Məhkəmə qərarları › İş №2-1(102)-318/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-318/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-318/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının iddiadan imtina etməsi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “artıq ödəmənin geri qaytarılması və s.” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.10.2021-ci il tarixli, 21(103)-2202/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işlə bağlı iddiaçının ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 736500 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılma tarixinədək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinidə faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, № 2-1(112)-3679/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 736500 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılma tarixinədək gec ikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi vəzifəsi cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.10.2021-ci il tarixli, 21(103)-2202/2021 nömrəli qərarına əsasən (sədrlik edən Mirzə Tağızadə, hakimlər Azər Hüseynov və Xəyalə Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, № 2-1(112)-3679/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, № 2-1(112)-3679/2021 sayl ı qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

5. İddiaçı 09.02.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsindən imtina etdiyini bildirmiş, icraatının dayandırılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. (-) 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılma sının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

15. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. (-) KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalıdır.

8. Belə ki, hazırkı qərardadın 6-cı bəndində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiadan imtina edə bilər və iddia məhkəmə tərəfindən geri gö türülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

9. İddiaçı da 09.02.2022-ci il tarixli ərizə ilə iddiadan imtina etdiyini bildirmişdir.

10. Belə olan halda, iddiaçının ərizəsi təmin edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödəmənin geri qaytarılması və s.” tələbinə dair iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar