Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-317/2019 20.02.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 27.07.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 04.06.2018-ci il tarixli 13/01-2598 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1ci maddəsinə uyğun tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddi r. İddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından sosial sığorta stajı hesablanarkən qeyd edilən illər nəzərə alınmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 01.01.1992-ci ildən 01.01.2006-cı ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya alması üçün kifayət qədər pensiya kapitalı yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə onun əlilliyə görə pensiya alması üçün qanunla tələb olunan sığorta stajı vardır. Buna baxmayaraq əsassız olaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Kassator Mülki Prosessual Məcəllənin 416, 417.1.5, 418, 419-cu maddəl ərinə, İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilmsəini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1396/18 saylı 21 iyun 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2-1(103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunur ki, iddiaçıya ilk dəfə 27.07.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 04.06.2018-ci il tarixli 13/01-2598 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə uyğun tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapita lının olmaması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından sosial sığorta stajı hesablanarkən qeyd edilən illər nəzərə alınmamışdır. İddiaçıya məxsus, 11.08.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 05.08.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır, onun «Asiman» KMdə direktor vəzifəsinə təyin olunduğu irəli sürülən 20.09.1998-ci il tarixədək, 2 illik hərbi xidməti də daxil olmaqla, əmək stajı 11 ildən bir neçə ay çoxdur. Beləliklə də, iddiaçının cəmi əmək stajı 15 ildən çox deyil. Cavabdehin təqdim etdiyi 19.09.2018-ci il tarixli ********** 3 nömrəli məlumata görə, iddiaçının 01.01.2009-cu il tarixdən 01.05.2013-cü il tarixədək 3 il 7 ay ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1.493,06 manat pensiya kapitalı vardır. Apellyasiya instansiya məhkəməsi əmək kitabçasının iddiaçının «Asiman» KM-də direktor vəzifəsində işlədiyini bildirdiyi 20.09.1998-01.01.2006-cı illəri mötəbər əmək stajı kimi qəbul etməmiş və mövqeyini belə əsaslandırmışdır ki əmək kitabçasında iddiaçının «Asiman» KM-də direktor vəzifəsində 20.09.1998-01.01.2006-cı illərdə işlədiyi qeyd olunsa da iddiaçının 01.01.2006-cı il tarixdən 01.01.2009-cu il tarixədək işlədiyi digər qaydada ümumiyyətlə müəyyən edilməmiş, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, 09.10.1998-ci ildə kiril qrafikalı, 05.11.2013-cü ildə latın qrafikalı qeydlər onun özü tərəfindən eyni vaxtda icra olunmuş, bundan əlavə əmək kitabçasında iddiaçının 05.11.2013-cü ildə «Asiman» KM-də direktor vəzifəsindən azad olunduğu göstərilsə də, Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan onun hazırda da qanuni təmsilçi (direktor) olaraq qaldığı məlum olmuş, cavabdehin 19.09.2018- ci il tarixli **********3 nömrəli məlumatında iddiaçının 01.05.2013-cü il tarixədək işlədiyi qeyd olunsa da, əmək kitabçasında bu tarix 05.11.2013-cü il kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi dəlillər iddiaçının 20.09.1998-01.01.2006-cı illərdə «Asiman» KM-də direktor vəzifəsində işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaması üçün əsasdır. Bundan əlavə, iddiaçıya əlill ik 27.07.2017-ci il tarixdə təyin olunduğundan, onun bu əlilliklə bağlı pensiya hüququnun yaranıb-yaranmaması faktına həmin tarixdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Normanın təhlili göstərir ki, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxs: 1) İ qrup əlil olmalı və ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı; 2) İİ və İİİ qrup əlil olmalı, ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı 04.06.2018-ci il tarixli cavabında göstərmişdir ki, sığorta kapitalı minimum əmək pensiyasının məbləğindən az olduğundan, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyidir. 01.07.2017-ci il tarixdən qüvvəyə minən redaks iyada «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 6-1-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əli lliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının yığım hiss əsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P =SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; Həmin Qanunun 2 7.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında n əzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd edilən qanunvericilik normalarının tələbinə müvafiq olaraq, xx.xx.1964-cü il təvəllüdllü iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı sonrakı qaydada hesablanır: ona əlillik təyin olunan 53 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 38 yaş x 4 ay = 152 ay: 12 ay = 12 il 8 ay. Demək ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 12 il 8 ay iş stajına malik olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti iş üzrə yerinə yetirilir. Belə ki, iddiaçının 15 il əmək stajı vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının m inimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi faktı isə aşağıdakı qanunvericilik normalarına əsasən yoxlanılır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan maksimum ümumi iş stajı 12 il x hər il üçün 701,48 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 8.417,76 manat təşkil edir. 53 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 38 yaş x 4 ay = 152 ay tələb olunan sığorta stajı «Əmək pensiyaları haqqında» AR Qanununun 13.2-ci maddəsinə əsasən 192-yə bölünməklə, onun sığorta davamiyyəti əmsalı tapılır: 152 ay: 192 = 0,7917. Bundan sonra, sığortaolunanın sığorta davamiyyəti əmsalı (0,7917) gözlənilən pensiya ödən işi müddəti aylarının sayına (144 ay) vurulur (0,7917 x 144 ay = 114) və pensiya sığorta kapitalı (PSK = 9.910,82 manat (01.01.2006-cı ilədək 8.417,76 manat + 01.01.2006-cı il tarixdən sonra 1.493,06 manat) alınmış rəqəmə bölünərək (9.910,82 manat: 114 = 86,94 manat) pensiyanın məbləği müəyyən edilir. Lakin bu məbləğ (86,94 manat) «Əmək pensiyaları haqqında» Qanunun 13.2-ci maddəsində nəzərdə tutulan (110 manat) məbləğin, eyni Qanunun 29.1-ci maddəsinə uyğun olaraq imzalanan Azərbaycan Respublikası Prezidentinin «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» 09.02.2018-ci il tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statisti ka Komitəsi tərəfindən müəyyən edilən illik tempinə uyğun olaraq 5,7% faiz artırılmaqla alınan 116,27 manat məbləğindən (110 + 110 x 5,7% = 116,27) az olduğu üçün, bu, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmamışdır deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, cavabdeh iddiaçının iş stajını n təsdiqini tapmamasına görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1( 103)-2256/18 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-317/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-317/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver