Məhkəmə qərarları › İş №2-1(102)-3160/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3160/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3160/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: söküntü ilə əlaqədar kompensasiya ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 17.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı söküntü ilə əlaqədar kompensasiya ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kolle giyasının 31 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyətinin imtinasının əsassız sayılması; Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi, 21/1 saylı evin qəzalı olması ilə əlaqədar, həmin evin iddiaçının mülkiyyətində olan yaşayış sahəsi 12,0 kv.m olan 1 otaqlı 3 ”a” saylı mənzilinə dövlət tərəfindən müəyyən edilmiş 35.000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnz ibati-İqtisadi Мəhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-10/2019) iddianın təmin edilməsi, cavabdeh İcra Hakimiyyətinin imtinasının qanunsuz sayılması; iddiaçıya ünvan 1 ünvanında yerləşən binanın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin binada mülkiyyətində olan 3a saylı mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-1(103)1551/2019) cavabdeh İcra Hakimiyyətinin və 3-cü şəxs Nazirliyin apellyasiya şikayətlərinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 25 yanvar 2019-cu il tarix li qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş materaillirına əlavə edilmiş m ülkiyyət hüququnu təsdiq edən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, 21/1l nömrəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 12 kv.m olan 3a nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 06.01.2009cu il tarixdə qeydiyyatdan keçmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, 21/1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 12 kvm olan 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 06.01.2009-cu il tarixdə qeydiyyatdan keçmiş və onun mülkiyyətinə verilmişdir. Tərəflərin izahatları Məhkəm ə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İcra Hakimiyyətinin və 3cü şəxs Nazirliyin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Aparatının MənzilKommunal Təsərrüfatı Departamentinin 86/3 saylı 14 may 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin (yataqxana binasıdır) 3a saylı mənz ilinə dair İddiaçılə (2 nəfər ailə üzvü olmaqla) icarə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Bakı şəhəri, R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin 3a saylı mənzili üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlətreyestrində 886 saylı reyestr kitabının 82413nömrəli vərəqində 06 yanvar 2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, mənzilə dair dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2016-cı il tarixli tapşırığına əsasən ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. İşin materiallarında olan cavabdeh İcra Ha kimiyyətinin 17 sentyabr 2016-cı il tarixli aktı ilə ünvan 3 ünvanında yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı ailəsi də 5 nəfər (özü, arvadı, 2 qızı və 1 oğlu) tərkibdə müəyyən edilmişdir. Aktdan müəyyən olunur ki, iddiaçı və arvadı 1990-cı ildən, 2 qızı 2007 və 2009-cu ildən, oğlu 2010-cu ildən mübahisəli 3a saylı mənzilə qeydiyyata düşmüşlər. Mübahisəli 3a saylı mənzilin Texniki Pasportuna görə, ayrıca mətbəx, sanitar qovşağı və dəhlizi olmayan yataqxana binasındakı 3a saylı otaq 2,70 m x 4.44 m = 12,00 kv.m ölçüdədir. Mübahisəli mənzilin yerləşdiyi yataqxana binasında yaşayan hər bir ailəyə birdəfəlik maddi yardım ödənilməsi başa çatdırıldıqdan sonra bina balanssaxlayıcı təşkilat (BŞİH MKTD 1 saylı XTM KTB) tərəfindən sökülərək ərazi abadlaşdırılmışdır. İddiaçı mülkiyyətində olan mənzilə dair kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 3 noyabr 2016-cı il tarixli məktubu ilə müraciətin təminindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, hazırki iddiasında iddiaçı ünvan 3 ünvanında yerləşən yataqxana binasının 3a saylı mənzilində 2 ailənin (özünün və qızının ailəsinin) yaşamasını iddia edir, onların da həmin evdə qeydiyyatda olduğunu və mülkiyyət hüququnun olduğunu bildirərək əlavə olaraq 35.000 manat vəsaitin ödənilməsini tələb edir. Cavabdeh İcra Hakimiyyətinin mövqeyinə görə, Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 3 oktyabr 2016-cı il tarixli tapşırığına əsasən ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat məbləğində birdəfəlik yardım ödənilməsinin nəzərdə tutulmuş, iddiaçının da ailəsinə həmin tapşırıq əsasında 35.000 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətindəki mənzilin yerləşdiyi mübahisəli yataqxana binasının kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmədiyindən, binaya giriş tam məhdudlaşdırıldığından (fotoşəkillərə əsasən), iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması birmənalı təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə birbaşa (əvvəlki kimi) bərpası real görünmür. Qeyd olunanlar, eləcə də inzibati praktika və qanunverciliyin “bərabərlik prinsipi” nəzərə alınmaqla belə nəticə əldə olunur ki, cavabdeh İcra Hakimiyyətinin iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənilməsindən imtinası qanunsuz və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Binada iki mənzili olsa da, orada iddiaçının və qızının ailəsinin ayrı-ayrı yaşaması mümkün haldır və bunu təkzib edən heç bir sübutu cavabdeh məhkəmə icraatında təqdim etməmişdir. Odur ki, iddiaçının tələbi əsaslıdır. Lakin, iddiaçının 1 mənzildə 2 ailə olaraq yaşaması və bununla da ona ödənilmiş 35.000 manat kompensasiyadan əlavə 35.000 manat kompensasiyanın ödənilməsi ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən 27.09.2016-cı il tarixli tapşırığından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yataqxana binasında qeydiyyatda olan və yaxud mülkiyyət hüququ olan şəxslərə deyil, faktiki olaraq yaşayan ailələrə vəsait ödənilməsi tapşırılmışdır. İşin materiallarında olan, cavabdeh 17 sentyabr 2016-cı il tarixli aktı ilə ünvan 3 ünvanında yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının ailəsi də 5 nəfər (özü, arvadı, 2 qızı və 1 oğlu) tərkibdə müəyyən edilmişdir. Həmin aktdan müəyyən olunur ki, iddiaçı və arvadı 1990-cı ildən, 2 qızı 2007 və 2009-cu ildən, oğlu 2010-cu ildən mübahisəli 3a saylı mənzilə qeydiyyata düşmüşlər. Ona görə də, 12 kv.m ölçüdə olan mənzildə iki ailənin bir yerdə yaşaması ağlabatan və inandırıcı deyil. Digər tərəfdən, iddiaçının qızının mübahisəli evdə qeydiyyatının olması onun ayrı ailə kimi həmin mənzildə yaşamasının göstəricisi hesab edilə bilməz. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş faktiki hallardan görünür ki, ilkin iddia üzrə iddiaçı Ə.Quliyeva cavabdehlər İddiaçı, X4 və X6 qarşı şfahi əqdin etibarlı hesab edilməsi və yaşayış yeri üzrə yaşayış hüququnun tanınması barədə tələblə məhkəməyə müraciət etmiş və iddiasında bildirmişdir ki, X8 ünvan 3 ünvanında yerləşən 3 a saylı mənzili 2006-cı ildə digər cavabdehlər İddiaçı və X2 2.000 ABŞ dollarına almış və 2010-cu ilədək ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. 2010-cu ildə cavabdeh X1 mənzili 4500 manata ona satmışdır. Aralarında olan razılaşmaya əsasən yataqxanada yerlə şən mənzil sonradan onun adına özəlləşdirilməli imiş, lakin cavabdehlər razılaşmaya əməl etməmiş, mənzili onun adına özəlləşdirməmişlər. Həmin qətnamə ilə müəyyən olunur ki, qarşılıqlı İddiaçı cavabdehlər X5 və X6 qarşı mənzildən çıxarılma tələbini irəli sürmüş və iddiasında bildirmişdir ki, cavabdeh X11 onun kirayəşini olmuşdur. Başqa mənzildə yaşadıqları üçün 3a saylı mənzili kirayə vermək qərarına gəlmişdir. Bu məqsədlə cavabdeh X8 ilə şifahi şəkildə razılaşmış və O, ailəsi ilə birlikdə bir neçə il həmin mənzildə kirayəşini yaşamışdır. Cavabdeh R.Hüseynovun ondan müvafiq icazə almadan mənzili Əminə Quliyevaya yaşamaq üçün verilməsindən sonradan xəbəri olmuş, sonuncunun mənzili tərk etməsini tələb etmişdir. Qətnamədən görünür ki, 135 saylı MKİS-nin 13.05.2016-cı il tarilxi 330 saylı ar ayışına əsasən X7 ünvan 3 ünvanında yerləşən 3 a saylı mənzildə qeydiyyatsız yaşayır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən 3 a saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İşin sadalanan hallarından görünür ki, iddiaçı sözügedən mənzili hələ bina sökülməzdən öncə başqasının kirayəsinə vermiş, bununla bağlı həmin mənzildə məskunlaşmış X7 ilə məhkəmə mübahisəsi olmuşdur. Beləliklə, iddiaçının qızının mübahisəli 3a saylı mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığı, onun müstəqil ailə kimi həmin mənzildə faktiki məskunlaşmadığı işin faktiki halları ilə müəyyən olunmuş dur. Bu əsaslara görə iddaçının iddia tələbi təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi öz dəlillərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.09.2016-cı il tarixli tapşırığına istnad etmiş və göstərlmişdir ki, həmin hüquqi sənədə görə, yuxarıda sözügedən yataqxana binasının sökülməsi ilə əlaqədar orada yaşayan sakinlərə müvafiq kompensaiyanın verilməsinin şərti, sakinlərin sökülən binadakı mənzillərdə qeydiyyatda olması və ya mənzillərin mülkiyyətçiləri olması deyil, onların həmin mənzildə faktiki yaşaması olmuşdur. Lakin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında apellyasiya instansiya məhkəməsinin istinad etdiyi hüquqi sənəd mövcud deyil, ona görə də, bu sənəddə həqiqətən də, söküntü ilə əlaqədar kompensasiyanın verilməsi məsələsinin həlli zamanı iddiaçının mülkiyyət hüququnun nəzərə alınmasının əhəmiyyət kəsb etməməsi tam olaraq aydın deyildir. Halbuki, işin materiallarından aydın olur ki, həm iddiaçı, həm də onun arvadı ayrıayrılıqda müvafiq olaraq 3a və 3 saylı mənzillərin mülkiyyətçiləridir. Bu zaman iddiaçının arvadı M.Məşədiyevaya sökülmüş mülkiyyətinə görə kompensasiya ödənilsə də, iddiaçı həmin kompensasiyadan məhrum olmuşdur. Belə olan halda, iddiaçının kassasiya şikayətində mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar birbaşa Azərbaycan Respublikası Konstit usiyasına istinad etməsi tamamilə düzgün olmuşdur. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanistifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyan ın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas Olan “ədalətli balans”prinsipi özlyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Bronovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, Skordino İtalyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı). Nəzərə alınmalıdır ki, iddiaçının mənzilinin yerləşdiyi binada həm mülkiyyətçilər, həm də mülkiyyətçi olmayan şəxslər yaşamışlar, bu sakinlərin hamısına söküntü ilə əlaqədar kompensasiya ödənilsə və bu zaman mülkiyyətçi olmayan sakinlərin faktiki yaşaması kriteriyası ə sas götürülsə də, mülkiyyətçi olan sakinələr bu kriteriya tətbiq edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı ailə bir neçə mükiyyət obyektinin sahibi ola bilər, habelə bir ailənin bir neçə üzvlərinin ayrı-ayrılıqda mülkiyyət obyekti də ola bilər. Araşdıralın qərardan görünlüyü kimi, apellyasiya instansiya məhkəməsi işin bu xüsusiyyətlərinə lazımi diqqət verilməmişdir, bununla da, həmin məhkəmə iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Bu əsaslarla işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırılmasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə müba hisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar