Məhkəmə qərarları › İş №2-1(102)-3162/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3162/2019

26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3162/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 63 yaş 6 aydanyaşa görə əmək pensiyası, sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi, təhsil və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qız ının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-974/2019 saylı iş üzrə 11 iyun 2019-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinin 15/529 saylı, 01 fevral 2018-ci il tarixli məktubu iləİddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaş 06 ay tamam olmuş kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır. Həmçinin bu Qanununun 21.1-ci maddəsində ancaq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xa rakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə pensiya kapitalı minumum əmək pensiyasının məbləğindən az olduğundan və iş stajınız 14 il 06 ay olması səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 07.12.1974-cü ildən 04.11.1976-cı ilə kimi hərbi xidmət illəri, 1972-ci ildən 1977-ci ilə kimi təhsl aldığı illərin və əmək kitabçasında qe yd olunan illərin əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4471/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilərək, 07.12.1974-cü il tarixdən 04.11.1976-cı il tarixdə kimi hərbi xidmətdə olması dövr, həmçinin 24.04.1995-ci il tarixdən 25.05.1010-cu il tarixə kimi “Səs” qəzetində müxbir işlədiyi illər sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-974/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – Ü.A.Mayılov və M.N.Tağızadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4471/2018 saylı, 04 dekabr 2018-ci il qərarı qismən - iddiaçının 17 aprel 1995 - 21 aprel 1999-cu illərdə, eləcə də 01 yanvar 2006 25 may 2010-cu ilədək «Səs» qəzetində işləməsinə dair dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçının həmin tələbi təmin edilməmiş, qərar qalan hissədə «yaşa görə» sözlərindən sonra «22 yanvar 2018-ci ildən» sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ka ssasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının qismən, yəni “qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki,iddiaçının pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən az olduğundan və iş stajı 14 il 06 ay olduğu səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Bu səbəbdən də iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Lakin, hər iki in stansiya məhkəməsi iddia ərizəsinə edilmiş etiraza məhəl qoymayaraq əsassız olaraq iddia ərizəsinin təmin olunmasına dair qərar qəbul etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümk ün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə kassasiya baxışının həddləri ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının tələbinin bir hissəsi rədd edilsə də, iddiaçı həmin hissələrdən kassasiya şikayəti verməmişdir. Cavabdeh isə iddianın təmin edilmiş hissəsindən şikayət vermişdir. Ona görə də, hazırkı kassasiya baxışının predmetini iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı 07 dekabr 1974-cü il tarixindən 04 noyabr 1976-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, 19721977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda mühasibat uçotu ixtisası ali təhsil almışdır. İddiaçıya məxsus 06 oktyabr 1971-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən isə müəyyən olunur ki, İddiaçı 17.09.1971-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən 24.04.1995-ci il tarixdən 25.05.2010-cu il tarixədək olan dövrlərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışmışdır. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll e dilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bən dinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokto ranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Eynilə, iddiaçının hərbi xidmətdə olduğu dövr də onun əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qayd alarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət güzəştli iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 24.04.1995-ci il tarixdən 25.05.2010-cu il tarixədək olan dövrlərdə “Səs” qəzet ində müxbir vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsinə gəldikdə isə apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümu mi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırkı halda, 01 yanvar 2006-cı ilədək iddiaçının «Səs» qəzetində işləməsinə dair əmək kitabçasında qeydlər mövcuddur. Qeyd olunduğu kimi, iddiaçı əmək fəa liyyətinə 17 sentyabr 1971-ci ildə başlamış, hərbi xidmət və təhsil aldığı dövrlərlə birlikdə, 17 aprel 1995-ci ilədək ayrı-ayrı vəzifələrdə işləmiş, 17 aprel 1995-ci ildə «Səs» qəzetində müxbir kimi fəaliyyətini davam etdirmişdir. Apellyasiya məhkəməsindəki araşdırma zamanı vergi orqanının məhkəməyə ünvanladığı 14 may 2019-cu il tarixli, **********352300 saylı məktubunda göstərilmişdir ki, «Səs» qəzeti 21 aprel 1999-cu il tarixdə 28 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bunu nəzərə almaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 17 aprel 1995 - 21 aprel 1999-cu illərdə «Səs» qəzetində işləməsinə dair əmək kitabçasında aparılan qeydlər iddiaçıya pensiya təyini məqsədləri ilə nəzərə alına bilməz. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında onun 2006-1010-cu illərdə də «Səs» qəzetində işləməsi göstərilsə də, işin materiallarından, o cümlədən iddiaçının izahatından aydın olur ki, həmin dövrlər üçün iddiaçının fərdi uçot məlumatlarında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığo rtaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qeyd olunanları nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının 17 aprel 1995-21 aprel 1999-cu illərdə, eləcə də 01 yanvar 2006-25 may 2010-cu ilədək «Səs» qəzetində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməli olmadığı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla belə, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qeyd olunan dövrlər nəzərə alınmadan da, iddiaçıya pensiya təyini üçün tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olduğundan, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün sığorta stajının olmamasına dair cavabdehin imtinasının dəlilləri əsassızdır, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasə n 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 sa ylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndiən əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: 01 iyul 2017-30 iyun 2018-ci ildə kişilər üçün pensiya yaşı 63 il 6 ay müəyyən edilmişdir. Hazırkı halda, iddiaçının 63 yaşının 22 iyul 2017-ci il tarixdə tamam olduğu və sözügedən normanın tələbləri nəzərə alındığında iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 22 yanvar 2018-c i ildən yaranır (63 il 6 ay). İddiaçı ərizəsində hansı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini göstərməmiş, birinci instansiya məhkəməsi iddiaçının qaldırdığı iddianın ifadə tərzi ilə məhdudlaşmış, qəbul etdiyi qərarda iddiaçıya hansı yaşdan (tarixdən) pensiyanın təyin edilmələi olduğunu göstərməmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin apellyasiya qaydasında araşdırılması zamanı isə iddiaçı məhkəmə iclasında verdiyi izahatında 22 yanvar 2018-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsinixahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmas ında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya iş üzrə müəyyən edilmiş halları və onlara tətbiq edilməli olan qeyd olunan normaların tələblərini nəzərə almaqla hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qərarının mətnində dəyişiklik edilməklə İddiaçı yaşa görə 22 yanvar 2018-ci ildən əmək pensiyasının təyin edilməsi müəyyən edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-974/2019 saylı iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı mübahisələndirilən - “qərar qalan hissədə «yaşa görə» sözlərindən sonra «22 yanvar 2018-ci ildən» sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın” hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar