Məhkəmə qərarları › İş №2-1(102)-316/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-316/2021

19.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2021 19.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1 cavabdehlər Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Səbail rayon İcra Hakimiyyəti, X8, X2, X7 və X6 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə cizginin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Səbail rayon İcra Hakimiyyəti, X8, X2, X7 və X6 iştirakı ilə) qarşı cizginin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xxxci il tarixli, 2-1(103)-593/2016 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı1 cavabdehlər Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Səbail rayon İcra Hakimiyyəti, X8, X2, X7 və X6 iştirakı ilə) qarşı X1 adına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinin 30 dekabr 2007-ci il tarixli, 320 saylı cizgi sənədinin və onun nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə X1 adına verilmiş A 279663 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin və qeydiyyatının, xxxx adından X9 ilə X10 arasında bağlanmış 25 oktyabr 2011ci il tarixli, 53 saylı notariat kontorunda 4-Ə-1V237 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsinin, həm X1 adına 13 sentyabr 2011-ci il tarixdə, həm də X3 adına 10 noyabr 2011-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 1225-də yerləşən 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə AR Əmlak Məsələləri Dövlət Ko mitəsi Cavabdeh4ndə aparılmış qeydiyyatların ləğvi və onlara verilən çıxarışların etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin cizgi sənədinin və nəticələrinin etibarsız hesab edilməsi kimi deyil, ləğv edilməsi kimi qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı sonradan bir neçə dəfə ilkin iddianın dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, son olaraq X1 adına Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinin 30 dekabr 2007-ci il tarixli 320 saylı cizgi sənədinin və bu sənədə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə X1 adına verilmiş A 279663 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin və eləcə də (kadastr) qeydiyyatının ləğv edilməsini, iddianın qalan hissədə gələcəkdə iddia vermək hüququ saxlanılmaq şərti ilə baxılmamış saxlanılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 25.02.2015-ci il tarixli qərardadı ilə həmin iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Birinci instansiya məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2-1(81)-38/15 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, X1 adına Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi 30 dekabr 2007-cı il, sayı 320 göstərilən cizginin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə X1 adına verilmiş A 279663 saylı "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, İddiaçı1 iddiasının əsası kimi istinad etdiyi xüsusat, yəni Ə.Quliyevanın adına verilmiş 30 dekabr 2007-ci il tarixli 320 saylı cizginin ştamplı və möhürlü ağ kağızlardan istifadə edilərək ön tarixə verilməsi cavabdeh Səbail rayon İHB-nin Badamdar qəsəbə nümayəndəliyinin 135 saylı, 20 de kabr 2013-cü il tarixli məktubunda qəsəbə nümayəndəliyinin qeydiyyat ştampının 2005-ci ildə dəyişdirilməsi və köhnə ştampın isə RİH-nə təhvil verilməsinə dair etirafedici məlumatla sübuta yetirilir.

6. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxslər X10, X4 və X9 apelyasiya şikayəti verərək, 25 fevral 2015-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31 avqust 2015-ci il tarixli, 2-1(103)1234/2015 nömrəli (hakimlər Sərvət Hüseynov - sədrlik edən və məruzəçi, Sabir Şirinov və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-38/ 2015 saylı iş üzrə qəbul etdiyi 25 fevral 2015-ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilməsi, X1 adına Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsinə dair verilmə tarixi 30 dekabr 2007-ci il, sayı 320 göstərilən cizgi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 20 iyul 2010-cu il tarixdə X1 adına verilmiş A 279663 saylı "Torpaq sahəsinin planı və ölçüsü" yola düşməyən 200 kv.m sahə hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı, üçüncü şəxslər T.Hüseynova və F.Nağıyev ayrı- ayrılıqda kasasiya şikayəti vermişdirlər. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

9. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 dekabr 2015-ci il tarixli, 2-1(102)-1507/2015 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov) qərarı ilə kasasiya şikayətlərinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2015-ci il tarixli, 2-1(103)-1234/2015 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

10. Apelyasiya instansiyası məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2-1(103)593/2016 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Cahangir Yusifov) qərarı ilə apelyasiya şik ayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 25 fevral 2015-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti vermişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

12. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 iyul 2016-cı il tarixli, 21(102)-1224/2016 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Azər Hüseynov) qərarı ilə kasasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2-1(103)-593/2016 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. İddiaçı 18.09.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasına yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 01.04.2016-cı il tarixli, 2-1inz(103)-593/2016 saylı qərarının ləğv edilməsini və icraatın təzələnməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

14. Apelyasiya instansiyası məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(103)593/16 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Rəşad Həsənov) qərardadı ilə İddiaçı1 cavabdehlər Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinə və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Səbail rayon İcra Hakimiyyəti, X10, X5, X11 və X9) cizginin, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 100, 103.1, 104.1, 104.2-ci maddələrinə əsaslanmaqla hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Kasasiya şikayətinin dəlilləri:

16. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Azərbaycan Respublikası İPM-nin 58.8-ci bəndinə istinad edərək cinayət təqibi üzrə icraat xitam verildiyini göstərməsinə baxmayaraq işdə bu faktı təstiq edən heç bir sübut yoxdur. İşdə polisin məktubu var ki, saxta sənədi tə rtib edən şəxs müəyyən edilmədiyindən icraat dayandırılıb. Belə çıxır ki, hakim işləyən şəxslərin icraatın dayandırılması ilə icraata xitam verilməsinin fərqini bilmir. Sənədlərin saxta olması və saxta sənədlərdən istifadə edilməsi mübahisə doğurmur. O ki qaldı icraatın dayandırılmasının qanuniliyinə bunu biz qanunsuz və əsassız hesab edirik. Həm iddiaçı tərəf, həm də dələduzların əməlindən ziyan çəkən digər zərərçəkənlər ölkə rəhbərliyinə müraciət etmiş, iş nəzarətə götürülmüş, dayandırma qərarı ləğv edilmiş, cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Göründüyü kimi məhkəmə icraata xitam verilməsini əsassız qərardadda göstərmişdir. Digər tərəfdən İPM-nin 58.8-ci bəndi məcəlləyə 2 may 2017-ci il tarixdə əlavə edilmişdir. Həmin işə baxıldığı 2015-2016-cı illərdə bu maddə olmadığından hazırkı işə iddiaçının vəziyyətini ağırlaşdırdığından və qanun geriyə şamil dilmədiiyindən şamil edilə bilməz. Məhkəmənin müddətlə bağlı Azərbaycan Respublikası İPM-nin 103.2-ci bəndinə istinad etməsi də əsassızdır.

17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati kollegiyasinın xxxci il tarixdə 2-1inz(103)-593/2016 saylı qərardadını ləğv edib icraatın təzələnməsi barədə ərizənin təmin edilməsinə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

19. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3- cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 29 dekabr 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kas asiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizədə qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayon Polis idarəsində mübahisəli sənədlərin saxta olması şübhəsi ilə ********* saylı cinayət işi açılaraq istintaq aparılmışdır. Eyni zamanda Bakı şəhər Prokurorluğunda da ********* saylı cinayət işi açılmışdır. Bakı şəhər Prokurorluğu tərəfindən 06.05.2019-cu il tarixli qərarla ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinə göndərilmiş dir. Bakı şəhəri Səbail rayon Polis İdarəsində cinayət işinə xitam verilmişdir. İstintaq zamanı İddiaçı1 zərərçəkmiş kimi qeydiyyata alınmışdır. İstintaq zamanı əldə olunan sübutlar məhkəmə baxışı zamanı bəlli olmamış, ona görə də tədqiq olunmamışdır. Qeyd olunanlar yeni açılmış hal olduğundan, iş üzrə icraat təzələnməlidir.

23. İnzibati Prosessual Məcəllənin 58.8-ci bəndinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

24. Apelyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, cinayət işi üzrə icraat xitam verildiyindən qeyd olunan hallar öz təsdiqini tapmır.

25. Bununla əlaqədar olaraq məhkəmə kolle giyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

26. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağİı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum oldyğu gündən 3 ay müddətinə verilə bilər.

27. Həmin Məcəllənin 103.2-ci bəndinə əsasən mübahis ə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

28. Beləliklə kollegiya o nəticəyə gəlir ki, ərizəçi ilkin icraat zamanı məhkəmə ittiham hökmünə istinad etməmişdir. Eyni zamanda Ali Məhkəmənin qərarı 26.07.2016-cı il tarixində qüvvəyə minmişdir. Hazırkı ərizə isə 18 sentyabr 2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Yəni 3 ildən artıq müddət ötürülmüşdür.

29. İnzibati Prosessual Məcəllənin 104.1-ci maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir.

30. Həmin Məcəllənin 104.2-ci maddəsinə müvafiq olaraq, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur.

31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, yeni sübutlar və hallar yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün əsas kimi o zaman çıxış edə bilər ki, həmin sübut və hallar obyektiv səbəbdən, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərdən inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrə və məhkəmə kollegiyasına təqdim edilməsin. Əgər həmin sübutların və halların məhkəməyə təqdim edilməməsi proses iştirakçısının subyektiv davranışından asılı olaraq (yəni onun təqsiri ucbatından) məhkəməyə təqdim edilməmişdi rsə, həmin sübut və hallar yeni açılmış hallar üzrə icraatın başlanması üçün əsas ola bilməz.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

33. Belə olan halda apelyasiya instansiyası məhkməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxxci il tarixli qərardadı dəyişdirilmədə n saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxci il tarixli, 2-1(103)-593/16 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar