tərəfindən vergi orqanına ünvanlanmış həmin ərizədə də yoxlama aktının, həmçinin adı çəkilən qə rarın tarixi, nömrəsi, həmin qərar əsasında şirkətə hesablanmış məbləğlər barədə məlumatlar ətraflı qeyd olunmuşdur. Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edildiyi kimi, hətta təkrarən iddiaçı şirkətə təqdim edilmiş qərarda da onun rəhbərinin, həmin qərarı imzaladığı və müəssisənin möhürü ilə təsdiq etdiyi müəyyən edilir ki, bunlar da iddiaçı şirkətin həmin müraciətindən əvvəl mübahisələndirilən qərarın ona şəxsən təqdim edildiyini bir daha təsdiq edir. Lakin apellyasiya instansiya məhkəməsi qərarında iddiaçı şirkət tərəfindən iddia ərizəsinə əlavə edilərək iş materiallarına əlavə edilmiş 27.03.2017-ci il tarixli **********087197 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın şirkət tərəfindən hansı tarixdə təkrar istə nilməsinə, həmin qərarın işirkət təqdim edilərkən onun rəhbərinin artıq həmin qərarda imzasının və möhürünün olmasına, yoxlamanın keçirilməsi zamanı hesablanmış məbləği tam ödəməsinə, öz imzası olan qərarın təkrar alınmasından sonra 30-cu gün məhkəməyə müraciət olunmasına ümumiyyətlə münasibət bildirməmiş, sadəcə qanunvericiliyin müddəalarına formal yanşaraq, iddiaçı şirkətin iddia müddətinin keçməsi məsələsində qeyri-obyektiv və birtərəfli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şirkətin vergi qərarlarının təsdiq olunmuş surətini yenidən vergi orqanından alması, avtomatik olaraq, həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük müddətin ötürülmədiyini deməyə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatınd a iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şirkət tərəfindən hazırki iddia verilərkən onun tərəfindən iddia müddətinin ötürülməsi məsələsinə dəqiq hüquqi qiymət verilməsə, hazırki işin digər aspektlərinin araşdırılması mümkün deyil. Ona görə də, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh vergi orqanın kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında yar anmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Ona görə də, işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırılmasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11- ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsas ən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2019-cu tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar