Məhkəmə qərarları › İş №2-1(102)-318/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-318/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2020 15.01.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar söz: diplomun ölkə ərazisində tanınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi, cavabdehin vəkilinin iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Gürcüstan Texniki Universiteti tərəfindən adına verilmiş 11 oktyabr 2017-cı il tarixli, ** **** nömrəli bakalavr diplomunun (qeydiyyat nömrəsi *****) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh Təhsil Nazirliyinə müraciət etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 14.09.2018-ci il tarixli və 27 may 2019-cu il tarixli, *** nömrəli cavab məktubları ilə ona imtina edilmiş, imtinaya səbəb kimi, Gürcüstan Respublikası Texniki Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müdd ət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə Gürcüstan Texniki Universiteti tərəfindən adına verilmiş ** **** nömrəli 27 iyul 2017-ci il tarixli bakalavr dərəcəsi üzrə diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Gürcüstan Respublikası Gürcüstan Texniki Universiteti tərəfindən adına verilmiş 11 oktyabr 2017-cı il tarixli, ** **** nöm rəli bakalavr diplomunun (qeydiyyat nömrəsi *****) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2-1(82)727/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Gürcüstan Texniki Universiteti tərəfindən iddiaçıya verilmiş 11 oktyabr 2017-cı il tarixli, ** **** nömrəli bakalavr diplomunun (qeydiyyat nömrəsi *****) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınm ışdır (hakim X.İmanov). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2-1(82)- 727/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə girişi barədə sərhədkeçmə məlumatına əsasən onun 2013-2017-ci illəri əhatə edən tədris illəri ərzində əyani təhsil forması üçün nəzərdə tutulan hər il üzrə aylıq tədris müddətinə uyğun olan təhsilalma davamiyyəti (Gürcüstan Respublikasında olma müddəti) müəyyən olunmur. Belə ki, 2013/2014-c i tədris ilində iddiaçının Gürcüstan Respublikasında olma müddəti 06 ay 14 gün,2014/2015-ci tədris ilində 06 ay 19 gün, 2015/2016-cı illərdə 03 ay 03 gün, 2016/2017-ci illərdə 4 ay 01 gün təşkil etmişdir. Belə olan halda onun tərəfindən diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsəməsi istisna edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının Gürcüstan Respublikasının ərazisində olma müddəti təhsil aldığı müəssisənin normativlərinə uyğundur və oradakı dərs yükünü qarşılamağa imkan vermişdir. Əgər dərs yükü yerinə yetirilməsə idi ona diplom verilməzdi. Bundan əlavə, tədris d övrü ərzində qısa müddət dərslərdə iştirak edə bilməməsinin üzrlü səbəbi Azərbaycan Respublikasında iddiaçının göz əməliyyatı keçirməsi olmuşdur. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 16, 25, 26, 42, 60, 62-ci maddələrinə, “Təhsil haqqında” Qanunun 44-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Gürcüstan Texniki Universitetinin Hüquq və Beynəlxalq münasibətlər fakültəsinin *** nömrəli, 27 iyul 2017-ci il tarixli qərarı ilə ona Beynəlxalq münasibətlərdə sosial elmlər üzrə bakalavr dərəcəsi verilmiş, 11 oktyabr 2017-cı il tarixdə verilmiş ** **** nömrəli diplom Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən 07.12.2017-ci ildə ********* nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı diplomunun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin iddiaçıya ünvanlanmış 14.09.2018-ci il tarixli və 27 may 2019cu il tarixli, *** nömrəli cavab məktubunda iddiaçının ali təhsil sahəsində ixtisasının tanınması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Gürcüstan Texniki Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Cavabdehin iddiaçının diplomunu ölkə ərazisində tanınmasından im tina etməsinin yeganə əsasının ekspert rəyi təşkil edir və həmin ekspert rəyinə əsasən Gürcüstan Texniki Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli *** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitiril məsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasənxarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.4-cü bəndinəəsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrak ı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında işə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasənxarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydalarının 3.3-cü bəndinə əsasən təhsilin məzmunun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsili n müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzr ə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixti sas dərəcəsi verilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə girişi barədə sərhədkeçmə məlumatına əsasən onun 2013-2017-ci illəri əhatə edən tədris illəri ərzində əyani təhsil forması üçün nəzərdə tutulan hər il üzrə aylıq tədris müddətinə uyğun olan təhsilalma davamiyyəti (Gürcüstan Respublikasında olma müddəti) müəyyən olunmur. Belə ki, 2013/2014-ci tədris ilində iddiaçının Gürcüstan Respublikasında olma müddəti 06 ay 14 gün, 2014/2015-ci tədris ilində 06 ay 19 gün, 2015/2016-cı illərdə 03 ay 03 gün, 2016/2017-ci illərdə 4 ay 01 gün təşkil etmişdir. Belə olan halda onun tərəfindən diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsəməsi istisna edilir. Halbuki, hazırkı iş üzrə cavabdeh iddiaçıya Qayd aların 3.7-cı maddəsində sadalanan hansı hala görə imtina cavabı verdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), istiqaməti, sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunun əksi isə cavabdeh və apellyasiya instansiya məhkəməsi tərəfindən sübuta yetirilməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Gürcüstan Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində Gürcüstan Respublikasında olmalı olmasını qeyd etməmişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi yalnız cavabdehin dəlillərinə istinad edərək və hüquq normalarını sadalamaqla, iş üzrə sübutlara obyektiv qiymət vermədən iddia tələbini təmin etməkdən imtina etmiş və beləliklə, hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2128/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərar ı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar