Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb edilmə əsasları, mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınma əsasları, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-2222/2024 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Serebrovski adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya Serebrovski adına NQÇİ-nin “Ba har” bağçılıq yoldaşlığının 10 iyul 1995-ci il tarixli, 117 saylı üzvlük kitabçası verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “152” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 28 sentyabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərr üfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin ölçüsü təqdim olunan üzvlük kitabçasında əks olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Şerebrovski adına NQÇİ-nin “Bahar” yaşayış sahəsindən ona ayrılmış 152 saylı sahədə tikib başa çatdırdığı evə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsin i xahiş etmişdir.
5. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, uzun illər neft sahəsində işlədiyinə görə iddiaçıya Serebrovski adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsini abadlaşdırmış, ev tikib şəhid ailəsi olaraq orada yaşayırlar. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, bu səbəbdən məhkəməyə müraciət etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15068/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli protokol qərardadı ilə Azərbaycan Respublikasın ın Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Serebrovski adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatından xx.xx.1995ci il tarixdə ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15068/2023 saylı, 05 dekabr 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı Serebrovski adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə ona ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1995-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz bir haldır. Eyni zamanda işin halları ilə tam müəyyən edilir ki, iddiaçı bağ sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, cavabdehin imtinası əsassız olmuşdur.
12. Üçüncü şəxs Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apelly asiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-2222/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X2 və X3) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3038/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə Torpaq Məcəlləsinin 9, 11, 2 2, 82 və 110-cu maddələrinə, “Torpaq islahatları haqqında” Qanunun 6-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
17. Məhkəmə qərar qəbul edərkən iş materiallarını kifayət qədər təhlil etməmişdir. Qanunun tələbinə əsasən torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi bir qayda olaraq hüquqların qeydiyyatından imtina üçün əsasdır. Bu hal ilk baxışdan torpaq sahəsinin ayrılması faktını şübhə altına qoyur. Bundan əlavə cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə də Dövlət neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəməyə təqdim edilmiş xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olması bildirilsə də, məhkəmə qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müva fiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə ic raatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahi yyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul ed ilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair t ələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Serebrovski adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan işə zəruri qaydada cəlb edilmiş üçüncü ş əxs Dövlət Neft Şirkəti iddia tələbinin əsaslı olmadığı qənaətindədir. Hesab edilir ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tələb edilən torpaq sahəsi Dövlət Neft Şirkətinə ayrılmış ərazi hüdudlarında yerləşir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş yanaşmanı iş materialları və qanunvericiliyin müvafiq normalarına istinad etməklə mərhələli şəkildə təhlil edilməsini zəruri hesab edir.
1. Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsi əsasları
27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15068/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli protokol qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhk əməsi Dövlət Neft Şirkətini zəruri qaydada cəlb edərkən “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında təsbit olunmuş şəkildə araşdırma aparmamışdır.
29. Həmin qərardadda qeyd edilmişdir ki,... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetiril məli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan mad di hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....”
30. Məhkəmə kollegiyası yuxarıda qərardada əks edilmiş mövqeyə istinad edərək bildirir ki, məhkəmə Dövlət Neft Şirkətini zəruri qaydada cəlb edərkən icraatın nəticəsində qəbul ediləcək qərarın üçüncü şəxsin maraqlarına toxunma halını müəyyən etməmiş, bu məqsədlə mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxsə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verməmişdir.
31. Bu istiqamətdə təhlil apararkən aşağıdakı məsələlər araşdırma predmeti olmalıdır. a. mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilib verilmədiyinin müəyyənləşdirilməsi b. mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmə tarixi c. torpaq sahəsi əldə edilən zaman (xx.xx.1995-ci il) üçüncü şəxsin istifadəsində ol an torpaq sahəsində yerləşməsi
32. Yuxarıda qeyd edilən məsələlərin təhlilinin məqsədi Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməninin əsaslı olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər apellyasiya instansiya məhkəməsi cəlb etmənin əsaslı olmaması qərarına gələrsə, bu halda üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məhkəmə baxışının predmeti ola bilər.
33. Əgər məhkəmə baxışı nəticəsində Dövlət Neft Şirkətinin cəlb edilməsinin əsaslı olduğu müəyyən edilərsə, iş materialları üçüncü şəxsin verdiyi apellyasiya şikayətinə münasibətdə mahiyyəti üzrə təhlil edilməlidir. 2. mülkiyyət hüquqlarının üzvlük kitabçası əsasında təsdiq edilməsi 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
35. Normanın tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların təsdiqi üçün verilmiş üzvlük kitabçası bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməlidir.
36. Başqa sözlə, üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dö vlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi.
37. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün iddiaçı t ərəfindən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və onun adına tərtib edilmiş üzvlük kitabçası təqdim edilmişdir. Lakin təqdim edilmiş siyahıda iddiaçının adı mövcud deyildir.
38. Növbəti apelyasiya baxışı zamanı üzvlük kitabçasının tərtib edilmə əsası müəyyən edilməli, bu kitabçanın verilməsinə əsas olmuş Siyahının əldə edilməsi istiqamətində araşdırılma aparılmalıdır.
39. Eyni zamanda apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin “Bahar” bağçılıq təsərrüfatının ərazisində olub olmaması istiqamətində də araşdırma aparmalıdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zər uri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
41. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respubli kasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-2222/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.