Məhkəmə qərarları › İş №2-1(102)-3180/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3180/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3180/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2-1(107)-186/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Çayarxı bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə X3 Göyçay rayonu Çayarxı bələdiyyəsi ərazisindən 0,50 ha torpaq sahəsi ayrılmış, X5 həmin torpaq sahəsi üçün 379.500 manat (AZM)vəsaiti bələdiyyənin hesabına ödəmişdir.

2. X5 04.1.2017-ci il tarixdə vəfat etmiş, İddiaçı onun vərəsəsi kimi qəbul edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0,50 ha torpaq sahəsi üzərində mülkiyyəti hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 25 aprel 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq sahəsi ilə ba ğlı DTXK-ın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsinin ayrılması barədə Göyçay rayon İHB-ın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-in Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Bu səbəbdən Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0,50 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüqu qunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin qeydiyyatı təsdiq edən sənədin və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə Göyçay rayon Çayarxı kəndi ərazisindən iddiaçının mərhum atası X3 0.50 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Göyçay rayon Çayarxı bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı aktı tərtib edilmişdir. Həmin gündən torpaq sahəsinə sahiblik etməklə, vergilərini mərhum X5 ödəmiş, atası vəfat etdikdən sonra isə iddiaçı sahiblik və istifadə etməklə, vergisini ödəyir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keç irilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.

7. Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-2008/2023 nömrəli qərardadı ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı, ləğv edilmiş DTXK-nın Göyçay rayon Şöbəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin plan və ölçüsü torpaq sahəsinin ayrılması barədə Göyçay rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən naturada mütəxəssisə g östərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Bundan əlavə sözügedən torpaq sahəsinin 0.036 ha hissəsi **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə torpaq sahəsi ilə 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli plan və ölçü sənədi ilə üst-üstə düşür.

9. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2008/2023 saylı qərarı ilə (hakim X6) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən Göyçay rayon Çayarxı Bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz. Belə ki, həmin qərar bələdiyyənin iradə ifadəsini deyil, bələdiyyə sədrinin ifadə ifadəsini özündə əks etmişdir. Sözügedən qərarda torpaq ayrılmasına dair ilkin müraciətə bələdiyyə iclasında baxılması, kollegial qərarın qəbul edilməsi və s. hallara istinad edilməmiş, qərarda sahibkarlığın inkişafı məqsədi ilə məhrum X2 ərizəsini nəzərə alaraq torpaq sahəsi ona satılmışdır. Məhkəmə araşdırması zamanı həmin qərarın qəbul edildiyi bələdiyyənin iclas protokolu aşkar olunmamışdır.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, araşdırma nəticəsində iddiaçıya satılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla uqodiyası təmiz örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Belə kateqoriya torpaq sahənin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsass ız olmuşdur.

12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(107)-186/2024 nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X4 və X9) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)2008/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə Torpaq Məcəlləsinin 49.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

17. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 20 il əvvəl verilmiş bələdiyyə qərarından sonra həmin dövrdə dövlət qeydiyyatını aparan və hazırkı cavabdehin hüquqi varisi olduğu DT və XK-ın Göyçay rayon şöbəsi ilə razılaşdırılmış alqı-satqı və yerquruluşu planından çıxarış tərtib olunmuşdur. Həmçinin həmin alqı-satqı aktının tərtibi ilə torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətinə verilmişdir. Bu da öz növbəsində 20 il əvvəl alqı-satqının yekunlaşdığını və iddiaçı tərəfindən mülkiyyət hüququnun yarandığ ını təsdiq edir. Həm inzibati orqan, həm də məhkəmələr nəzərə almamışdır ki, iddiaçının tələbi torpağın mülkiyyətə verilməsi barədə deyil, artıq 20 ildir mülkiyyətdə olan torpaq sahəsi üzərində dövlət qeydiyyatının aparılması barədədir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

29. Mülkiyyət hüququ... Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı ola n (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmla k üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquql arın dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə

6. Torpaq sahələrinin mülkiyyət ə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. T orpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə

7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, ç imərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respubli kasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimat. Bənd 7.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daş ınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Bənd 7.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əs aslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə, iddiaçının iddia tələbi qismən təmin edilməlidir.

28. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004cü il tarixli 06 saylı qərarı ilə Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır.

29. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini qanunvericiliyə zidd hesab edərək təmin etməkdən imtina etmişlər. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəlmi ş olduğu nəticə ilə razılaşarkən qeyd etmişdir ki: a. hazırkı iş üzrə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilmir-torpaq ayrılması barədə bələdiyyənin iclas protokolu mövcud deyildir; b. iddia olunan torpaq sahəsi 0,50 ha olduğu halda iddiaçı faktiki olaraq 0,56 torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsinin 0,036 və 0,003 ha torpaq sahəsi başqa torpaq sahələri ilə üst üstə düşür; c. iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsi olmaqla, uqodiyası təmiz örüş sahəsidir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün əsas hesab etdiyi məqamlara ayrı-ayrılıqda aydınlıq gətirməyi məqsədə müvafiq hesab edir.

31. Hüquqmüəyyənedici sənədlərin olmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, iş materiallarında mübahisəli torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 6 saylı qərar ilə X3 0,50 ha ölçüdə satıldığı müəyyən edilir. Həmin qərar əsasında xx.xx.2004-cü il tarixdə “Torpaqların alqı-satqınsa dair” Akt tərtib edilmişdir ki, aktı alıcı X5 ilə yanaşı Göyçay rayon Çayarxı bələdiyyəsinin nümayəndəsi və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri imzalanmışdır.

32. Başqa sözlə həmin aktın X5 ilə yanaşı yuxarıda qeyd edilən subyektlər tərəfindən imzalanması bələdiyyənin və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sərbəst iradə ifadəsinin göstəricisidir.

33. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iş materiallarında “Torpaq sahəsinin seçilməsinə dair” xx.xx.2004-cü il tarixli akt mövcuddur. Həmin aktla müəyyən edilir ki, Göyçay rayon Çayarxı bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin məsləhətçisi, bələdiyyənin müşaviri, bələdiyyənin A.Əhmədov soyadlı üzvü ilə birlikdə X2 iştirakı ilə ona Göyçay rayon Çayarxı bələdiyyəsinin ərazisində torpaq sahəsinin ayrılması məqsədi ilə bələdiyyənin ərazisinə baxış keçirmişlər.

34. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə ilkin sənəd kimi qərarın bələdiyyə sədri tərəfindən qəbul edilməsi görünsə də, sonrakı sənədlərdə, o cümlədən torpağın alqısatqı aktında bələdiyyə sədrinin qərarına deyil, bələdiyyə qərarına istinad edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən sənədlər onu deməyə əsas verir ki, “xx.xx.2004-cü il tarixl i 6 saylı qərarın bələdiyyənin iradə ifadəsini deyil, bələdiyyə sədrinin iradəsini ifadə etməsi” ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi qəbul edilə bilən sayıla bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi torpaq sahəsi seçilərkən, “Torpaqların alqı-satqınsa dair” Akt imzalanarkən X5 ilə yanaşı bələdiyyə sədri, bu iş üzrə məsul olan bələdiyyənin digər üzvləri, eləcə də Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin əməkdaşı iştirak etmişdir. Həmin şəxslərin iştirakı ilə həyata keçirilən tədbirlər bələdiyyənin iradə ifadəsini özündə əks etdirir.

36. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəz ərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı”.

37. Bəhs olunanlara əsasən demək olar ki, torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli 6 saylı qərarda sadəcə Göyçay rayon Çayarxı bələdiyyəsinin sədri tərəfindən qəbul edilməsinin qeyd edilməsi texniki səhvdir və bu hal iddiaçının əleyhinə şərh edilməsi əsaslı hesab edilə bilməz.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddia olunan torpaq sahəsi 0,50 ha olduğu halda iddiaçı faktiki olaraq 0,56 torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsinin 0,036 və 0,003 ha torpaq sahəsi başqa torpaq sahələri ilə üst üstə düşür (eyni xüsusat cavabdeh inzibati orqanın iddiaçının iddia ərizəsi ilə bağlı verdiyi etirazda da qeyd edilmişdir).

39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu hissədə də gəlmiş olduğu nəticə ilə razılaşmır.

40. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyin də qeyd edilmişdir ki, Göyçay rayon Çayarxı Bələdiyyəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən torpaq sahəsinin planında 0.50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığından sözügedən torpaq sahəsinin xüsusiyyətləri ( naturada sahəsi, təyinatı, (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və sair) müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən, mütəxəssisə göstərilən 0.56 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçıya naturada göstərdiyi 0.56 ha torpaq sahəsinin 0.036 ha hissəsi ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0023 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə, 0.0033 ha hissəsi isə **********0386 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə verilmiş torpaq sahəsi ilə üstüstə düşür.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sadə riyazi hesablamalarla müəyyən etmək olur ki, X3 qanuni əsaslarla ayrılmış və dövlət qeydiyyatı tələb edilən torpaq sahəsi heç kimin torpaq sahəsi ilə üst üstə düşmür. Belə ki, üst üstə düşən torpaq sahələrinin ümumi ölçüsü 0,036+0,0033=0,039 hadır. X3 0,50 ha torpaq sahəsi ayrılsa da o, faktiki olaraq 0,56 ha torpaq sahəsindən istifadə etmişdir. Başqa sözlə 0,56ha(faktiki istifadə)-0,039 ha(üst-üstə düşən hissə) =0,51ha (X3 verilən sahə).

42. Odur ki, X3 ayrılmış torpaq sahəsinin başqa torpaq sahələri ilə üst üstə düşməsi əsası ilə iddia tələbinin rədd edilməsi qanuni sayıla bilməz. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsi olmaqla, uqodiyası təmiz örüş sahəsidir. Qanunvericilikdə bu növ torpaqların mülkiyyətə verilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu hissədə olan mövqeyi ilə razılaşmayaq bildirir ki, “Torpaq sahəsinin seçilməsinə dair” xx.xx.2004-cü il tarixli aktla müəyyən edilir ki, X3 ayrılması nəzərdə tutulan torpaq sahəsinin şimaldan və şərqdən ayrı-ayrı fiziki şəxslərin torpaq sahələri ilə əhatə edilmiş, cənubdan və qərbdən isə yararsız bələdiyyə torpağıdır (cild 1, iş vər 15).

44. Torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş yer quruluşu planında da X3 ayrılmış torpaq sahəsinin iki tərəfində müxtəlif şəxslərə məxsus torpaq sahəsinin olduğu, digər iki tərəfinin isə yararsız bələdiyyə torpağı ilə əhatə olduğu qeyd edilmişdir (cild 1, iş vər 17). Torpaq sahəsinin yerquruluşu barədə planı DT və XK-in Göyçay rayon şöbəsinin müdiri, eləcə də həmin təşkilatın mütəxəssisi tərəfindən imza edilməklə həqiqiliyi möhürlə təsdiqlənmişdir. Bundan əlavə elə həmin planda ayrılmış torpaq sahəsinin uqodiyasının daşlı yararsız olduğu qeyd edilmişdir.

45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sənədlərə istinad edərək bildirir ki, torpaq sahəsinin kateqoriyası və təyinatı üzrə səlahiyyətli dövlət orqanı olan rayon torpaq şöbəsinin rəyinə görə X3 ayrılmış torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsi olduğundan, cavabdeh tə rəfindən həmin rəydəki məlumatları təkzib edən mötəbər sübutlar təqdim edilmədiyindən torpaq sahəsinin V.Mustafayevin xüsusi mülkiyyətinə verilməsini istisna edən torpaq katerqoriyasına aid olduğu müəyyən edilmir. Odur ki, sonradan mötəbər sübutlara istinad edilmədən torpaq sahəsinin kateqoriyasının mübahisələndirilməsi qanuni əsaslarla ayrılmış torpaq sahəsinin mülkiyyətə verilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.

46. Oxşar yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir. Konsti tusiya Məhkəməsi həmin Qərarında bildirmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsir i nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

47. Apellyasiya instansiya məhkəməsindən fərqli olaraq isə cavabdeh torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından 25 aprel 2023-cü il tarixli məktubla imtina edərkən, torpaq sahəsi ilə bağlı DT və XK-nın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsinin ayrılması barədə Göyçay rayon İHB-ın Memarlıq və Tikinti şöbəsini n və ləğv edilmiş DT və XK-in Göyçay rayon şöbəsinin rəyi təqdim edilmədiyini bildirmişdir.

48. Cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası bu qənaətini yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmağı məqsədə müvafiq hesab edir. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razı laşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır”.

49. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası iddiaçının iddia tələbinin qismən təmin edilən hissəsinə də münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə məhrum atası X3 Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 saylı qərarı ilə satılmış torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

50. Həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 saylı qərarı ilə iddiaçının mərhum atası X3 torpaq sahəsinin satılmasına dair qərar qüvvədir və “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən etibarlıdır. Həmin qərarın və həmin qərar əsasında tərtib edilmiş “Torpaqların alqısatqısına” dair aktın ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cava bdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

52. İddiaçının atası müqavilə əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etsə də, bu hüququ təsdiq edən çıxarış almadan vəfat etdiyindən, həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış etdiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə, həmçinin İPM-in 52-ci maddəsinə görə, mülkiyyət hüququnun ölmüş şəxsin adına qeydə alınması deyil, hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış (çıxarış) verilməsi kimi iddia təmin edilməlidir.

53. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli 21(107)-186/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı əsasında mərhum X1, Göyçay rayon Çayarxı kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə (X3) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar