Məhkəmə qərarları › İş №2-1(102)-316/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-316/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının AZE ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, 03 dekabr 2018-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən onun xidmətinə xitam verilmiş, sonuncu vəzifəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini olmuşdur.

2. Dövlət Sosial Müdafiə Fondunun verdiyi DGK000572 nömrəli vəsiqəyə və pensiyaçının uçot vərəqinə əsasən, iddiaçıya xx.xx.2018-ci ildən hesablanmaqla, ömürlük 1581,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Bundan sonra, iddiaçı xx.xx.2019-cu ildə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu ildə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xidmətinə xitam verilmişdir.

4. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilmiş dir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyat a keçirilir. İddiaçıya qanunvericiliyin qeyd olunan tələblərinə uyğunluq barədə müvafiq sənədləri varsa, qeydiyyatda olduğu ərazi üzrə Fondun rayon (şəhər) filialına müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz və sonuncu vəzifə maaşının 850 manat olması əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğ inin ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə gömrük orqanlarında xidmət illəri nəzərə alınmaqla pensiyaya çıxmışdır. Dövlət Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə ümumi iş stajı 30 il 7 ay göstərilmiş, gömrük orqanlarında xidmət illəri əsas götürülməklə ona 4 dekabr 2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 470 nömrəli qərarına əsasən, aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar əmək pensiyası yenidən hesab lanaraq 2.406,62 manat olmuşdur. "xxxx" ASC-dən aldığı arayışa əsasən, 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına stabil olaraq 2.406,62 manat əmək pensiyası köçürülsə də, sonradan 2020-ci ilin oktyabr ayından hazırkı tarixədək əmək pensiyası 190,77 azalmışdır. Bu barədə dəfələrlə yazılı şəkildə etdiyi müraciətlər araşdırılmamış, yalnız bir dəfə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə istinad edilməklə cavab verilmişdir. Həmin istinada əsasən, onun əmək pensiyasının məbləğində azalma yox, artım olmalı idi. Belə ki, o, 8 aprel 2019-cu il tarixdən 8 iyul 2019-cu il tarixədək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində işləmiş və bu zaman əmək pensiyasının verilməsi dayandırılmış, işlədiyi aylarda DSMF-yə köçürülmüş əlavə vəsa itlər hesabına əmək pensiyasında artım olmuş və 2020-ci ilin sentyabr ayında bu nəzərə alınmışdır. Müraciətdə ona təyin edilən əmək pensiyasının özünün iştirakı ilə yenidən hesablanması, həmçinin pensiyanın 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsini xahiş etsə də, hər hansı cavab verilməmişdir. İlkin əmək pensiyası təyin edilərkən səhv olaraq 2017ci il iyulun 1-dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 20.14.1-ci maddəsinə istinad edilmiş, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmışdır. Belə ki, gömrük orqanlarında 20 xidmət ilindən 10 il 7 ay əlavə illərin hesablanmasında yanlışlığa yol verilmişdir. Pensiya təyin edilərkən 10 il 7 ay xidmət illəri bütövlükdə 2 faizə vurulmaqla hesablanılmışdır. Əslində, 10 il 7 ay əlavə xidmət illərindən 1 iyul 2017-ci il tarixdən sonrakı xidmət illəri, yəni 1 il 5 ay xidmət illəri çıxılmaqla əvvəlki xidmət illəri, yəni 9 il 2 ay xidmət illəri 3 faizə, 1 il 5 ay xidmət illəri isə 2 faizə vurulmaqla dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə ona pensiya təyin edilməli idi. Cavabdeh tərəfindən sonradan bu səhv aradan qaldırılmış, qeyd olunan Qanun qüvvəyə minənədək olan dövr üçün 3 faiz əlavələr bərpa olunmuş və pensiya məbləğində artım olmuşdur. 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyasında 3 faiz əlavələr yenidən qanunsuz ola raq 2 faizlə əvəz olunduğundan, əmək pensiyasında 190,77 manat məbləğində azalma olmuşdur. Onun əmək pensiyası kartına 2020 – 2021-ci il ərzində köçürülən vəsaitlərlə bağlı məlumat verilməsi üçün "xxxx" ASC-yə 29 mart 2021-ci il tarixdə müraciət olunmuş, 31 mart 2021-ci il tarixli cavab məktubunda 15 yanvar 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək pensiya kartına hər ay 2.215,85 manat olmaqla vəsait köçürüldüyü qeyd edilmişdir. "xxxx" ASC-nin Yasamal rayon filialına etdiyi şifahi müraciət əsasında 2019-cu ilin mart ayından 2021-ci ilin mart ayına pensiya kartı üzrə çıxarış verilmiş, 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına 2.406,62 manat köçürüldüyü qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD say lı Qanun 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasınin Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq sub yektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyasının hər təqvim ayı üzrə 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış müraciətlər araşdırılmamışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayı da daxil olmaqla hər ay 190,77 manat olmaqla, ona 1.335,39 manat real ziyan vurulmuşdur.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə əlavə olaraq qeyd etmişdir ki, 1 iyul 2017-ci il tarixinədək 20 ildən yuxarı 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla, cəmi 27,16 faiz, 1 iyul 2017-ci il tarixindən sonrakı 1 il 5 ay 2 gün əlavə xidmət illəri isə 2 faizə vurulmaqla, cəmi 2,83 fa iz – cəmi 29,99 faiz hesablanılmalıdır. Sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşının 850 manat olması da nəzərə alınmamışdır.

9. Cavabdeh iddiaya dair etiraz ərizəsi təqdim etmiş və ərizədə göstərmişdir ki, iddiaçı 23 avqust 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 4 dekabr 2018-ci il tarixindən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 30 il 7 ay 2 gün xidmət müddəti üçün təminat xərcliyinin (2.222,80 manat) 71,17 faizi – 1.581,97 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət S osial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: 1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; 1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 3 dekabr 2018-ci il tarixdə tərxis olunması ilə əlaqədar cavabdehə təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 28 il 2 ay 10 gün, ali təhsili 2 il 4 ay 22 gün müddətindən ibarət olmaqla, cəmi xidmət müddəti 30 il 7 ay 2 gün göstərilmişdir. Bu halda əmək pensiyası 2020-ci ilin yanvar ayında aşağıdakı qaydada hesablanmışdır: 1) Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajından 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək olan dövr ərzindəki staj (1 il 5 ay 2 gün) çıxılır: 30 il 7 ay 2 gün (təqvim ili) – 1 il 5 ay 2 gün = 29 il 2 ay. Bununla da iddiaçının 1 iyul 2017-ci il tarixədək stajı ümumilikdə 29 il 2 ay təşkil edir; 2) 1 iyul 2017-ci il tarixədək qazanılmış pensiya h üququna münasibətdə - 20 il üçün təminat xərcliyinin 50 faizi; 9 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (9 x 3) təminat xərcliyinin 27 faizi; 3) 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək dövr (1 il 5 ay 2 gün) üçün isə, - 1 ilə görə təminat xərcliyinin 2 faizi miqdarında; 5 aya görə təminat xərcliyinin 0,83 faizi miqdarında müəyyən edilir; 4) Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (2.222,80 manat) 79,83 (50 + 27 + 2 + 0,83) faizi – 1.774,46 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1.850,18 manat hesablanmışdır. 1 yanvar 2020-ci il tar ixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 705,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi - 345,60 manat, digər növ əlavəsi -1.601,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla, cəmi təminat xərcliyi 2.843,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmana əsasən, əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o lmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (2.222,80 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı təminat xərcliyi (2.843,00 manat) arasındakı fərq məblə ğinin (620,20 manat) 71,17 faizi - 441,40 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1.774,46 manat) üzərinə əlavə olunmaqla 2.215,85 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 1.907,70 manat fərq məbləğinin 1.526,16 manat hissəsi 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək olan dövr ərzində hər ay 190,77 manat pensiyanın (2.215,85 manat) üzərinə əlavə olmaqla, qalan 381,54 manat hissəsi isə 2020-ci ilin sentyabr ayında pensiyasının (2.215,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyasından hər hansı növ tutulma həyata keçirilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 28 dekabr 2021-ci il tar ixli, 21(112)-6202/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya sonuncu aldığı 850 manat vəzifə maaşı (əvvəlki artımlar nəzərə alınmaqla) əsas götürülməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiası üç tələbdən ibarətdir: 1) 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla cəmi 79,83 faiz əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması; 2) sonuncu vəzifə maaşının 850 manat olduğu əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması; 3) əmək pen siyasının yenidən hesablanması üzrə keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi. Məhkəmə hesab etmişdir ki, iddiaçının birinci tələbi əsassızdır. Hazırda iddiaçıya əmək pensiyası gömrük orqanlarının vəzifəli şəxsi kimi təyin edilmişdir. Mövcud qanunvericilik normaları gömrük orqanlarının vəzifəli şəxslərinə (rəisi və sıravi heyəti) hərbi qulluqçular kimi pensiya təminatını onların qulluq etdiyi orqanlarda xidmətdən buraxıldığı günə aldıqları vəzifə maaşı və digər müvafiq əlavələrlə müəyyən edilən təminat xərcliyi ilə müəyyən olunan məbləğlə şərtləndirir və həmin vəzifə maaşı və əlavələr aidiyyəti qurum tərəfindən DSMF orqanına təqdim olunmuş “məlumat vərəqəsi”ndə əksini tapır. İddiaçıya müvafiq (20 ildən artıq) xidmət illərinə görə əlavələrin hansı həddə, yəni 2 faiz və ya 3 faiz olması xidmət etdiyi orqan tərəfindən onun barəsində tərtib edilmiş “məlumat vərəqəsi”ndə əks olunduğu halda, əmək pensiyasında nəzərə alına bilər. Lakin işin hallarına görə (bunu iddiaçı da təkzib etmir) həmin əlavələr “məlumat vərəqəsi”ndə göstərilməmişdir. Digər tərəfdən, iddiaçının arzuladığı əlavə həddi, yəni “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə” əsas götürülməklə hesablanma, müvafiq tarixdə qüvvədə olan pensiya qanunvericiliyinin müddəalarına uyğun deyil. Müvafiq əmək stajını tam toplamış şəxslərə əmək pensiyasının əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi «Əmək pensiyaları haqqında» Qanunun yalnız 9.8-ci maddəsində nəzərdə tutulmuşdur və iddiaçı həmi n müddəada göstərilən şəxslərin sırasına daxil deyil. İddiaçıya əmək pensiyası 3 dekabr 2018-ci il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə təyin edilmişdir.

12. Məhkəmə iddiaçının ikinci tələbi ilə bağlı qeyd etmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsi kimi onun təminat xərcliyində vəzifə maaşı nəzərə alınan elementdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin 15 oktyabr 2021-ci il tarixli 1000-240/2xxxx/015882 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı 25 avqust 2018-ci il tarixdən 2 dekabr 2018-ci il tarixədək Cənub Ərazi Baş İdarəsinin rəis müavini vəzifəsində işləmiş və vəzifə maaşı 283 manat olmuşdur. Hal-hazırda Cənub Ərazi Baş İdarəsinin rəis müavininin vəzifə maaşı 850 manat təşkil edir. Belə olan halda, iddiaçıya əmək pensiyası onun xidmətdən bura xıldığı günə aldığı vəzifə maaşının artımla həddi qismində “850 manat” əsas götürülməklə yenidən hesablanmalıdır. Odur ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə iddiaçının üçüncü tələbi ilə bağlı göstərmişdir ki, əmək pensiyasının yenidən hesablanması halı yarandıqda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq, 3 il əvvəlki dövr üzrə ödənilməmiş məbləğ müvafiq qaydada ödənilməlidir. Odur ki, iddiadakı bu tələb qismən, yəni pensiyanın vəzifə maaşı 850 manat nəzərə alınmaqla yenidən hesablanması ilə yaranan fərqin ödənilməsi hissəsində əsaslıdır.

14. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsi və 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməkl ə pensiyanın yenidən hesablanması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-6202/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezid entinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı qaydada hesablanmışdır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi - 1,17 f aiz. Beləliklə, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil etmişdir.

17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. İddiaçı qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur, həmçinin məhkəmə kollegiyasının qərarda göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarında cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verildiyi qeyd olunsa da, məhkəmə iclasları zamanı belə etiraz təqdim edilməmiş və ya məhkəmə kollegiyası tərəfindən elan edilməmişdir. Məhkəmə kollegiyası həmin qərarda 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizə vurulmaqla hesablanıb-hesablanmaması barədə arayışın növbəti məhkəmə iclasında təqdim olunmasını cavabdehin nümayəndəsindən xahiş etmiş, lakin belə arayışın təqdim edilibedilməməsi ona məlum olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 142 nömrəli Fərmanının 25 iyun 2018-ci il tarixdə imzalanmasına, iddiaçının isə 3 dekabr 2018-ci il tarixdə xidmətdən tərxis olunmağına baxmayaraq, cavabdehin nümayəndəsinin şifahi etirazında barəsində tərtib olunmuş 4 dekabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin ayrı-ayrı vaxtlarda müxtəlif (2 faiz və 3 faiz) faizlərlə iki halda fərqli hesablanması qanunvericiliyin tələblərinə ziddir və bu hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası qanunun tətbiqində səhvlərə yol vermiş, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktların ardıcıllığına əhəmiyyət verməmişdir. 28 sentyabr 2022-ci il tarixdə məhkəmə iclasının saat 11:40-da keçiriləcəyi bildirilsə də, məhkəmə iclası saat 10:40-da başlamış və onun iştirakı olmadan başa çatmışdır. Məhkəmə iclasının keçiriləcəyi tarix və vaxt barədə ünvanına hər hansı yazılı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əmələ gələn münasibətlərə tətbiq edilməlidir; yəni, 2017-ci ilin iyulun 1-dən əvvəlki illər üçün 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə, 2017-ci ilin iyulun 1-dən sonrakı xidmət illəri isə 2 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyası yenidən hesablanmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə t utulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi x idmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Maddə

26. Əmək pensiyasının yenidən hesablanması... 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesabl anması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

22. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunu n 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonra kı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyə rək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının, habelə təminat xərcliyində sonrakı artımlar zamanı əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bu nunla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 142 nömrəli Fərmanının 25 iyun 2018-ci il tarixdə imzalanmasına, iddiaçının isə 3 dekabr 2018-ci il tarixdə xidmətdən tərxis olunmağına baxmayaraq, cavabdehin nümayəndəsinin etirazında barəsində tərtib olunmuş 4 dekabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin ayrı-ayrı vaxtlarda müxtəlif (2 faiz və 3 faiz) faizlərlə iki halda fərqli hesablanması qanunvericiliyin tələblərinə ziddir.

32. Qeyd edilən dəlillə əlaqədar işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, cavabdeh iddiaçının əmək pensiyasını hesablayan zaman aşağıdakıları əsas götürmüşdür: 1) iddiaçının tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyi - 79,83 faiz; 2) iddiaçının təminat xərcliyində sonrakı artımlar - 71,17 faiz.

33. Birinci halda, cavabdeh hesab etmişdir ki, iddiaçının ümumi stajı 30 il 7 a y 2 gündür – bunun 29 il 2 ayı xx.xx.2017-ci ilə qədər, 1 il 5 ay 2 günü xx.xx.2017-ci ildən sonra qazanılmışdır. xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcliyinin 50 faizi, 9 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (9 x 3) təminat xərcliyinin 27 faizi; xx.xx.2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək dövr (1 il 5 ay 2 gün) üçün isə 1 ilə görə təminat xərcliyinin 2 faizi miqdarında; 5 aya görə təminat xərcliyinin 0,83 faizi miqdarında müəyyən edilmişdir. Nəticədə, iddiaçının əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (2.222,80 manat) 79,83 (50 + 27 + 2 + 0,83) faizi – 1.774,46 manat məbləğində hesablanmışdır. xx.xx.2019-cu il tarixdən sonuncu xidmət etdiyi o rqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1.850,18 manat hesablanmışdır. xx.xx.2020-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən cəmi təminat xərcliyi 2.843,00 manat təşkil etmişdir.

34. İkinci halda, cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmana əsasən, əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada (20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə) hər il üçün 2 faizi miqdarında müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının müəyyən edil məsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil edir.

35. Qeyd edilən hesablamanın nəticəsi olaraq, cavabdeh tərəfindən təminat xərcliyində artım nəzərə alınaraq yeni pensiya məbləği 2.215,85 manat hesablanmış, keçmiş dövr üçün hesablanmış 1.907,70 manat fərq məbləğinin 1.526,16 manat hissəsi 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək olan dövr ərzində hər ay 190,77 manat pensiyanın (2.215,85 manat) üzərinə əlavə olmaqla, qalan 381,54 manat hissəsi isə 2020-ci ilin sentyabr ayında pensiyasının (2.215,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyasından hər hansı növ tutulma həyata keçirilməmişdir.

36. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci i l tarixli 142 nömrəli Fərmanına istinad edərək cavabdehin hesablama qaydasını əsaslı hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla, aşağıdakı qaydada hesablanmışdır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi - 1,17 faiz. Beləliklə, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin hər il üçün təminat xərcliyinin ayrı-ayrı vaxtlarda müxtəlif (2 faiz və 3 faiz) faizlərlə iki halda fərqli hesablanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə dəlili əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyası haqqında” Qanunun xx.xx.2017-ci il tarixli redaksiyası na əsasən növbəti illərin 3 faizdən, həmin tarixdən sonrakı redaksiyasına əsasən isə 2 faizdən, habelə təminat xərcliyindəki sonrakı artımların da Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən 2 faizdən hesablanması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığı ndan, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar