Məhkəmə qərarları › İş №2-1(102)-318/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-318/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2680/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 250 nömrəli qərardan görünür ki, “Qəbələ RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994- cü ildən xx.xx.1994-cü ilə kimi M.A.Topçubaşov adına X7 X2 müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Döş qəfəsinin sağ tərəfinin kor güllə yarası. Sağ ağ ciyərin yuxarı payının hematoması ” (Qəbələ rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 258 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 385 nömrəli arayışı, X7 və X1 verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 7461 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi müəyyənləşdirilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 358/KEŞ saylı xx.xx.2012-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEM-də müayinədən keçərkən onda ağ ciyərin tutumunun 3500 sm 3 olduğu müəyyən edilmişdir, hal-hazırda isə İddiaçı məhkəmə-tibbi, rentgenoloji və mütəxəssis müayinələri zamanı “Sağ bazu sümüyünün yuxarı 1/3 səviyyəsində metal intensivlikli yad cisim kölgəliyi, Vİİİ-İX qabırğalarda arxa qoltuqaltı-kürək xətləriarası nahiyədə, qeyri-düzgün bitişmiş və sümük deffekti ilə köhnə sınıqların, ağ ciyər relyefində, əsasən aşağı paylarda pnevmotizasiyanın, hava tutumunun pozulmasına səbəb olan müvafiq tozvari kölgəliklər və ağ ciyər köklərinin güclənməsi” kimi patoloji dəyişikliklərin olduğu müəyyən edildi. Qeyd edilən ağ ciyər pnevmotizasiyanın, hava tutumunun pozulmasına və ağ ciyər köklərinin güclənməsi nəticəsində baş verən dəyişikliklər İddiaçı 2-ci dərəcəli xroniki xarakterli tənəffüs çatmazlığına səbəb olmuşdur. Əlillik dərəcəsinin təyini məhkəmə-tibb e kspert komissiyasının səlahiyyətinə aid deyil.” 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-452/13 saylı 07 fevral 2013cü il tarixli qərarından görünür ki, İddiaçı 2-ci dərəcəli əlillik dərəcəsi təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2013-cü il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-452/13 saylı 07 fevral 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2013-cü il tarixli 2-2(102)-701/13 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2013-cü il tarixli 2lınz(103)576/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçıya məxsus 059835 saylı xx.xx.2014-cü il tarixli “əlillik vəsiqəsi”ndən görünür ki, iddiaçı 3-cü qrup Qarabağ əlili olmuşdur.

7. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 800/829 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçıya “Sağ bazunun güllə yaralanmasından sonrakı vəziyyəti. Bazunun 1/3-nin iç tərəfindən yad cisim – güllə sağ tərəfli Vİİ-Vİİİ –İX qabırğaları qeyri düzgün bitişmiş sınıqları” diaqnozu qoyulmuşdur. 8. “UltramedCİinic” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iddiaçının rentgen müayinəsinin cavabından görünür ki, “iddiaçının döş qəfəsinin ön proyeksiyasındakı rentgenoqrammasında ağ ciyərlərdə təzə patoloji kölgəliklər qeyd olunmadı. Sağ kök ətrafı nahiyədə fibroz dəyişikliklər müşahidə olunur. Köklər enli və struktursuzdurlar. Diafraqma dəqiq, sinuslar sərbəst. Ürək ölçüləri normaldır. Sağ 8,9,10 qabırğaların arxa aksellar xətti boyunca qeyri düzgün bitişmiş sınıqları nəticəsində deformasiyaları müşahidə olunur. Sağ bazu oynağının alt hissəsində yumşaq toxumalarda uzunluğu 2 sm olan metallik yad cisim (güllə) aşkar edilir.”

9. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı müayinə olunmuş, əlilliyin təyin edilməsindən imtinaya səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir.” İddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət. Digər oynaqların birincili artrozu. Sağ bazu oynağının artrozu. Sümük sınığının pis bitişməsi. Sağdan VİİVİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası. Bazu sümüyünün yuxarı ucunun sınığı. Sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3nin iç tərəfində yad cisim. Qabırğaların çoxsaylı sınıqları. Sağ tərəfli Vİİ-Vİİİ -İX qabırğaları qeyri düzgün bitişmiş sınıqları. Digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə. Ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları. Sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət.”

10. Cavabdeh **********3 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşsunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə xx.xx.2021-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırki obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bazunun və döş qəfəsinin odlu silah ilə (gü llə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qər arı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnozun öz təsdiqini tapmaması” qərarı verilmişdir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtina qərarının dəyişdirilərək, imtina verilmiş gündən (xx.xx.2021-ci il) etibarən əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar dövründə yaralanmışdır. 6 saylı Şəhər Poliklinikasının 0063003AAC7W nömrəli forma 88-də göstərilən diaqnozları: “Odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqlarının birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİİİ -İX qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra yuxarı 1/3-nin iç tərəfli Vİ1-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqlar. Digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağ ciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparasintez) əməliyyatlarından sonrakı vəziyyət. Sağ döş qəfəsinin ağ ciyərinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət”. Həmin vaxtdan iddiaçı hərbi hospitalda bir sıra müayinələr və müalicələr almışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. 6 saylı Şəhər Poliklinikası tərəfindən göndəriş (Forma 88) göndərilsə də, lakin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya xx.xx.2021-ci ildə əlillik təyinatından imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunan diaqnoz və ağırlaşmaları əlillik əlamətini özündə əks etdirmir.

14. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 6 saylı şəhər poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və beş il mü ddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan məhkəmə qərarlarından və ekspert rəylərindən göründüyü kimi, 6 nömrəli Bakı şəhər poliklinikasının 0063003AAC7W nömrəli xx.xx.2021-ci il tarixli göndərişində (Forma 88) iddiaçıya aid diaqnozlar əvvəlki dövrlərdə də həm qüvvədə olan məhkəmə aktları, həmçinin də cavabdehin qərarları ilə iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuş diaqnozlar kimi öz təsdiqini tapdığı halda cavabdeh əsassız olaraq “diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya eyni diaqnozlar üzrə əlilliyin təyinatından imtina vermişdir.

17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edə n və məruzəçi: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) 2-1(103)-2680/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyin i və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əli lliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərba ycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilə r. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 24. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanl arı məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəst əlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0M84.4,M96.0).....

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi i lə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrini n həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” Bənd 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günün dən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 3

0. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışd ır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri iddiaçı barədə diaqnozun öz təsdiqini tapmaması dır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 250 nömrəli qərarı ilə iddiaçıya “Döş qəfəsinin sağ tərəfinin kor güllə yarası. Sağ ağ ciyərin yuxarı payının hemotoması” diaqnozu qoyulmuşdur.

38. Digər tərəfdən, iddiaçıya ilkin olaraq xx.xx.2012-ci il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

39. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azə rbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T 327/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişməsi, sağdan Vİİ-Vİ İİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı lA-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparosintez) əməliyyatlarından sonrakı vəziyyət, döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin, ağciyərin kor güllə yaralanmasından sonrakı vəziyyət, hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda müalicəyə ehtiyacı yoxdur.”

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 869 saylı xx.xx.2022-ci il tarixli təkrar alınmış ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazunun və döş qəfəsinin odlu silah ilə (güllə) yaralanmasından sonrakı vəziyyət, digər oynaqların birincili artrozu, sağ bazu oynağının artrozu, sümük sınığının pis bitişmə si, sağdan Vİİ-Vİİİ-İV qabırğalar səviyyəsində döş qəfəsinin deformasiyası, bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazunun güllə yaralanmasından sonra, yuxarı 1/3-nin iç tərəfində yad cisim, qabırğaların çoxsaylı sınıqları, sağ tərəfli, Vİİ-Vİİİ-İX qabırğaları qeyri-düzgün bitişmiş sınıqları, digər hallarla bağlı cərrahi müdaxilədən sonra müayinə, ağciyərin yuxarı payının kor güllə yaralanmasından sonra (sağ tərəfli torokosintez, laparosintez) əməliyyatlarından sonrakı vəziyyət, döş qəfəsinin digər dəqiqləşdirilmiş travmaları, sağ döş qəfəsinin, ağciyərin kor güllə yaralanmasından sonrakı vəziyyət, hematoma ilə fəsadlaşmasından sonrakı vəziyyət” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əlilliyin təyini məhkəmə-tibbi ekspert deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda müalicəyə ehtiyacı olmasa da, xəstəlik kəskinləşdikdə müalicəyə c əlb edilə bilər.

41. Ekspert rəylərindən göründüyü kimi, 6 nömrəli Bakı şəhər poliklinikasının 0063003AAC7W nömrəli xx.xx.2021-ci il tarixli göndərişdə (Forma 88) iddiaçıya aid diaqnozlar əvvəlki dövrlərdə də əlillik təyin edilməsi üçün əsas olmuş diaqnozlar kimi öz təsdiqini tapmışdır.

42. Rəydən həmçinin görünür ki, xəstəlik kəskinləşdikdə müalicəyə cəlb edilə bilər. 43. “UltramedCİinic” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iddiaçının rentgen müayinəsindən də görünür ki, “iddiaçının döş qəfəsinin ön proyeksiyasındakı rentgenoqrammasında ağ ciyərlərdə təzə patoloji kölgəliklər qeyd olunmadı. Sağ kök ətrafı nahiyədə fibroz dəyişikliklər müşahidə olunur. Köklər enli və struktursuzdurlar. Diafraqma dəqiq, sinuslar sərbəst. Ürək ölçüləri normaldır. Sağ 8,9,10 qabırğaların arxa aksel lar xətti boyunca qeyri düzgün bitişmiş sınıqları nəticəsində deformasiyaları müşahidə olunur. Sağ bazu oynağının alt hissəsində yumşaq toxumalarda uzunluğu 2 sm olan metallik yad cisim (güllə) aşkar edilir.” 44.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçıya xx.xx.2016cı il tarixli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 Yuxarı ətraf qurşağı və bazu => S42.2; Sağ bazunun güllə yarasından s/v. Bazunun yuxarı 1/3-nin iç tərəfində yad metalik cisim. Sağ tərəfli Vlll-İX qabırğaların q/düzgün bitişmiş sınığı” diaqnozu ilə “Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları” səbəbi ilə 01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.1-ci bəndinə əsasən beş il müddətinə əlillik dərəcəsi verilsə də, xx.xx.2021-ci il tarixli göndərişdə də eyni diaqnoz qoyulsa da, əlillik dərəcəsinin verilməsindən əsassız olaraq imtina etmişdir.

45. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

46. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

47. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə b ağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

48. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

49. Bu mən ada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

50. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

51. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfind ən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2680/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar