Məhkəmə qərarları › İş №2-1(102)-3174/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3174/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3174/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Işin halları

1. Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, * saylı sərəncamı əsasında X1 (iddiaçının əri) Pirəkəşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyriyaşayış sahəsi üzərində hüququ Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ## #### 2004-cü il tarixli, ** nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınmış və bu barədə texniki pasport tərtib edilmişdir.

2. Iş materiallarına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş *** saylı qeydiyyat vəsiqəsinin fotosurətinin notarial qaydada təsdiqlənmiş surəti əlavə edilmişdir.

3. X1 ##.##.2020-ci il tarixdə vəfat etmiş, bu barədə, * saylı Bakı “ASAN” xidməti tərəfindən ##.##.2020-ci il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.

4. Iddiaçı mərhum ərinə məxsus daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək ##.##.2020-ci il tarixli, ************ nömrəli məktubla bildirmişdir ki, müraciətlə əlaqədar qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ## #### 2004-cü il tarixli, ** nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, mülkiyyət hüququna dair *** nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum həyat yoldaşı X1 miras payı qalmış Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Pirəkəşkül kəndi, Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası iddiaçının mərhum həyat yoldaşı X1 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ## #### 2004-cü il tarixli, ** nömrəli reyestr kitabının 132-ci səhifəsində 525 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, mülkiyyət hüququna dair *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həyat yoldaşı X1 ##.##.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı ondan miras payı qalmış qeyri-yaşayış binasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinə müraciət ünvanlamışdır. Müraciətinə cavab olaraq ##.##.2020-ci il tarixli, *********** nömrəli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı, elektron kadastr baza və arxiv məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmiş və aidiyyəti üzrə Xidmətin * saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Ona tövsiyə olunduğu kimi arayışın əldə olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ərizəsinə cavab olaraq bildirmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin qeyri-yaşayış binası 20 ildən artıq bir müddətdir ki, onun ailəsinin mülkiyyətindədir və kafe kimi fəaliyyət göstərir. Qeyri-yaşayış binası Vergilər Nazirliyinin * saylı Ərazi Vergi Idarəsindən qeydiyyatdan keçmişdir və ********** saylı VÖEN-lə vergi ödəyicisidir. Kommunal ödənişlər (qaz, su, işıq) onun tərəfindən vaxtlıvaxtında ödənilmiş və bu vaxta qədər obyekt fasiləsiz olaraq fəaliyyətini davam etdirmişdir. Cavabdeh orqanın cavabından belə məlum olur ki, qeyri-yaşayış binasının arxiv sənədləri yoxdur. Lakin qeyri-yaşayış obyektinə dair sənədlərdən aydın şəkildə məlumdur ki, bu obyekt 17 ilə yaxın bir müddətdə mərhum həyat yoldaşı Rafiq Xəlilovun mülkiyyəti kimi dövlət tərəfindən tanınmış və onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, texniki pasport verilmişdir. Cavabdeh orqanın arxivində qeyri-yaşayış binasına dair hər hansı məlumatın olmaması onun arayışı əldə edə bilməməyi və birinci dərəcəli vərəsə kimi miras payından kənarda qalmağı üçün əsas ola bilməz.

7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2021-ci il tarixli, H*** nömrəli məktubda qeyd olunmuşdur ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1997-ci il tarixli sərəncamı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir.

9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2021-ci il tarixli, XO-**-**-****-***** nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ## #### 2004-cü il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqənin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində aşkar olunmamışdır.

10. Bakı Inzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində mərhum əri X1 hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş *** saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Lakin həmin sənədin əsli iddiaçıdan tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə yalnız həmin sənədin fotosurətinin notariat qaydada təsdiqlənmiş surəti təqdim edilmişdir ki, bu da həmin sənədin mötəbərliyinə şübhə yaradır. Çünki notarius tərəfindən yalnız sənədin fotosurətinin düzgünlüyü təsdiq edilmişdir. Bundan başqa, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi qeydiyyat vəsiqəsi və onun verilməsi üçün əsas olmuş sənədlərin, həmçinin də Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamının mövcud olması barədə araşdırma aparılsa da, həmin sənədlər dövlət arxivlərində aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Pirəkəşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mərhum əri olmuş X1 hüququnu təsdiq edən sənədin təqdim edilməməsi barədə cavabdehin dəlilləri qanuni və əsaslı olmuşdur.

12. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Iddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül- Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ##.##.2004-cü il tarixdə ** nömrəli reyestr kitabında 132-ci səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə *** saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2023-cü il tarixli, 3-21-3 **/*-****/**************** nömrəli məktubuna əlavə edilən Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ** saylı ## ###### 1997-ci il tarixli sərəncamında göstərilmişdir ki, Bakı-Şamaxı magistral yolunun sol kənarında 20,0 x 10,0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır.

15. Həmin məktuba Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı hazırlanmış texniki pasport da əlavə edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin # #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ##.##.2004-cü il tarixdə ** nömrəli reyestr kitabında 132-ci səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə *** saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı əsasında X1 Pirəkəşkül kəndində Bakı-Şamaxı magistral yolunun sol kənarında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüququ dövlət qeydiyyatına alınmış və texniki pasport verilmişdir. X1 ilə iddiaçı arasında ##.##.1972-ci il tarixdə nikah bağlanmış, sonradan ##.##.2020-ci il tarixdə X1 ölmüşdür. Buna görə də iddiaçı tərəfindən mərhum həyat yoldaşına məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış obyekti ilə bağlı reyestrdən daşınmaz əmlakın mərhuma məxsusluğuna dair arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuş hesab olunmalıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat 19.

20. Kassasiya instansiyası məhkəməsinin əsaslandırması: 20.1. Kassasiya şikayətinin dəlillərinə əsasən, qeyri-yaşayış binasının texniki pasportda qeyd edilən torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin və bir hissəsi isə Bakı-Şamaxı avtomobil yolunun mühafizə zonasında yerləşir, habelə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair, birinci növbədə, qeyd edir ki, kassasiya şikayətində qeyd edilən həmin dəlillər cavabdeh tərəfindən nə iddiaçının müraciətindən imtina edilməsi, nə də aşağı instansiya məhkəmələrində icraat zamanı irəli sürülməmiş, hər hansı sübut təqdim edilməmişdir. Hazırda da cavabdeh kassasiya şikayətinin dəlillərini təsdiq edəcək hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərini əsaslı hesab etmir. 20.2. Işin müəyyən edilən hallarına görə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən mərhum ərinin adına verilmiş *** saylı qeydiyyat vəsiqəsinin fotosurətini təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin qeydiyyat vəsiqəsinin digər nüsxəsi nə cavabdehin arxivində, nə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinin arxivində, nə də digər orqanların arxivlərində aşkar edilməmişdir. Habelə, iddiaçının özü də iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsinin əslini təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsində nəzərdə tutulan qeydiyyat vəsiqəsi təqdim edilmədiyindən mütləq şəkildə həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (hazırkı halda Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli * saylı sərəncamı) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci və 58ci maddələrinin tələblərinə əsasən iş üzrə tam, hərtərəfli və obyektiv şəkildə araşdırma aparmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, ** nömrəli sərəncamı ilə Bakı-Şamaxı magistral yolunun sol kənarında 20,0 x 10,0 m ölçüdə torpaq sahəsi R.Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır. Bundan sonra Rafiq Xəlilov ##.##.2004-cü il tarixdə öz şəxsi vəsaiti hesabına tikdirdiyi tikililərə texniki pasport və qeydiyyat vəsiqəsinin hazırlanmasını xahiş etmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı texniki pasport hazırlanmışdır. 20.3. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olmuş, müstəsna hallarda bu səlahiyyət inzibati akt əsasında həmin icra hakimiyyətinin şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəliklərinə ötürülmüşdür. Hazırkı halda, mübahisələndirilən qeyriyaşayış sahəsinə dair torpaq ayrılmasına və tikilməsinə əsas olmuş Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış, həmin sərəncamın qəbul edilməsi ilə bağlı səlahiyyətin Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyə ötürülməsinə dair sərəncamın – inzibati aktın mövcud olması, Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin torpaq sahəsi ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması araşdırılmamışdır. Işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması yoxlanılmalı, yalnız bundan sonra hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair əmlakın vəfat etmiş şəxsə iddiaçının ərinə məxsus olması barədə məsələyə hüquqi qiymət verilməlidir.

ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Abşeron Rayon Icra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Abşeron rayon Dövlət Arixivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə icra nümayəndəliyinin sərəncamlarında ##.##.1995-ci il tarixli ** saylı sərəncam aşkar edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi əsaslandırması: 23.1. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəf onlarda olan nüsxəsinin sənədin əsli olduğunu iddia etdiyi qeydiyyat vəsiqəsinin surətini məhkəməyə təqdim etsə də, iddia tələbi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbinə əsasən, qeydiyyat orqanı qanun və ya vəsiyyət üzrə vərəsəyə, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda verir. 23.2. Bundan başqa, cavabdehin ##.##.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən əmlakın qeydiyyata alınması ilə bağlı idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair nə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinin arxivində, nə də digər orqanların arxivlərində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı Idarəsinin arxivinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi bildirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda isə iddiaçının qeyd etdiyi əmlaka dair yalnız texniki pasportun onlarda mövcud olduğu qeyd edilmişdir. 23.3. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, ** nömrəli sərəncamı ilə Bakı-Şamaxı magistral yolunun sol kənarında 20,0x10,0 m ölçüdə torpaq sahəsi Rafiq Xəlilova “Görüş” kafesi tikintisi üçün ayrılmışdır. Bundan sonra Rafiq Xəlilov ##.##.2004-cü il tarixdə öz şəxsi vəsaiti hesabına tikdirdiyi tikililərə texniki pasport və qeydiyyat vəsiqəsinin hazırlanmasını xahiş etmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Rafiq Xəlilovun adına sözügedən daşınmaz əmlakla bağlı texniki pasport hazırlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, texniki pasportda hüququ təsdiq edən sənəd kimi Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ** saylı ## ###### 1997-ci il tarixli sərəncamı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmişdir. Məhkəmə sorğularına verilən cavablardan görünür ki, həm Abşeron Rayon Icra Hakimiyyətində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, eləcə də Abşeron rayon X2 Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər mövcud deyildir. 23.4. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında qeyd olunur ki, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamının qəbul edilməsi ilə bağlı səlahiyyətin Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyə ötürülməsinə dair sərəncamın - inzibati aktın mövcud olması, Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmişdir. Lakin Abşeron Rayon Icra Hakimiyyətində və Abşeron rayon Dövlət Arxivində bununla əlaqədar (Pirəkəşkül- Qobustan kəndləri üzrə nümayəndəliyin belə bir səlahiyyətinin olması barədə, eləcə də Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən həmin nümayəndəliyə belə bir səlahiyyətin ötürülməsinə dair) sənəd və məlumat mövcud olmaması səbəbindən məhkəməyə bu barədə sübut təqdim edilməsi mümkün olmamışdır. 23.5. Göründüyü kimi, iddiaçı qeyd olunan əmlak üzərində mərhum ərinin mülkiyyət və ya digər əşya hüququnu əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı da bu, öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilmiş texniki pasportun tərtib edilməsinə əsas olmuş sərəncamın arxiv nüsxəsinin mövcud olması, habelə Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəliyin torpaq ayrılması barədə sərəncam qəbul etməyə səlahiyyətli olması halları isə məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

24. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, işə apellyasiya məhkəməsində baxılan vaxt məhkəmə iclasında cavabdehi təmsil edən nümayəndə ilə birlikdə gələn digər nümayəndə tərəfindən arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sədrlik edən hakim arxiv qovluğunu gətirən nümayəndəyə əmlaka dair qeydiyyat vəsiqəsinin olub-olmadığına dair sual ünvanlamış, cavabında isə cavabdeh orqanın nümayəndəsi qeydiyyat vəsiqəsinin arxiv qovluğunda saxlanılmadığını, qeydiyyat vəsiqəsinin yalnız bir nüsxə tərtib edildiyini və həmin nüsxənin isə vətəndaşa, yəni əmlak sahibinə verildiyini bildirmişdir. Iddiaçı tərəfindən məhkəməyə əmlaka dair sənədlərin əslinin, eyni zamanda cavabdeh orqan tərəfindən əmlaka dair arxiv sənədlərinin təsdiq edilmiş surətinin təqdim edilməsinə, xüsusilə də, cavabdeh orqanın nümayəndəsinin qeydiyyat vəsiqəsinin yalnız bir nüsxə tərtib edildiyini və həmin nüsxənin isə vətəndaşa, yəni əmlak sahibinə verildiyini bildirməsinə baxmayaraq məhkəmə qərəzli mövqe tutmuşdur.

25. Abşeron rayon Dövlət Arxivi ##.##.2025-ci il tarixli məktubunun hazırkı işə aid olmadığı məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq, məhkəmə buna məhəl qoymamışdır, Abşeron rayon Dövlət Arxivi ##.##.2025-ci il tarixli məktubunu iş materiallarına sübut növü kimi daxil etmişdir və məhkəmə eyni zamanda öz qərarında göstərmişdir ki, işdə olan Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül- Qobustan kəndləri üzrə icra nümayəndəliyinin sərəncamlarında ##.##.1995-ci il tarixli, ** nömrəli sərəncam aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında Abşeron rayon Dövlət Arixivi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubu araşdırmamışdır, məhkəmə elektron sisteminə daxil etməmişdir və həmin sübut növünə qiymət verməmişdir. Həmin məktubda bildirilir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayon Dövlət Arxivində həmin dövrə təsadüf edən sənədlər müəyyən səbəblərdən məhv edilmişdir. Bununla yanaşı, ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncam Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin arxivində saxlanılır və həmin sənədin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra- dövlət reyestri) aparılır. .. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (* nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ...

29. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ##.##.2004-cü il tarixdə ** nömrəli reyestr kitabında 132-ci səhifədə 525 reyestr nömrəsi altında qeydə alınmış və bu barədə, *** saylı qeydiyyat vəsiqəsi verilmiş Bakı-Şamaxı magistral yolunun sol tərəfində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Iddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin sorğusu əsasında Abşeron rayon Dövlət Arixivi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub araşdırmamış, həmin sübuta hüquqi qiymət verməmişdir. Həmin məktubda bildirilir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayon Dövlət Arxivində həmin dövrə təsadüf edən sənədlər müəyyən səbəblərdən məhv edilmişdir. Bununla yanaşı, ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncam Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin arxivində saxlanılır və həmin sənədin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən Abşeron Rayon Icra Hakimiyyəti başçısının Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinin ##.##.1997ci il tarixli, ** nömrəli sərəncamının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin arxivində mövcud olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin dövrdə sözügedən ərazidə torpaqayırma səlahiyyəti Abşeron Rayon Icra Hakimiyyətinə məxsus olmuş, Pirəkəşkül- Qobustan kəndləri üzrə nümayəndəliyinin belə bir səlahiyyəti olmamışdır. Abşeron Rayon Icra Hakimiyyətinin başçısı tərəfindən Pirəkəşkül-Qobustan kəndləri üzrə nümayəndəsinə torpaq ayrılması ilə bağlı səlahiyyət ötürməsi barədə isə heç bir sübut mövcud deyil. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

41. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar