Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (istifadə olunmamış hərbi geyim və əşya əmlakın əvəzinə kompensasiyanin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Elçin Balakişi oğlun Yaqubovun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçı tərəfindən alınmamış və istifadə olunmamış hərbi geyim və əşya əmlakının əvəzinə müvafiq pul kompensasiyasının hesablanaraq ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(103)-2163/2021 nömrəli iş üzrə 08.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20.07.1999-cu il tarixdən 04.12.2017-ci il tarixədək X2 xidmət etmişdir.
2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək 1999-2006-cı illər üçün paltar pulunun ona ödənilməsini xahiş etmiş, cavabdeh 27.05.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Nazirlər Kabinetinin 21.05.2004-cü il tarixli 80 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası M aliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmışdır və həmin müddətdən sonrakı illər üçün şamil edilmişdir. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq 12.12.2018-ci il tarixində 432,80 manat ödənilmişdir. Hərbi qulluqçu tərxis olunarkən son hesab zamanı əşya geyim təminat vərəqəsi ilə tanış olmalı və hər hansı anlaşılmazlıq olduqda aidiyyəti üzrə hərbi hissə rəhbərliyinə müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı 1999-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1500 manat pul kom pensasiyasının ödənilməsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edlməsi barədə iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçının 1999-cu il tarixindən 2006-cı il tarixinədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi geyim əvəzi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31.05.2004-cü il tarixli, 80 nömrəli qərarına əsasən mümkün deyil. Çünki, tələb edilən kompensasiya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. Lakin qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki, hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. İddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq hərbi geyim və əşya ilə təmin olunmadığından pul əvəzi kompensasiya ödənilməli idi. Belə ki, qeyd olunanlar həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 641 nömrəli 30.12.1993-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında” Qərarı ilə təsdiq olunmuşdur. İnzibati orqanın istinad etdiyi DSX-nın hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə veri lən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərcliyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək “Hərbi qulluqçuların statusu haqqında” Qanun qüvvədə olmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərid Mədətli) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanun 25.12.1991-ci ildə qanuni qüvvəsini alsa da, DSX-nın hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31.05.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edil mişdir və həmin qərar əsasında hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası müəyyən edilmişdir. Həmin qərar əsasında DSX-nın hərbi qulluqçularına hərbi xidmətkeçmə xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası müəyyən edilmiş, həmin Qaydalar 04.11.2005-ci il tarixində təsdiq edilərək 11.11.2005-ci il tarixində Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. İddiaçıya həmin dövrdən sonrakı illər üzrə əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək ona ödənilmiş, son hesab olaraq 12.12.2018-ci il tarixində 432,80 manat ödənilmişdir. Belə olan halda, iddiaçının həmin dövrdən əvvəlki dövrlər üzrə ona hərbi qulluqçuların hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompe nsasiyasının ödənilməsi barədə tələbi əsassızdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2- 1(103)-293/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(103)-293/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 2-1(102)-1139/2021 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(103)-293/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəmə sinə göndərilməsi, şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Ali Məhkəməsinin İnzibati Kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi nəzərə almalı idi ki, 25.12.1991-ci il tarixində “Hərbi qulluqçuların statusu haqqında” Qanun qəbul edilmişdir. Məhkəmə həmin Qanunda mübahisəli məsələnin hansı formada tənzimləndiyini araşdırmamış, bununla da 1999-cu ildən 04.11.2005-ci ilədək iddiaçının tələb etdiyi paltar pulunun ödənilmə qaydasını müəyyən etmədən birbaşa olaraq 04.11.2005-ci il tarixli Qaydalara istinad etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-2163/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Xəyalə Cəmilo va) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(103)-2163/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli araşdırmamış, bununla da İnzibati Prosessual Məcəllənin 12.1-ci 12.2-ci maddələrinə əsasən prosessual normaların tələblərini pozmuşdur.
18. Belə ki, məhkəmə nəzərə almalı idi ki, 25.12.1991-ci il tarixində “Hərbi qulluqçuların statusu haqqında” Qanun qəbul edilmişdir. Məhkəmə həmin Qanunda mübahisəli məsələnin hansı formada tənzimləndiyini araşdırmamış, bununla da 1999-cu ildən 04.11.2005-ci ilədək iddiaçının tələb etdiyi paltar pulunun ödənilməsi qaydasını müəyyən etmədən birbaşa olaraq 04.11.2005-ci il tarixli Qaydalara istinad etmişdir.
19. Apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının 1999-2006-cı il hərbi sev im və əşya, əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən ödənilə bilməz. Həmçinin onuda qeyd edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinnin təminat normaları haqqında Nazirlər Kabinetinin 30 dekabr 1993-cü il tarixli 641 nömrəli qərarına istinad etməklə iddia tələbi təmin oluna bilməz, çünki həmin qərarın 2-ci bəndinə Dövlət Sərhəd Xidməti istisna olmaqla sözləri qeyd edilmişdir. Hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, qanuna edilmiş əlavə və dəyişikliklər həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Yəni iddiaçı xidmət etdiyi dövrdə (1999-2006-cı ildə) qüvvədə olan qanunverici liyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Çünki, hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericilik tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən, məhkəmənin bu iş üzrə gəldiyi nəticə əsassızıdır. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, mayor İddiaçı N saylı hərbi hissədə 14.02.2003-27.10.2009-cu illərdə xidmət etmiş, daha sonra xidmət yeri N saylı hərbi hissəsinə dəyişdirilmişdir və ona hərbi hissədə (yəni 2006N-İİ hərbi hissədə olan xidmət dövrü) son xidmət dövrünədək hansı əşya geyim və ya əşya geyim əmlakı əvəzinə pul kompensasiyası ödənilməsi barədə əşya geyim attestatı verilmişdir. Sorğuya iddiaçının 1999-2003-cü illərdə xidmət etmiş digər hərbi hissə (Horadiz Sərhəd dəstəsi) ümumiyyətlə ca vab verməmişdir. Sorğu cavablandırılarkən qeyd olunur ki, əşya geyim əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi cədvəlləri, o cümlədən əşya -geyim bölməsi üzrə armatur kartları sorğulanarkən, həmin sənədlərin N saylı hərbi hissədə 2003-2006-cı illər üzrə maliyyə - təsərrüfat fəaliyyəti təftiş olunduğundan və hərbi hissənin ekspert-yoxlama komissiyası tərəfindən sənədli materialların saxlama müddətinə uyğun olaraq əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları müvafiq aktlar əsasında yandırılaraq məhv edilmişdir. Sual yaranır əgər Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarından əvvəl əşya geyim əvəzinə verilən pul kompensasiyası ödənilməsi mexanizmı yox idisə, məhv etmə aktında göstərilən hansı hərbi g eyim və əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləridir? Axı həmin cədvəl yalnız ödəmə zamanı tərtib olunub hazırlanır və ona əsasən maliyyə bölməsi tərəfindən pul köçürməsi edilir.
20. Bundan əlavə iddiaçının mübahisələndirdiyi dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təminat normaları haqqında Nazirlər Kabinetinin 30 dekabr 1993-cü il tarixli 641 nömrəli qərarına istinad etməklə iddia tələbinin təmin oluna bilməməsi məhkəmənin qənaətinə görə belə əsas verir ki, Dövlət Sərhəd Xidməti Silahlı Qüvvələrin tərkib hissəsi olmamışdır (halbuki, Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olan silahlı birləşmə kimi fəaliyyətdə olmuşdur).
21. Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olduğu dövrlərdə kompensasiyanın ödənişi aparılmışdır. İddiaçının MTN-nin X1 sərhəd dəstəsi 17-ci və 22-ci sərhəd zastavasında zabit qismində xidmət etdiyi dövrdə (1999-2003 illər) həmin hərbi hissədə və digər hərbi hissələrdə zabit-gizir heyətinə hərbi geyim və əşya əmlak əvəzi pul kompensasiyasının ödənilməsi həyata keçirilib. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim o lunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 08.10.2021-ci il tarixli qərarla və qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 20.07.1999-cu il tarixdən 04.12.2017ci il tarixədək X2 xidmət etmişdir və hazırda o, 1999-2006-cı illər üzrə ona ödənilməyə n əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir.
26. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin 24 avqust 2019-cu il tarixli, 10/80N saylı məktubuna əsasən, İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrün hərbi geyim və əşya əmlakı əvəzinə 432,80 manat məbləğində pul kompensasiyası 12 dekabr 2018-ci il tarixdə Beynəlxalq Bankda adına açılmış ******************** nömrəli hesaba köçürülmüşdür.
27. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş N iyun 2020-ci il tarixli, 175N saylı cavabına əsasən, hərbi hissənin sabiq qulluqçusu mayor İddiaçı N saylı hərbi hissədə 14.02.2003-27.10.2009-cu illərdə xidmət etmiş, daha sonra xidmət yeri DSX-nın N saylı hərbi hissəsinə dəyişdirilmiş və ona hərbi hissədə sonra xidmət dövrünədək hansı əşyageyim əmlakı və ya əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası ödənilməsi barədə əşya-geyim attestatı verilmişdir. Sorğunun cavablandırılması üçün əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları sorğulanarkən, həmin sənədlərin N saylı hərbi hissədə 2003-2006-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti təftiş olunduğundan və hərbi hissənin ekspert-yoxlama komissiyası tərəfindən sənədli materialların saxlama müddətinə uyğun olaraq əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları müvafiq aktlar əsasında yandır ılaraq məhv edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırkı iş üzrə verdiyi məcburi göstərişləri icra edərək öz qərarında göstərmişdir ki, 25 dekabr 1991-ci il tarixdən qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. 29. "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyət inin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli, 641 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitargigiyena vasitələri və xüsusi geyimlə təminat normaları təsdiq edilmişdir.
30. Qeyd edilən Qərarın 2-ci bəndinə əsasən təsdiq olunmuş sülh dövrü üçün əşya təchizatı normaları, Dövlət Sərhəd Xidməti istisna olmaqla, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Mülki Müdafiə Qərargahının və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin hərbi birləşmələrinin hissələrinə şamil edilmişdir.
31. Beləliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminat normaları "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli, 641 nömrəli Qərarı ilə nizama salınmışdır ki, həmin Qaydalarda da Dövlət Sərhəd Xidməti nəzərdə tutulmamışdır.
32. Lakin bununla yanaşı apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, sonradan "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın təsdiq edilməsi haqqında” Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli, 80 nömrəli qərarı ilə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilmişdir. 33. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına hərbi xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası isə 04 noyabr 2005-ci il tarixdə təsdiq edilmişdir. Həmin Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın 1-6 nömrəli normaları) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir.
34. Həmin Qaydaların 2-ci bəndinə əsasə n Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (bundan sonra DSX hərbi qulluqçuları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli,80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
35. Həmin Qaydaların 6-cı bəndinə əsasən cari ildə geyilmə müddəti başa çatmış hərbi geyim və əşya əmlakının bu Qaydan ın 1-ci bəndində göstərilmiş normalara uyğun olaraq yeni hərbi geyim və əşya əmlakı ilə əvəz olunması tarixinə hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanının müvafiq əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilir.
36. Bunula əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı iş üzrə maddi hüquq normaları düzgün tətbiq etsə də, gəldiyi nəticə yanlış olmuşdur.
37. Belə ki, apellyasiya məhkəməsi qərarında özü yazmışdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq 12.12.2018-ci il tarixdə 432,80 manat məbləğində pul vəsaiti ödənilmişdir.”
38. Beləliklə, iddiaçının iddia predmeti təşkil edən tələb üzrə iddiaç ıya 432,80 manat məbləğində son ödəniş 12.12.2018-ci il tarixində olmuş, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 25 iyun 2019-cu il tarixdə müraciət etmişdir.
39. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1999-2006cı illər üçün hərbi geyim və əşya əmlak əvəzi olaraq pul kompensasiyasının alınması hüququ iddiaçıda 2011-ci ilə gədər, yəni İPM qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hi ssədə təmin edilməməlidir (İPM-nin 35.1-ci maddəsi).
41. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 35.1, 68, 69, 96.5ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 21(103)-2163/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.