Məhkəmə qərarları › İş №2-1(102)-3166/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3166/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3166/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ödənilməmiş pensiya məbləğinin (pensiya fərqinin) ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı “ödənilməmiş pensiya məbləğinin (pensiya fərqinin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı Iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. Iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçıya DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olaraq ##.##.2006-cı ildən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə ##.##.2007-ci ildə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir.

2. Iddiaçı İddiaçı müxtəlif tarixlərdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyaya çıxdığı vaxtdan, yəni 2007-ci ilin mart ayından başlayaraq 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ödənilməli olan, lakin ödənilməmiş 157.157 manat məbləğində pensiya məbləğinin (pensiya fərqinin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 287.305 manat pul vəsaitinin ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1947-ci ildə Azərbaycan Respublikası Şuşa şəhərində doğulmuşdur. Iddiaçı ##.##.1962-ci ildən əmək fəaliyyətinə başlamış və ##.##.1974-cü ildən Prokurorluq orqanlarında işləməyə başlamışdır. ##.##.2007-ci il tarixindən isə Idarə Prokuroru vəzifəsində işləməklə əmək pensiyasına çıxmışdır. Iddiaçı 33 il müddətində Baş Prokurorluqda müxtəlif məsul vəzifələrdə işləmişdir. Iddiaçının pensiyası 2007-ci ilin mart ayından 2003 manat, həmin tarixdən 2018-ci ilin ## ########ınadək 2224 manat, sonuncu tarixdən ##.##.2019-cu ilədək 2224 manat və həmin tarixdən indiyədək isə 2500 manat hesablanıb. Amma əslində isə iddiaçının pensiyasının məbləği 3000 manat təşkil etməlidir və həmin məbləğdən ötən illər ərzində ona ödənilmiş pensiya məbləğlərinin fərqi ona ödənilməlidir. 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabrınadək olan dövrdəki pensiya məbləğinin fərqi 137.586 manat, 2018-ci ilin sentyabrından ##.##.2019-cu ilədək olan dövrdəki fərq 3104 manat, 2019-cu ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərq məbləği 16.467 manat, bu fərq məbləğlərinin cəmi isə 157.157 manat təşkil edir. Hesab edir ki, həmin 157.157 manat pul ona ödənilməmiş pensiyanın fərq məbləğidir və həmin pul ona ödənilməlidir. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.5-ci maddəsinə əsasən bu qanunun 20.1.11-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Həmçinin, qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Odur ki, pensiyaya çıxdığı vaxtdan bu günədək, yəni 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ona ödənilməli olan, lakin ödənilməmiş 157.157 manat məbləğində pensiya məbləğinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Bununla əlaqədar iddiaçı ##.##.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin ona ##.##.2022- ci il tarixli məktubla imtina cavabı verilmişdir. Həmin cavabda guya onun buna hüququnun olmadığı və ona əvvəllər cavab verildiyi bildirilir. Bu cavabı isə əsassız və ədalətsiz hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif tarixlərdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Sonuncu ##.##.2022-ci il tarixli müraciətə cavab olaraq ünvanlanmış ##.##.2022-ci il tarixli *********** nömrəli məktubda müraciətlərdə qeyd edilmiş məsələlərin Filial tərəfindən ona ünvanlanmış ## ###### 2022-ci II tarixli *********** nömrəli, ## ##### 2022-ci il tarixli *********** nömrəli və ## #### 2022-ci il tarixli *********** nömrəli məktublarla cavablandırıldığı, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciətin baxılmamış saxlanıldığı bildirilmişdir. Bundan sonra narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyaya çıxdığı tarixdən bu günədək, yəni 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ödənilməli olan, lakin ödənilməmiş 157157 manat məbləğində pensiyanın ödənilməsini xahiş etmişdir. Iddiaçı hesab edir ki, ona ödənilən pensiyanın məbləği 2500 manat deyil, 3000 manat təşkil etməlidir. Belə ki, iddia ərizəsində 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərqinin 3000-2003=997 manat x138 ay=137.586 manat; 2018-ci ilin sentyabr ayından ##.##.2019-cu il tarixədək olan dövrdəki fərq: 3000-2224=776x4 ay=3104 man; 2019-cu ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərq məbləği: 3000-2500=499 manat x (24 ay+9 ay)= 16467 manat, həmin fərq məbləğlərinin cəminin isə 157157 manat təşkil etdiyini bildirirək ona ödənilməli olduğunu vurğulamışdır. ## #### 2017-ci il tarixli, ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, # ### 2017-ci il, Ns 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, N° 5, maddə 676) ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən dəyişiklik ## #### 2017-ci il tarixdən qüvvədə olmuşdur. Həmin tarixədək qüvvədə olmuş Qanunun sözügedən maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Iş materiallarında olan pensiya işindən göründüyü kimi, Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən ##.##.1947-ci il təvəllüdlü iddiaçı İddiaçı ## ###### 2006-cı il tarixli ərizəsinə əsasən ## ###### 2006-cı il tarixdən prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının ## ###### 2021-ci il tarixli “pensiyanın yenidən hesablanması” tələbinə dair müraciətinə əsasən təyin olunmuş pensiya ödənişi Filialın ##.##.2021-ci il tarixli *********** nömrəli Qərarına əsasən yenidən hesablanaraq 2224,08 manatdan 2283,10 manata artırılmış, həmçinin ##.##.2018-##.##.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 2124,72 manat pul vəsaiti müəyyən edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2124,72 manat pul vəsaiti ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 531,18 manat olmaqla təyin olunmuş pensiyanın (2283,10 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1155,00 manat, qulluq stajına görə vəzifə maaşı 45 faizi miqdarında əlavə 519,75 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavə 1041,13 manat olmaqla orta aylıq əmək haqqı 2853,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 32 il 11 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2853,88 manat) 80 faizi - 2283,10 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. ## ###### 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # #### tarixli, **** nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 228,31 manat məbləğində maddi yardım ödənilir.Hazırda iddiaçının pensiyasının məbləği 2511,41 manat təşkil edir.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 2024-cü il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası rəyinin təsviri hissəsindən göründüyü kimi ##.##.2006-cı ildən İddiaçı 373,45 manat pensiya təyin edilmişdir, hər il indeksləşdirmə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında dəyişikliklər əsasında aparılmışdır, İddiaçı pensiyasının hesablanmasında 2007-2023-cü illər arası 12435,32 manat yaranmış fərqin qanunvericiliyin tələblərinə uyğun olaraq üç il üçün hesablanmış 2124,72 manat hissəsi ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 531,18 manat olmaqla İddiaçı pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir, prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, maddi yardımın pensiyanın tərkibinə aid edilməsi və cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla İddiaçı pensiyasının 4142,05 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülməsi, adı çəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14719,61 manat (bu günkü tarixə indeksləşdirilməklə) pensiya sığorta kapitalının qeydə alındığı və İddiaçı sonuncu dəfə işdən azad olunduğu ## ###### 2007-ci il tarixədək topladığı sığorta kapitalının adıçəkilən şəxsin əmək pensiyası hesablanarkən nəzərə alındığı müəyyən edilmişdir. Belə olah halda cavabdeh tərəfindən iddiaçının pensiya təminatı hüquqları pozulmamışdır və iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.

9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Iş materiallarında olan ekspert rəyi və digər sənədlərdən, o cümlədən pensiya işinndə olan sənədlərdən isə görünür ki, iddiaçıya əmək pensiyası hesablanarkən vəzifə maaşı, vəzifə maaşına bütün əlavələr daxil olmaqla orta aylıq əmək haqqının məbləği, habelə vəzifə maaşına və əlavələrə edilmiş artım məbləğləri nəzərə alınmış, habelə müvafiq dövrlər üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi həyata keçirilmişdir. Həmçinin iddiaçıya əmək pensiyası hesablanarkən onun sonuncu dəfə işdən azad olduğu ## ###### 2007-ci il tarixədək topladığı sığorta kapitalı nəzərə alınmışdır. Eyni zamanda iddiaçı 2007-ci ilin may ayından kart hesabına 2283,10 manat deyil, 1383,44 manat köçürüldüyünü, buna görə də yaranmış fərqin ona ödənilməli olmasını bildirsə də, iddiaçının qeyd olunan dövrlərdə orta aylıq əmək haqqı və əlavələrin cəmi məbləği 2283,10 manat məbləğindən az olmuş, ona görə də qeyd olunan dövrlərdə həmin məbləğdə əmək pensiyasının hesablanması mümkün deyildir. Həmin dövrlərdə cavabdeh tərəfindən iddiaçıya vəzifə maaşı, vəzifə maaşına bütün əlavələr daxil olmaqla orta aylıq əmək haqqının məbləği və sair nəzərə alınmaqla əmək pensiyası hesablanmış, 2283,10 manat əmək pensiyası isə sonrakı dövrdə (##.##.2018-ci ildə) vəzifə maaşına artımlar nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən və yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Qeyd olunanlar məhkəmə araşdırması dövründə araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır.

12. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Yekunda isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri, iddiaya və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa Insan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Əlavə olaraq Kollegiya kassasiya şikayətinin "ona 2007-2022-ci ilin may ayı da daxil olmaqla həmin illər ərzində hər ay pensiya kartına 1.383 manat, yəni 900 manat kəsirlə (2283-1383=900) ümumilikdə 150.200 manat köçürülməmişdir" dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının pensiyası qeyd edilən bütün dövrlər üzrə iddiaçının bildirdiyi kimi 2.283 manat deyil, daha az olmuşdur. Kollegiya qeyd edir ki, ##.##.2018-ci ildə prokurorluq orqanlarında vəzifə maaşının artması iddiaçının da əmək pensiyasının yenidən hesablanmasına, yəni artmasına səbəb olmuş və bununla da iddiaçının əmək pensiyası ##.##.2018-ci ildən 2.283 manata qaldırılmışdır. Iddiaçı isə elə zənn edir ki, ona 2007-ci ildən 2.283 manat məbləğində əmək pensiyası təyin edilməli idi.

23. Bununla belə iş materiallarından müəyyən edilir ki, iddiaçıya əksik ödəmələr də olmuşdur ki, həmin ödəmələr artıq ödəmələr ilə əvəzləşdirilmişdir.

24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı ##.##.2024- cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, ##.##.2006-cı il tarixdən İddiaçı 3.73.45 manat aylıq pensiya hesablandığı müəyyən edilir. İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12.435,32 manat əskik pul vəsaiti ödənildiyi müəyyən edilir. Hər il indeksləşdirmə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında dəyişikliklər əsasında aparıldığı müəyyən edilir. İddiaçı pensiyasının hesablanmasında 2007-2023-cü illər arası 12.435,32 manat yaranmış fərq qanunvericiliyin tələblərinə uyğun olaraq üç il üçün hesablanmış 2.124,72 manat hissəsi ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 531,18 manat olmaqla İddiaçı pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü, yəni qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilmiş vəsaitin adıçəkilən şəxsə ödənişi tam başa çatdırıldığı müəyyən edilir. Əlavə olaraq prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, maddi yardımın pensiyanın tərkibinə aid edilməsi və cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla İddiaçı pensiyası 4.142,05 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürüldüyü, adıçəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14.719,61 manat (bugünkü tarixə indeksləşdirilməklə) pensiya sığorta kapitalı qeydə alındığı və İddiaçı sonuncu dəfə işdən azad olduğu ## ###### 2007-ci il tarixədək topladığı sığorta kapitalı adıçəkilən şəxsin əmək pensiyası hesablanarkən nəzərə alındığı müəyyən edilir.

25. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar