Məhkəmə qərarları › İş №2-1(102)-3167/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3167/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3167/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3167/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: qanunvericiliklə uşağa baba adının soyad kimi verilməsi nəzərdə tutulmamışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdeheydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(103)-1757/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnəqarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2018-ci il tarixdə Bakı Respublika Perinatal Mərkəzində onunla X4 ilə nikahdan oğlan uşağının anadan olduğunu, uşağın sağlamlığı ilə əlaqədar doğum haqqında şəhadətnamə alınması üçün 1 (bir) ay ərzində Qeydiyyat Şöbəsinə müraciət etmədiklərini, X4 ilə birgə nikahlarından xxxx 2006-cı il təvəllüdlü X2 və xxxx 2009-cu il təvəllüdlü X5 anadan olduğunu, ərizə ilə Cavabdeh rəisinə müraciət edilərək, X6 doğumu qeydə alınaraq, müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsinin xahiş etdiyini, sonuncu, xxxx 2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın doğum haqqında şəhadətnaməsində soyadının “Afıqzadə” soyadı kimi qeydə alınmasının mümkün olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, X7 doğumunun qeydə alınaraq, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-1659/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının xxxx 2019-cu il tarixli, 2-1(103)-1757/2019 saylı qərarı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, uşağın soy adının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edilməsi, heç də uşağa digər soyadın verilməsini istisna etmir, belə ki, “bir qayda olaraq” ifadəsi heç də o demək deyildir ki, həmin qaydadan istisnalara yol verilmir, həmin norma imperativ xarakterli deyildir, iddiaçının iki uşağının - xxxx 2006-cı il təvəllüdlü X2 və xxxx 2009-cu il təvəllüdlü X1 “Afiqzadə”dir, cavabdeh təşkilatın üçüncü övladının soyadının “Afiqzadə” kimi qeydə alınmasından imtinası qanunsuz və əsassız olmuş, sonuncu övladının soyadının digər övladlarlardan fərqlənməsi gələcəkdə uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir edə bilər, onların bir-birindən fərqli soyadlara malik olmaları yolverilməzdir. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, o nun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı “Asan xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxt ı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş üzrə cavabdeh Bakı “Asan xidmət” X3ninməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəm əsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1757/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, xx.xx.1984-cü il tarixdə B ərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş İddiaçı xxxx 2006-cı il tarixdə xxxx 1987-ci il tarixdə anadan olmuş X8 ilə nikaha daxil olmuş, sonuncuya “Məmmədova” soyadı verilmiş, Bərdə rayon Mustafaağalı kənd İcra nümayəndəliyinin AZ-İİ № **** saylı, AZ-İİ № *****saylı doğum haqqında şəhadətnamələrə görə X9 xxxx 2006-cı il, X10 xxxx 2009-cu il tarixlərdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuşlar, ata qrafalarında İddiaçı, ana qrafalarında isə X4 yazılmış, Respublika Perinatal Mərkəzinin 06 aprel 2018-ci il tarixli, 601 nömrəli Əvəzləmə kartına görə X4 xxxx 2018-ci il tarixdə, saat 22:25-də Respublika Perinatal Mərkəzə daxil olmuş, xxxx 2018-ci il tarixdə, saat 05:54-də doğuş baş vermiş, doğuşdan 03 gün sonra xxxx 2018-ci il tarixdə doğum evindən çıxmış, Bakı Baş Səhiyyə İdarə sinin 36 saylı şəhər Poliklinikasının 29.05.2018-ci il tarixli, 2 nömrəli tibbi arayışına görə xxxx 2018-ci il təvəllüdlü “X1” X2 36 saylı şəhər Poliklinikasında qeydiyyatdadır və hal-hazırda sağlamdır, iddiaçı, ərizə ilə Cavabdeh rəisinə müraciət edilərək, X6 doğumu qeydə alınaraq, müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsini xahiş etmiş, sonuncu, xxx 2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağın soyadının bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyinə, uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadının verildiyinə, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən o lunduğuna, yeni doğulmuş uşağa ata adı ilə soyad verilməsinin qanunda nəzərdə tutulmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Beləliklə, Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, uşağın soyadı bir qayda olaraq valideynlərin (və ya onlardan birinin) soyadı ilə müəyyən edilir, hazırki halda isə uşağın valideynlərinin heç birinin soyadları “Afiqzadə” olmadığı halda, iddiaçının uşağa belə soyadı ilə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbi əsassızdır, belə kateqoriyadan olan işlərə baxarkən məhkəmənin spesifik funksiyası hüquq barədə mübahisənin həll olması deyil, inzibati orqanın vətəndaşlara qarşı hərəkətlərinin qanuniliyinə məhkəmə nəzarətinin həyata keçirilməsidir (bu hərəkətlərin inzibati iddia vasitəsi ilə mübahisələndirilməsi), Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağa valideynlərinin soyadından başqa babasının adının soyad kimi verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. 33.1-ci maddəsinə əsasən ərizə yə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideyinlərin soyadı ilə müəyən edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası uşağın soyadının bir qayda olaraq valideynlərin (və ya onlardan birinin) soyadı ilə müəyyən edildiyini, uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadının verildiyini, uşağa valideynlərinin soyadından başqa babasının adının soyad kimi verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, beləliklə, uşağın valideynlərinin heç birinin soyadları “Afiqzadə” olmadığından, iddiaçının uşağa belə soyadı ilə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbinin əsassız olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərin i əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1757/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə rara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1757/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar