Məhkəmə qərarları › İş №2-1(102)-3165/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3165/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3165/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanaraq fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2019-cu il 9 avqust tarixli 2-1(103)-1644/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2018-ci il 14 aprel tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 25 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qanunvericiliyə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və mükafatlar bu barədə qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışın əsasında hesablanır. İddiaçı 2019-cu il 28 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1976-cı il 5 oktyabr tarixdən 1982-ci il 10 may tarixə qədər Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, 1982-ci il 12 mart tarixdən 1986-cı il 3 noyabr tarixə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosunda mühəndis, 1986-cı il 1 noyabr tarixdən 1989-cu il 10 avqust tarixə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, 1989-cu il 10 avqust tarixdən 1999-cu il 20 sentyabr tarixə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma v ə Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, 2000-ci il 4 mart tarixdən 2005-ci il 30 avqust tarixə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla 2018-ci il 14 aprel tarixdən pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1976-cı il 5 oktyabr tarixdən 1982-ci il 10 may tarixə qədər Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, 1982-ci il 12 mart tarixdən 1986-cı il 3 noyabr tarixə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosunda mühəndis, 1986-cı il 1 noyabr tarixdən 1989-cu il 10 avqust tarixə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, 1989-cu il 10 avqust tarixdən 1999-cu il 20 sentyabr tarixə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, 2000-ci il 4 mart tarixdən 2005-ci il 30 avqust tarixə qədər Texniki İnventarlaşdırm a və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri, 2005-ci il 30 avqust tarixdən 2018-ci il 18 may tarixə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Ona 2018-ci il 14 aprel tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin pensiya təyin olunan zaman onun yuxarıda qeyd olunan vəzifələrdə işlədiyi dövrlər dövlət qulluğu stajına daxil edilməmişdir. Halbuki, işlədiyi dövrlər dövlət qulluğuna aid olduğundan, cavabdeh tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalı idi. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə, “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məh kəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 aprel tarixli 2-1(81)1876/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1976-cı il 5 oktyabr tarixdən 1982-ci il 10 may tarixə qədər Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, 1982-ci il 12 mart tarixdən 1986-cı il 3 noyabr tarixə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosunda mühəndis, 1986-cı il 1 noyabr tarixdən 1989-cu il 10 avqust tarixə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, 1989-cu il 10 avqust tarixdən 1999-cu il 20 sentyabr tarixə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlə t Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, 2000-ci il 4 mart tarixdən 2005-ci il 30 avqust tarixə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla 2018-ci il 14 aprel tarixdən pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Dövlət qulluqçularının pensiya təminat ı haqqında” Qanunun müddəalarına əsasən iddiaçının 1976-cı il 5 oktyabr tarixdən 2005-ci il 30 avqust tarixədək işlədiyi dövr dövlət qulluğu stajına daxil edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 avqust tarixli 2-1(103)-1644/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi vəzifələr dövlət qulluğu vəzifəsi hesab edilmədiyindən, həmin müddət onun dövlət qulluğu stajına hesablana bilməz. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 10 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 23 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə gəldiyi nəticə üzrə heç bir araşdırma aparmamış, iş materiallarında mövcud olan sübutlara qiymət verməmiş, yalnız cavabdehin mövqeyini təkrarlamaqla mübahisə üzrə araşdırma aparmaqdan və qanunvericiliyin tələblərini təhlil etməkdən yayınmışdır. İddiaçının 1976-2005-ci illərdə işlədiyi yerlər dövlət orqanlarıdır. Belə ki, iddiaçının 1976-cı il 5 oktyabr tarixdən 1982-ci il 10 may tarixədək Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis vəzifələrində işlədiyi dövrə m ünasibət bildirərək qeyd edilməlidir ki, həmin orqan hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi olaraq fəaliyyət göstərir. Onun dövlət orqanı olması Əsasnaməsindən aydın olur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Həmin Əsasnamənin 1.5-ci bəndə əsasən, yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanları nın yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması v ə daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabel iyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Həmin Əsasnamənin 1.8-ci bəndə əsasən, yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, məhkəmə iddiaçının işlədiyi Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal Təsərr üfat İdarəsini dövlət oranı hesab etməməklə səhv nəticəyə gəlmişdir. Sovet dövründə mövcud olmuş Xalq Deputatları Sovetinin hazırda İcra Hakimiyyəti olması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı ilə də təsdiq edilmişdir. Həmin Siyahının 1.15-1.17-ci və 2.13-cü bəndləri ilə nəzərdə tu tulan orqanlar və vəzifələr üzrə uyğunlaşdırmalardan aydın olur ki, 1976-2005-ci illərdəki iş yerləri və vəzifələr dövlət qulluğu kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 01/05-07/0418 №-li, 2014-cü il 3 mart tarixli Rəyində qeyd edilənlərə münasibət bildirməmişdir. Həmin rəydən aydın olur ki, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi müvafiq sahə üzrə idarəetmə və nəzarət funksiyalarını həyata keçirdiyini nəzərə alaraq, həmin idarənin mərkəzi aparatında, o cümlədən Şəhərsalma kadastrı şöbəsində işləyən və dövlət büdcəsindən maaş alan şəxslərə dövlət qulluqçusu statusu şamil edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Ko mitəsi 2014-cü il 16 yanvar tarixli, 13/04-61 №-li məktubla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinə dövlət orqanı statusunun şamil olunub-olunmaması barədə rəy verilməsini xahiş etmişdir. Komissiya tərəfindən həmin məsələyə baxılmış və 01/05-07/0418 №-li, 2014-cü il 3 mart tarixli Rəy verilmişdir. Rəydə qeyd olunmuşdur ki, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yara dılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 2002-ci il 9 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Nizamnaməsi”nin 1.2-ci bəndinə əsasən, həmin İdarə Dövlət Tikinti və Arxitektura Komitəsinə tabedir. H əmin Nizamnamənin 1.3-cü bəndinə uyğun olaraq həmin İdarə dövlət sifarişlərini həyata keçirərkən büdcədən maliyyələşdirilmişdir. Müvafiq Nizamnamənin 1.6-cı bəndinə əsasən Baş idarə respublika ərazisində tabeçiliyində olan struktur bölmələri üzərində müvafiq dövlət nəzarətini həyata keçirir və icra edici səlahiyyətlərə malikdir. Eyni zamanda, Baş idarə Fərmanla Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmiş dövlət idarəetmə və nəzarət funksiyalarının bir qismini həyata keçirmişdir. Belə ki, müvafiq Nizamnamənin 2.1.2-ci yarımbəndinin «e» abzasına uyğun olaraq Baş idarə yaşayış fondunun dövlət uçotu, müxtəlif sifarişlər əsasında tikili və qurğuların texniki inventarlaşdırılması və mülkiyyət hüquqlarının müəyyən edilməsi zamanı, eləcə də tikinti və şəhərsalma obyek tlərində icra olunan işlər və texniki inventarlaşdırma zamanı qanun pozuntusu aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görür. Qeyd edilən Nizamnamənin 2.1.3-cü yarımbəndinin «d» abzasına uyğun olaraq Baş idarə yaşayış məskənləri ərazisində və şəhərsalmanın tələbatı üçün ayrılmış torpaqlarda baş planın tələblərinə riayət edilməsinə nəzarət edir. Həmin Nizamnamənin 2.1.3-cü yarımbəndinin «f» abzasına uyğun olaraq Baş idarə Azərbaycan Respublikasında texniki inventarlaşdırma işlərinə metodik rəhbərlik edir və özəlləşdirilmiş mülkiyyətin texniki inventarlaşdırılmasının və hüquqi qeydiyyat əsasında dövlət uçotunun aparılmasının təşkili və düzgünlüyünə nəzarət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat üzrə Bakı bölgə şöbəsinin 2002-ci il 13 dekabr tarixli, 1/B-2491 №-li məktubuna uyğun olaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi dövlət hakimiyyəti orqanı hesab edilmiş və hüquqi şəxs kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. İddiaçının 1976-cı il 5 oktyabr tarixdən 2005-ci il 30 avqust tarixə qədər işlədiyi dövr dövlət qulluğu stajına daxil edilməli olduğundan, törəmə iddia tələbləri də təmin edilməlidir. Belə ki, törəmə iddia tələbləri olan, birincisi, hakimiyyət səlahiyyətinin icrasına görə, ikincisi, qulluq illərinə görə əlavələr pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 №-li Fərmanı ilə təsdiq edilm iş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 3 avqust tarixli, 105 №-li Fərmanına əsasən (əlavə və dəyişikliklər 2007-ci il 23 noyabr, № 669) aşağıdakı redaksiyada verilmişdir: Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. Göründüyü kimi, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən çoxdur. Bu əsasdan iddiaçıya dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının verilən əlavə haqq pensiya hesablanarkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda iddiaçının yuxarıda qeyd olunan şöbə müdiri vəzifəsinə hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “ Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən hakimiyyət səlahiyyətinin icrasına görə və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən əlavə pul təminatı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan ödənclərə daxildir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünl üyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə a lır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, “iddiaçının işlədiyi Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi (əvvəlki adı Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosu) “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edi lməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarının təsnifat siyahısında qeyd edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 saylı Fərmanı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı» təsdiq edilmişdir. Qeyd edilən Siyahıya əsasən iddiaçının dövlət qulluğu vəzifəsi hesab etdiyi vəzifələr inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə aid deyildir. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddiaçının dövlət qulluğu vəzifəsi hesab etdiyi vəzifə dövlət qulluğu vəzifəsi hesab edilmədiyindən həmin müddət onun dövlət qulluğu stajına hesablana bilməz.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir (2.1). Bu Qanun icra, qanunvericilik və mə hkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir (2.2). Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir (2.5). Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qan unlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. İnzibati və yardımçı vəzifələrin təsnifatını müəyyən edən “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsinin “Qeyd”inə əsasən, 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Nor maların əlaqəli təhlilindən göründüyü kimi, qanunverici dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət orqanının struktur vahidi qismində, həmçinin onların fəaliyyətini təmin edən qurumları da ehtiva edir. Hazırkı işdə də müəyyən edilməli hal ondan ibarətdir ki, iddiaçının istinad etdiyi qurumlar məhz “Dövlət qulluğu haqqında” Qanunun müddəalarında təsbit olunmuş dövlət orqanlarının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən qurumlara aiddirlərmi? Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi qurumların dövlət orqanlarının təsnifat siyahısında qeyd edilmədiyi, iddiaçının dövlət qulluğu vəzifəsi hesab etdiyi vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə aid olmadığı qə naətinə gələrkən iddiaçının qeyd etdiyi orqanların və vəzifələrin hüquqi statusuna və funksional təyinatına dair işin hallarını (o cümlədən, həmin qurumların fəaliyyətini tənzimləyən hüquqi aktların müddəaları nəzərə alınmaqla) İPM-in 12-ci maddəsinin müddəalarının tələblərinə uyğun olaraq araşdırmamışdır. Məhz həmin halların araşdırılmasından sonra, hazırkı işdə iddia olunan dövlət qulluğu vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında ç alışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın: - 1.15 (baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri) və 1.17-ci (bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər) bəndlərində (1991-ci il oktyabrın 18-dək olan dövr üzrə); - 2.9 (baş idarənin, idarənin, departamentin şöbə rəisi) və 2.14-cü (bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri) bəndlərində (1991-ci il oktyabrın 18-dən sonrakı dövr üzrə) - nəzərdə tutulan inzibati və yardımçı vəzifələrə uyğunluğuna qiymət verilməlidir. İddia edilən vəzifələrin dövlət qulluğuna aid edildiyi halda, həmçinin aşağıdakılar nəzərə alınmalı və iddiaçıya münasibətdə tətbiq edilməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə görə, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlav ələr) ibarətdir. Həmin Qanunun 23-cü maddəsinin müddəalarına əsasən: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. (...) 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqa nı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. Bundan başqa, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli, 334-İİQ nömrəli Qanununun 3-cü maddəsinə görə, dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətləri n icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanına görə, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 avqust tarixli 2-1(103)-1644/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar