Məhkəmə qərarları › İş №2-1(102)-317/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-317/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-317/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər: əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib S ahib oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-569/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsin əqarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1954-cü ildə anadan olduğunu, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olduğunu (02 il 29 gün), xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək X5 Stansiyasının Tikinti Quraşdırma İdarəsində (03 il 03 ay), xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Mingəçevir 5 nömrəli Ərazi Nəqliyyat Kontorunda (01 il 11 ay 17 gün), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək X2 (08 ay 11 gün), 1977-1979, 1981-1985, 1987, 1989-1992-ci illərdə (10 il 04 ay) Göyçay rayonu Həzi Aslanov adına kolxozda işlədiyini, cəmi 18 il 06 ay 06 gün sığorta stajı olduğunu, xx.xx.2017-ci ildə pensiya yaşına (63 yaş) çatdığını, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xx.xx.2018-ci i l tarixli məktubla yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il sığorta stajı, yaxud da 16742,88 manat pensiya kapitalının tələb olunduğuna, onun isə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının çatışmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-378/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tar ixli, 2-1(107)-569/2019 saylı qərarı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və p rosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir, iddiaçının xx.xx.2017-ci il tarixdə 264 saylı ərizəsinə əlavə etdiyi Göyçay rayon Şəkər kənd H.Aslanov adına kolxozda işləməsinə dair xx.xx.2017-ci il tarixli, 226 saylı arxiv arayışında 1984-1985-ci illər qeyd olunmamış, həmçinin iddiaçının 1977-1978-ci illərdə Göyçay rayonu Şəkər kənd H.Aslanov adına kolxozda və həmin illərdə X5 Stansiyasının Tikinti Quraşdırma İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək işlədiyi müddət üst-üstə düşür, bundan əlav ə iddiaçının işlədiyi kolxozun əmək günü uçotu və hesablaşma kitablarında 4 yerdə düzəliş edilmişdir ki, bu da həmin sənədlərin mötəbərliyini şübhə altına almağa əsas verir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(107)-569/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək X5 Stansiyasının Tikinti Quraşdırma İdarəsində, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Mingəçevir 5 nömrəli Ərazi Nəqliyyat Kontorunda, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək X2, 1977-1979, 19811985, 1987, 1989-1992-ci illərdə Göyçay rayonu Həzi Aslanov adına kolxozda işləmiş, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək isə hərbi xidmətdə olmuş, iddiaçının Göyçay rayonu Həzi Aslanov adına işlədiyi kolxozda 19771992-ci illərdə kişilər üçün minimum əmək günü norması 200 adam/gün olmuş, iddiaçı, yaşa görə əmək pensiyası tə yin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il sığorta stajı, yaxud da 16.742,88 manat pensiya kapitalının tələb olunduğuna, onun isə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının çatışmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının 12 il sığorta stajı mövcuddur, iddiaçı 1978, 1983-1985, 1990-1992-ci illərdə (cəmi 7 il) müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirmiş, qalan illərdə isə yerinə yetirməmiş, onun minimum əmək iştirakı normasını yerinə yetirmədiyi illərdə faktiki işlədiyi müddət cəmi 3 il 4 ay təşkil edir, bu hesabla iddiaçının ko lxozda iş stajı cəmi 10 il 4 ay müəyyən olunmuş, beləliklə, iddiaçının pensiya yaşına çatdığı tarixə sosial sığorta stajı (8 il 2 ay 6 gün + 10 il 4 ay) 18 il 6 ay 6 gün təşkil etmişdir ki, bu da ona pensiya yaşına çatdığı xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsinə əsas vermiş, X3 filialına sorğu edilərək, iddiaçının işlədiyi kolxozun əmək günü uçotu və hesablaşma kitablarının surətləri alınmış və iddiaçının 1977-ci ildə 190 adam/gün, 1989-cu ildə isə 156 adam/gün işləməsi kitablarda açıq-aşkar yazılması, kitabların 1983-cü ilə və 1991-ci ilə aid vərəqlərində iddiaçının adında hər hansı pozuntunun olmadığı müəyyən edilmiş, cavabdeh şikayətində iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında onun 1984-cü və 1985-ci illərdə kolxozda işləməsinin qeyd olunmadığını qeyd et sə də, həmin illərdə iddiaçının kolxozda müvafiq olaraq 226 adam/gün və 232 adam/gün işləməsi kolxozun əmək günü uçotu və hesablaşma kitablarındakı qeydlərlə təsdiq olunur, həmçinin X3 filialından alınmış xx.xx.2019-cu il tarixli izah məktubunda iddiaçı arayış üçün arxivə ilk dəfə müraciət edərkən 1984-1987-ci illərdə başqa yerdə işləməsini bildirdiyinə görə arayışa həmin illərə dair məlumatlar daxil edilmədiyi, iddiaçı arxivə təkrar müraciət edərək həmin illərdə də kolxozda işlədiyini bildirdiyinə görə ona yeni arayış verilmiş, lakin əvvəlki arayışı geri qaytarmadığı göstərilir. Həmçinin hesab etmişdir ki, xx.xx.2017-ci ildə kişilər üçün müəyyən edilmiş pensiya yaşına (63 yaş) çatmış, onun sığorta stajı cəmi 18 il 06 ay 06 gün təşkil edir, cavabdeh inzibati orqanın iddiaçının 1977-1978-ci illərdə Göyçay rayonu Şəkər kənd H.Aslanov adına kolxozda və həmin illərdə X5 Stansiyasının Tikinti quraşdırma İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək işlədiyi müddətin üst-üstə düşməsi ilə bağlı dəlili əsaslıdır, lakin, iddiaçının 01 il 08 ay müddəti əhatə edən sığorta stajı üst-üstə düşür, bu səbəbdən qeyd edilən müddət ümumi müddətdən çıxılmalıdır, iddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən üst-üstə düşən dövrün hansının sığorta stajı olaraq hesablanmasını tələb edə bilər, lakin hər bir halda ümumi sığorta stajı müddəti 01 il 08 ay müddət azaldılmalıdır, bundan əlavə sığorta stajı üst-üstə düşən hansı illər üzrə pensiyanın hesablanmasına daxil edilməsi sığortaolunanın istəyinə uyğun olaraq nəzərə alınmalıdır. İşə kas sasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normas ına görə faktik müddət üzrə nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. xx xxxxxxxx 1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hi ssələrinə müvafiq olaraq hesablanır. Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qa nunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxsl ər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatlar ı ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiq iliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci ildə qüvvədə olmuş redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən maddənin "Qeyd" hissəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il xxx başlayaraq 2012-ci xxx, qadınların yaş həddi 2010-cu xxxx başlayaraq 2016-cı ilin xxx hər il altı ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasın ın: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zi dd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 18 ildən artıq sığorta stajı olduğunu, bu halın ona pensiya yaşına çatdığı xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini, cavabdeh şikayətində iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında onun 1984-cü və 1985-ci illərdə kolxozda işləməsinin qeyd olunmadığını qeyd etsə də, həmin illərdə iddiaçının kolxozda müvafiq olaraq 226 adam/gün və 232 adam/gün işləməsi faktının kolxozun əmək günü uçotu və hesablaşma kitablarındakı qeydlərlə təsdiq olunduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)569/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-569/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar