Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3165/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya icraatının mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age ntliyinə qarşı “əlilliyin təyin edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(103)2700/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024- cü il tarixli, 2-1(103)-2700/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzib ati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-4682/2024 saylı qərardadı ilə (hakim X3) inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-4682/2024 saylı qərardadının ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim X1 (məruzəçi), X2 və X4) iddiaçının apellyasiya şikayəti mümkün sayılmamış və geri qaytarılmışdır.
5. Daha sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
7. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli və 15 avqust 2024-cü il tarixli qərardadlarından kassasiya şikayəti vermişdir. Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü:
8. İddiaçı qeyd etmişdir ki, o aztəminatlı ailə olduğundan dövlət vəsaiti hesabına vəkillə təmin edilməlidir. Tətbiq edilə n hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edi rlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulun dan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli və 15 avqust 2024-cü il tarixli qərardadları ilə bağlı aşağıdakı qeyd etməyi məqsədə müvafiq hesab edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı
12. Bu qərardadla apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini əsas götürməklə apellyasiya şikayətini mümkün saymamış və onu geri qaytarmışdır.
13. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanına göndərmiş, iddiaçı isə müvafiq poçt qəbzinə imza etməklə 31 iyul 2024-cü il tarixdə həmin prosessual sənədləri qəbul etmişdir (iş vər 121).
14. Məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir…Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
16. Lakin iddiaçı kassasiya şikayəti verərkən məluma t və izahda göstərilən tələbə əməl etməmiş, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, izahda göstərildiyi kimi, tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkil orderi şikayətə əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2700/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadı
18. Bu qərardadla apellyasiya instansiya məhkəməsi iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəs ini təmin etməmişdir.
19. İddiaçı bildirir ki, o, aztəminatlı ailə olduğundan apellyasiya instansiya məhkəməsi onun dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsini təmin etməlidir.
20. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq bildirir ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin əsasları MPM-in 14.5 və 67.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların dispozisiya şərtlərindən görünür ki, hüquqi yardıma ehtiyacı olan şəxs pulsuz dövlət hesabına vəkillə o zaman təmin edilə bilər ki, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxs olması sübuta yetirilsin. 21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir». 22. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
23. Göründüyü kimi, qanunvericilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin, məhkəmə tərəfindən dövl ət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.
24. Hazırkı halda ərizəçi maddi cəhətdən imkansız olması, vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razlaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vəkilin xid mət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli 2-1(103)-2700/2024 nömrəli iş üzrə qərardadından verilmiş kassasiya şikayəti mümk ün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli 21(103)-2700/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.