Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 30.04.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı MMC-nin vəkili X1, cavabdeh Departamentin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iqtisadi təsnifat kodlarının dəyişdirilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə X8 İdarəsinə qarşı (onun bu işdə hüquqi varisi olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC tərəfindən cavabdeh Departamentə 15.12.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə 30.052,51 manat məbləğində pulun iqtisadi təsnifat kodl arının dəyişdirilməsinin qanunsuz hesab edilməsi, hesabatın verilməsi ilə bağlı cavabdeh Departamentə aid elektron kabinetdə yaradılmış suni maneələrin aradan qaldırılması; iddiaçı MMC tərəfindən cavabdeh Departamentə 15.12.2017-ci il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə 30.052,51 manat məbləğində pulun 121100 saylı (26.445.07 manat) və 121200 saylı (3.607,44 manat) saylı iqtisadi təsnifat kodlarına dəyişdirilməsi öhdəliyinin cavabdeh Departamentə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş № 2-1(81)-2024/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il t arixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)-1833/2018) iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməsi; cavabdehə 15.12.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə 30.052,51 manat məbləğində pulun iqtisadi təsnifat kodlarının dəyişdirilməsinin qanunsuz şesab edilməklə, hesabatın verilməsi ilə bağlı cavabdehə aid elektron kabinetdə yaradılmış suni maneələrin aradan qaldırılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Departament kassasiya şikayəti verərək, qərarı ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilm əsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquqi normaların tətbiq edilməsində səhvə yol vermiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Departamentin vəkili İ.Əhməd kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiya sının iclasınd çıxış edən cavabdeh Departamentin nümayəndəsi Ə.Rəhimli vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin R.Məmmədzadə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, tərəflər arasında baş vermiş digər mübahisə üzrə iddiaçı qismində çıxış etmiş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X8 İdarəsi həmin iş üzə cavabdeh qismində cəlb olunmuş İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin 01.10.2016-cı il tarixə 234.930,32 manat məbləğində məcburi dövlət sosial haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçı İdarənin xeyrinə tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir etmişdir. Həmin iddia üzrə işə baxmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X8 İdarəsinin iddiadan imtina edilməsi barədə vəsatətinin təmin edilməsi; İddiaçı İdarənin cavabdeh İddiaçı MMC-yə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddiasından imtinasının qəbul edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərara görə, cavabdeh MMC-nin iddiaçı İdarəyə 01.10.2016-cı il tarixədək yaranmış olan 234.930,32 manat məbləğində sosial sığoıta haqları üzrə borc ödənildiyindən, iddiaçı İdarə öz iddisından imtina etmiş və nətiəcədə iddia tələbi üz rə icraata xitam verilmişdir. Buradan aydın olur ki, iddiaçı MMC-nin həmin dövrə aid borcu qalmamışdır. Hzaırki iş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan ddiaçı MMC-nin ödəmiş olduğu borc məbləğini səhvən 01.10.2016-cı il tarixə qədər olan borc məbləğinin təsnifat koduna uyğun olan borc məbləğinə hesablayaraq yanlışlığa yol vermişdir. Belə olan halda, iddiaçı MMC tərəfindən cari sığorta haqqı kimi, ödənilmiş 30.052,51 manat məbləğin 121100 və 121200 təsnifat kodu üzrə dəyişdirilməlidir. Lakin 1-ci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin tələblərinə əməl etmədən, iş üzrə əhəmiyyətli olan halları hərtərəfli və obyektiv araşdırmadan, işdə olan sübutları tam tədqiq etmədən, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirmədən qərar qəbul etmişdir. Ona gör də, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı İdarənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində pr oses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-316/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-316/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver