Məhkəmə qərarları › İş №2-1(102)-318/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-318/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə qarşı QƏRARİ (Açar sözlər: hərbi xidmət keçməyə dair arayışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiya sı) qarşı “hərbi xidmət keçməyə dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2517/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus hərbi biletin surətinə görə, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1989-cu ildə Kirov rayon Hərbi Komissarlığı tərəfindən uçota alınmış, xx.xx.2005-ci ildə uçotdan çıxarılmış, xx.xx.2005-ci il tarixdə Yasamal rayon Hərbi Komissarlığında uçota alınmışdır (Hərbi biletin 26-cı səhifəsi). 08 oktyabr 1984-cü ildən 06 mart 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. Kirov (hazırkı Binəqədi) rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 7 7 №-li, xx.xx.1993-cü il tarixli arayışda qeyd olunmuşdur ki, 1966-cı ildə Bakı şəhərində doğulmuş X1 rayonu ərazisində ermənilərə qarşı döyüşlərdə ağır yaralanmışdır.

3. Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N №-li, xx.xx.1992-ci il tarixli arayışda qeyd olunmuşdur ki, noyabr 1991-ci ildən N №-li hərbi hissənin sıravi əsgəri olan İddiaçı hərbi xidmət keçmə zamanı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi əməliyyatlar nəticəsində yaralandığı müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ər azi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup (müddətsiz ) əlildir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 4/2-8077 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il və yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətləri barədə və yaralanmaqları barədə məlumat aşkar olunmamışdır. N №-li, N №-li, N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfin dən barələrində xx.xx.2018-ci il tarixli, 9/219198 №-li məktubla ünvanlarına cavab göndərilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 2970 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş arayış ünvanına göndərilir. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasının tibbi sənədləri Müdafiə Nazirliyinin Baş X2 Tibbi Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı stasionar müayinə və müalicədə olması barədə məlumat verə bilmirlər.

7. Məktuba əlavə olunmuş 2970 №-li, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşd ur ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sağ dirsək sümüyünün odlu silah sınığı. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1992-ci ilə məxsus 1 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 74-cü səhifəsində olan 723-cü sayındakı qeyd.

8. Cavabdeh inzibati orqan SHXÇÜDX Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşın xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərini təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar olunmadığına görə tərəflərindən sənədlərin müvafiq qaydada komissiyaya təqdim olunması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1992-ci il tarixdən 06 fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçməsinə dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 yanvar 1992-ci ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Cahangir Kərimovun komandir olduğu Tər-Tər-Bakı “Qurtuluş” könüllülər batalyonuna yazılmışdır. Batalyonları əvvəlcə N №-li briqada nın tərkibində olan N №-li hərbi hissəyə birləşdirilmişdir. Sonradan isə N saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini davam etdirmişdir. Bu batalyonun tərkibində Laçın-Kəlbəcər rayonunda döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixində KəlbəcərLaçın yolu “Qayğı” qəsəbəsinin yanında gedən döyüşlərdə sağ qolundan ağır yaralanmışdır və Şuşa şəhərinə gətirilmişdir, ilk yardım göstərildikdən sonra xx.xx.1992-ci ildə Bakı şəhəri hərbi hospitalına gətirilmişdir. Hospitalın travmatologiya şöbəsində cərrahi əməliyyat keçirərək və müalicə olunmuşdur. xx.xx.1992-ci ildə hospitaldan çıxmışdır. Ciddi müalicəyə ehtiyacının olması ilə bağlı olaraq hərbi hissədən N günlük ezamiyyətə buraxılmışdır. Vəziyyətinin ağırlaşması ilə bağlı yenə də hərbi hospitalda müalicələr almışdır. Sonra Hərbi Hosp italın göndərişi əsasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin xəstəxanasında yataraq müalicə almışdır. Xəsarətinin ağır olması ilə bağlı 2 qrup əlillik təyin edilmişdir və bu səbəbdən də hərbi hissəyə qayıda bilməmişdir. Bu barədə Binəqədi rayon hərbi komissarlığına məlumat vermişdir. Yaralanmağını və əlilliyini təsdiq edən bütün sənədləri qaydasında olduğu üçün 1-ci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil kimi qeydiyyatdadır və bütün imtiyazlarla və mənzillə təmin edilmişdir və hər hansı bir problemi olmamışdır. Lakin Azərbaycan Respublikası Prezidenti tərəfindən ayrılmış sığorta məbləğini almaq üçün SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə müraciət etməsi ilə bağlı ona bildirilmişdir ki, SHXÇÜDX Bakı şəhəri Yasamal rayon idarəsinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, vətəndaşın xəstəliyinə səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi üçün MHHK-ya onun döyüş əməliyyatları zamanı yaralanması barədə sənədlər və xidmət illərinin təsdiq edən arayış təqdim olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində onun xidməti barədə məlumat aşkar edilmədiyinə görə tərəflərindən sənədlərin müvafiq komissiyaya təqdim olunması mümkün deyil. Onda olan sənədləri təqdim etməsinə baxmayaraq belə bir cavab verilmişdir. Qeyd olunan imtinanı əsassız hesab edir belə ki, o üzərinə düşən bütün lazımi addımları atmışdır, sənədlərinin qeydə alınmaması onun günahı deyildir. Bununla yanaşı bu günə qədər sənədləri ilə bağlı olaraq hər hansı bir problem olmadığı halda y enidən hansısa sənədin olmaması barədə ona məhdudiyyət qoyulması onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, döyüşdə yaralanmağı ilə bağlı olaraq N günlük məzuniyyətlə bağlı və sığorta məbləğinin alınmasına dair -32095- saylı Hərbi hissənin xx.xx.1992-ci il tarixli N №-li 4 ədəd arayışı, müalicə almaq üçün Müdafiə Nazirliyinin hospitalına daxil olması ilə bağlı xx.xx.1992-ci il tarixli 169/ok №-li məktub, İİ qrup əlilliyi ilə bağlı Binəqədi rayon hərbi komissarlığının 21.05.93-cü il tarixli arayışı qeyd olunanları bir daha təsdiq edir.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, vətəndaşların hərbi xidmət dövrü deyilərkən Azərbaycan Respublikasının qanunv ericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları günədək olan dövr nəzərdə tutulur. Hazırkı iş üzrə iddiaçının hərbi xidməti barədə məlumatın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığın iddia rədd eilməlidir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya insta nsiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2517/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyas məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş (lakin qərarda göstərilməyən) Binəqədi Rayon Hərbi Komissarlığının 73 saylı arayışında qeyd olunur ki, 1966-cı il tarixdə anadan olmuş İddiaçı həqiqətən də 1 yanvar 1992-ci il tarixdən erməni aqresirlərinə qarşı Azərbaycan Respublikasının suverenliyinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə ağır yaralanmışdır, İİ qrup əlildir. Bununla yanaşı Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevə müraciətinə cavab olaraq bildirmişdir ki, vətəndaş İddiaçı 1991-ci ilin yanvar – fevral aylarında N№ hərbi hissənin tərkibində olmuş “Tərtər-Bakı Qurtuluş” könüllü taborun (826№-li taborda) daha sonra N №-li hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və təqsirləndirici materia lın olmasına dair məlumat aşkar edilməmişdir.

18. Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədi ilə yaradılmış Azərbaycan Ordusunda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xidmət edərək döyüş əməliyyatlarında iştirak etməklə yaralanmışdır. Lakin buna baxmayaraq ordu sıralarında məlum olmayan səbəblərdən İddiaçı xidməti illərinin dəqiq tarixinin müəyyən edilməməsi və ya qeydə alınma sənədlərinin aşkar edilməməsi İddiaçı səhlənkarığı və məsuliyyətsizliyindən əmələ gəlməmişdir. İddiaçı vətənpərvər bir şəxs kimi könüllü olaraq ordu sıraların yazılmış və verilmiş əmr və tapşırıqları vicdanla və vaxtında yerinə yetirərkən döyüşdə yaralanmışdır ki, buna da düzgün hüquqi qiymət verilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışa qədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmət keçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 20. “Hərbi qulluqçuların statusu haqqında” Qanun (25 dekabr 1991-ci ildə qəbul edilmişdir). Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statu su əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağı dakıları qeyd etməyi zəruri hesab edir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hərbi xidmət keçməyə dair arayışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Nəzərə alınmalıdır ki, vətəndaşların hərbi xidmət dövrü deyilərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil ol duqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları günədək olan dövr nəzərdə tutulur.

29. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidməti barədə məlumatın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası haqlı olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2517/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar