Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3175/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: prokurorluq əməkdaşına təyin edilmiş pensiyanın yenidən hesablanması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1581/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 09.08.2018-ci il tarixli, 18/04-5326 nömrəli məktubda pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti ilə əlaq ədar olaraq bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavə olaraq prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Tələb edilən əlavələri işlədiyi dövrdə almağı haqda şöbəyə heç bir sənəd təqdim etmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanmasında nəzərə alınması mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,1992-ci ilin sentyabr ayından 12 iyun 2017-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası Ba ş Prokurorunun 12 iyun 2017-ci il tarixli 1 1/248-k saylı əmri ilə «Prorurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığına ğörə tutduğu vəzifədən azad olunmuşdur. Ona 1998-2002-ci illər üzrə pensiya təyin olunmuşdur. «Prorurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Bundan başqa hərbi qulluqçulara hər ilin sonunda iki aylıq əmək haqqı məbləğində bir dəfəlik pul müavinəti verilir. 2012-ci ildə ona pensiya təyin olunarkən yuxarıda qeyd etdiyi Qanunun həmin maddələri nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran bə ya yünğülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında pensiyanın hesablanması zamanı təqdim olunmuş bütün əmək haqqı və əlavələrin qanuna müvafiq qaydada hesablandığını bildirmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-270/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci və 20.9-cu maddələrinə uyğun olaraq prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçı isə apellyasiya məhkəməsinə təqdim etdiyi ərizəsində 2011-ci ilin dekabr ayından ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1581 /2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2-1(82)-270/2019 saylı qərarı yoxlanılan hissədə, «yaşa görə» sözlərindən sonra «01 dekabr 2011-ci ildən» sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hü quq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı 02 sentyabr 1992-cı il tarixdən 12 iyun 2017-ci il tarixədək Azərbaycan Respublikası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikası Baş Prokurorunun 12 iyun 2017-ci il tarixli 11/248-k saylı əmri ilə ‘Prokurorluq orqanlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığına görə vəzifədən azad olunmuşdur. Ona 1998-2002-ci illər üzrə pensiya təyin edilmişdir, iddiaçının qeyd etdiyi əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanu nvericiliyə ziddir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkilii kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili isə kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən is ə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafıəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, ha belə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq isçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqəd ar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.5 və 20.1.5-1 -ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən müddəaları nəzərə almaqla kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, həmin əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ona görə də, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Digər tərəfdən isə nəzərə alm aq lazımdır ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir ki, cavabdeh də bu halı mübahisə etmir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığına dair dəlillə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göst ərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər veriməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki inzibati orqan tərəfindən qanunun göstərişə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi iddiaçının əlavə məhrumiyyətlərə düçar edilməklə pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi belə bir nəticəni də əsaslı hesab edir ki, iddiaçıya 01 dekabr 2011-ci ildə əmək pensiyası təyin edildikdən sonra, 12 iyun 2017-ci ilədək prokurorluq orqanlarında qulluğa davam etmişdir. Ona görə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (01 yanvar 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əs asən iddiaçının əmək pensiyası almaqla yanaşı işlədiyi 01 dekabr 2011-ci ildən 12 iyun 2017-ci ilədək olan dövr üçün sözügedən əlavələr 50% həcmində nəzərə alınmaqla yenidən hesablanma aparılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (01 yanvar 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən işləyən əmək pensiyaçılarına bu Qanunun 20.1.-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr 50% həcmində ödənilir. Həmin Qanunun 37.2-ci maddəsinə (01 iyul 2017-ci ilədək redaksiyası) əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxs in müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1581/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3175/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3175/2019
26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver