Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3158/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; məhkəmə sənədinin elektron üsulla çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1998-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Ça ğırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı Rayon İdarəsinə qarşı “hüquqların pozulmasının tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3516/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması və vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsin in xx.xx.2021-ci il tarixli, 2-1(112)-10968/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1236/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10968/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilərək iddianın icraata qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Azərbaycan Respub likası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(103)-1599/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1236/202 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1226/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10968/2021 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. birinci instansiya məhkəməsindəki ikinci icraat
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın “vurulmuş ziyanın ödənilməsi” hissəsindən imti na etmiş, iş üzrə icraat “cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsi” tələbi üzrə davam etdirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7506/2023 nömrəli qərardadı ilə “cavabdeh tərəfindən iddiaçıya münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 4 sayı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması” barədə iddia mümkün sayılmamışdır.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3516/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7506/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilərək iddianın icraata qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
13. Məhkəmə bildirişi ilə iddiaçının və nümayəndəsinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı elektron imza ilə təsdiq edilməklə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetdə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin həmin qərardaddan kassasiya şikayəti xx.xx.2023-ci il tarixdə, yəni q ərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. İddiaçıya və nümayəndəsinə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları xx.xx.2023-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etmək təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişlər.
14. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatətlə müraciət edərək prosessual müddətin buraxılmadığını qəbul etməyi xahiş etmişdir.
15. Vəsatət onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəllənin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olun duğu məhkəmələrdə qərarın elan edilmiş nəticəvi hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir (maddə 75.1-1). Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməlidir (maddə 75.2.). Məhkəmə qərarı, bu Məcəllənin 20ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir (maddə 75.3.). Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidi r. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur (maddə 20.1.). Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (maddə 20.3.). İPM-dən göründüyü kimi məhkəmə aktı ilə bağlı müddətin hesablanması qaydası onun şəxsi elektron kabinetində yerləşdirilməsi imperativ norma deyildir, hətta apelyasiya və kassasiya şikayətinin verilməsi də elektron formada nəzərdə tutulmayıb. Məhkəmə aktı iddiaçının ünvanına poçt vasitəsilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Ona görə prosessual müddətin buraxılmadığını qəbul etməyi xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları na uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.2. Az ərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qa rşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır... Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə akt ları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
17. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan R espublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
18. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir.
20. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Beləliklə, əgər iddia (ərizə) “Elektron məhkəmə” informasiya sis teminin tətbiq olunduğu məhkəməyə, - iddiaçının (ərizəçinin) seçiminə əsasən, - elektron icraat qaydasında verilibsə, bu halda, inzibati icraat elektron məhkəmə icraatı qaydalarının tələblərinə uyğun olaraq aparılmalı, məhkəmə sənədləri də işdə iştirak edən şəxslərə həmin tələblərə uyğun (elektron üsulla) çatdırılmalıdır. 22. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu, lakin iddianın (ərizənin) elektron qaydada deyil, iddiaçının (ərizəçinin) seçiminə əsasən ümumi prosessual qaydada verildiyi, buradan, icraatın da ümumi prosessual qaydada aparıldığı hallarda, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə elektron üsulla çatdırılmasının imperativliyi aradan qalxmış olur.
23. Məhkəmə kollegiyası nəzərə alır ki: 1) İPM-in 9-1-ci maddəsi Məcəlləyə hazırkı iddia verildikdən so nra əlavə edilmişdir; 2) hazırkı iddia ümumi icraat qaydalarına uyğun olaraq kağız daşıyıcıda verilmiş, icraat da aşağı instansiya məhkəmələrində ümumi icraat qaydalarına uyğun aparılmışdır. Hərçənd, yuxarıda qeyd olunduğu kimi, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir və həmin normanın qüvvəyə mindiyi vaxtdan sonra da o, iddianı (ərizəni) həmin məhkəməyə kağız daşıyıcıda da təqdim edə bilər.
24. Bununla yanaşı, iddianın (ərizənin) kağız daşıyıcıda verilməsi və icraatın ümumi prosessual qaydada aparılması “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməni məhkəmə sənədlərini işdə iştirak edən şəxslərə elektron üsulla çatdırmaq imkanından (hüququndan ) məhrum etmir. Yetər ki, məhkəmə sənədinin göndərildiyi işdə iştirak şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış olsunlar. Belə olan halda, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 135.5, 135.6-cı maddələri). Buradan, həmin sənədlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasına dair tələb də istisna edilir (MPM-in 135.1-ci maddəsi).
25. İPM-in 31.2-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual nü mayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
26. İşdən göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Bakı Apellyasiya Məhkəməsi də mübahisələndirilən məhkəmə qərardadını iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məxsus “elektron kabinet”də xx.xx.2023-cü il tarixdə yerləşdirmişdir. Həmin qərardaddan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardaddan kassasi ya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur.
22. Beləliklə, prosessual müddət ötürülmüşdür.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3516/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.