Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3170/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Novruz Elvin Məhəmmədəli oğlunun, Cavabdehin vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 may tarixli 21(103)-862/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 2 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının iş stajını təsdiq edən sənəddə 1988-ci il 2 fevral tarixdən 1990-cı il 2 iyul tarixədək x2 sahə rəisi, 1995-ci il 2 oktyabr tarixdən 2001-ci il 3 sentyabr tarixədək “Təsərrüfatlararası D övlət Layihə-Mənzil Tikinti” Birliyinin 21 saylı TTS-də iş icraçısı işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmadığından və 1978-ci il tarixdən 1987-ci il 30 dekabr tarixədək Füzuli rayon 44 saylı SMD-də iş icraçısı işlədiyin dövr əmək kitabçasında olmadığından, həmin illərin iş stajına hesablanması mümkün olmamışdır. İddiaçı 2018-ci il 28 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1988-ci il 2 fevral tarixdən 1990-cı il 2 iyul tarixədək işlədiyi dövrün ümumi iş stajına, 1995-ci il 2 oktyabr tarixdən 2001-ci il 3 sentyabr tarixədək və 1978-ci ildən 1987-ci il 30 dekabr tarixədək işlədiyi illərin güzəştli iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu vaxtdan, yəni 2011-ci il 3 oktyabr tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Çalışdığı vəzifələr xüsusilə ağır işlər təşkil etmişdir. Bu səbəbdən, hesab edir ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27.1 və 37.7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 iyul tarixli 2-1(81)-3275/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1988-ci il 2 fevral tarixdən 1990-cı il 2 iyul tarixədək işlədiyi dövrün ümumi iş stajına, 1995-ci il 2 oktyabr tarixdən 2001-ci il 3 sentyabr tarixədək və 1978-ci ildən 1987-ci il 30 dekabr tarixədək işlədiyi illərin güzəştli iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu vaxtdan, yəni 2011-ci il 3 oktyabr tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunvericiliklə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan ümumi və zərərli iş stajına malik olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 oktyabr tarixli 2-1(103)-2208/18 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(102)-446/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkə məsi hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 may tarixli 2-1(103)-862/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının 2006-cı il 1 yanvar tarixə qədər i şlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Lakin iş materiallarından göründüyü kimi həmin arxiv arayışları mövcud olmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli qərarında göstərilənləri öz qərarında təkrarlamış və məhkəmənin göstərdiyi halları araşdırmamışdır. İddiaçıya münasibətdə Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çal ışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ümumi iş stajı 27 il 4 ay 21 güntəşkil edir və həmin stajın 13 il 9 ay 1 günü iş icraçısı vəzifəsində çalışdığı müddətdir və 12 il 6 ay müddəti özündə əks etdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 23 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr həmin Qərarın 29-cu bölməsində güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin o lunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı öz tələbinin əsası kimi onun 25 il ümumi və 12 il 6 ay xüsusi stajı olduğuna, həmin stajların əmək kitabçası və işlədiyi müəssisə tərəfindən verilmiş arayışa istinad edir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1988-ci il 2 fevral tarixdən 1990-cı il 2 iyul tarixədək x2 rəis, 1995-ci il 2 oktyabr tarixdən 2001-ci il 3 sentyabr tarixədək iş icraçısı, 2004-cü il 23 fevral tarixdən 2008-ci il 14 may tarixədək 80 saylı MKİS-də mühəndis vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Bununla yanaşı, iddiaçıya 2011-ci il 3 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun əmək kitabçasında qeyd edilməyən 1980-1987ci illər üzrə əmək fəaliyyətinə dair məlumatlar da mötəbər sübutla təsdiq olunmalıdır. Füzuli “Aqrartikinti” filialının 78 saylı, 2003-cü il 12 may tarixli arayışına görə, iddiaçı 1978-ci il 1 avqust tarixdən 1980-ci il 28 fevral tarixədək Füz uli 9 saylı “Aqrartikinti” 4 trestinin nəzdində fəaliyyət göstərən 44 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə tikinti briqadiri, 1980-ci il 1 mart tarixdən 1987-ci il 30 dekabr tarixədək iş icraçısı vəzifəsində işləmişdir. Dövlət Arxivinin Füzuli Filialının 2019-cu il 13 may tarixli, 15 №-li arayışına görə, Füzuli rayon 44 saylı Səyyar Mexanikləşdirə dəstəsinin 1978-1985-ci illərə aid sənədləri tamamilə 1993-cü il 23 oktyabr tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. Həmin təşkilatın 1986-1987-ci illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Milli Arxiv İdarəsinin iddiaçıya ünvanladığı 2019-cu il 23 aprel tarixli, 5/687 №-li məktubundan görünür ki, ləğv olunmuş Təsərrüfatlararası Dövlət Layihə-Mənzil İstismar Tikinti Birliyinin 21 №-li Təmir-tikint i İdarəsinin arxiv sənədləri Dövlət Arxivinə mühafizə üçün verilməmişdir. Göründüyü kimi, qeyd edilən arayışdakı məlumatların istinad mənbələri yoxdur. Digər tərəfdən, iddiaçının istinad etdiyi Füzuli “Aqrartikinti” filialının 78 saylı, 2003-cü il 12 may tarixli arayışda, həmçinin qeyd olunur ki, “...müəssisənin başqa sənədləri ilə yanaşı əmək kitabçaları da işğal zonasında qalmışdır.”. Başqa sözlə, arayışda qeyd edilən məlumatların mənbəyinin faktiki mövcud olmadığı arayışın özündə bilavasitə təsdiq edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin arayışda qeyd edilən dövrlərə dair iş (sığorta) stajının iş materialları ilə təsdiq edilmədiyi barədə düzgün nəticəyə gəlmişdir. Bu isə iddianın rədd edilməsi üçün yetərli əsasdır. Kassasiya şikayətinin dəlilləri apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğvinə, iddianın təmin olunmasına əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 may tarixli 2-1(103)-862/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3170/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3170/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver