Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3179/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: müharibə veteranı statusu və vəsiqəsinin verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və onun vəkili Vəkil, cavabdehin vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1 814/2019 saylı iş üzrə 23.07.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1959-cu ildə Tərtər rayonu İsmayılbəyli kəndində anadan olmuşdur. Cavabdeh Müdafiə Nazirliyi inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsasland ırmışdır ki, iddiaçı, 1990-cı ilin aprel ayında könüllü olaraq hərbi xidmətə getmiş və Tərtər rayonunda yerləşən N saylı Gəncə ərazi özünü müdafiə batalyonunda qulluq etmişdir. Həmin batalyonda 25.12.1992-ci il tarixə kimi xidmət etmişdir. O, Ağdərə və həmin rayonun kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, döyüşlərin birində 25.12.1992-ci ildə yaralanmış və hərbi hissədən müalicə olunması üçün getmişdir. Müalicə olunduqdan sonra 1993-cü ilin mart ayında N saylı hərbi hissənin tərkibində yerləşən Qurtuluş batalyonunda xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin batalyonda 1993-cü ilin aprel ayına kimi qulluq etmişdir. O yaralandığı üçün ömürlük 2-ci qrup Qarabağ əlilidir. Hal-hazırda o müharibə veteranı adı və vəsiqəsinin alınmasını istəyir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də ona imtina verilmişdir. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Hesab edir ki, cavabdeh tərəfindən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Əsasnamənin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.2-ci maddəsinin tələbləri və müvafiq olaraq onun hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin 14.05.2019-cu il tarixli iş № 2-1(82)-1468/2019, (sədrlik edən hakim Etibar Must afayev) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.05.2019-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.07.2019-cu il tarixli iş № 2-1(103)-1814/2019 (hakimlər Valeh Ağayev sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin14 may 2019-cu il tarixli 2-1(82)-1468/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarınqəbuledilməsi, iddiaçının iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməmə si qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1990-cı ilin aprel ayında könüllü olaraq hərbi xidmətə getmişəm və Tərtər rayonunda yerləşən N saylı Gəncə ərazi özünü müdafiə batalyonunda qulluq etmişdir. Həmin batalyonda 25.12.1992-ci il tarixə kimi xidmət etmişdir. O, Ağdərə və həmin rayonun kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir, döyüşlərin birində 25.12.1992-ci ildə yaralanmışdır və hərbi hissədən müalicə olunması üçün getmişdir. Müalicə olunduqdan sonra 1993-cü ilin mart ayında N saylı hərbi hissənin tərkibində yerləşən Qurtuluş batalyonunda xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin batalyonda 1993-cü ilin aprel ayına kimi qulluq etmişdir. O yaralandığı üçün ömürlük 2-ci qrup Qarabağ ə lilidir. Hal-hazırda o müharibə veteranı adı və vəsiqəsinin alınmasını istəyir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıo müraciət etsə də ona imtina verilmişdir. Ona görə də o məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qərarı ləğv etmişdir. Məhkəmə qərarda qeyd edir ki, guya onun N saylı hərbi hissədə xidmətinə dair hər hansı bir qeyd mövcud deyildir. O bununla razı deyil. Belə ki, iş materiallarında onun həmin hərbi hissədə xidmət etməyinə dair sənədlər vardır, lakin məhkəmə bunu nəzərə almayaraq səhv qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2-1(103)-1814/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.07.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaç ı da, onun vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.07.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.07.2019cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.07.2019-cu il tarixli qərarının saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. isə dəyişdirilmədən Əsasla ndırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-ni n 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,o, 1990-cı ilin aprel ayında könüllü olaraq hərbi xidmətə getmiş və Tərtər rayonunda yerləşən N saylı Gəncə ərazi özünü müdafiə batalyonunda qulluq etmişdir. Həmin batalyonda 25.12.1992-ci il tarixə kimi xidmət etmişdir. O, Ağdərə və həmin rayonun kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etm işdir, döyüşlərin birində 25.12.1992-ci ildə o yaralanmışdır və hərbi hissədən müalicə olunması üçün getmişdir. Müalicə olunduqdan sonra 1993-cü ilin mart ayında N saylı hərbi hissənin tərkibində yerləşən Qurtuluş batalyonunda xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin batalyonda 1993-cü ilin aprel ayına kimi qulluq etmişdir. O yaralandığı üçün ömürlük 2-ci qrup Qarabağ əlilidir. Hal-hazırda o müharibə veteranı adı və vəsiqəsinin alınmasını istəyir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı o müraciət etsə də ona imtina verilmişdir. Ona görə də o məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qərarı ləğv etmişdir. Məhkəmə qərarda qeyd edir ki, g uya onun N saylı hərbi hissədə xidmətinə dair hər hansı bir qeyd mövcud deyildir. O, bununla razı deyil. Belə ki, iş materiallarında onun həmin hərbi hissədə xidmət etməyinə dair sənədlər vardır, lakin məhkəmə bunu nəzərə almayaraq səhv qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 08 mart 2006-cı il tarixli məktubunda iddiaçının 20 fevral 1992-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olması barədə məlumat olmadığı, 03 iyun 1992-ci il tarixdə komandirin əmrini pozduğuna və postu atıb getdiyinə görə N saylı hərb i hissə komandirinin əmri ilə batalyondan azad edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlar ı ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Həmin qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 №-li Qərarına əsasən: “... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli hərbi biletdə iddiaçının yalnız SSRİ Silahlı Qüvvələrində xidməti əks edilmiş, iddiaçının N saylı hərbi hissədə xidmətinə dair hər hansı qeyd mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.07.2019-cu il tarixli 2-1(103)1814/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3179/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3179/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver