Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3166/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Cavabdehnə (üçüncü şəxslər X8 və X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Cavabdehnə (üçüncü şəxslər X8 və X4) qarşı “torpaq sahəsinə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın, qeydiyyata alınmayan alqı-satqı aktının və eskizin etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3617/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayon Cavabdeh xx.xx.2003-cü il tarixli 131/1 nömrəli qərarı ilə Xırdalan-Binəqədi yolunun yanında 600 kv.m və xx.xx.2003-cü il tarixli 151/1 nömrəli qərarı ilə həmin ərazidə 600 kv.m boş torpaq sahələri iddiaçının mülkiyyətinə verilmişdir.
2. Həmin ərazidə boş qalan digər torpaq sahəsinin 6000 kv.m hissəsi cavabdehin xx.xx.2004-cü il tarixli 1026/1 nömrəli sərəncamı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə X5, digər 700 kv.m hissəsi isə cavabdehin xx.xx.2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə X12 mülkiyyətinə ayrılmışdır.
3. Cavabdehin xx.xx.2005-ci il tarixli 1796 nömrəli sərəncamı ilə X5 mülkiyyətinə ayrılmış 6000 kv.m, xx.xx.2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə isə X12 mülkiyyətinə verilmiş 700 kv.m torpaq sahələri iddiaçının adına dəyişdirilmişdir.
4. Eyni zamanda, cavabdehin xx.xx.2004-cü il tarixli 900/1 nömrəli qərarı ilə X13 istifadəsinə ayrılmış 1.0 ha torpaq sahəsinin sahiblik və istifadə hüquqları X6 adına keçirilmiş, sonuncu həmin torpaq sahəsini X3 alqı-satqı müqaviləsi əsasında satmışdır.
5. İddiaçı hazırkı cavabdehə qarşı “bələdiyyənin xx.xx.2004-cü il tarixli 900/1 nömrəli qərarının etibarsızlığının tanınması” barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(81)-3975/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın, qeydiyyata alınmayan alqı-satqı aktının və eskizin etibarsız sayılaraq ləğv olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 3 fevral 2003-cü il tarixli 131/1 nömrəli qərarı ilə Xırdalan-Binəqədi yolunun yanında 600 kv.m boş torpaq sahəsi alqı-satqı qaydasında onun mülkiyyətinə ayrılmışdır. Bundan sonra, aldığı torpaq sahəsinin yanında olan, çirkab sularının yığıldığı digər 600 kv.m boş sahə də cavabdehin 20 fevr al 2003-cü il tarixli 151/1 nömrəli qərarı ilə alqı-satqı qaydasında ona ayrılmış və mülkiyyətinə verilmişdir. Həmin ərazidə qalan digər boş sahə faktiki olaraq iki şəxsin – X9 və X2 olmuş, cavabdehin 26 iyul 2004-cü il tarixli 1026/1 nömrəli sərəncamı ilə həmin ərazidəki boş torpaq sahəsinin 6000 kv.m hissəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş X5, boş qalmış 700 kv.m torpaq sahəsi isə cavabdehin 14 iyun 2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə faktiki sahibliyində olan vətəndaş X12 mülkiyyətinə ayrılmışdır. O, ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X7 və X14 ayrılmış torpaq sahələrini almaq niyyətində olmuş, əvvəlcə X9 ilə razılıq əldə etmiş və cavabdehin 26 iyul 2004-cü il tarixli sərəncamı ilə sonuncunun mülkiyyətinə ayrılmış 6000 kv.m torpaq sahəsi cavabdehin 4 dekabr 2005-ci il tarixli 1796 nömrəli sərəncamı ilə onun adına dəyişdirilmişdir. 2007-ci ilin dekabr ayında isə X16 ilə razılıq əldə etmiş, cavabdehin 14 iyul 2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə mülkiyyətinə verilmiş 700 kv.m torpaq sahəsini almışdır. Bundan sonra o, yenə də cavabdehə müraciət edərək, eyni ərazidə öz adına olan torpaq sahələrinə dair sərəncamların və həmin ərazidə aldığı torpaq sahələrinə dair sərəncamların bir sərəncamda birləşdirilməsi və bu torpaq sahələrinin birləşdirilmiş eskiz layihəsinin tərtib olunmasını istəmiş, torpaq sahələri arasındakı yollar həmin sahəyə birləşdirildiyindən, cavabdehin mütəxəssisləri sahəni yerində ölçərək eskiz xəritə tərtib etmişlər. Müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsi 9400 kv.m-dir. Cavabdehin 30 yanvar 2008-ci il t arixli 166 nömrəli sərəncamı ilə onun mülkiyyətində olan və aldığı torpaq sahələri bir sərəncam altında birləşdirilərək 9400 kv.m torpaq sahəsi olmaqla adına keçirilmişdir. O, sahəni hasara almış, əraziyə çirkab suları axaraq bataqlıq yaratdığından oraya böyük həcmdə torpaq sahəsi daşıtdırmış və sahəni düzəltdirmişdir. Xeyli xərc çəkdiyi üçün mülkiyyətində olan sahəyə sahibkarlıq fəaliyyətinə görə vəsait qoya bilməmiş, bir müddət gözləmişdir. 2017-ci ilin iyul ayında Binəqədi RPİ-nin İstintaq Şöbəsinə dəvət olunmuş və bildirilmişdir ki, torpaq sahəsinin zəbt olunması ilə bağlı X15 ərizəsi daxil olmuşdur. Ərizəyə Cavabdeh adından hazırlanmış, Bələdiyyə sədrinin imza etdiyi və Bələdiyyənin möhürü vurulduğu 900/1 nömrəli 3 iyun 2004-cü il tarixli qərar əlavə edilmişdir. Qərarda göstərilir ki, vətəndaş X17 30 yanvar 2004-cü il tarixdə Cavabdeh 636 nömrəli qərarı ilə onun adına rəsmiləşdirilmiş 1 ha torpaq sahəsinin X6 adına keçirilməsinə razılıq vermişdir. Cavabdehin həmin qərarı ilə torpaq sahəsi X6 adına keçirilmişdir. Qərara torpağa dair alqı-satqı aktı və plan-cizgi əlavə edilmişdir. Halbuki, həmin torpaq sahəsi 10 ildən çoxdur ki, iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Bələdiyyənin adından 03 iyun 2004-cü il tarixli 900/1 saylı saxta qərar və torpaq sahəsinin saxta eskiz planı hazırlanmış, həmin sərancamda cavabdehin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarının nömrəsindən istifadə etməklə onun qanuni əsaslarla sahibliyində və istifadəsində olan torpaq sahəsinə X6 adına çıxarış alınmış, sonra isə həmin torpaq sahəsi X1. Bələdiyyə sədri 3 iyun 2004-cü il tar ixli 900/1 saylı qərardakı imzanın ona məxsus olmadığını bildirmişdir.
8. Cavabdeh iddia tələbinə rəsmi münasibət bildirməmişdir.
9. Üçüncü şəxs X4 iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, onunla X8 (nümayəndəsi vasitəsilə) arasında 26 avqust 2017-ci il tarixdə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 4 saylı ETK-nin yaxınlığında yerləşən 0.94 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. 28 avqust 2017-ci il tarixdə isə həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra, Tamara Əliyevanın adına 22 avqust 2017-ci il tarixdə **********45 reyestr və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 15 noyabr 2017-ci il tarixdə RX ******* saylı reyestrdən çıxarışla torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. İddiaçı Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun adına verilmiş və faktiki olaraq sahibliyində və istifadəsində olan 0.94 ha torpaq sahəsi barəsində həmin bələdiyyənin adından hazırlanmış saxta sənədlər əsasında torpaq sahəsini özəlləşdirilərək Tamara Əliyevanın adına, daha sonra onun (İsfəndiyar Axundovun) adına reyestrdən çıxarışın və eskiz planın etibarsız hesab edilməsi, tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbini irəli sürmüşdür. Nərimanov rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanı lmışdır. Ali Məhkəmənin 18 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışı nda qalmış hissədə, yəni “mübahisəli torpaq sahəsində aparılmış tikintinin cavabdeh İsfəndiyar Axundovun hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. 25 iyun 2021-ci il tarixli qətnamə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarına zidd olduğundan ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsi üçün kassasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya icraatı zamanı 25 iyun 2021-ci il tarixli qərardadı ilə rayon məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsini qismən, yəni iddia tələbinin “iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsin ə dair Cavabdeh adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək cavabdeh Tamara Əliyevanın adına, daha sonra isə digər cavabdeh İsfəndiyar Axundovun adına reyestr çıxarışın və torpaq sahəsinə dair verilmiş eskiz planın etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata əsassız xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah edilmişdir ki, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Nərimanov rayon Məhkəməsinin qətnaməsinin 7-ci səhifəsinin 1-ci abzasında göstərilmişdir ki, İsfəndiyar Axundov Cavabdeh ərazisində yerləşən torpaq sahəsini əldə edərkən, həmin əmlak dövlət reyestrində Tamara Əliyevanın adına qeydə alındıqdan sonra, sonuncu ilə onun arasında 28 avqust 2017-ci il tarixli müqavilə bağlanar kən reyestrdə əmlak yüklü olmamış və Mülki Məcəllənin 141.3-cü maddəsinə əsasən reyestrdəki qeydə dair etiraz daxil olmamışdır. Buna görə də, qanunla müəyyən edilmiş qaydada, yəni 900/1 saylı sərəncam əsasında verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı etibarsız hesab edilməmişdir. Bundan başqa, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əqdin etibarsız nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, verilmiş reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı Mülki Məcəllənin 339-cu maddəsində göstərilən əsaslara uyğun deyil, yəni qanuni əsaslarla verilmişdir, həm də iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini artıq ötürmüşdür. Qeyd edilənlər dən başqa etirazda həmçinin bildirilir ki, İddiaçı guya Cavabdeh adından hazırlanmış 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın etibarsız hesab edilməsi barədə iddiası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 21(81)-3975/2018 saylı qərardadı ilə mümkün sayılmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5386/2022 nömrəli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda qaldırdığı iddianın 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın etibarsız hesab olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qə rardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının torpaq sahəsinin alqı-satqısına dair aktın və torpaq sahəsinin eskizinin etibarsız sayılaraq, ləğv edilməsi tələbinə gəldikdə isə, qeyd olunan tələblər inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması ilə bağlı olmadığından qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür tələblərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xa hiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3503/2022 nömrəli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5386/2022 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iddiaçının tələbi ilə bağlı iddianın mümkün sayılmamasına əsas olmuş halların aradan qalxmamasına, eyni zamanda inz ibati hüquq münasibətinin mövcud olmamasına istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iş materiallarında iddiaçının mübahisələndirdiyi Cavabdeh 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarı, tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan torpaq sahəsinin alqı-satqısına dair aktın və Tamara Əliyevanın adına keçirilmiş 1.0 ha torpaq sahəsinin eskizi mövcuddur. Belə olan halda, məhkəmə mövcud olmuş bələdiyyə qərarının mübahisələndirilməsi ilə bağlı işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının mübahisələndirdiyi 03 iyun 2004-cü il tarixli qərarın iş materiallarında mövcud olmasına, hətta həmin qərarın Cavabdeh 13 aprel 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilməsinə qiymət verməmiş və nəticədə mümkünlüklə bağlı qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. İddiaçının “mübahisələndirmə haqqında” iddia növünə aid iddiası üzrə işə baxılması mümkün sayıldığı halda, həmin mübahisələndirilən inzibati aktın davamı olaraq verilmiş bələdiyyənin alqı-satqı aktı və eskiz layihənin mübahisələndirilməsi tələbinin mümkünlüyü məsələsinə də yenidən qiymət verilməsi istisna olunmur. c) birinci instansiya məhkəməsində ikinci icraat
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6591/2023 nömrəli qərardadı ilə (hakim R.L.Kərimli) iddia mümkün sayılmamışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı üç tələb irəli sürür - torpaq sahəs inə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın etibarsız sayılaraq ləğv edilməsi, torpaq sahəsinə dair qeydiyyata alınmayan alqısatqı aktının etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinə dair eskizin etibarsız sayılaraq ləğv edilməsi. Göründüyü kimi, mübahisələndirilən 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərar əlverişli inzibati akt sayılır, lakin digər iki tələb üzrə mübahisə predmeti olan akt və eskiz inzibati akt deyildir. Həmin akt və eskiz inzibati akt olmasa da, mübahisələndirilən 03 iyun 2004-cü il tarixli qərarın hüququ nəticəsi kimi mümkünlük şərti ödənilən vahid iddiada predmet ola bilər. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab e dilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı 2018-ci ildə hazırkı Cavabdeh 03 iyun 2004-cü il tarixli 9 00/1 saylı qərarının etibarsız sayılması tələbini irəli sürərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır və məhkəmənin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hazırkı mübahisə predmeti olan 03 iyun 2004-cü il tarixli qərardan ən azı həmin vaxtdan məlumatlı olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəf özü də bu halı təkzib etmir və hazırkı iddianın müvafiq mülki iş üzrə icraata xitam verildikdən sonra məhkəmənin tövsiyyəsi ilə qaldırıldığını bildirir. Mübahisə predmeti olan qərarın qəbul olunduğu dövrdə (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – Mülki Prosessual Məcəlləsinin 297 və 298-ci maddələr i dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Məhkəmə məsələyə bu yanaşma ilə bağlı diqqətə çəkmişdir ki, üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» Qanunun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Lakin hazırkı işin hallarına görə, 03 iyun 2004-cü il tarixli qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmadığından, məhkəmə həmin normalara istinadən mümkünlüyə qiymət verilməsini məqbul saymır. Hazırkı iddia tələbi “qərarın etibarsız sayılaraq ləğv edilməsi” kimi irəli sürülməklə mürəkkəb şəkildə verilsə də, “mübahisələndi rmə haqqında” iddia kimi təqdim edilmişdir. Çünki, iddia ilkin olaraq “qərarın etibarsız sayılması” kimi irəli sürülmüş, lakin sonradan dəyişdirilmişdir. Göründüyü kimi, hazırkı iddia 2018-ci ilin 31 oktyabr tarixindən əvvəl məlumatlı olan iddiaçı tərəfindən “mübahisələndirmə haqqında” iddia kimi 19 yanvar 2022-ci il tarixdə qaldırmışdır. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmışdır. Odur ki, məhkəmənin qənaətinə görə, iddia “03 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın ləğv edilməsi” hissəsində mümkünsüzdür. Həmçinin, iddia “03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmadıqda, iddianın qalan (aktın və eskizin ləğv edilməsi) hissəsi də 1-ci hissədən asılı və törəmə olduğu üçün mümkün sayıla bilməz.
17. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3617/2023 nömrəli qərardadı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6591/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, yeni qərardad qəbul edilməklə iddianın mümkün sayılmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti... 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tut ulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məh kəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş materiallarıni və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayə ti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti nin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zə ruri sayır.
32. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
33. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
34. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İddia növlərindən asılı olaraq qanunvericilik iddianın ümumi (əsas) və xüsusi (əlavə) mümkünlük şərtlərini müəyyən etmişdir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi (əsas) və xüsusi ( əlavə) şərtlər mütləq ödənilmiş olmalıdır.
35. İşin məhkəmə araşdırmaları zamanı iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda, inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından və belə iddialar xüsusi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
36. İddiаç ının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir.
37. İddiaçının mübahisələndirdiyi qərar 2004-cü ildə qəbul edilmişdir ki, həmin vaxt da qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Buna baxmayaraq, iddiaçı həmin vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır.
38. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti ondan ibarətdir ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
39. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə olan halda, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
40. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qər ardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3617/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.