Məhkəmə qərarları › İş №2-1(102)-3182/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3182/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3182/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusu giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı “qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2069/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı hazar mənşəli əfqandır. Evlidir. O, arvadı Masooda ilə birlikdə Azərbaycana gəlmişdir. İddiaçı qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində ayrıca şəxsi iş açılmış, təqdim etdiyi sənədlər həmin işə əlavə edilmiş, onunla müsahibə keçirilərkən ərizəçinin və arvadının verdiyi məlumatların həqiqətə uyğunluğu təhlil edilmiş və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmiş, o cümlədən, özünün və arvadının adını, yaşını, vətəndaşlığın ı, doğulduğu yerini düzgün deyərək, etibarlı pasportlarını təqdim etmiş və qeyd edilənlərin doğruluğu qəbul edilmişdir. Lakin müsahibə zamanı iddiaçının və arvadının verdikləri izahatlarından həmçinin məlum olmuşdur ki, vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadlarına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra, iddiaçının şəxsi işi qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun gətirdiyi dəlillər qanunvericiliyin tələbləri çərçivəsində qiymətləndirilmiş və yekunda müsahibə üzrə əldə olunan nəticələr əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən qaçqın statusunun verilməsindən imtina edilmişdir. Ümumiyyətlə, iddiaçının yaşadığı ölkədə real təqibə məruz qalması ilə bağlı iddia ərizəsinin məzmununda, cavabdeh tərəfindən onunla aparılan müsahibələrdə verdiyi izahatlarında (sual-cavablarda) inandırıcılıq müşahidə olunmur. Onun tərəfindən şərh edilən hallar səthi, yarımçıq və bir-birini tamamlamayan hadisələri özündə əks etdirən, uydurucu mülahizələrdən ibarət olmaqla, ziddiyyətli məqamlarla əhatə olunur. Ən azından, iddiaçının arvadının atası və qardaşı, habelə arvadının ərə verilməsi məcbur edilən şəxsdən qaçaraq Pakistana getməsi və orada sığınacaq istəsələr də bunun nəticələri barədə məlumat bildirilməməsi, bundan əlavə təqib edənlər tərəfindən aşkar olunduqdan sonra, atasının belə Əfqanıstan polisi tərəfindən işgəncələrə məruz qaldığı ha lda yenidən Əfqanıstana qayıdaraq özünə və ailəsini daha yüksək təhlükə altına qoyması, Kabil şəhərində gizli şəraitdə yaşadığını göstərsə də, buna varmadan orada işləyib pul qazanması ilə bağlı söylədiklərinin həqiqətə uyğunluğu ağlabatan hesab edilməmişdir. Cavabdehin 05.02.2019-cu il tarixli qərarı ilə imtina cavabı vermiş, həmin qərardan şikayət instansiyasına verdiyi şikayəti də sonuncunun 19.04.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı 13 may 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-19/2 saylı 05.02.2019-cu il tarixli və 130 saylı 19.04.2019cu il tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi haqqında vəsatətinin təmin edilərək ona və ailə üzvü Jamal Masoodaya qaçqın statusu nun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Arvadı Masoodanı atası pul əvəzində komandir İsmayıla ərə verməyi qərara aldığından, onu Pakistana öz qohumları evinə qaçırmış və orada sığınacaq üçün müraciət etmişdir. Lakin Masoodanın atası, qardaşı və komandir İsmayıl onların yerini öyrənmişlər. Belə ki, onlar eyni zamanda iddiaçının atasını polisə aparmış, orada ona işgəncə verilmiş, buna dözməyən atası onların yerini polisə söyləmişdir. Bundan sonra Pakistanda yaşadıqları evə naməlum şəxs göndərilərək onlara hücum etmiş, qonşuların müdaxiləsi nəticəsində onlar qaçmağa müvəffəq olmuşlar. Onlar yenidən Əfqanıstana qayıtmış, Kabildə gizli yaşamış, işləyib pul topla mış və atasının köməyi ilə Azərbaycana qaçmışdır. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı ilə iddia - “iddiaçının ailə üzvü Jamal Masoodaya qaçqın statusunun verilməsi hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2407/2018 saylı iş) 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X5 və X4, 2-1(103)-2069/2019 saylı iş) 15 avqust 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkə məsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının vəsatəti üzrə qanunvericiliyin tələbləri qaydasında hərtərəfli araşdırma aparılmış, müəyyən edilən faktlar və arqumentlər təhlil olunaraq qiymətləndirməsi aparılarkən təqib olunması ilə bağlı gətirdiyi dəlillərində ziddiyyətli və şübhəli məqamlar müəyyən edilmiş, aparılan müsahibənin nəticələri təqib qorxusuna uyğun gəlmədiyindən mötəbərlilik baxımından ona qaçqın statusunun verilməsi üçün yetərli olmamış, bu səbəbdən də əsaslı olaraq onun vəsatətinin təmin edilməsindən əsaslı olaraq imtina olunmuşdur. Belə olan halda, şikayət instansiyası tərəfindən də iddiaçının şikayətinin təmin olunmasından imtina edilməsi tamamilə işin hallarına uyğundur. İddiaçı 2 sentyabr 2019-cu il tarixdə qərarın surətini almış, 16 sentyabr 2 019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması və ya işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və İnzibati-Prosessual Məcəllənin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməli və ya yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə təhdid və təqib edilməməsini hesab edərək səhv nəticəyə gəlmişdir. İddia tələbi əsaslıdır, inandırıcı olmaq qabiliyyətinə malikdir, çünki rabitəli və müfəssəldir, habelə mötəbərdir, nüfuzlu beynəlxalq təşkilatların hesabatları ilə üst-üstə düşür. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh inzibati orqandan ona qaçqın statusu verilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. İddiaçı həmçinin ona qaçqın statusu verilməsindən imtina barədə cavabdehin qərarından inzibati şikayət vermiş, şikayət instansiyasının qərarı ilə inzibati şikayət təmin edilməmiş, inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qayda sında cavabdehin üzərinə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qə bul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İddiaçı ərizəsində bildirmişdir ki, arvadı ilə onun valideynlərinin razılığı olmadan evlənmiş, bu səbəbdən arvadının valideynləri və yaxın qohumlarından qaçmağa başlamış, nəticədə Azərbaycana gəlmişlər. İddiaçı həmçinin bildirmişdir ki, arvadının qohumları və İsmayıl adlı komandir tərəfindən pis rəftara məruz qalacaqlarından qorxduqları üçün məcburiyyət qarşısında qalaraq ölkəsini tərk etmişdir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində göstərilən “qaçqın” anlayışının tələblərinə cavab vermədiyindən, həmçinin onunla və ailə üzvləri ilə aparılmış müsahibənin nəticələrinə əsasən əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən onlara qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətin ə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, mill iyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdeh onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nətic əyə gələrkən əsaslandırma aparmamışdır. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2069/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar