Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-317/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nurəddin oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın əmək haqqında əsasən yenidən hesablanması, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, iddianın mümkünlük şərti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibli yi, İddiaçı Nurəddin oğlu, vəkili X5, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin vəkili X2 iştirakı ilə, İddiaçı Nurəddin oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “onun pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1 -ci maddələrinin həmin dövrdə qüvvədə olmuş tələbləri əsasında “Frontera Resorses” şirkəti tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli əmək haqqı arayışı və həmin əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının tutulmasını təsdiq edən Bakı şəhəri üzrə X15 idarəsinin xx.xx.2010-cu il tarixli arayışı əsasında pensiyasının yenidən hesablanması və hesablanma nəticəsində keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2020/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından Dövlət Sosial Müdafiə Fondu X11 1 saylı Xidmət Nümayəndəliyinin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1946-cı ildə doğulmuşdur. xx.xx.1970-ci ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində, xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilə qədər “xxxx” Azərbaycan Şirkətində Baş direktor, xx. xx.2001-ci ildən xx.xx.2001 -ci ilə qədər “Azərreyl” SC-də xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər “Strana” qəzetində işləmişdir.
2. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixdə 62 yaşının tamam olduğu xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir (pensiyaçının uçot vərəqi). 3. “xxxx” Şirkəti tərəfindən iddiaçının 1997-2001-ci illərdə “xxxx Azərbaycan” Baş Direktoru kimi aldığı əmək haqqı barədə arayış tərtib olunmuşdur (xx.xx.2009-cu il tarixli Arayış). Həmin Arayışa əsasən, iddiaçı 1997-ci il üçün 26 720 ABŞ dolları, 1998-ci il üçün 50 196 ABŞ dolları, 1999-cu il üçün 109 111 ABŞ dolları, 2000-ci il üçün 110 424 ABŞ dolları, 2001-ci il üçün 36 536,12 ABŞ dolları məbləğində əmək haqqı almışdır.
4. İddiaçı tərəfindən həmin şirkətdə işlədiyi əmək haqları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün 1 saylı Əlavənin verilməsinin AR DSMF-nin Bakı şəhəri üzrə X15 Departamentinə həvalə olunması barədə iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir.
5. Binəqədi rayon Məhkəməsi xx.xx.2009-cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Adıçəkilən qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir.
6. DSMF-nin Bakı şəhəri üzrə X15 Departamenti tərəfindən iddiaçının 19972001-ci illərdə “xxxx” şirkətində qazanılmış 282.353,10 manat gəlirdən 2823,52 manat məcburi dövlət sosial sığorta haqqının DSMF-yə ödənilməsi barədə arayış tərtib olunmuşdur (Departamentin 88/04/20F-641 №-li xx.xx.2010-cu il tarixli Məcburi dövlət sosial sığorta haqqı barədə 1 №-li Əlavə).
7. Daha sonra DSMF-nin Bakı şəhəri üzrə X15 Departamenti yenidən DSMFnin Səbail rayon Şöbəsinə müraciət edərək iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli 88/04-20-F-641 saylı Forma1 arayışının etibarsız sayılmasını və yenidən tərtib edilmiş Forma 1 arayışının icra üçün qəbul edilməsini xahiş etmişdir (xx.xx.2011 -ci il tarixli məktub). Həmin məktuba əlavə edilmiş Forma-1 Arayışında iddiaçının 1997-2001-ci illərdə „xxxx” şirkətində heç bir məcburi dövlət sosial sığorta haqqının DSMF-yə ödənilməməsi qeyd olunmuşdur.
8. İddiaçı tərəfindən hazırki tələ blə bağlı cavabdehə müraciət olunmuş, cavabdeh x xxxx 2019-cu il tarixli məktubla onun müraciətini təmin etməmiş, imtinanın əsası kimi iddiaçının işlədiyi 1997-2001-ci illər üzrə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının tutulmaması və xx.xx.2010-cu il tarixə qədər 1 №-li Formanın Şöbəyə təqdim olunmamasını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1 -ci maddələrinin həmin dövrdə qüvvədə olmuş tələbləri əsasında “Frontera Resorses” şirkəti tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli əmək haqqı arayışı və həmin əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının tutulmasını təsdiq edən Bakı şəhəri üzrə X15 idarəsinin xx.xx.2010-cu il tarixli 88/04/20F-641 №-li arayışı əsasında pensiyasının yenidən hesablanması və hesablanma nəticəsində keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırmışdır ki, ona xx.xx.2008-ci il tarixdən 62 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin, pensiya təyin olunan zaman xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər “Frontera Resorses” şirkətində baş direktor vəzifəsində işlədiyi dövrün əmək haqları nəzərə alınmamışdır. DSMF-nin Səbail rayon Şöbəsi işlədiyi dövrdə şirkət tərəfindən məcburi dövlət sos ial sığorta ayırmalarının həyata keçirilmədiyi bildirmişdir. Bununla bağlı olaraq məhkəmə mübahisə olmuş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə 1997-2001-ci illərdə “Frontera Resorses” şirkətində işlədiyi dövrdə aldığı əmək haqları barəsində həmin şirkət tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli əmək haqqı arayışındakı əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmaları tutulması öz təsdiqini tapmış və DSMF-nin Bakı şəhəri üzrə X15 idarəsinin xx.xx.2010-cu il tarixli 88/04/20F-641 №-li arayışında bu illər üzrə 282353,10 manat gəlirindən ödənilməli olan 2823,52 manat məcburi dövlət sosial sığorta ayırmalarının tam ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanı lmışdır. Eyni zamanda Şirkətin DSMF-nin Yasamal rayon Şöbəsinə təqdim etdiyi rüblük və illik hesabatlarda məcburi sosial sığorta ayırmalarının vaxtıvaxtında və tam şəkildə ödənilməsi öz təsdiqini tapmışdır. Bu hesabatlar da DSMF-nin məsul işçiləri tərəfindən qəbul edilmişdir. Cavabdeh hazırki imtinasında qeyd etmişdir ki, həmin dövrdə olan qanunvericilik normaları ona hazırda tətbiq oluna bilməz. Lakin, qeyd olunmalıdır ki, o, pensiyaya çıxmaq üçün 2009-cu il tarixdə Şöbəyə müraciət etmiş, hüququ isə xx.xx.2008-ci il tarixdə yaranmışdır. Bu əsasdan həmin dövrdə qüvvədə olan qanunvericilik normaları ona münasibətdə tətbiq olunmalıdır.
11. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, Bakı şəhəri X15 Departamentinin xx.xx.2011 -ci il tarixli 88/04/18-468 №-li arayışına əsasən 1997-c i ilin may ayından 2001-ci ilin mart ayınadək “Frontera Resorses” şirkətində işlədiyi dövrdə aldığı əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmaları tutulmadığından həmin dövr “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən onun sığorta stajına daxil edilə bilməz və həmin əmək haqqından sosial sığorta ayırmaları tutulmadığından pensiyasının yenidən hesablanması zamanı nəzərə alına bilməz. Həmçinin xx.xx.2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1 -ci maddələrinə dəyişiklik edildiyindən və bu tarixədək 1997-2001-ci illərdə “Frontera Resorses” şirkətində aldığı əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının tutulması haqqında 1 №-li forma üzrə arayış şöbəyə daxil olmadığından qeyd edilən maddələrin xx.xx.2010-cu il tarixədək ola n tələbləri ona şamil edilə bilməz.
12. Məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli DSMF-nin Səbail rayon Şöbəsindən tələb olunmuş, həmin pensiya işinin əsli məhkəməyə təqdim olunmuşdur. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-2764/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1-ci maddələrinin həmin dövrdə qüvvədə olmuş tələbləri əsasında “Frontera Resorses” şirkəti tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli əmək haqqı arayışı və həmin əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının tutulmasını təsdiq edən Bakı şəhəri üzrə X15 idarəsinin xx.xx.2010-cu il tarixli 88/04/20F-641 №-li a rayışı əsasında pensiyasının yenidən hesablanması və hesablanma nəticəsində keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta ayırmaları dövlət büdcəsinə köçürülmüş, lakin DSMF tərəfindən həmin hal nəzərə alınmamışdır. Sonradan məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin hal öz təsdiqini tapmış və 1 №-li Forma tərtib olunmuşdur. Lakin, daha sonra hər hansı bir əsas göstərilmədən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icrası nəticəsində tərtib olunmuş 1 №-li Forma etibarsız hesab edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvə yə minmiş qətnaməsi, qərardadı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində icra olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, “xxxx” şirkəti tərəfindən 1997-2001-ci illər üzrə məcburi dövlət sosial sığorta ayırmalarının hesabatları tərtib olunaraq DSMF-yə təqdim edilmiş, lakin buna baxmayar aq DSMF tərəfindən 1 №-li Forma yalnız məhkəmə qətnaməsi əsasında tərtib olunmuşdur. 1 №-li Forma məhkəmə qətnaməsi əsasında qəbul edildiyindən və qəbul edilmiş məhkəmə qətnaməsi ləğv olunmadığından DSMF-nin həmin 1 №-li Formanı etibarsız sayması qanunsuzdur.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X6, 2-1(103)2020/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh x xxxxxxxx 2019-cu il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək 2-1(103)-2020/2019 saylı iş üzrə kasasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək kasasiya mümkün sayılmış, kasasiya şikayəti icraata qəbul edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçı cavabdeh DSMF X17 Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə (əvvəlki DSMF- nin Səbail rayon Şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.
22. Lakin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X17 Bakı şəhəri, 1 saylı Xidmət Nümayəndəliyinə (əvvəlki DSMF Səbail rayon Şöbəsi) qarşı eyni iddia tələbi üzrə yenidən iddia qaldıraraq pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi tələbinin cavabdeh orqanın üzərinə qoyulmasının təmin edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə il ə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.
25. Sözügedən iddia tələbi üzrə iddiaçının iddia tələbi hüquqi cəhətdən tam əsassız olduğundan rədd edilməlidir.
26. Bundan əlavə olaraq, eyni iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli, 2(102)-1971/2014 nömrəli qərarı olduğundan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)2020/2019 nömrəli qərarı əsassızdır. Həmin iş üzrə icraata xitam verilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kasasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta ayırmaları dövlət büdcəsinə köçürülmüş, lakin DSMF tərəfindən həmin hal nəzərə alınmamışdır. Sonradan məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin hal öz təsdiqini tapmış və 1 №-li Forma tərtib olunmuşdur. Lakin, daha sonra hər hansı bir əsas göstərilmədən məhkəmənin qanuni qüvvəsini almış qət naməsinin icrası nəticəsində tərtib olunmuş 1 №-li Forma etibarsız hesab edilmişdir. Beləliklə, aydın olur ki, xx.xx.2009-cu il tarixdə DSMF-nin Səbail rayon Şöbəsinə müraciət etmiş və xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmış iddiaçının pensiyasının məbləği qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tərtib olunmuş 1 №-li əlavədəki əmək haqları müraciət etdiyi dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınmadan hesablanmışdır.
28. Mübahisəyə cavabdehin arqumenti ilə yanaşsaq, yəni 2 və 3-cü tələblər eynilik təşkil etsə belə, həmin məhkəmə aktlarından öncə qəbul edilmiş və qanuni qüvvəsini almış 1-ci tələb üzrə məhkəmə aktı mövcuddur və həmin qətnamənin tələbləri yerinə yetirilsə idi, o zaman cavabdehin şikayəti öz m ahiyyətini itirmiş olardı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
30. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 31. “Əmək pensiyaları haqqında” Qanun (x xxxxxx 2010-cu ilə qədər olan redaksiya): Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar on ların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. fərdi uçot - sığorta olunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığorta olunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.11. əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
10. Yaşa görə əmək pensiyasının məbləği Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin ayla rının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə
25. Sığorta stajının təsdiq edilməsi qaydası Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Maddə
27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyə t tətbiq edilmir.
32. İnzibati Prosessual Məcəllə: Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarı 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
34. Mülki Prosessual Məcəllə: Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
35. Cavabdehin kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.
36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmamışdır.
38. İddiaçı xx.xx.1946-cı ildə doğulmuş, pensiya hüququ xx.xx.2008-ci il tarixdə yaranmış, xx.xx.2009-cu il tarixdə ona yaşa görə pensiya təyin edilmişdir.
39. İddiaçı hesab edir ki, pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1-ci maddələrinə uyğun iş yerindən verilmiş əmək haqqı arayışına əsasən pensiyası yenidən hesablanmalıdır.
40. Cavabdehin şikayətinin dəlilinə görə iddiaçının hazırkı mübahisəsinə əvvəllər bir dəfə mülki məhkəmə icraatı qaydasında baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia rədd edilmişdir. Buna baxmayaraq iddiaçı eyni iddia tələbi üzrə yenidən iddia qaldırmış, bu dəfə işə inzibati məhkəmə icraatında baxılaraq iddia təmin edilmişdir.
41. Cavabdeh hesab edir ki, eyni iddia tələbinə əvvəllə r baxıldığından hazırkı iş üzrə icraata xitam verilməlidir.
42. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
43. İlk öncə məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh kasasiya şikayətində göstərdiyi dəlillərlə bağlı birinci instansiya və apelyasiya instansiyası məhkəməsində bildirməmiş və şikayətə əlavə etdiyi məhkəmə qərarlarını təqdim etməmiş, qərarlar iş materiallarında mövcud olmamışdır.
44. İddiaçının hazırkı iddiası aşağıdakılardan ibarət olmuşdur: 1) x xxxxxx 2008ci ildən pensiyanın yenidən hesablanması; 2) Pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27.1-ci maddələrinə uyğun hesablanması; 3) “Frontera Resorses” şirkəti tərəfindən verilmiş x xxxxxxx 2009-cu il tarixli əmək haqqı arayışı əsasında hesablanması; 4) Əmək haqlarından məc buri dövlət sosial sığorta ayırmalarının tutulmasını təsdiq edən Bakı şəhəri üzrə X15 İdarəsinin xx xxxx 2010-cu il tarixli 88/04/20F-641 saylı arayış əsasında pensiyanın yenidən hesablanması; 5) Hesablanma nəticəsində keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi.
45. Bundan əvvəl mülki məhkəmə icraatı qaydasında baxılmış məhkəmə qərarlarından görünür ki, iddiaçı cavabdeh DSMF-nin Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək 1997-ci ilin may ayından 2001-ci ilin fevral ayına qədər “Frontera Resorses” şirkətində baş direktor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin M ülki kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, R.N.Mehdizadənin iddiası təmin edilməmişdir.
46. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnamələrindən görünür ki, məhkəmələr işə baxan zaman iddiaçının təqdim etdiyi hazırkı iddianın əsasını təşkil edən “Frontera Resorses” şirkəti tərəfindən verilmiş x xxxxxxx 2009-cu il tarixli əmək haqqı arayışına və əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının tutulmasını təsdiq edən Bakı şəhəri üzrə X15 İdarəsinin xx xxxx 2010-cu il tarixli 88/04/20F-641 saylı arayışına istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir.
47. Hazırkı iddia ərizəsində də iddiaçı x xxxxxxx 2009-cu il tarixli əmək haqqı arayışına və xx xxxx 2010-cu il tarixli arayışa istinad edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
48. İstinad olunan məhkəmə qətnamələrindən həmçinin görünür ki, iddiaçı 2008ci ilin dekabr ayından təyin edilmiş pensiyanın may 1997- fevral 2001-ci illərin əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmasını tələb etmişdir.
49. Hazırkı iddiasında da iddiaçı 2008-ci ilin dekabr ayından pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmuşdur. Yəni mübahisə predmeti barədə qanun i qüvvəyə minmiş məhkəmə qərarı vardır. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan və bu hal iddianın mümkün sayılmaması üçün əsas olduğundan apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
51. Cavabdeh kasasiya şikayətində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
52. İPM-in 55.5-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında iddiadan imtina edildiyi halda iş üzrə icraata xitam verilə bilər. Hazırkı vəziyyətdə icraata xitam verilməsi üçün əsas olmamışdır.
53. İddiaçının x xxxxxx 2011-ci ildən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq mübahisəyə mülki məhkəmə icraatı deyil, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2014-cü il tarixli qətnaməsində həllini tapmışdır.
54. Apelyasiya məhkəməsi xx xxxxxx 2014-cü il tarixli qətnaməsində vurğulamışdır ki, iddiaçı hazırkı iddia ilə Səbail rayon Məhkəməsinə xx xxxxxx 2010-cu ildə müraciət etmişdir. Həmin vaxt iddiaçı xüsusi iddia icraatı qaydasında Mülki Prosessual Məcəllənin 27-ci fəslinin tələblərinə uyğun Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən həmin ərizə qanunvericiliyin tələbinə riayət edilməkl ə icraata qəbul edilmiş, xx xxxxxx 2011-ci ildə qətnamə qəbul edilmişdir. MPM-in 27-ci fəsli xx xxxx 2011ci il tarixədək qüvvədə olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması qanunvericiliyin tələbinə əsasən uyğundur.
55. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
56. Odur ki, mülki işə baxılan zaman məhkəmə aidiyyətinə əməl olunmaması barədə iddiaçının dəlili əsaslı sayıla bilməz.
57. Cavabdehin nümayəndəsi vəsatət verərək bildirmişdir ki, iddiaçı eyni tələblə bağlı əvvəllər məhkəməyə müraciət etdiyini, iddianın rədd edilməsinə dair qüvvədə olan məhkəmə qərarı o lmasına baxmayaraq inzibati məhkəmə icraatı qaydasında eyni iddia qaldırıb məqsədinə çatmaqla əvvəlki məhkəmə qərarlarını gizlətmiş, nəticədə dövlətə külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən hesab edir ki, iddiaçının və digər şəxslərin hərəkətlərinə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olmasına dair şübhələr olduğuna görə xüsusi qərardad çıxarıb aidiyyəti üzrə göndərilməlidir.
58. Hazırkı işin materialında iddiaçının hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından məhkəmə kollegiyası vəsatəti rədd etmişdir.
59. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati -İqtisadi kollegiyasının 2-1(103)-2020/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qərarı ləğv edilsin. İddiaçı Nurəddin oğlunun iddiası mümkün sayılmasın. Qərar qətidir.