Məhkəmə qərarları › İş №2-1(102)-3166/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3166/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3166/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3166/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən poçt şöbəsinə təhvil verilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı1, vəkili İddiaçı2 oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1828/2019 saylı qərardadından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xxxx 2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 21(81)1352/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xxxx 2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tari xli, 2-1(103)-1828/2019 saylı qərardadı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iş materiallarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı Dövlət Sosial X1 rayon şöbəsinə xxxx 2019-cu il tarixdə daxil olması göstərilsə də, məhkəmə qərarı cavabdeh inzibati orqana xxxx 2019-cu il tarixdə təqdim edilmiş, bunda sonra 30 gün ərzində apellyasiya şikayəti verilmişdir. Tərəflərin izahatları İddiaçı1 və vəkili İddiaçı2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəs i məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkə məsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı1, vəkili İddiaçı2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1828/2019 saylı qərardadı ləğv edilməli, iş cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi iş üzrə o nəticəyə gəlmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1352/2019 saylı qərarı cavabdeh inzibati orqana x xxx 2019-cu il tarixində təqdim olunmuş, cavabdeh işə apellyasiya şikayətini xxxx 2019-cu il tarixində, yəni qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürməklə vermiş, cavabdeh mübahisələndirilən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəblərdən buraxıldığını qeyd etsə də, ərizədə üzürlü səbəbin nədən ibarət olduğunu göstərməmiş, cavabdehin nümayəndəsinin göstərdiyi səbəblər müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz, beləliklə, məhkəmənin xxxx 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət cavabdehin təqsiri üzündən buraxılmış, şikayət prosessual müddət ötürülməklə verilmiş, həmçinin prosessual müddətin bər pasına dair ərizə və məhkəmə iclasında verilən izahatlarda göstərilən dəlillər əsassız olduğundan, ərizə təmin edilməməlidir, apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar da mövcud olmadığından, həmin şikayət üzrə apelyasiya mümkün hesab edilməməli və şikayətin qəbulundan imtina edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəal arı nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Apellyasiya məhkəməsinin qərardadında, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarının Dövlət Sosial X1 rayon şöbəsinə rəsmi qaydada xxxx 2019-cu il tarixdətəqdim edildiyi göstərilsə də (i.v.51), həmin məhkəmə bildirişinin üzərind ə xxxx 2019-cu il tarixə aid müvafiq poçt şöbəsinin ştampı da vardır, apellyasiya şikayətinin üzərində isə onun xxxx 2019-cu ildə müvafiq poçt şöbəsi tərəfindən qəbul edilərək (i.v.56), aidiyyəti üzrə göndərildiyi, beləliklə, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülmədən verildiyi, xxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olduğu aydın olur (i.v.54). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Bundan əlavə i ş materiallarına əsasən xxxx 2019-cu il tarixli qərardadla cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilərək, işə baxılması xxxx 2019-cu il tarixə təyin edilməklə tərəflərə bu barədə müvafiq məhkəmə bildirişləri göndərilmiş, həmin tarixdə cavabdehin iştirakını təmin etmək məqsədilə məhkəmə iclası xxxx 2019-cu il tarixə təxirə salınmış, həmin tarixdə isə prosessual müddətin bərpası barədə cavabdehin nümayəndəsi A.İskəndərov tərəfindən verilmiş vəsatət təmin edilməmiş, apellyasiya şikayəti mümkün hesab edilməmişdir. Apellyasiya Məhkəməsi bu zaman cavabdehin apellyasiya şikayətini artıq xxxx 2019-cu il tarixli, 2-1(103)-1828/2019 saylı qərardadla mümkün hesab edərək, icraata qəbul etdiyini və həmin şika yət üzrə artıq məhkəmə baxışının da keçirildiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası prosessual müddətin hesablanmasında anlaşılmazlığa yol verildiyini, apellyasiya şikayətinin xxxx 2019-cu ildə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən müvafiq poçt şöbəsinə verildiyini, həmçinin apellyasiya məhkəməsi tərəfindən həmin şikayətin mümkün hesab edilərək icraata qəbul edildiyini, bu qərardadın isə hazırda qüvvədə olmaqla ləğv edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti mümkün hesab edilməklə onun ədalətli məhkəmə araşdırması hüququ təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apell yasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Qeyd olunanlara əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1828/2019 saylı qərardadı ləğv edilməli, iş cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1828/2019 saylı qərardadı ləğv edilsin. İş cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar