Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-317/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Prezident təqaüdünün müharibə veteranı vəsiqəsi verildikdən sonra əvvəlki dövr üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-381/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən 10 iyun 2022-ci il tarixdə 036707 nömrəli mü haribə veteranı vəsiqəsi verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixə qədər müharibə veteranına ödənilən pul vəsaitinin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 09 sentyabr 2022-ci il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. “Veteran vəsiqəsi” xx.xx.2022-ci il tarixində verildiyindən eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ona xx.xx.2022-ci il tarixindən əvvəlki dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublika sının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixə qədər müharibə veteranına ödənilən pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, iddiaçı 1991-ci ildə Mingəçevir şəhər Polis Şöbəsinə işə qəbul olunmuş, 1992, 1993 və 1994-cü illərdə Qarabağda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün bir neçə dəfə həmin Polis Şöbəsi tərəfindən Qarabağın döyüş bölgələrinə ezam olunaraq döyüş əməliyyatlarında iştirak etmişdir. Birinci Qarabağ müharibəsindən sonra Müharibə veteranı vəsiqəsi almaq üçün zəruri olan sənədlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsə də, əsassız olaraq 10 iyun 2022-ci il tarixə qədər müharibə veteranı vəsiqəsi və müharibə veteranına ödənilən pul iddiaçıya verilməmişdir. Bu barədə mütəmadi olaraq hər il dəfələrlə aidiyyəti dövlət orqanlarına ərizələr göndərmiş, lakin iddiaçıya müharibə veteranı vəsiqəsi 28 ildən sonra, yəni 10 iyun 2022-ci il tarixdə verilmişdir. Beləliklə, iddiaçı hesab edir ki, o, 28 il ərzində müharibə veteranı kimi ödənilməli olan pul vəsaitindən qanunsuz məhrum olmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu p ublik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının göstərilməsi təklif olunmuşdur.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsində xx.xx.2022-ci il tarixə qədər müharibə veteranına ödənilən pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-2489/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 036707 nömrəli veteran vəsiqəsi 10 iyun 2022-ci il tarixdə verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh ona Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün müavinət deyil, 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-549/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərar ı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-381/2023 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X5 və X3) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2023-ci il tarixli, 2-1(116)-549/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 10 iyun 2022-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnun olması istisna edilir.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının tamamilə ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “İnzibati icraat haqqında” Qanuna, “Sosial müavinətlər haqqında” Qanuna, “Veteranlar haqqında” Qanuna istinad edilərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
17. Qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı barəsində xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən pul vəsaitinin ödənilməsi ilə bağlı iddia tələbini rədd edərkən qanunun normalarını düzgün qiymətləndirməmiş, formalaşmış məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il ü çün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə
3. Müharibə veteranları Azərbaycan Respubl ikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 21. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bən dini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı apar ılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;...
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir.
26. İddiaçının hazırki iş üzrə hüquqi marağı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müharibə veteranlarına ödənilən Azərbaycan Respubli kası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsindən ibarətdir.
27. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddia tələbini təmin etsə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 10 iyun 2022-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnun olması istisna edilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu bu nəticə qanunvericiliyin tələbinə, eləcə də formalaşmış məhkəmə təcrübəsinə ziddir.
30. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Odur ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statu su almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bildiyi halda, xx.xx.2019-cu il tarixədək veteran statusu almış şəxslərə münasibətdə fərqli mövqedən yanaşılmalıdır.
31. Belə ki, xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə həmin statusun verildiyi tarixdən sonra ödənişin edilməsi nəzərdə tutulduğu halda, həmin tarixədək veteran statusu almış şəxslərə münasibətdə ödəmələri həyata keçirilməsi müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir.
32. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 036707 nömrəli “Müharibə veteranı” vəsiqəsinin xx.xx.2022-ci il tarixdə verilməsinə baxmayaraq iş materiallarına ona müharibə veteranı statusunun daha əvvəl, yəni xx.xx.1997-ci il tarixdən veril məsinə dair sübut mövcuddur (iş vər 54).
33. Apelyasiya instansiyası məhkəməsi isə bu statusun verilməsini təsdiq edən sənədin sadəcə xx.xx.2022-ci il tarixdə verilməsini əsas gətirərək iddiaçının tələbinin təmin edilməməsi kimi nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı vəsiqəsi bu statusu verən inzibati akt deyil, yalnız şəxsin belə bir statusa malik olmasını təsdiq edən sənəddir.
35. Bundan əlavə qeyd etmək lazımdır ki, formalaşmış məhkəmə təcrübəsini özündə ehtiva edən bu iddia tələbinə oxşar işlərlə əlaqədar qəbul edilmiş qərarlarda “Sosial müavinətlər haqqında” qanunun 9.1-ci maddəsinə istinad olunaraq, müharibə veteranı adı və vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üçün bu adı almış şəxslərə sosial müavinətin ödənilməsinin zəruriliyi bildirilmiş dir.
36. Eyni zamanda qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı statusunu aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət hüququn yarandığı gündən təyin edilsə də, şəxsin cavabdehə ilkin müraciəti zəruri şərtdir və şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Təyinatın aparılması üçün isə iddiaçı tərəfindən müvafiq müraciət daxil olmalıdır. Müavinətdən fərqli olaraq, Prezident təqaüdünə münasibətdə isə üç illik müddət anlayışının tətbiq edilməsinin yolverilməz olması kimi cavabdehin mövqeyi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir.
37. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparılmadan, iddiaçıya münasibətdə veteran statusunun hansı tarixdən verilməsi a ydınlaşdırmadan, iş materiallarındakı sənədləri təhlil etməyən yalnız veteran vəsiqəsinin xx.xx.2022-ci il tarixdən verilməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Belə olan halda veteran statusunun iddiaçıya münasibətdə xx.xx.1997-ci il tarixli qərarla verilməsinə baxmayaraq onun bu statusa malik olmasını təsdiq edən vəsiqənin sonrakı – xx.xx.2022-ci il tarixdə verilməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, 15 aprel 2019-cu il tarixli Fərmanda müharibə veteranlarına Prezident təqaüdünün verilməsi 2019-cu ilin aprelin 1-dən tətbiq edilməsi qeyd edildiyindən, iddiaçı İ Qarabağ müharibəsində iştirakına görə hələ 1997-ci ildə müharibə veteranı adına layiq görüldüyündən iddiaçı təqaüdün 2019-cu ilin aprelindən ödə nilməli olması barədə tələbində haqlı olmuşdur.
39. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2-1(107)-381/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqu qi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar qətidir.