Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3174/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: dövlət ehtiyacları üçün torpağın alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X11 və X8 ibarət tərkibdə, İddiaçı2 vəkili Vəkil, cavabdeh Agentliyin vəkili X6 və 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı2, 3-cü şəxslər X5, X3, X1 və X2, Cavabdeh-yə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı dövlət ehtiyacları üçün torpağın alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarından İddiaçı2, cavabdeh Agentlik və 3-cü şəxs Nazirlik tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı1 (prosessual hüquq varisi İddiaçı2 ilə əvəz edilmişdir), 3-cü şəxslər X10, X9, X4 və X7 Cavabdeh-yə (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir) və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindən məhrum edildiy nəticəsində ona vurulmuş maddi zərərə görə 153.238 manat, mənəvi zərərə görə 10.000 manat pulun cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2017-ci il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-2290/2017) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2017-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və M.Hüseynov; iş No 2-1(103)1562/2017) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04.04.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)-2245/17) İddiaçı1 maddi ziyanın ödə nilməsi tələbi üzrə prosessual hüquq varisi İddiaçı2 ilə əvəz edilməsi; A.Əsədovun, N.Əsədovun, İddiaçı2 və G.Əsədovanın 3-cü şəxs qismində icraata cəlb olunması; mənəvi ziyan qismində 10.000 manat məbləğində pulun cavabdeh ASC-dən tutulması tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.01.2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)-2245/17) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2017-ci il tarixli qərarının maddi ziyanın ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi; işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi; şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Hazırki işə 2- ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş No 2-1(103)-812/2018) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.04.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28.08.2018-ci il tarixli qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər R.Nəbizadə və K.Bədəlov; iş No 2-1(102)-1693/2018) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 may 2018-ci il tarixli qərarının qismən, evin yerləşdiyi torpaq sahəsinə gör ə kompensasiyanın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunması; həmin hissədə işin təkrar apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.Məmmədov və M.Tağızadə; iş No 2-1(103)-2442/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.04.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13.03.2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və M.Əhmədova; iş No 2-1 (102)-723/19 ) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 4-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər R.Vəliyev və Z.Əliyev; iş № 2-1(103)-1412/2019)iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.04.2017-ci il tarixli qərarının qismən - istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə yeni qərar qəbul edilməsi; iddia tələbi həmin hissədə qismən təmin edilərək Cavabdeh-dən İddiaçı2 xeyrinə qanuni istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəmi 28.374 manat kompensasiyanın tutulması; torpaq sahəsinə görə kompensasiya tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı2, kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmin qərardan cavabdeh Agentlik kassasiya şikayəti verərək, qərarı ləğv edərək və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmin qərardan 3-cü şəxs Nazirlik kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qə bul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı2 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını dəqiq araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, iddiaçı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə, ümumilikdə 138,7 kv.m torpaq sahəsinə görə kompensasiya tələb etsə də, həmin ev və onun yerləşdiyi torpaq sahəsi vahid daşınmaz əmlak kimi qiymətləndirilməli, tikiliyə görə artıq kompensasiya ödənildiyi nəzərə alınaraq, kompensasiya ödənilmiş tikilinin sahəsi - 91,41 kv.m 138,7 kv.m-dən çıxılmaqla yerdə qalan 47,29 kv.m torpaq sahəsinin 1 kv.m-ri üçün 500 manat olmaqla, 23.645 manat və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən həmin məbləğə 20% əlavə olmaqla, cəmi 28.374 manat kompensasiya məbləği qanuni istifadədə olan torpaq sahəsindən məhrum edilməsi ilə əlaqədar cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, hər hansı tikilinin bazar dəyəri müəyyən edilərkən daxili və beynəlxalq qiymətləndirmə standartlarına əsasən, qiymətləndirilən obyekt, altındakı torpaq sahəsi ilə birlikdə qiymətləndirilir. Bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh ASC heç vaxt iddiaçıya ödədiyi kompensasiya məbləğinə tikilinin altına düşən torpaq sahəsinə görə kompensasiyanın daxil olmasını bildirməyib. Kompensasiyanı ödəyən şəxsin belə bir iddias ı olmadığı halda apellyasiya instansiya məhkəməsinin necə belə nəticəyə gəlməsi qətiyyən anlaşılan deyil. Bundan başqa, işin materiallarında olan ekspert rəylərinə görə, iddiaçıya ödənilən kompensasiya məbləğinə konkret olaraq sökülmüş tikiliyə və 1 kv.metr torpaq sahəsinə görə hesablanan məbləğ daxil olub, bunun əksini təsdiq edən hər hansı sübut mövcud deyil və apellyasiya instansiya məhkəməsi də yuxarıdakı nəticəyə gələrkən hər hansı başqa sübuta istinad etməmişdir. Əslində isə ş üzrə müəyyən edlir ki, iddiaçının istifadəsində 139,7 kv.m torpaq sahəsi olub və həmin sahədən yalnız 1 kv.m-nə görə 500 manat kompensasiya ödənilib. Həmçinin, apellyasiya instansiya məhkəməsi qərarında daxili və beynəlxalq qiymətləndirmə standartlarına istinad edib qiymətləndirilən obyektin, altındakı torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsini qeyd etsə də, gətirdiyi bu arqumentin konkret hüquqi əsası kimi, milli və beynəlxalq qanunvericiliyin hər hansı müddəasını göstərməmişdir. Nəhayət, qeyd olunmalıdır ki, hazırki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçının istifadəsində 139,7 kv.m torpaq sahəsinin olmasının nəzərə alınması və həmin torpaq sahəsinə görə kompensasiya məbləğinin hesablanması barədə göstəriş vermişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 28 avqust 2018-ci il tarixli qərarında göstərilmişdir ki, torpaq sahəsinə görə kompensasiyanın verilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsinin yalnız fərdi yaşayış evinin yerləşdiyi tikinti altı sahəyə görə, yoxsa ümumən istifa dədə olan sahəyə görə kompensasiyanın ödənilməli olduğu məsələsinin müzakirə etməlidir. Görünrdüyü kimi, heç vaxt iddiaçıya ödənilən kompensasiya məbləğinə tikilinin altına düşən torpaq sahəsinə görə kompensasiyanın daxil olması müzakirə və ya mübahisə predmeti olmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərarındakı çətinliyə görə kompensasiyanın ödənilməsi ilə bağlı mövqeyi də səhvdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunda çətinliyə görə kompensasiyanın torpaq sahəsinin deyil, yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı ödənilməsi nəzərdə tutulur. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı çətinliyə görə kompensasiya ödənilməsi qanunda nəzərdə tutulmadığından iddiaçının torpaq sahəsinə görə kompensasiya tələbi yalnız 28.374 manatın tutulması hissəsində ə saslı hesab edilməli, qalan hissədə təmin edilməməlidir. Halbuki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Göründüyü kimi, yuxarıda adı çəkilən qanunun əsas mahiyyəti torpağa görə ədalətli kompensasiyanın ödənilməsidir. Belə olan halda torpaq sahəsinin dövlət ehtiyacları üçün almması zamanı çətinliyə görə kompensasiya ödənilməsinin qanunda nəzərdə tutulmadığını iddia etmək absurddur. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi bir tərəfdən hesab edir ki, çətinliyə görə kompensasiya dövlət ehtiyacı üçün alman torpaq sahəsinə de yil, sökülən tikiliyə münasibətdə hesablanır,başqa tərəfdən belə nəticəyə gəlir ki, iddiaçıya məxsus fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə vahid daşmmaz əmlak kimi qiymətləndirilir. Belə olan halda iddiaçıya çətinliyə görə kompensasiya ümumiyyətlə necə və hansı formada hesablanmalı olması aydın deyil. İddiaçı iddia tələbində həm tikiliyə, həm də istifadəsində olan torpaq sahəsinə münasibətdə çətinliyə görə kompensasiya kimi öna ödənilməli olan kompensasiyanın əlavə 10%-ni tələb edib. İddia tələbinin tikiliyə münasibətdə çətinliyə görə kompensasiyanın ödənilməsi hissəsi təmin edilməyib, amma torpaq sahəsinə münasibətdə çətinliyə görə kompensasiya tələbi bu gün də qüvvədədir. Cavabdeh ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən işi n faktiki hallarını dəqiq araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən, Bakı şəhəri Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində müxtəlif səviyyəli yolötürücüsünün tikintisi layihəsi çərçivəsində iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Yavər Həsənov küçəsi, ev 22/30 fərdi yaşayış evi yolun tikintisi altına düşmüş, daşınmaz əmalk qanunvericilyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə edilməklə ümumilikdə 97.412 ma nat dəyərində müəyyən edilmiş və vəsait X16 filialına köçürülmüşdür. Həmin vəsait 05 avqust 2013-cü il tarixdə razılaşma protokoluna əsasən iddiaçı tərəfindən qəbul edilmişdir. Alınan torpaq sahələrinin satınalma qiyməti qanuna əsasən istənilən qiymətləndirici tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanmalı olduğundan və bu qaydada hesablanaraq ödənilməli olduğundan, iddiaçıya əmlakının dəyərinin tam ödənilməsi və bunun da nəticəsində hüququnun pozulması müəyyən olunmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış “xxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaqsahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İddiaçıya mülkiyyətində olan əmlak və ya mülkiyyətində olmayan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə müqavilə bağladığından, qiymətlə razılaşmaqla və həmin məbləği qəbul etməklə fərdi yaşayış evi üzərində mülkiyyət hüququndan imtina etdiyindən o hazırki, tələbində irəli sürdüyü həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Faktiki olaraq ödənilmiş kompensasiya həm əmlakına, həm də onun yerləşdiyi torpaq sahəsinə görə ödənilmiş kompensasiya olmuşdur. İddiaçı həmin əmlakı üzərindəki bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdeh Agentliyə keçdiyindən iddiaçının əlavə olaraq torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsinə dair və onunla bağlı hazırki tələbi əsassızdır. 3-cü şəxs Nazirliyin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasi ya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı M. Əsədovanın vəkili Vəkil verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Agentliyin vəkili F.Həsənov verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs Nazirliyin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, FM seriyalı 015039 saylı 17.08.2002-ci il tarixdə tərtib edilmiş qeydiyyat vəsiqəsinə uyğun olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 562 saylı 2001-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən, iddiaçının mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi də onun istifadəsinə verilmişdir. Belə ki, işin materiallarında olana Bakı şəhər İcra Hakimiyyəti Başçısının 372 saylı 07.06.2002-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin olduğu vəziyyətdə, yəni istifadədə olan həyətyanı torpaq sahəsi ilə birlikdəqaçqın ailəsi kimi, iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2930 saylı 08.07.2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün təsdiq edilmiş Tədbirlə r Planı”na müvafiq olaraq iddiaçının evinin yerləşdiyi ərazi yol tikintisinə düşdüyündən, onun müvafiq kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün alınması qərara alınmışdır. Cavabdeh ASC (sifarişçi) ilə “xxxx” MMC firması (icraçı) arasında bağlanmış müqaviləyə görə, iddiaçıya məxsus daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, 19.04.2012-ci il tarixli “Qiymətləndirmə hesabatı”na əsasən evin əsas faktiki sahəsi 79,82 kv.m, köməkçi sahə 4,34 olmaqla 1 kv.m 950 manat, talvar 7,25 olmaqla 1 kv.m 100 manat, torpaq sahəsi 1 kv.m 500 manat olmaqla qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20 faiz əlavə nəzərə alınmaqla 97.412 manat kompensasiya hesablanıb iddiaçıya ödnilmişdir. İşin materiallarında olan, iddiaçının mülkiyyət ində olan fərdi yaşayış evinin 04.07.2002-ci ildə tərtib edilmiş texniki pasportunda istifadədə olan torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın ümumi sahəsinin 139,7 kv.m olduğu qeyd edilmişdir. Həmin texniki pasport Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 372 saylı 07.06.2002-ci il tarixli Sərəncamı əsasında tərtib edilmiş, texniki pasportda evin və həyətyanı torpaq sahəsinin ölçüləri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı belə hesab etmişdir ki, iddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ümumilikdə 138,7 kv.m torpaq sahəsinə görə kompensasiya tələb etsə də, bu evin tor paq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qiymətləndirilərək tikiliyə görə artıq kompensasiya ödənildiyini nəzərə alınmaqla kompensasiya ödənilmiş tikilinin sahəsi - 91,41 kv.m 138,7 kv.m-dən çıxılmaqla yerdə qalan 47,29 kv.metr torpaq sahəsinin 1 kv.m-ri üçün 500 manat olmaqla 23.645 manat və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən, həmin məbləğə 20% əlavə olmaqla, cəmi 28.374 manat kompensasiya məbləği qanuni istifadədə olan torpaq sahəsindən məhrum edilməsi ilə əlaqədar cavabdeh Agentlikdən iddiaçının xeyrinə tutulmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, hər hansı tikilinin bazar dəyəri müəyyən edilərkən daxili və beynəlxalq qiymətləndirmə standartlarına əsasən qiymətləndirilən obyekt altındakı torpaq sahəsi ilə birlikdə qiymətləndirilir. Eyni zamanda cavabdeh Agentliyin “iddiaçıdan torpaq sahəsinin alınması ilə əlaqədar kompensasiya ödənilməmlidir” mövqeyi də əsassız və qanunsuzdur. Cavabdeh Agentlik bu mövqeyini əsaslandırmaq üçün ona istinad etmişdir ki, iddiaçı ilə ona təklif edilən kompensasiya məbləği barədə razılaşma protokolu tərtib edilmiş və iddiaçı təklif edilən məbləğlə razılaşmışdır. Bundan başqa alınan ev mərkəzdən xeyli kənarda yerləşdiyindən ödənilməmiş kompensasiya məbləği bazar dəyərinə uyğundur. Cavabdeh Agentliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından və dövlət ehtiyacları üçün alınan ev əvvəllər özbaşına tikili olduğu üçün torpaq qanuni əsaslarla ayrılmadığından torpağa görə kompensasiya tələbi əsassızdır. Yuxa rıda qeyd edilən dəlillər əsaslı heab edilə bilməz. Qeyd olunmalıdır ki, alınan evə və torpağa aid Texniki Pasportla bağlı, Ali Məhkəmənin qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, daşınmaz əmlakın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş texniki pasportunda torpaq sahəsi ilə bağlı göstəricilər daşınmaz əmlak sahibinin faktiki sahibliyində (istifadəsində) olan torpaq sahəsinin yerləşmə vəziyyətini və hüdudlarını müəyyən edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında ol an və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) başa düşülür. Həmin Qanunun 7.1-ci maddəsinə müvafiq olaraq torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Hçəmin Qanunun 7.2-ci maddəs inə görə, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, qanun yalnız mülkiyyətdə olan torpaqları deyil, qanuni istifadədə olan torpaqları da alınmanın təsirinə məruz qalan torpaq sahələri kimi hesab edir, həmin torpaqlardan istifadə hüququndan məhrum edilmiş şəxslərə kompensasiyanın ödənilməsini nəzərdə tutulur. Bundan əlavə, əgər iddiaçıya torpaq sahəsinə görə kompensasiya ödənilməli deyildi isə, nəyə görə cavabdeh Agentlik iddiaçıya 1 kv.m torpaq sahəsi üçün 500 manat kompensasiya ödəmişdir? Burada kompensasiya ödənilmiş 1 kv.m torpaq sahəsi ilə əvəzi ödənilməmiş digər sahələrin hüquqi vəziyyətləri aras ında fərq nədədir? Bu suallarla bağlı cavabdeh ASC öz mövqeyini əsaslandıra bilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qismən düzgündür, iddaçının kassasiya şikayətində qeyd edilənlər qismən əsaslı olduğundan qəbul edilməlidir, cavabdeh Agentliyin və 3-cü şəxs Nazirliyin kassasiya şikayətlərində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Əvvəla, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi zamanı həmin sahənin evin altında olan və olmayan hissələrə bölünməsi anlaşılmazdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda istinad etdiyi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsi ilə hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri bu Qanunun məqsədləri üçün dövlət ehtiyacları üçün alına bilən torpaq sahələrinə aid edlmişdir. Belə olan halda, iddaçının evinin altında olan torpaq sahəsi də cavabdeh Agentlik tərəfindən dövlət ehtiyacları üçün alınan torpaq sayılmaqla, bu sahəyə görə müvafiq kompensasiya ödənilməlidir. Digər tərəfdən, həmin kompensasiyaya qanunla nəzərdə tutulmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən ödənilməsi qərara alınmış 20% əlavə də hesablanmalıdır. Eyn zamanda qeyd olunmalıdır, iddiaçının kassasiya şikayətində qeyd edilən 10% əlavənin ödənilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qərarında söylənilən mövqe düzgündür, ona görə də iddiaçının bu tələbi əsa ssız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Həmçinin cavabdeh Agentlik və 3-cü şəxs Nazirlik tərəfindən verilmiş kassasiya şikayətlərində söylənilən, “Agentlik tərəfindən iddiaçının evi alındıqdan sonra sonuncu, bu əmlak üzərindəki bütün hüquqlarını itirdiyindənvə bu hüquqlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə uyğun olaraq alıcı Agentliyə keçdiyində niddiaçının əlavə olaraq torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsnə dair tələbinin əsassız olması” barədə dəlilləri əsaslı hesab edilə bilməz. Ona görə də, iddiaçıya dövlət ehtiyacları alınan torpaq sahəsinə görə apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən edilən cəmi 28.374 manat kompensasiya məbləğindən əlavə olaraq evin altında olan 91,41 kv.m torpaq sahəsinə görə 45.500 manat (500 manat X 9 1,41 kv.m = 45.500) və onun 20%-zi miqdarında (9.100 manat) əlavə məbləğlər ödənilməlidir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunsa da qərar dəyişdirilməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslı hesab edilir. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdeh Agentliyin və 3-cü şəxs Nazirliyin kassasiya şikayətləri təmin edilməməlidir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarı dəyişdirilməli; iddiaçının iddia tələbi qismən təmin edilməli; iddiaçıya apellyasiya instansiya məhkəməsinin həmin qərarı ilə ödənilməsi nəzərdə tutulmuş cəmi 28.374 manat kompensasiya məbləğindən əlavə olaraq, cavabdeh Agentlikdən iddiaçının xeyrinə qanuni isti fadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar əlavə olaraq evin altında olan 91,41 kv.m torpaq sahəsinə görə 45.500 manat (500 manat X 91,41 kv.m = 45.500) və onun 20%-zi miqdarında (9.100 manat) əlavə kompensasiya məbləğləri tutulmalıdır; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir) Cavabdeh Agentliyin kassasiya şikayəti təmin edilməsin. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarı dəyişdirilsin; İddiaçı2 iddia tələbi qismən təmin edilsin; İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərarı ilə ödənilməsi nəzərdə tutulmuş cəmi 28.374 manat kompensasiya məbləğindən əlavə olaraq, cavabdeh Agentlikdən İddiaçı2 xeyrinə qanuni istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar əlavə olaraq evin altında olan 91,41 kv.m torpaq sahəsinə görə 45.500 manat (500 manat X 91,41 kv.m = 45.500) əlavə kompensasiya məbləğləri tutulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3174/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3174/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver