Məhkəmə qərarları › İş №2-1(102)-3159/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3159/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3159/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və qeyriləri Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sərəncamın ləğvi, tikintiyə icazə vermək səlahiyyəti, ara məsafəsi, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X6, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı9 və İddiaçı4 vəkili Vəkil, üçüncü şəxs X3 vəkili Musayeva Aynur Ayd ın qızının iştirakı ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və X5 qarşı sərəncamın ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-152/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamı ilə X5 Xətai rayonu, X.Məmmədov küçəsi 33 saylı binanın a rxa hissəsində yerləşən torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.07.2017-ci il tarixli, 18/03-8/2014 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cəmil oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 (Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 33 saylı binanın sakinləri) məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamının ləğv edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bak ı şəhəri, Xudu Məmmədov küçəsi, 33 saylı binanın yaxınlığında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1714 saylı 02 iyul 2014-cü il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq Xətai RİH-in 13 avqust 2014-cü il tarixli 239 saylı sərəncamı ilə X4 ofis binasının tikintisinə icazə verilmişdir. İddiaçılar daha əvvəl həmin binanın sakinləri kimi Xətai RİH-ə qarşı 13 avqust 2014-cü il tarixli 239 saylı sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Son olaraq Ali Məhkəmənin 12 aprel 2017-ci il tarixli qərarı ilə yekunlaşmış həmin məhkəmə çəkişmələrinin nəticəsində sözügedən sərəncam ləğv edilmişdir. Həmin qərarla məhkəmə kollegiyası ara məsafələrinin hər hansı torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmasını və ara məsafəsinin binanın xar ici divarının hündürlüyünə əsasən hesablandığını nəzərə alaraq hesab etmişdir ki, ara məsafəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki 33 saylı yaşayış binasına münasibətdə həmin binanın 15,4 metr hündürlüyünün 0,6 hissəsinin, tikintisinə icazə verilmiş sahibkarlıq obyektinə münasibətdə isə həmin obyektin 16,2 metr hündürlüyünün 0,25 hissəsini təşkil etməlidir. Ofis və yaşayış binalarının hündürlüklərinin müvafiq olaraq 16,2 metr və 15.4 metr, ara məsafəsinin isə müvafiq olaraq 4,05 metr və 9,24 metr olacağı təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, ümumilikdə ara məsafəsi 13,29 metr (4,05 metr + 9,24 metr) təşkil edir ki, binalar arasında faktiki məsafənin isə 12 – 12,35 m təşkil etdiyini nəzərə alsaq, ara məsafələrinin üst-üstə düşməsi müəyyən edilir. Halbuki, qanunun tələbinə görə ara məsafələri bir-birini üzərinə düşə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, ara məsafəsinin gözlənilməməsi yeni tikinti zamanı yaşayış binasının sakinlərinin hüquqlarının pozulmasını, tikintinin onların normal həyat şəraitinə mənfi təsir göstərəcəyini, normal hava axınının hərəkətinə və günəş şüalarının düşməsinə və s. maneələr yaratdığını və tikintiyə icazə verilərkən tikinti norma və qaydalarının gözlənilmədiyini təsdiq edir. Cavabdeh Xətai RİH tərəfindən 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamla X12 rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın arxasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verərkən həmin ərazidə artıq yarımçıq tikintinin mövcudluğu, onun məhz Elşən Orucov tərəfindən inşa edildiyini və məhkəmə qərarları ilə tikinti ilə onların yaşadığı binanın arasındakı ara məsafəsinin pozulmasına görə 239 saylı sərəncamın ləğv edildiyi barədə məlumatı olmuş, buna baxmayaraq, təkrarən 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamı ilə Elşən Orucova həmin ərazidə tikintiyə icazə vermişdir. Xətai RİH-in 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamının ikinci hissəsindən də görünür ki, Xətai RİH başçısının 239 saylı 13 avqust 2014cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olunmuşdur. Ara məsafəsi həll olunmayınca heç bir tikinti işləri aparıla bilməz. X10 tərəfindən ara məsafəsi pozulmaqla aparılan tikintini sökmək əvəzinə, həmin tikintini davam etdirərək 4-cü mərtəbənin tikintisinə başlamış və bununla da, ləğv edilmiş sərəncamla təsdiq edilmiş əvvəlki layihə əsasında tikintini aparmış olur və bu hərəkətləri il ə onların (iddiaçıların) hüquqları kobudcasına pozulur. Beləliklə, hazırkı vəziyyətdə davam edən tikinti faktiki olaraq yeni sərəncam əsasında deyil, ləğv edilmiş sərəncam əsasında aparılır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 saylı, 26 iyul 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia rədd edilmişdir. Apellyasiya məhkəməsindəki icraat zamanı qəbul edilmiş 01 avuqst 2019-cu il tarixli qərardadla iddiaçılardan İddiaçı3 Cəmil oğlunun vəfat etdiyi və hüquq varisi məhkəmə prosesinə cəlb edilməsi barədə müraciət etmədiyi üçün ona münasibətdə iş üzrə qəbul edilmiş qərar ləğv edilmiş və icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1524/2019 saylı, 01 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və mə ruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 saylı, 26 iyul 2018-ci il tarixli qərarı iddiaçılar İddiaçı1 və digərlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertia tədqiqatının dəyəri isə müştərək qaydada iddiaçılara aid edilmişdir. İddiaçı4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 33 saylı binanın sakinləri hazırkı iddianı qaldırmamışdan əvvəl Bakı şəhəri Xətai RİH-nə qarşı 13 avqust 2014-cü il tarixli, 239 saylı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müracitə etmişlər. Son olaraq Ali Məhkəmənin 12 aprel 2017-ci il tarixli qərarı ilə yekunlaşmış həmin məhkəmə çəkişmələrinin nəticəsində sözügedən sərəncam ləğv edilmişdir. Həmin qərarla məhkəmə kollegiyası ara məsafələrinin hər hansı torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmasını və ara məsafəsinin binanın xarici divarının hündürlüyünə əsasən hesablandığını nəzərə alaraq hesab etmişdir ki, ara məsafəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki 33 saylı yaşayış binasına münasibətdə həmin binanın 15,4 metr hündürlüyünün 0,6 hissəsinin, tikintisinə icazə verilmiş sa hibkarlıq obyektinə münasibətdə isə həmin obyektin 16,2 metr hündürlüyünün 0,25 hissəsini təşkil etməlidir. Ofis və yaşayış binalarının hündürlüklərinin müvafiq olaraq 16,2 metr və 15.4 metr, ara məsafəsinin isə müvafiq olaraq 4,05 metr və 9,24 metr olacağı təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, ümumilikdə ara məsafəsi 13,29 metr (4,05 metr + 9,24 metr) təşkil edir ki, binalar arasında faktiki məsafənin isə 12 – 12,35 m təşkil etdiyini nəzərə alsaq, ara məsafələrinin üst-üstə düşməsi müəyyən edilir. Halbuki, qanunun tələbinə görə ara məsafələri bir-birini üzərinə düşə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, ara məsafəsinin gözlənilməməsi yeni tikinti zamanı yaşayış binasının sakinlərinin hüquqlarının pozulmasını, tikintinin onların normal həyat şəraitinə mənfi tə sir göstərəcəyini, normal hava axınının hərəkətinə və günəş şüalarının düşməsinə və s. maneələr yaratdığını və tikintiyə icazə verilərkən tikinti norma və qaydalarının gözlənilmədiyini təsdiq edir. Həmin məhkəmə qərarlarından dərhal sonra Xətai RİH təkrarən 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamla Elşən Orucova həmin ərazidə tikintiyə icazə vermişdir. Cavabdeh bu zaman Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın arxasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verərkən həmin ərazidə artıq yarımçıq tikintinin mövcudluğunu, onun məhz Elşən Orucov tərəfindən inşa edildiyini və məhkəmə qərarları ilə aparılan tikintinin onların yaşadığı binanın arasındakı ara məsafəsinin pozulmasına görə 239 saylı sərəncamın ləğv edildiyini nəzərə almamışdır. Ara məsafəsi həll olunmayınca heç bir tikinti işləri aparıla bilməzdi. Lakin E.Orucov ara məsafəsini pozmaqla apardığı tikintini sökmək yerinə davam edərək köhnə sərəncam ilə layihə əsasında tikintini başa çatdırmışdır. Hazırkı tikinti yeni sərəncam əsasında deyil, faktiki olaraq ləğv edilmiş sərəncam əsasında aparılmışdır. Bundan əlavə, cavabdeh tikintiyə icazə verilməsinə dair icraatla bağlı Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın sakinlərini maraqlı şəxs kimi inzibati icraata cəlb etməmiş, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin tələblərini pozmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.07.2017ci il tarixli, 18/03-8/2014 saylı məktubu ilə razılaşdırılmış ek skiz layihəsinə uyğun olaraq qeyriyaşayış obyektinin tikintisinə icazə verildiyi göstərilsə də, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.07.2017-ci il tarixli, 18/03-8/2014 saylı məktubundan görünür ki, işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Göründüyü kimi sərəncamda işçi layihəsi əvəzinə eskiz layihəsi göstərilir. Məhkəmə baxışı zamanı dəfələrlə yeni layihənin təqdim edilməsinin tələb olunmasına baxmayaraq layihə məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məlum olur ki, heç bir yeni layihə olmadan qanunsuz olaraq yeni sərəncam verilmişdir. Bundan başqa, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Xətai RİH Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq müsbət rəylərini almadan qanunvericili yin tələblərinin ziddinə olaraq iki dəfə özbaşına olaraq tikintiyə sərəncam vermişdir. Komitənin icazəsi və tikinti aparılan torpağın ayrılmasına dair heç bir sənədin olmamasına baxmayaraq qanunsuz olaraq tikintiyə icazə sərəncamı verilmişdir. Nəticədə isə binalar arasında ara məsafəsi gözlənilmədən tikinti işləri aparılmışdır. Ara məsafəsinin gözlənilməsi havanın hərəkəti, gün işığının düşməsi, sağlam həyat şəraiti üçün çox önəmlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1 və 75.2.3-cü maddələrinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərkən ərizəyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə etməlidir. Lakin E.Orucov tikintiyə icazə almaq üçün RİH-nə müraciət edərkən torpağın icarə m üqaviləsini təqdim etməmişdir. Cavabdeh isə Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən normalarının tələblərini pozaraq tikintiyə icazə vermişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 648 saylı, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə əsasən şəhər rayonlarının icra hakimiyyəti başçılarının tikintiyə icazə vermək səlahiyyəti yoxdur. Belə ki, həmin Əsasnamənin 4.11-ci bəndində yerli icra hakimiyyətlərinin təmir-tikinti, memarlıq və şəhərsalma sahəsində səlahiyyətləri göstərilmişdir. Həmin Əsasnamənin 4.11.11.5-ci bəndinə görə “İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə vermək”. Sözügedən Əsasnamənin 4.18.2-ci bən dinə əsasən bu Əsasnamənin 4.1.14, 4.5.4, 4.7.8, 4.11.11.5, 4.11.15, 4.11.17, 4.13.6, 4.15.2 və 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Beləliklə, mübahisəli sərəncamın verilməsi səlahiyyəti Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə deyil, Bakı şəhər İcra Hakimiyyətinə aid edilmişdir. Çünki mübahisəli sərəncamla 5 mərtəbəli ofis binasının tikintisinə icazə verilmişdir, halbuki, rayon icra hakimiyyətinin yalnız 3 mərtəbəyədək olan binaların tikintisinə icazə vermək səlahiyyəti var idi. Ən əsası isə odur ki, 33 saylı bina ilə mübahisəli tikinti arasında ara məsafəsi ilə bağlı əvvəlki məhkəmə çəkişmələri zamanı ekspertiza təyin olunduğu və həmin binalar arasında ara məsafəsi müəyyən olunduğu halda, məhkəmə heç bir əsa s olmadan yenidən ekspertiza keçirmiş, bununla da, MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən isə verilmiş ekspert rəyində göstərilənlər qanunvericiliyin tələblərinə uyğun olmamış, yerli baxış zamanı həmin ekspert tərəfindən müəyyən edilənlər rəydə tamamilə zidd şəkildə əks olunmuş, bununla da, ara məsafəsi ilə bağlı səhv nəticəyə gəlinmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı X1 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X3 vəkili Musayeva Aynur Aydın qızı kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı9 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İddiaçılCavabdeh 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamını mübahisələndirirək əlverişsiz inzibati akt kimi onun ləğv edilməsini xahiş etmişlər. İddianın rədd edilməli olduğuna dair gəldiyini nəticəni apellyasiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən binalar arasında olan ara məsafələrinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğunun müəyyən olunduğuna istinadla belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaç ıların yaşadığı bina ilə 3-cü şəxs E.Orucovun inşa etdiyi qeyri-yaşayış binası arasındakı ara məsafələri ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu təsdiq edilmədiyindən Xətai RİH-nin 08 sentyabr 2017-ci il tarixli, 243 nömrəli sərəncamı iddiaçıların hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya d üzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləlikllə, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamının qanuni olub-olmadığının yoxlanılmasını məhkəmə iki istiqamət üzrə aparmalıdı idi – 1) sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə ri ayət edilməklə qəbul edilib-edilmədiyi və 2) sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tə dbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrində isə təsbit olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi mübahisələndirilən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 08 sentyabr 2017-ci il il tarixli, 243 saylı sərəncamının qəbul edilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraatın aparılıbaparılmadığını ümumiyyətlə araşdırmamış və müvafiq qaydada qiymətləndirməmişdir. Halbuki, qanunda inzibati aktın qəbul edilməsindən əvvəl mütləq qaydada inzibati icraatın aparılmalı olduğu, bu zaman marağına toxunan şəxslərin həmin icraata cəlb edilməli olduğu, inzibati orqanın işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmalı olduğu və bunun üçün zəruri sübutları toplamalı olduğu, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilməli olduğu və nəhayət, qəbul edilmiş inzibati aktın qanunda nəzərdə tutulmuq qaydada əsaslandırılmalı olduğu təsbit edilmişdir. Ona görə də, sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul olunub-olunmadığına göstərilən məsələlər nəzərə alınmaqla qiymət verilməlidir. Apellyasiya məhkəməsi tərəfindən bu qaydada yoxlama aparılmadığı üçün qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Təkrar baxışda mübahisələnirilən sərəncamın qanuniliyi yoxlanılarkən sözügedən məsələlər nəzərə alınmaqla qiymətləndirilmənin aparılması təmin olunmalıdır. Sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi məsələsinə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. Sərəncamın verildiyi 08 sentyabr 2017-ci il tarixdə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığ ı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə isə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpa q sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Yenə sərəncamın verildiyi 08 sentyabr 2017-ci il tarixdə qüvvədə olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il tarixli 29 iyun tarixli 392-İVQ nömərli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 04 sentyabr tarixli 695 nömrəli Fərmanında müəyyən edilmişdir ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 82.1-ci (birinci halda) maddəsində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 101.2-ci maddəsində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəz ərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə).” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndində yerli icra hakimiyyəti başçılarının Təmir-tikint i, memarlıq və şəhərsalma sahələrində malik olduğu səlahiyyətlər təsbit edilmişdir: 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; Həmin Əsasnamənin 4.18-ci bəndində isə aşağıdakılar təsbit olunmuşdur: Rrayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər: 4.18.1. Bu Əsasnamənin 3.16.3-cü bəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17- ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının i cra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 saylı, 16 sentyabr 2008-ci il qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Orada hər bir tikintinin ölçüləri və həcmi dəqiq göstərilməklə onun məhz hansı məsuliyyət səviyyəli bina və qurğuya aid ediləcəyi dəqiq göstərilmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi sərəncamın verildiyi 08 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Xətai RİH yalnız İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. Apellyasiya məhkəməsi isə iddiaçıların bu barədə bildirməsinə baxmayaraq Bakı şəhəri Xətai RİH-in sərəncam verərkən belə səlahiyyətə malik olub-olmadığı ilə bağlı məsələyə qiymət verməmişdi r. Ona görə də, təkrar apellyasiya baxışı zamanı sərəncamla tikintisinə icazə verilmiş qeyri-yaşayış obyektinin hansı məsluiyyət səviyyəli bina olduğu aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq Bakı şəhəri Xətai RİH-in onun tikintisinə icazə vermək səlahiyyətinə malk olub-olmadığına qiymət verilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinin tələbinə görə tikintiyə icazə almaq üçün sifarişçi tikintinin həyata keçiriləcəyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidir. İş materiallarında belə bir sənədin mövcudluğu müəyyən olunmur. Apellyasiya məhkəməsi həmin halı dəqiqləşdirməklə sərəncam verilərkən sifarişçi tərəfindən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim edilibedilmədiyini müəyyən etməli və qan unvericiliyin tələblərindən çıxış etməklə məsələyə hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin sərəncamın özündə E.İ.Orucova torpağın icarə müqaviləsinin bağlanılmasını ƏMDK ilə həll etməyin həvalə olunduğunu nəzərə alaraq belə bir müqavilənin bağlanılıb-bağlanılmadığını da yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdi r ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması da təmin olunmamışdır. Belə ki, işin hallarından görünür ki, daha əvvəl də tərəflər arasında məhkəmə çəkişmələri olmuş və yekunda qəbul edilmiş məhkəmə aktları ilə Bakı şəhəri, Xudu Məmmədov küçə si, 33 saylı binanın yaxınlığında X4 ofis binasının tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Xətai RİH-in 13 avqust 2014-cü il tarixli 239 saylı sərəncamı ləğv olunmuşdur. İddiaçı tərəf bildirir ki, həmin məhkəmə qərarlarından dərhal sonra Xətai RİH təkrarən 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamla Elşən Orucova həmin ərazidə tikintiyə icazə vermişdir. Cavabdeh bu zaman Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın arxasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verərkən həmin ərazidə artıq yarımçıq tikintinin mövcudluğunu, onun məhz Elşən Orucov tərəfindən inşa edildiyini və məhkəmə qərarları ilə tikinti ilə onların yaşadığı binanın arasındakı ara məsafəsinin pozulmasına görə 239 saylı sərəncamın ləğv edildiyini nəzərə almamışdır. Ara məsafəsi həll olunmayınca heç bir tikinti işləri aparıla bilməzdi. Lakin E.Orucov ara məsafəsini pozmaqla apardığı tikintini sökmək yerinə davam edərək köhnə sərəncam ilə layihə əsasında tikintini başa çatdırmışdır. Hazırkı tikinti yeni sərəncam əsasında deyil, faktiki olaraq ləğv edilmiş sərəncam əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfin qeyd edilən dəlillərindən irəli gələn hər hansı araşdırmanın aparılması da təmin olunmamışdır. Halbuki, həmin halların dəqiqləşdirilməsi iş üzrə son dərəcə əhəmiyyətli olmuşdur. Məhkəmə aydınlaşdırmamışdır ki, E.Orucov həqiqətən köhnə sərəncam (13 avqust 2014-cü il tarixli 239 saylı) əsasında başlamış olduğu tikintisini davam edib bitirmişdir, yoxsa, 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncam əsasında tikinti aparmışdır. Bu hal ona görə vacibdir ki, əvvəlki sərəncam məhkəmə tərəfindən məhz ara məsafəsi gözlənilmədiyi üçün ləğv edilmişdi. Bu halın aydınlaşdırılması həm də ona görə tələb olunur ki, tikili eyni olacağı halda, ara məsafələri ilə bağlı məsələ üzrə iki müxtəlif ekspertiza rəyi verilmiş olur. Belə ki, onların birində ara məsafəsinin pozulduğu, digərində isə pozulmadığı göstərilmişdir. Bu halda isə məhkəmənin sözügedən ziddiyyətli halları dəqiq və hərtərəfli araşdırmaq vəzifəsi yaranır. Lakin məhkəmə hazırkı işdə xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmamış, işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Bu mənada, məhkəmənin iş üzrə keçirilmiş ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfin dəlilərinə münasibəti də qanunsuz və əsassız olmuşdur. Məhkəmə əsassız olaraq əvvəlki məhkəmə çəkişmələri gedişində verilmiş ekspert rəyini hazırkı rəylə birgə tədqiq etməkdən imtina etmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfin dəlillərinin tam və hərtərəfli araşdırılması da təmin edilməmiş, xüsusən təkrar məhkəmə-tikinti ekspertizasının təyin edilməsinə dair vəsatət əsassız olaraq rədd edilmişdir. İddiaçı tərəfin bununla bağlı dəlillərinin lazımi qaydada müzakirə və tədqiq olunmaması mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edənişin hallarının müəyyənləşdirilməməsinə səbəb olmaqla yanaşı, iddiaçıların ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması ilə də nəticələnmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qər ara aldı: İddiaçı4 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-152/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar