Məhkəmə qərarları › İş №2-1(102)-318/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-318/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyünə qəbuldan imtina; inzibati orqanın qiymətləndirmə azadlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “cavabdehin qərarlarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının müsahibədə verdiyi cavabların məqbul qiymətlən dirilməsi, peşə yararlılığının müəyyən edilməsi barədə müsbət rəy verilməsi, icbari təlimə buraxılması və kollegiyaya üzv qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 21(103)-1633/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2018-ci il 28 yanvar tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı (test) mərhələsində iştirak etmiş və yazılı imtahanın yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizəd kimi imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılmışdır.

2. İddiaçı 2018-ci i l 29 may tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 2018-ci il 29 may tarixli, 34 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir.

3. İddiaçının qeyri-məqbul qiymətlərinin sayı məqbul qiymətlərinin sayından çox olduğu üçün 2018-ci il 05 iyun tarixli, 7 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə cavablarını “qeyri-məqbul” qiymətləndirdiyindən 2018ci il 05 iyun tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (http://barassociation.az/news/104) dərc edilmiş şifah i müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısında yer almamış, iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir.

4. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinə şikayət verərək Vəkillərin İxtisas Komissiyasının onun şifahi müsahibədə verdiyi cavabın qeyri- məqbul qiymətləndirilməsinə dair qərarının ləğv edilməsini, onun cavabının məqbul qiymətləndirilməsinə dair qərar qəbul edilməsini və onun Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılmağı və Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmağı ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı 2018-ci il 13 iyul tarixli, 407 saylı məktubu ilə iddiaçının müraciətinə Rəyasət Heyətinin 2018-c i il 9 iyul tarixli iclasında baxıldığı, hüquqi əsas müəyyən edilmədiyindən iddiaçının müraciətinin təmin edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2018-ci il 8 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının müvafiq icra hakimiyyəti orqanının tədriselm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin iddiaçını Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddianın əsaslarına görə, iddiaçı 2018-ci il 28 yanvar tarixdə X3 tərəfindən keçirilən vəkilliyə ixtisas imtahanının birinci mərhələsi olan yazılı testdə iştirak etmiş və 73 bal toplayaraq ikinci mərhələyə keçmişdir. 2018-ci il 29 may tarixdə ixtisas imtahanının ikinci mərhələsi olan şifahi müsahibədə iştirak etmişdir. Təxminən 35 dəqiqə davam edən şifahi müsahibədə İxtisas Komissiyasının bəzi üzvlərinin ona münasibəti kobud və qərəzli olmuşdur. Belə ki, Komissiya üzvləri verilən sualı cavablandırarkən onun sözünü tez-tez kəsmişlər, cavab vermək üçün konsentrasiya olmağına şərait yaratmamışlar. Bundan başqa, suala cavab verərkən Komissiya üzvləri ona “suala düz cavab vermirsən”, “bilmirsən” kimi atmacalar atmaqla müdaxilə etmişlər. Həmin Komissiya üzvləri ondan qanunvericilik aktlarının mətnini əzbər söyləməyi tələb etmişl ər. O, sualları mahiyyəti üzrə düzgün və dolğun cavablandırsa da, Komissiya üzvlərinin bəziləri yerindəcə cavabı qəbul etmədiklərini bildirmiş, sualları cavablandırma tərzinə iradlar ünvanlamışlar.

8. İddiaçı 2018-ci il 11 iyun tarixdə Vəkillərin İxtisas Komissiyasının qərarından Rəyasət Heyətinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sualların mütləq əksəriyyəti, yəni 4 sual mahiyyəti üzrə düzgün və dolğun cavablandırılmış, bir sualın qanunsuz olması ilə əlaqədar ona cavab verilməsindən imtina olunmuşdur. 2018-ci il 9 iyul tarixdə Rəyasət Heyəti onu şikayətini rədd etmişdir. 2018-ci il 21 iyul tarixdə Rəyasət Heyətinin qərarına dair ona rəsmi məlumat təqdim edilmişdir. Məlumatda göstərilmişdir ki, hüquqi əsas müəyyən edilmədiyindən, şikayət təmin olunmamışdır. Kollegiya tərəfindən onun vəkilliyə qəbulundan imtinanın əsası kimi şifahi müsahibədə qeyri-məqbul qiymətləndirilməsi götürülmüşdür. İddiaçı cavabdehin gəldiyi faktual əsası qəbul etmir. Cavabdehin istinad etdiyi faktual əsasa görə iddiaçı suallara qeyri-məqbul cavab vermişdir. İşin hallarına görə isə, cavabdehin gəldiyi nəticənin əksinə olaraq suallara tələb olunan səviyyədə cavab vermişdir. Ona görə də, cavabdehin gəldiyi nəticəni faktual aspektdə inkar edir və mübahisələndirir. Hesab edir ki, onun qeyri-məqbul cavab verməsini sübut etmək yükü cavabdehin üzərindədir. Cavabdeh bu sübutetmə yükünü nümayiş etdirən dəlillər təqdim etməmişdir. Belə olan halda, onun cavabları məqbul qəbul edilməlidir. İnzibati icraatda mötəbərlik prezumpsiyası istifadə edilir. Buna uyğun olaraq, inzibati icraat zamanı i şin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Nəticə olaraq, cavabdeh Vəkillər Kollegiyası onun suallara qeyri-məqbul cavab verməyini sübut edə bilməmişdir.

9. Həmçinin ixtisas imtahanının tərkib hissəsi olan şifahi müsahibənin funksiyası vəkilliyə namizəddən onun yazılı test mərhələsində artıq cavablandırdığı sualları təkrarən cavablandırması mənasına gəlməməlidir. Belə ki, yazılı test mərhələsində ona təqdim edilmiş 100 sualdan 60-na cavab verməklə namizəd onun hüquqi biliyi ilə bağlı peşə yararlılığının yoxlanılmasına dair tələbi yerinə yetirmiş olur. Şifahi müsahibənin məqsədi namizədin müvafiq kazuslar üzrə hüququ tətbiq etməyə dair bacarığının olu b-olmamasını yoxlamaqdan və üstün əxlaqi keyfiyyətlərə malik olubolmamasını aydınlaşdırmaqdan ibarət olmalıdır. Əgər şifahi müsahibə yazılı testlə eyni funksiyanı daşıyacaq idisə, onda yazılı testin keçirilməsi əhəmiyyətsiz olur. İddiaçı hesab edir ki, şifahi müsahibəyə yazılı testlə əlaqəli qaydaları tətbiq etməklə cavabdeh hüququn tətbiqi ilə əlaqədar maddi-hüquqi səhvə yol vermişdir. Cavabdehin hüququ yanlış tətbiq etməsi onun gəldiyi nəticələrin qanuniliyini şübhə altına alır. Bununla da, cavabdehin keçirdiyi şifahi müsahibənin nəticələri qanuni deyil.

10. Vəkillər Kollegiyasının İxtisas Komissiyasındakı nümayəndələri ona (iddiaçıya) qarşı qərəzli davranmış, onun cavablarını əsassız olaraq qəbul etməmişlər. Onların davranışı qərəzli və ədalətsiz olmuşdur. Buna görə də, onun suallara ve rilən cavablarının komissiya üzvləri tərəfindən obyektiv qymətləndirilməsini gözləmək əbəsdir. İddiaçı, göstərilənlərə əsasən hesab edir ki, İxtisas Komissiyasının üzvlərinin qərəzli davranışlarına görə verdikləri qiymət ədalətli və əsaslı deyil.

11. İddiaçı aktiv ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. Onun bu fəaliyyəti aşkar xarakter daşımış və mətbuat vasitəsilə ictimaiyyətə bəlli olmuşdur. Bu fəaliyyət çərçivəsində o, siyasi iş kimi xarakterizə edilən bir sıra inzibati və mülki işlərdə iştirak etmişdir. X1 üzvü kimi vəkil inhisarının yaradılması prosesinə tənqidi yanaşmışdır. Bununla əlaqədar bir sıra ictimai tədbirlərdə aktiv iştirak etmiş və Vəkillər Kollegiyasının rəhbərliyinin mövqeyinə tənqidi yanaşmışdır. Qeyd olunan ictimai müzakirələrdə Vəkillər Kollegiyasının rəhbərliyi ndə təmsil olunan şəxslər ona və digərlərinə qarşı söz hücumuna keçmişlər. İşin kontekstini nəzərə alaraq, kollegiyaya qəbul edilməməyi xoş olmayan niyyətli müdaxilələrdir və bu hal həmin müdaxilənin primu facie əsassızlığını nümayiş etdirir. Cavabdehin istinad etdiyi əsasın faktiki əsassızlığına, cavabdehin imtahan qaydalarının yanlış tətbiq etməsinə, İxtisas Komissiyası üzvlərinin ona qarşı subyektiv qərəzsizliyinə və işin kontekstinə istinad edərək hesab edir ki, cavabdehin qərarı maddi-hüquqi baxımdan qanunsuz və əsassızdır. Cavabdeh inzibati icraatın ən mühüm prinsiplərindən biri olan dinlənilmə hüququ (audi alteram partem) prinsipini pozmuşdur. Belə ki, cavabdeh yekun qərarı qəbul edərkən onun iştirakını təmin etməyib və İxtisas Komissiyasının gəldiyi nəticələrlə əlaqədar onun mövqey ini öyrənməmiş, İxtisas Komissiyasının nəticələrinə dair onun əks arqumentləri ilə maraqlanmamışdır. Bundan əlavə, ona şikayət verilməsinə baxmayaraq, Rəyasət Heyəti də bu məsələdə onun mövqeyini öyrənməmişdir. Buradan o nəticə hasil olur ki, cavabdeh bütövlükdə dinlənilmə hüququ prinsipini tətbiq etməmişdir. Dinlənilmə hüququnun təmin edilməməsi işin aqibətinə təsir edən pozuntudur. Buna görə də, prosessual pozuntu cavabdehin yekun qərarının məhkəmə qaydasında ləğvinin prosessual əsasını təşkil edir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 oktyabr tarixli, 21(82)-3843/2018 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

13. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək: - Azərbaycan Respubl ikası Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlığının müəyyən edilməsinə dair 2018-ci il 29 may tarixli, 34 saylı şifahi müsahibədə iddiaçının ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi öhdəliyinin və iddiaçının peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulmasını; - İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədrıs-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulmasını; - İddiaçının aşağıdakı tələblərə cavab verməsi şərti ilə onun Azərbay can Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulmasını: 1) İddiaçı müvafiq icra hakimiyyəti orqanının tədrıs- elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməsini; 2) İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq İddiaçı işində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin İİ hissəsi ilə ziddiyyət təşkil edən halların olmamasını; -Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qurumu olan Vəkillərin İxtisas Komissiyasının peşə yararlığın ın müəyyən edilməsinə dair 2018-ci il 05 iyun tarixli, 7 saylı şifahi müsahibənin nəticələrinə dair protokolun (qərarı) iddiaçıya aid olan hissədə ləğv edilməsini; -Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 2018-ci il 09 iyul tarixli 15 saylı protokolun (qərarın) iddiaçıya aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 aprel tarixli, 2-1(82)672/2019 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, iddiaçının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı proses və ixtisas imtahanının şifahi mərhələsinin mahiyyəti barədə mülahizə ləri yanlışdır və bu yanlışlıqlara əsaslanaraq qaldırılmış hazırkı iddia tələbləri doğru təhlil edilməmişdir. Hazırkı iddia tələblərinin “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və “tədris-elm müəssisəsində icbari təlimə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələri mümkün deyil.

16. Hazırkı iş üzrə araşdırma predmetini yalnız imtahanın şifahi müsahibə mərhələsi təşkil edə bilər. İddiaçının “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi və peşə yararlılığının müəyyən edilməsinə dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi də Vəkillərin İxtisas Komissiyasının ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbi q etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranışı nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni, Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İxtisas Komissiyası müstəsna diskresion səlahiyyətini təşkil edir. Hazırkı halda Vəkillər Kollegiyasının dövlət və məhkəmə hakimiyyəti sisteminə münasibətdə məxsusi yeri və muxtariyyəti nəzərə alınmaqla məhkəmə öz üzərinə Vəkillərin İxtisas Komissiyasının əvəzinə diskresion səlahiyyəti daha yaxşı həyata keçirmək vəzifəsini götürə, “Vəkillərin İxtisas Komissiyasına” çevrilə bilməz. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü bəndi mütləq qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən hər bir namizədə ayrıca hüquq sahəsinə aid sualların verilməsini, habelə ayrıca məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün və bilik səviyyəsinin müəyyən edilməsi üçün sualların, o cümlədən də ayrıca iş fəaliyyəti ilə bağlı sualların verilməli olmasını müəyyən etmir. Həmin müddəa özü-özlüyündə diskresion səlahiyyətlər müəyyən edən normaların dispozisiyası üçün səciyyəvi olan “bilər” sözü ilə bitir və Vəkillərin İxtisas Komissiyasına seçim sərbəstliyi və qiymətləndirmə azadlığı təqdim edir ki, bu da diskresion səlahiyyətin icra edilməsi üçün əsas və səciyyə vidir. Hər bir namizəd ayrılmış vaxtın məhdudluğu və namizədlərin sayının çoxluğu şəraitində isə belə həll imtahanların inzibatçılığı baxımından məqbul və zəruri idi.

17. Namizədlərdən “audio və video yazan vasitələri” deyil, mobil telefon cihazları imtahan başlamamışdan öncə inzibati binanın girişində olan müvafiq dolablara qoyulması tələb edilir, onlara həmin dolabın açarı verilir və namizəd inzibati binanı tərk edərkən dolabı açıb mobil telefon cihazını geri təhvil alır. Bu prosedurun məqsədi ondan ibarətdir ki, imtahan günü bütün namizədlərə eyni 5 sual verildiyindən, artıq imtahandan çıxmış namizədin və digər şəxslərin hər-hansı bir formada bir neçə saat davam edən imtahan üzrə suallar barədə imtahana girməmiş namizədi xəbərdar etmək imkanı istisna edilir. Həmçinin şifahi imtahan zama nı hər bir namizədin əyləşdiyi masanın üzərində kağız, qələm, su və stəkan daimi olaraq təmin edilmişdir.

18. Vəkillərin İxtisas Komissiyasının namizədin cavabının qiymətləndirilməsinin əsaslandırılmamış olması barədə dəlil də əsassız olmaqla, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının nəzərə alınmamasının nəticəsidir. Qeyd edilməlidir ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərində əks etdirilmiş məlumatlar əsasında qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir ki, bu Vəkillər Kollegiyasının spesifik və məxsu si fəaliyyətini tənzimləyən Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının tələblərinə tam uyğundur, bu qərar əsaslandırılmamış hesab edilə bilməz.

19. Komissiya üzvləri arasında qiymətləndirmədəki fərqlər ilə bağlı iddiaçının dəlilinə gəldikdə isə, bu dəlil qərarın kollegial olaraq qəbul edilməsi prosesində kollegial orqanın üzvləri arasında fikir ayrılığının mövcud ola bilməsinin normal və təbii təcrübə olmasını, bu halların kollegial orqanın fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmasını, qiymətləndirmədəki diskresiya və dispozitivliyə əsaslanması kimi halları nəzərə almır və əsassızdır. Hər bir halda kollegial orqanın hər hansı bir üzvünün nüfuzu və ya konkret sahə üzrə təcrübəsi həmin orqanın digər üzvlərinin mütləq qaydada həmin üzv kimi və onunla eyni məzmunda qiymətləndirmə aparmalı olması demək deyil və belə hesab edilə də bilməz. Çünki əksi kollegial orqanın məhz kollegial fəaliyyətinin mahiyyətinə ziddir.

20. İddiaçı namizəd qismində Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməmişdir. Halbuki, bir hüquqşünas kimi özünün hal-hazırda istinad etdiyi İnzibati icraat haqqında Qanunun 42-ci maddəsinin məzmunu ona məlum olmalı idi. Belə ki, “İnzibati icraat haqqında” Qanun imtahan proqramına daxildir. Həmçinin iddiaçı Vəkillər Kollegiyası Rəyasət Heyətinə verdiyi şikayətində də Vəkillərin İxtisas Komis siyasının hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə bilavasitə hər hansı bir əsaslandırılmış dəlil irəli sürməmişdir. Əlavə olaraq əgər iddiaçı Vəkillər X2 hər hansı bir üzvünün və ya bütünlüklə tam tərkibinin qərəzli olmasını iddia edirdisə Rəyasət Heyətinə şikayət etməsinə zərurətin nədən ibarət olması bəlli deyil. Əgər hazırda irəli sürülən qərəzlilik iddiası həqiqi və iddiaçı üçün əhəmiyyətli idisə bu etirazın imtahan tarixindən öncə və bilavasitə imtahandan qabaq irəli sürülməməsi ağlabatan olmamaqla, hazırkı iddianın əsassızlığını və uydurma olmasını təsdiq edir. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 21. 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 2019-cu il 15 noyabr tarixli, 21(82)- 672/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “2018-ci il 5 iyun tarixli,7 saylı protokolun ləğv edilməsi” tələbi hazırda əsas tələb kimi çıxış, edir, digər tələblər isə ondan törəmədir. Nə qədər ki, onun müvafiq mərhələdə qiymətləndirilməsinin nəticəsi növbəti mərhələyə, yəni müvafiq tədris-elm müəssisəsində icbari təlimə buraxıla bilməz. Nəzərə alınmalıdır ki, Vəkillərin İxtisas Komissiyasının həm iddiaçının peşə yararlılığını müəyyən etməsi, həm də mühasibədə iddiaçının qiymətləndirməsi qurumun diskresion səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Odur ki, məhkəmə hər iki məsələnin həllində inzibati orqanın hərəkətlərinə yalnız Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 74-cü maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin tələbləri baxımından qiymət verərək vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın öz səlahiyyətlərinin məqsədlərindən kənar hərəkət etdiyi və qanunla müəyyən olunmuş hədlərə əməl etmədiyi müəyyən olunmur.

23. Məhkəmənin qənaətinə görə qaldırılan məsələlər cavabdehin diskresion səlahiyyətləri daxilində həll olunduğundan, məhkəmə iddiaçının arzuladığı qərarın qəbulunu, qəbul olunmuş qərarın ləğvini və arzulanan hərəkətin edilməsini təmin edə bilməz. Odur ki, iddiaçının “2018-ci il 5 iyul tarixli, 7 saylı və 2018-ci il 9 iyul tarixli, 15 saylı protokolun (qərarın) iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının müsahibədə ver diyi cavabların məqbul qiymətləndirilməsi, peşə yararlılığının müəyyən edilməsi barədə müsbət rəy verilməsi, icbari təlimə buraxılması və müvafiq təlimə cavab vermək şərtilə kollegiyaya üzv qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı sayılmamalıdır.

24. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 2-1(103)-1633/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşmışdır.

27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

29. İddiaçı kassasiya şikayətində əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının şifahi müsahibədə verdiyi cavabların qeyri-məqbul hesab edilməsinə dair mövqeyi əsassızdır. Belə olduqda isə iddiaçının üç suala verdiyi cavablar məqbul hesab edilməlidir. Bu məqamda bir məsələni qeyd etmək zəruridir ki, cavabdeh şifahi müsahibənin xüsusi bilik tələb edən məsələ olmasına və buna görə də məhkəmənin deyil, İxtisas Komissi yasının bu məsələdə daha münasib mövqedə olmasına əsaslanaraq diskresion səlahiyyət qaydasına istinad edə bilər.

30. Əgər İxtisas Komissiyası 2 və 3-cü növ sualları vermiş olsaydı, onda diskresion səlahiyyət yanaşması ilə hardasa razılaşmaq olardı. Lakin iş materialları əsasında bəlli olur ki, İxtisas Komissiyası yalnız hüquq sahəsinə aid suallar verib. Hətta şifahi müsahibə protokolundan aydın olur ki, komissiya yalnız qanunvericilik sualları verib.

31. Yuxarıda sadalananlardan göründüyü kimi İxtisas Komissiyası sualları hüquq sahəsinə aid qanunvericilik sualları ilə məhdudlaşdırıb. Qanunvericilik suallarına isə cavab verilib-verilməməsini yoxlamaq isə məhkəmə üçün adi bir işdir. Çünki - "lura novit curia” - hakim qanunu bilir. Qanunvericilik suallarına cavab verilməsinin aydınlaşdırılmas ı məhkəmənin edə biləcəyi bir fəaliyyətdir.

32. Məhkəmələr iddianı təmin etməyərkən cavabdehin diskresion səlahiyyətlərinə istinad edib, lakin bu diskresion səlahiyyətlərin nədən ibarət olmasını dəqiqləşdirməyib və zəruri araşdırma aparmayıb. Məhkəmələr yalnız ümumi formada diskresion səlahiyyətlərə istinad edərək iddianı təmin etməyib. Bu hal isə məhkəmə qərarlarının əsaslandırılmalı olmasına dair İPM-in müddəalarına ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri

33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.

34. Bundan başqa, etirazda qeyd edilir ki, Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə on un diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. Vəkillərin İxtisas Komissiyası diskresion səlahiyyətləri həyata keçirdiyindən hər-hansı bir səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə Vəkillərin İxtisas Komissiyasının qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz, Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İ xtisas Komissiyası müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, hüququn icrasına (namizədin cavabının qiymətləndirilərək “məqbul” və ya “qeyri-məqbul” hesab edilməsi) əhatə etmir və məhkəmə yalnız Vəkillərin İxtisas Komissiyasının öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.

35. İddiaçının “lura novit curia” (“məhkəmə qanunu bilir”) latın maksimasına istinad edərək, məhkəmənin hüquqa aid suala namizədin düzgün cavab veribverməməsini müəyyən etmək iqtidarında olmasını qeyd etməsi ilə bağlı cavabdeh qeyd edir ki, “İura novit curia” prinsipinin mənasını qarşı tərəf yanlış olaraq hərfi təqdim edir. Bu prinsipin əsl mənası ondan ibarətdir ki, yalnız məhkəm ə konkret iş üzrə konkret mübahisəyə hansı hüququ və necə tətbiq edəcəyi üzrə səlahiyyətlidir, bu səlahiyyətini xidməti vəzifəsinə görə icra edir və bu zaman tərəflərin hüquqi dəlilləri ilə bağlı deyil. c. məhkəmə icraatı iştirakçılarının izahatları

36. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında v əkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Maddə

11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti (...) İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (...) İxtisas Komissiyasına üzvlər təyin edir; (...) ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; (...) Maddə

13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlı ğının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericili yin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. 38. “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”: (...) 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən az ı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bili k səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: (...) Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;...

40. İPM: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onu n arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. (...) Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (...) Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (...) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassa siya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə iddiaçının “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinin məzmunundan irəli gələn qənaətini əsaslı hesab edir. Həmin normaya görə, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

44. Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun q ərarlardan birini seçmək imkanıdır.

45. Məhkəmə kollegiyası nəzərə alır ki, Vəkillər Kollegiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsinə dair qaydaları və peşə yararlılığına dair meyarları müəyyən etməkdə sərbəstdir. Lakin bu diskresion səlahiyyət Vəkillər Kollegiyasını həmin qayda və meyarlara uyğun davranmaq öhdəliyindən azad etmir.

46. Məhkəmə kollegiyası razılaşır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir.

47. Normanın məzmunundan göründüyü kimi, nam izədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz).

48. Bununla yanaşı, məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə tətbiqini onun qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

49. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının qərarının yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 50. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.

51. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq cavabdehin belə bir dəlili ilə razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. 52. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə b ağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi).

53. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır.

54. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir.

55. Haz ırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir.

56. Məhkəmə kollegiyası iddiaçının “İura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə istinadının əsaslı olmadığına dair cavabdehin etirazının dəlilləri ilə razılaşır.

57. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı qərarındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni t ərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.

58. Bu qənaət, həmçinin İPM-in 69.4-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.1-ci maddəsinin məzmunundan irəli gəlir. İPM-in 69.4-cü maddəsinə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin... istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. MPM-in 218.1-ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim... tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu... müəyyən edir.

59. Hətta iddiaçının istinadı onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymə tləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir.

60. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır.

61. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir.

62. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

63. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və eht imal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir.

64. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir. 65. “İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədrıs-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” məzmunda tələblərə gəldikdə, həmin tələblər digər tələbl ərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələblərin təmin olunması istisna edilir.

66. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

67. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 06 oktyabr tarixli, 21(103)-1633/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar