Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyi nat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)673/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı ildə süni tikililər üzrə 1-ci dərəcəli yol montyoru vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1977-ci ildə Sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37 maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1980-ci ildə Mincevan usta məntəqəsində 3-cü dərəcəli buruq quyularının qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci ildə usta vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə “Buruq quyuları qazmaçısı” ixtisası verilmiş, xx.xx.1987-ci ildə tarifikasiya üzrə 4-cü tarifikasiya dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə Ermənistan SSR Əmək Məcəlləsinin 34-cü maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.1989-cu ildə 3-cü dərəcəli transportyorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ildə YTİ-nə üçüncü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə dördüncü dərəcə ilə yükləmə xəttinə operator keçirilmiş, xx.xx.1993-cü ildə beşinci dərəcə ilə yükləmə xəttinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə Azərbaycan DDY-nin 34 saylı, xx.xx.2008-ci il tarixli əmrinə əsasən Bartaz çınqıl zavodunun adı dəyişdir ilərək 2 nömrəli DYM adlandırılmış, xx.xx.2019-cu ildə ADY QSC-nin İnsan resursları İdarəsinin ştat cədvəlində edilmiş dəyişikliyə əsasən yardımçı fəhlə vəzifəsinin adı seçib-qablaşdırıcı adı ilə əvəz olunmuşdur.
2. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 29 mart 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növ ündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada iddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1.şəxsiyyət vəsiqəsinin surəti;
2. Ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri; 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli;
4. Pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd edilənlərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli və yuxarıda 3cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına d air iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda "xxxx" QSC-də “daşın seçib qablaşdırıcı (fəhlə)” vəzifəsində işləyir. Bu sahədə ümumi stajı 44 ildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək Pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununa əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Dəmir Yolunun Ordubad Yol stansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixinədək yol montyoru vəzifəsində 03 il 08 ay 04 gün, “X2” Trestinin 86 saylı İdarəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu ilə qədər quyu qazmaçısı peşəsində 09 il 05 ay 20 gün, "xxxx" Bartaz Çınqıl zavodu”nda xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı ilə qədər transportyorçu vəzifəsində 09 ay 09 gün olmuşdur. xx.xx.1990-cı ildən hal-hazıradək yuxarıda qeyd edildiyi kimi “daşın seçib qablaşdırıcı (fəhlə)” vəzifəsində çalışmışdır. Toplam iş stajının 14 il 11 ay 21 gününü 2 nömrəli Siyahıya uyğun xüsusi şərtlərlə pensiya hüququ verən iş stajı təşkil edir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, c avabdeh orqan bundan imtina etmişdir.
6. Cavabdehin iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı 28 sentyabr 2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa v ə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 iyul 1976-cı il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X3 04 sentyabr 2020-ci il tarixli, 13 nömrəli arayışında qeyd olunan xx.xx.1980-ci il tarixindən bu günədək adıçəkilən müəssisədə işlədiyi qazmaçı, transportyorçu və seçib-qablaşdırıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (03 il 08 ay 04 gün) təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5765/2021 nömrəli, 8 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) olmasına baxmayaraq, onun xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə iş stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri-nəqliyyatda transportyorçu, buruq quyuları qazmaçısı, seçib qablaşdırıcı peşələri 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. xx.xx.1976-ci ildən xx.xx.1980-ci ilə qədər yol montyoru peşəsində işlədiyi müddət isə qanunla tələb olunan 12 il 6 aydan az (03 il 08 ay 04 gün) təşkil edir. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının l əğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məmmədov sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Baxışova) 2-1(103)-673/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 05 oktyabr 2016-cı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmayaraq qeyd etmişdir ki, xx.xx.1959-cu ildə doğulan iddiaçının qanunla tələb olunan xüsusi staj şərtini ödəyib-ödəməməsi, yəni 12 il 6 ay zərərli işlərdə işləyib-işləməməsinə gəldikdə, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X3 xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışına əsasən, həmin müəssisədə hazırda daşın seçilib qablaşdırıcısı vəzifəsində işləyən iddiaçının İT-İ ******* nömrəli əmək kitabçasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Dəmir Yolunun Ordubad yol distansiyasında xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər yol montyoru vəzifəsində 3 il 8 ay 4 gün, “X2” Trestinin 86 saylı İdarəsində xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilə qədər quyu qazmaçısı peşəsində 9 il 5 ay 20 gün, Azərbaycan Dəmir Yolları X5 xx.xx.1989-cu ildən xx.xx. 1990-cı ilə qədər transportyorçu vəzifəsində 9 ay 9 gün, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X4 xx.xx.2019-cu ildən halhazırkı vaxta qədər daşın seçilib qablaşdırıcısı vəzifəsində 1 il olmuşdur. Toplamda iddiaçının xüsusi şərtlərlə pensiya hüququ verən iş stajı cəmi 14 il 11 ay 21 gün təşkil edir. 12. "xxxx" QSC-nin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 168190 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı "xxxx" QSC-də çalışdığı peşələrdən yalnız yol montyoru və transportyorçu peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bə ndinin 22-ci və 1.1.2-ci yarımbəndinin 30-cu abzaslarında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 29-cu bölmənin 20-ci abzasında (kod:23001000-19825) və 1-ci bölmənin 2-ci hissəsinin “a” bəndinin 29-cu abzasında (kod:1010300а-19213) nəzərdə tutulmuşdur.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, yol montyoru və transportyorçu peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr ta rixli, 33-19 nömrəli və 2006-cı il 09 avqust tarixli, 10-2 nömrəli qərarları ilə təsdiq edilmiş müvafiq olaraq “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda və “Fəhlə peşələri və işlərin Vahid X1”nda təsbit edilmişdir.” Onun Azərbaycan Dəmir Yolunun Ordubad yol distansiyasında xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər 3 il 8 ay 4 gün işlədiyi yol montyoru vəzifəsi (23000000 - XXVİİİ. Nəqliyyat 23001000 -
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - 23001000-19825 - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) və “X2” Trestinin 86 saylı İdarəsində xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilə qədər 9 il 5 ay gün 20 gün işlədiyi quyu qazmaçısı peşəsi İ. Dağ-mədən işləri - 20101000 – 1, Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a - a) fəhlələr - 2010100a - Quyu partlatma işləri - 2010100a11964 - qazmaçılar) güzəştli şərtlə pensiya hüququ verən peşələr kimi 2 nömrəli Siyahıda təsbit olunmuşdur. İddiaçının Azərbaycan Dəmir Yolları X5 xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 9 ay 9 gün işlədiyi transportyorçu vəzifəsi (10100000 - İ. Dağmədən işləri - 10103000 -
2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər - 1010300a - a) fəhlələr - 1010300a-19213 - transportyorçular) isə 2 nömrəli Siyahı ilə müqayisədə daha ağır iş yerləri üçün nəzərdə tutulan 1 nömrəli Siyahı ilə zərərli peşə olaraq qəbul edilmişdir ki, bu üç iş yerində iddiaçının cəmi xüsusi stajı (3 il 8 ay 4 gün + 9 il 5 ay gün 20 gün + 9 ay 9 gün) 12 il 6 aydan çoxdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajının minimum 12 il 6 ay olması şərti iş üzrə yerinə yetirilmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabddehin kassasiya şikayəti imtina məktubunun və iddiaya qarşı etirazın dəlillərinə əsaslanır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38. 3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlə rdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. həqiqi hərbi müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək p ensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Q ərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qan unun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2 nömrəli Əlavəsinin 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəl lənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəm əsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə cavabdehin imtina məktubunun və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bun unla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı 05 oktyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsinə yönəlmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
32. Bu qərarın 18-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu 05 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanlması.
33. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 18-19-cu bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi tam toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmış dır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının əmək stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.
34. İddiaçının əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası ilə və "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışla təsdiq olunur. İddiaçının əmək kitabçasındakı və "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışdakı məlumatların həqiqətə uyğun olmadığı və şübhə altına alındığı barədə hər hansı sənəd iş üzrə materiallarda mövcud deyildir və cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşd ırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
36. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbayc an Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Məhkəmə kollegiyasi həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmin normaya əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
40. Mübahisəyə dair iş üzrə materiallardan iddiaçının ona əmək pensiyasının təyin olunması ilə bağl ı cavabdehə 08 fevral 2021-ci il tarixdə müraciət etdiyi görünür.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-673/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.