Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3175/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə icraatının iştirakçısı olmayan şəxsin şikayət verməsi, kasasiyanın mümkünlüyü, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3811/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının məcburi icrası ilə bağlı iddiaçının ərizəsinin təmin edilməməsinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 21(103)-2678/2024 nömrəli qərardadından Hacıyev Kənan Ədalət oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3811/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin imtinasının qanunsuz sayılması, İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərsalma əsasl andırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulması qərara alınmışdır.
2. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)605/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzi Tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-3811/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1853/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qərarı qanuni qüvvəsini aldığından 31 yanvar 2024-cü il tarixli, 2-1(112)3811/2022 saylı məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək məhkəmə qərarının icrasına köməklik göstərilməsi xahiş edilmiş, iddiaçının həmin ərizəsi nəzərə alınmaqla məhkəmə tərəfindən cavabdehə 2-1(112)-3811/2022 saylı 06 mart 2024-cü il tarixli məktub ünvanlanaraq qərarının icrası ilə bağlı 20 gün müddət müəyyən edilmiş və həmin müddət ərzində məsələ ilə bağlı müvafiq tədbir görülməsi və məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Əlavə olaraq sözügedən məktubda cavadehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə qərarı icra olunmadığı təqdirdə cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmadığı, məhkəmə qərarının icrasından cavabdeh tərəfindən 01 mart 2024-cü il tarixli 3-35-2/2-Oxx-xx/2024 məktubla imtina edildiyi bildirilərək məhkəmə qərarının məcburi icraya yönəldilməsi xahiş edilm işdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
6. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 30 aprel 2024-cü il tarixli, 21(112)-3811/2024 nömrəli qərardadı ilə İddiaçı “məhkəmə qərarının məcburi icrasının təmin edilməsi barədə” ərizəsi təmin edilməmişdir.
7. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova sədrlik edən, M.C.Qarayeva və P.A.Hüseynov) 13 avqust 2024-cü il tarixli, 2-1(103)2678/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-3811/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılm ışdır.
9. Həmin qərardaddan iddiaçı və Hacıyev Kənan Ədalət oğlu kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3175/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
11. İş kassasiya instansiyasına daxil olduqdan sonra Hacıyev Kənan Ədalət oğlunun şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət məhkəmə icraatının iştirakçısı olmayan şəxs tərəfindən verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90 K assasiya şikayəti vermək hüququ. 90.1 Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümk ün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, Hacıyev Kənan Ədalət oğlunun şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
14. İş materiallarından göründüyü kimi, hazırkı mübahisə üzrə işə aşağı instansiya məhkəmələrində baxılarkən hazırda qərardaddan şikayət verən Hacıyev Kənan Ədalət oğlu məhkəmə icraatına cəlb ol unmamış, inzibati məhkəmə icraatının iştirakçısı olmamışdır. Halbuki, kassasiya şikayətini yalnız inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) verə bilər. 15. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət v erilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
16. Məhkəmə kollegiyası qeyd edilən halı analoji qaydada hazırkı işə tətbiq edərək bildirir ki, inzibati məhkəmə icraatı zamanı kassasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərmişdir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər.
17. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılma ması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
18. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 21(103)-2678/2024 nömrəli qərardadından Hacıyev Kənan Ədalət oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.