Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3161/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ##.##.1960-cı il tarixdə doğulmuşdur.
2. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1- 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda, onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı təqdim etdiyi ****** nömrəli diplomun surətinə əsasən, ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən, ##.##.1981ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək ümumilikdə 27 il 1 ay 2 gün sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. ##.##.2006-cı il tarixinədək vətəndaşın 27 il 1 ay 2 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının məbləği 8289,5 manat təşkil edir: (27+1/12 ay)x306=8287,5 manat. Həmin kapitalın ##.##.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27290,45. SH-27290,45:144=189,52. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək 11644,82 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitala əsasən əmək pensiyasının sığorta hissəsi: 11644,82:144=80,860. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləği 270,38 manat müəyyən edilmişdir: ##.##.2024- 189,52+80,86=270,38. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği 280 manata çatdırılmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1977-ci il tarixdən ##.##.1980-cı il tarixədək, ##.##.1984-cü il tarixdən ##.##.1990-cı il tarixədək təhsil aldığı və ##.##.1981-ci il tarixdən ##.##.2010-cu illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin, ##.##.2006-cı il tarixdən pensiyaya çıxdığı ##.##.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1960-cı ildə doğulmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfat Nazirliyi Kirov adına Kirovabad Kənd Təsərrüfatı texnikumuna daxil olmuş və 1980-ci ildə həmin texnikumu bitirmişdir. Ilk dəfə 1981-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Institutuna daxil olmuşdur. Həmin Institutu 1990-cı ildə bitirmişdir. ##.##.2024-cü ilə kimi müxtəlif idarə və təşkilatlarda çalışmışdır. ##.##.2024-cü il tarixdən ona 280 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana rəsmi qaydada müraciət etməyinə baxmayaraq, əmək pensiyasında dəyişiklik olunmamışdır. Sığorta stajı yalnız ##.##.2010-cu il tarixdən ##.##.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası müəyyən edilmişdir. Lakin 1977-ci ildən 2010cu ilə kimi sosial sığorta stajı cavabdeh tərəfindən nəzərə alınmamışdır. Ona ##.##.2003-cü ildə dövlət qulluğunun R ixtisas dərəcəsi verilmişdir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əmək pensiyasının məbləği onun ##.##.2006-cı il tarixədək avtomatlaşdırılmış qaydada nəzərə alınmış 25 il sığorta stajına və ##.##.2006-cı il tarixdən pensiya yaşına çatdığı ##.##.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalına əsasən belə müəyyən edilmişdir: 25 il sığorta stajına əsasən ##.##.2006-cı il tarixinə hesablanan pensiya kapitalı: 25 il x 306 manat =7650 manat; 7650 manatın ##.##.2024-ci il tarixədək indeksləşdirilmiş məbləği: 25191,18 manat. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği avtomatlaşdırılmış qaydada hesablandıqda onun əmək pensiyasının sığorta hissəsi ##.##.2024-cü il tarixədək cəmi 36836 (25191,18+11644,82)=36836 manat; (36836:144=255,80 manat) pensiya kapitalına əsasən 255,80 manat təşkil etmiş və əmək pensiyasının minimum məbləğindən aşağı olmuşdur. Lakin iddiaçının minimum 25 il stajı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla, əmək pensiyası minimum məbləğə çatdırılmaqla (280 manat) ödənilmişdir. Iddiaçının əmək pensiyasının Qanunun 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanması zamanı onun Mərkəzi Filiala təqdim etdiyi ****** nömrəli diplomun surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək, 21,07.1994-cü il tarixdən ##.##.1995- ci il tarixədək, ##.##.1995-ci il tarixdən 16.11,2005ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. Iddiaçının ##.##.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı ##.##.2024-cü il tarixə 27296,05 manat təşkil edir ki, bu da bu qaydada hesablanmışdır: 1.(27 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 1 ay) + (306 : 12 ay : 30 gün x 2 gün)=8289,20 manat;
2. 8289,20 manatın ##.##.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27296,05 manat. Iddiaçının ##.##.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və ##.##.2006-cı il tarixdən pensiya yaşına çatdığı ##.##.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla, ##.##.2024-cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği ##.##.2006- cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə, 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla, Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır.
6. Bakı Inzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. Iddiaçının ##.##.2006-cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı ##.##.2024-cü il tarixə 27296,05 manat təşkil edir ki, bu da bu qaydada hesablanmışdır: 1.(27 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 1 ay) + (306 : 12 ay : 30 gün x 2 gün)=8289,20 manat; 2. 8289,20 manatın ##.##.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği: 27296,05 manat. Iddiaçının ##.##.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və ##.##.2006-cı il tarixdən pensiya yaşına çatdığı ##.##.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla, ##.##.2024 cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə, 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla, Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1. Işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya ## #### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1980-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1994-cü il tarixinədək, ##.##.1994-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək ümumilikdə 27 il 1 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Iddiaçının ##.##.2006-cı il tarixinədək 27 il 1 ay 2 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8209,2 manat təşkil edir. (27+(1+2/30)/12)x306=8209,2 İddiaçı ##.##.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının ##.##.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 27296,05 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 11644,82 manat pensiya kapitalı (##.##.2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən, ##.##.2024-cü il tarixinə əmək pensiyasının sığorta hissəsi 270,42 manat məbləğində hesablanmışdır. Qanunun 6-1-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının məbləği ##.##.2024-cü il tarixində 280 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 302,68 manata çatdırılmışdır. Eyni zamanda bildirilir ki, Qanunun 6-1-ci maddəsinə # ###### 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə uyğun olaraq əmək pensiyasının məbləği ##.##.2025-ci il tarixində 320 manata çatdırılmışdır. 10.2. Iş materiallarından göründüyü kimi, iddiaçının ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 27 il 1 ay 2 gün müəyyən edilmişdir. Iddiaçının ##.##.2006cı il tarixədək 27 il 1 ay 2 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı ##.##.2024cü il tarixə 27296,05 manat təşkil edir. Iddiaçının ##.##.2006-cı il tarixədək faktiki sığorta stajına əsasən müəyyən edilmiş 27296,05 manat və ##.##.2006-cı il tarixdən pensiya yaşına çatdığı ##.##.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11644,82 manat pensiya kapitalı nəzərə alınmaqla, ##.##.2024-cü il tarixinə pensiya kapitalı cəmi 38940,87 manat (27296,05+11644,82=38940,87 manat) təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla hesablandıqda belə, 270,42 manat (38940,87: 144 = 270,42 manat) olmaqla, Qanunla müəyyən edilmiş minimum pensiya məbləğindən aşağı olduğu üçün Qanunun 6-1-ci və 7-ci maddələri nəzərə alınmaqla minimum məbləğə (280 manat) çatdırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
11. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. Sosial sığorta stajı (bundan sonra- sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5. 2006-cı il ######ın #-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (** nömrəli Əlavə) Şöbə və ya Idarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
23. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.